Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-469/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.20N9-cu il tarixli imtinasını qanunsuz və əsassız hesab edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N966-cı ildə Ermənistan Noyemberyan rayonunda anadan olmuşdur. Həqiqi hərbi xidmətə xx.xx.N985-ci ildə çağırılaraq keçmiş Sovetlər ordusunda xidmət etmişdir və N987-ci ildə hərbi xidmətdən tərxis olunmuş, N989-cu ildə erməni faşistləri tərəfindən Azərbaycan Respublikası torpaqlarına hücümlar başlayan zaman valideyinləri ilə birlikdə yaşadığı Ermənistan Noyemberyan rayonundan qaçqın düşərək Bakı şəhərində yaşamağa başlamışdır. N2-ci ildə erməni faşistləri tərəfindən Azərbaycan Respublikası torpaqlarının və ərazi bütövlüyünə müharibələrin kəskinləşdiyi dövrdə öz müraciəti əsasında könüllü olaraq Bakı şəhəri Səbail Rayon Hərbi Kommisarlığı tərəfindən qeydiyyata alınıb döyüşlərə yollanmışdır. Xidmət etdiyi ilk hərbi hissə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli arxiv arayışından göründüyü kimi N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 3 nömrəli əmrilə (əsas səhifə 7-2 N nömrəli əmri ilə) ona gizir hərbi rütbəsi verilərək dəstə komandiri vəzifəsinə təyin edilmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirinin müavfıq əmrinə əsasən o, gizir kimi N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N3-cü il tarixli 83 nömrəli əmrilə Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. O, kəşfiyat bölüyünün komandiri kimi döyüşlərdə fəal iştirak etmişdir və bu səbəbdən Müdafiə Nazirliyi tərəfindən kəşfiyyat biliklərini artırmaq üçün xx.xx.N3 və xx.xx.N3-cü illərdə Türkiyyə Respublikasının “X5” kursunu bitirib “kurs belgesi” alıb yenidən kəşfiyyatçı kimi N nömrəli hərbi hissəyə qayıtmışdır. N3-cü ildən gizir kimi N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun N nömrəli hərbi hissədə xidmət etməyi barədə heç bir məlumat və rəsmi sənədlər yoxdur. Eyni zamanda arxiv arayışından da görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N2-N4-cü illər ərizində, döyüşlərin kəskin getdiyi vaxtlarda N və N saylı hərbi hissələrin tərkibində kəşfiyyat bölüyündə demək olar ki bütün döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Amma buna baxmayaraq hər birinə məlum olduğu kimi Müdafiə Nazirliyi və onun tabeliyində olan hərbi hissə komandirlərinin özbaşınalığı və səhlənkarlıqları nəticəsində onun hərbi biletində qeydlər aparılmamışdır. Gizir olaraq atəşkəsdən sonra, yəni N4-cü ilin iyul ayında N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. xx xxxx N6-cı ildə Müdafiə Nazirinin 02N2 saylı əmri ilə N6N saylı hərbi hissəyə tağımın texniki vəzifəsinə təyin olunmuşdur. Lakin valideyinlərinin xəstə olması və onların maddi sıxıntılar keçirməməsi üçün N6N nömrəli hərbi hissəyə göndərilməyinə etiraz etmişddir və onun etirazları komandirləri tərəfindən nəzərə alınmadığından bir daha hərbi hissəyə qayıtmamışdır. N6-cı ildə hərbi hissəni özbaşına buraxdığı üçün Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin məhkəmə istintaq zamanı onun döyüşlərdə fəal iştirakçısı olmağı təsdiq edən sənədlər əsasında məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq tətbiq etmişdir və hal hazırda cəzasını çəkərək məhkumluğu da ödənilmişdir. Faktiki olaraq döyüşlərdə iştirakını təqdiq edən sənədlər əsasında ona “Müharibə veteran” adının və müvafiq vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir və sonuncu xx.xx.20N9-cu il tarixli, l/Y-N43N3 nömrəli məktubu ilə müraciətini cavablandıraraq hərbi biletini və digər müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməsini ondan tələb etmişdir. O da qeyd olunan sənədləri notarial qaydada təsdiq etdirərək, ərizə yazıb sənədləri də ərizəyə əlavə etməklə xx.xx.20N9-cu il tarixdə yenidən Müdafiə Nazirliyinə müraciət etmişdir, amma buna baxmayaraq cavabdeh qurum heç bir faktlar göstərmədən xx.xx.20N9-cu il tarixdə yenidən imtina verərək güya xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.N2-ci il xx.xx.N2-ci il tarixlərində Silahlı Qüvvələr Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hisələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. Cavabdeh qurum N nömrəli hərbi hissənin xx.xx.N2-ci il - xx.xx.N2-ci il tarixlərində Silahlı Qüvvələr Baş Qərargah rəsinin hansı nömrəli əmri ilə döyüşlərdə iştirak edən hərbi hisələrin siyahısında olmadığını göstərməmişdir. Bu sadəcə hər bir döyüş iştirakçısına verilmiş imtina cavabı kimi şablon və heç bir sübuta əsaslanmayan qanunsuz və əsassız imtinadır. Yuxarıda qeyd etdiyi kimi hərbi hissəni tərk etdiyi üçün xx.xx.2000-ci il tarixli hökmün əsaslandırıcı hissəsində onun döyüşlərdə fəal iştirakı açıq aydın göstərilmişdir və o, qeyd olunan hökmün surətini də cavabdeh quruma müraciət edərkən əlavə edib və döyüşlərdə fəal iştirakçı olmağı əsaslandırmışdır, amma buna baxmayaraq cavabdeh heç bir əsas göstərmədən N nömrəli hərbi hissənin N2-ci il tarixdə döyüş sıralarına daxil olan hərbi hissə olmamasını əsas gətirərək qanunsuz və əsassız imtina məktubu vermişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən X2 “Müharibə veteranı”adının verilməsindən imtina olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N966-cu ildə Ermənistan, Noyemberyan rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N985-ci ildən xx.xx.N987-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaysan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsi tərəfindən verilmiş xx.xx.N2-ci il tarixli, 4/46 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətəndə N saylı hərbi hissədə gizir olaraq hərbi xidmət keçir. - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin N-56-00 №-li, xx.xx.2000-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı CM-nin 334.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti tətbiq edilərək 2 il sınaq müddəti təyin olunmuş və varəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuşdur. - Həmin hökmdən həmçinin görünür ki, məhkəmə İddiaçı uzun müddət döyüşən orduda fəal iştirak etməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-N2255 №-li, xx.xx.20N9-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluğa çağırılıb Səbail RHK-nın çağırışçısı N966-cı il təvəllüdlü X3 N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 3 №-li əmrilə (əsas: səh-7, §-2, sıra-N, əmrdə atasının adı Səyid yazılmışdır) gizir hərbi rütbəsi verilərək dəstə komandiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N3-cü il tarixli 83 №-li əmrilə (əsas: səh-78, §-5, sıra-24) Müdafiə Nazirliyinin Sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olan N nömrəli hərbi hissə komandirinin 29.N2.93-3N.N2.93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin 0N.N2.93-28.N2.93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Ərizədə xidmət dövrü (il, ay) dəqiq göstərilmədiyindən İddiaçı ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. - N nömrəli hərbi hissənin komandirinin N №-li, xx.xx.N4-cu il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Qərarqah Rəisinin 0290-km №-li, xx.xx.N3-cü il tarixli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissədə 4-cü taborun, N-ci tağımın komandir müavini təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 9/2-4046 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N3-cü il tarixli əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 9/2-7933 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissədən gəlmiş, gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3N,N2.N3-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 7 №-li əmrilə (əsas: §-7,səh-N4; qeyd: əmrin nömrəsində düzəliş olunaraq “8” yazılmışdır) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək komandir müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı aid şəxsi işlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsi tərəfindən sorğuya əsasən məhkəməyə təqdim edilmiş İddiaçı barəsində olan N-xx-xx/2000 №-li cinayət işinin materiallarından görünür ki, İddiaçı barəsində olan cinayət işi üzrə Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqinin sorğusuna əsasən N saylı hərbi hissə və Səbail rayon hərbi komissarlığı tərəfindən İddiaçı barəsində olan əmrlər, şəxsi işindən çıxarışlar təqdim edilmişdir. - Qeyd olunan cinayət işinin materiallarında olan İddiaçı barəsindəki şəxsi işin surətindən görünür ki, şəxsi işdə İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan N/Y-N6260 №-li, xx.xx.20N9-cu il tarixli məktubdan görünür ki, "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissədə xx.xx.N2-xx.xx.N2-ci il tarixlərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin «Qeyd» hissəsinə müvafiq olaraq bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarilyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnitsiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı N2-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilmiş, gizir rütbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan N, N nömrəli hərbi hissələrində xidmət etmişdir. İddiaçı uzun müddət döyüşən orduda fəal iştirak etməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin N-56-00 №-li, xx.xx.2000-ci il tarixli hökmündə də öz əksini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - N5.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -N9.N-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan N, N nömrəli hərbi hissələrində xidməti müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehin xx.xx.20N9cu il tarixli imtinası qanunsuz hesab edilməli, İddiaçı “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.20N9-cu il tarixli imtinası qanunsuz hesab edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-469/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-469/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver