Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4689/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiyaya cəlb edilmə” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həkim-nervpotoloq ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Tibb Universitetini Pediatriya ixtisası üzrə təhsil almış və universiteti müvəffəqiyyətlə bitirmişdir. Dövlət attestasiya komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya Həkim ixtisası verilmişdir. xx.xx.2010-cu il tarixdə Azərbaycan Tibb Universiteti tərəfindən İddiaçı BB-İ seriyalı 012107 nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2010-cu il tarixədək Ə.Əliyev adına Naxçıvan MR X2 internatura kursu keçmiş və buraxılış imtahanı komissiyasının qərarına əsasən ona həkim pediatr ixtisası verilmişdir. İddiaçı Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 170 və 170/7 nömrəli əmri əsasında Ə.Əliyev adına Naxçıvan MR X3 xx.xx.2009-cu il tarixli 231 nömrəli əmri ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Ə.Əliyev adına Naxçıvan MR X4 nevrologiya ixtisası üzrə həkim-interna vəzifəsinə təyin edilmişdir. İnterna müddəti başa çatdığı üçün Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 215 nömrəli əmri əsasında Ə.Əliyev adına Naxçıvan MR X3 xx.xx.2010-cu il tarixli 129 nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 377 nömrəli əmri əsasında Ə.Əliyev adına Naxçıvan MR X3 xx.xx.2010-cu il tarixli 258 nömrəli əmri ilə iddiaçı X1 həkim-nervpotoloq vəzifəsinə təyin edilmişdir. İddiaçı 8 il həkim-nervpotoloq vəzifəsində işlədikdən sonra xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yenidən həkim-nervpotoloq vəzifəsinə təyin olunmaq üçün həmin ixtisas üzrə sertifikasiyadan keçmək istədikdə iddiçının pediatriya ixtisası üzrə təhsil aldığını və interna kursunun pediatriya üzrə keçməsini əsas gətirərək həkim-nervpotoloq ixtisası üzrə müvafiq qaydada sertifikasiyadan keçmək üçün ona icazə verilmir. Halbuki iddiaçı 8 il Ə.Əliyev adına Naxçıvan MR X3 Nevrologiya Şöbəsinin həkim- nervpotoloqu vəzifəsində işləmişdir. Qeyd edim ki, iddiaçı Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 377 nömrəli əmri əsasında Xəstəxanada həkim-nevropotoloq vəzifəsində işləmişdir. Əgər bu qeyrqanuni olsaydı Naxçıvan MR Səhiyyə Nazirliyinin əmri əsasında Ə.Əliyev adına Naxçıvan MR X5 iddiaçını həmin vəzifəyə təyin etməzdi. İddiaçı həkim-nervpotoloq ixtisası üzrə rəsmi qaydada sertifikasiyadan keçmək üçün imtaha buraxılmağına icazə verilməsi məqsədi ilə yazılı qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin bu günə kimi müraciətə cavab verilməmişdir. Buna görə də, cavabdehin üzərinə sertifikasiya şəhadətnaməsinin verilməsi üçün imtahan buraxılması öhdəliyi qoyulmalıdır.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş BB-İ №012107 diploma əsasən İddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət Attestasiya komissiyasının 18 iyun 2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 0542 nömrəli vəsiqəsinə əsasən İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X2 internatura kursu keçmişdir. Buraxılış imtahan komissiyasının qərarına əsasən ona həkim pediatr ixtisası verilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixli 218/T №-li əmrə əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinə qədər Naxçıvan Muxtar Respublikasında pediatr ixtisası üzrə həkim-interna vəzifəsində internatura kursunu bitirmiş, yekun-imtahanda iştirak etmiş və 5 (əla) qiymət almışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 2009 və 2010-cu illərə aid əmrləri (xx.xx.2009-cu il tarixli 170 nömrəli, xx.xx.2009-cu il tarixli 170/7 nömrəli və xx.xx.2010-cu il tarixli 215 nömrəli əmrlər də daxil olmaqla) Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir.Hazırda həmin dövürlərə aid əmrlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində mövcud deyil.
7. “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X5” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2009-cu il tarixli 231 № -li və xx.xx.2010-cu il tarixli 129 № -li əmrlərin təsdiq edilmiş surətləri göndərilmişdir: - Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X3 231 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən “ Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Azərbaycan Tibb Universitetinin 2009-cu ilin məzunları xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək həkim-interna vəzifəsinə təyin olunsunlar: ...12. İddiaçı – Nevropatoloq - Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X3 129 nömrəli xx.xx.2010-cu il tarixli əmrinə əsasən NDU-nun Tibb fakültəsinin xx.xx.2009 cu il məzunlan xx.xx.2010-cu il tarixdən intema müddətləri başa çatdığından həmin tarixdən etibarən işdən azad edilib, son hesabları kəsilsin. ... 16. İddiaçı
8. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 03 avqust 2009-cu il tarixli 170 nömrəli, 03 avqust 2009-cu il tarixli 170/7 nömrəli, 29 iyun 2010-cu il tarixli 215 nömrəli əmrlərin təsdiq edilmiş surətləri göndərilmişdir: - xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək internatura kursu keçəcək həkiminternaların ixtisasları və internatura kursu keçəcəkləri baza tibb müəssələrinin adı göstərilməklə:
14. İddiaçı – Nevropatoloq - Azərbaycan Tibb Universitetinin xx.xx.2009-u il tarixli 218/T saylı əmrindən çıxarış:
19. İddiaçı – Pediatr - xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək internatura kursu keçəcək həkiminternaların ixtisasları və internatura kursu keçəcəkləri baza tibb müəssisələrin adı göstərilməklə siyahı:
16. İddiaçı – Nevropatoloq
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13.Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublıkasının Qanunu: M a d d ə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçirilir. DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. DPİ üzrə 5 (beş) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilir. Şəhadətnamə 5 (beş) il müddətində etibarlıdır. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər. Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsizdir. Sınaq imtahanında iştirak könüllüdür və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur. Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 (beş) il müddətində şəhadətnamə tələb olunmur. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydası: 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.9. Sertifikasiyaya cəlb ediləcək tibb mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Nazirlik Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan tibb mütəxəssislərinin siyahısını müəyyən edir. 2.13. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında sertifikasiya imtahanının prosedur qaydaları, habelə tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı digər zəruri məlumatlar əks etdirilir. 2.16. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası ödənişsiz həyata keçirilir.
15. İddiaçı iddia tələbi edərək həkim-nervpotoloq ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır.
16. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir: - Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X3 231 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə əsasən “Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Azərbaycan Tibb Universitetinin 2009-cu ilin məzunları xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək həkim-interna vəzifəsinə təyin olunsunlar: ...12. İddiaçı – Nevropatoloq - Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X3 129 nömrəli xx.xx.2010-cu il tarixli əmrinə əsasən NDU-nun Tibb fakültəsinin xx.xx.2009 cu il məzunları xx.xx.2010-cu il tarixdən interna müddətləri başa çatdığından həmin tarixdən etibarən işdən azad edilib, son hesabları kəsilsin. ... 16. İddiaçı - xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək internatura kursu keçəcək həkiminternaların ixtisasları və internatura kursu keçəcəkləri baza tibb müəssələrinin adı göstərilməklə:
14. İddiaçı – Nevropatoloq - Azərbaycan Tibb Universitetinin xx.xx.2009-u il tarixli 218/T saylı əmrindən çıxarış:
19. İddiaçı – Pediatr - xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək internatura kursu keçəcək həkiminternaların ixtisasları və internatura kursu keçəcəkləri baza tibb müəssisələrin adı göstərilməklə siyahı:
16. İddiaçı – Nevropatoloq
17. Məhkəmə qeyd edir ki, İddiaçı ali tibbi təhsilini başa vurduqdan sonra internatura mərhələsini keçmiş və təhsil aldığı universitetin rəsmi əmrlərində “Nevropatoloq” ixtisası qeyd edilmişdir. Yəni iddiaçı nevrologiya sahəsi üzrə təcrübi və nəzəri biliklər qazanmış, məhz bu sahədə ixtisaslaşmışdır. Lakin buna baxmayaraq Azərbaycan Tibb Universiteti tərəfindən ona təqdim edilmiş diplom sənədində iddiaçının ixtisası “Pediatr” kimi göstərilmişdir. Daha sonra, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 08 oktyabr 2010-cu il tarixli 377 nömrəli əmrinə əsasən İddiaçı Əziz Əliyev adına Naxçıvan MR X3 08 oktyabr 2010-cu il tarixli 258 nömrəli əmri ilə həmin xəstəxananın Nevrologiya şöbəsində “həkim-nevropatoloq” vəzifəsinə təyin olunmuşdur. İddiaçı bu vəzifədə fasiləsiz olaraq 8 il müddətində fəaliyyət göstərmiş, praktik həkim kimi təcrübə toplamış və sahəsi üzrə ixtisaslaşmışdır. Lakin 26 iyul 2018-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir.
18. Məhkəmə qeyd edir ki, iddiaçıya “pediatr” ixtisası üzrə diplom verilsə də, məhz nevropotoloq kimi həkim-interna vəzifəsinə təyin edilməsi və internatura kursunu (ali tibbi təhsilinin ixtisaslaşmasını) həmin nevropotoloq istiqaməti üzrə başa vurması və daha sonra həmin vəzifədə fasiləsiz olaraq 8 il müddətində fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır.
19. Odur ki, İddiaçı faktiki olaraq “Nevropatoloq” ixtisası üzrə təhsil almış, bu istiqamətdə uzun illər peşəkar fəaliyyət göstərmiş və praktiki biliklərə yiyələnmişdir. Onun faktiki fəaliyyət sahəsi yəni nevrologiya üzrə işləməsi – təhsil dövründəki müvafiq əmrlərlə təsdiqlənir. Təqdim olunmuş diplomda onun ixtisası “Pediatr” kimi göstərilmiş olsa da, bu internatura kursu üzrə onun faktiki nevropotoloq kimi ixtisaslaşmasını əks etdirmir. Odur ki, məhkəmə İddiaçı nevropotoloq kimi peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikasiya imtahınana buraxılmalı olduğu qənaətindədir.
20. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının ali tibb təhsilin internatura mərhələsində nevrologiya üzrə ixtisaslaşması, sonradan 8 il ərzində məhz nevropatoloq kimi fəaliyyət göstərməsi mübahisəsizdir. Buna baxmayaraq, diplomda onun ixtisasının “pediatr” olmasına əsaslanaraq sertifikasiya imtahanına buraxılmaması iddiaçının vəziyyətinə müvafiq olaraq qanunsuz olmuş və onun hüquqlarını pozmuşdur.
21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı həkim-nevropatoloq ixtisası üzrə sertifikasiya imtahanına cəlb edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva