Məhkəmə qərarları › İş №2-1(112)-469/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-469/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-469/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı "xxxx" mənzil tikinti kooperativi və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə kompensasiya olaraq mənzilin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş ünvan məhəllə "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1984-cü ildən 2019-cu ilədək “Bakqazmaş Zavod” İstehsalat Birliyinin yataqxanasında arvadı X6 ilə birlikdə yaşamışdır (sonuncu 2019-cu ilin yanvar ayında vəfat etmişdir). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi, Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal-hazırda onun yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərlə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli, 392-ıv Q nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 04.09.2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.12.2016-cı il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin "sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin qəzalı binanın sakinlərinin onun yerində tikiləcək binada otaqların sayına müvafiq olaraq yeni mənzillərlə təmin olunacağına, bina istismara verilənədək sakinlərə kirayə haqqı ödəniləcəyinə dair verdiyi sözə etimad edərək, o, ailəsi ilə birlikdə mənzildən çıxmışdır. Lakin, hal-hazıradək "xxxx" MTK tərəfindən yeni binanın tikinitisi başa çatmasına baxmayaraq o, mənzillə təmin olunmamış və ona kirayə yaşadığına görə kirayə haqqı ödənilməmişdir. Müxtəlif instansiyalara və cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də məsələ hazırki vaxtadək həll olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktuba aparatın rəhbərinin imzası ilə göndərilmiş M-l113-151 saylı, 21.01.2020-ci il tarixli məktubundan göründüyü kimi müraciəti aidiyyəti üzrə, hazırki iş üzrə cavabdehə göndərilərək, müvafiq yaşayış sahəsinə təmin olunmağına köməklik göstərilməsi barədə xahiş edilmişdir. Cavabdehə sonuncu dəfə 06.02.2020-ci il tarixdə müraciət etmişdir. Ərizəyə cavab verilməmiş, münasibət bildirilməmişdir. Cavabdeh vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Konstitusiyasının bəzi müddəalarından, Azərbaycan Respublikasının Prezidentinin 699 saylı 04.09.2012-ci il tarixli Fərmanından, Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli qərarından irəli gələn tələblərə riayət etmir və onun konstitusion hüquqlarını pozur. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi o, Xəzər rayonu, Buzovna qəs., 21/43 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır. Təqdim etdiyi 111 saylı MKİS tərəfindən tərtib olunmuş “Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 saylı MKİSnin balansında olan, məhəllə 2143-də yerləşən yataqxana haqqında Məlumat”dan göründüyü kimi 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 274-275-ci -sıralarında 2143-cü məhəllədə yerləşən yataqxananın 81 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Təqdim edilən "Şəxsi hesab vərəqəsi”nin surətindən göründüyü kimi, o, 2 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 10.02.1986-cı ildən Xəzər r-nu, Buzovna qəs., "xxxx" zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamışdır. Təqdim edilən 17.01.1984-cü ildə tərtib olunmuş forma A-nın surətindən göründüyü kimi işlədiyi müəssisə - "xxxx" zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. Təqdim edilən "xxxx" ASC tərəfindən verilmiş 03 saylı 29.01.2020-ci il tarixli arayışın surətindən göründüyü kimi iddiaçı həqiqətən "xxxx" zavodunun nəzdində təşkil olunmuş “Hədiyyə” kooperativində 15.04.1990-cu ildən (əmək müqaviləsi № 15 16.04.1990) 25 05.1992-ci ilə qədər işləmiş (əmr № 3, 25.05.1992). Kooperativ “Hədiyyə” ləğv olunması ilə əlaqədar, köçürmə yolu ilə “Hədiyyə” kiçik Müəssəsində işə qəbul olunmuş (əmr № 11, 25 05.1992) 30.12.1994-cü ilə qədər işləmiş (əmək müqaviləsinin qurtarması ilə ilə əlaqədar işdən azad olunmuşdur) və 1984-cü ildən hal-hazırki günə qədər "xxxx" zavodunun yataqxanasında pasport qeydiyyatındadır. İddiaçının təqdim etdiyi forma A-dan göründüyü kimi 17.01.1984-cü ildən "xxxx" zavodunun yataqxanasında pasport qeydiyyatındadır, yaşayış yeri qeydiyyatda olduğu ünvandır. Təqdim edilən şəxsi hesab vərəqəsinin surətindən göründüyü kimi sözügedən mübahisəli mənzilə görə kirayə haqqı və kommunal xərcləri ödəyir. Təqdim etdiyi iddiaçı ilə “Azərsu” arasında bağlanmış müqavilədə, “Azərişıq” tərəfindən təqdim olunmuş “Bildiriş”in surətinin məzmunundan aydın olduğu kimi o, sözügedən yataqxana sökülənədək mübahisəli mənzildə faktiki olaraq yaşamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 21.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi inzibati iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan Bakı şəhər Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosesual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, qeyd edilmişdir ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan kimi Cavabdeh hesab edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Yəni həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə edilmiş arayışlarından da görünür ki, qeydiyyatda olduğu yataqxana binası sözügedən Birliyin balansındadır. Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bununla bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, qeydiyyatda olduğu ünvanda uzun illər məcburi köçkün ailəsi yaşamışdır. Belə olan halda iddiaçı həmin binada qeydiyyatı olmasına baxmayaq o uzun illər həmin binada yaşamamışdır. Qəzalı vəziyyətdə olan binada yalnız faktiki yaşayan sakinlər üçün yeni bina inşa edilmiş və ora köçürülmüşdür. İddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçının qeydiyyatda olduğu keçmiş "xxxx" zavodunun yataqxanası Cavabdeh tərəfindən sökülərək, yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilmişdir. Bunu əsas götürərək, iddiaçı həmin binada kompensasiya olaraq ona mənzilin verilməsini tələb edir. Bununla bağlı bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan layihə “Kristal Abşeron" MTK tərəfindən inşa edilməmişdir. Buna görə də həmin MTK-nın hazırki mübahisə üzrə işə üçüncü şəxs kimi cəlb edilməsi qanuni və əsaslı deyildir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X3 məhkəmə iclasında ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X10 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Xəzər rayon Polis İdarəsi tərəfindən 26.02.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Lənkəran rayonu, Kosalar kəndində doğulmuş İddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş Zavodu ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında 26.01.2021-ci l tarixdə verilmiş ******* №li arayışından müəyyən olunur ki, İddiaçı 08.02.2002-ci il tarixdən Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş zavodu ünvanında qeydiyyatdadır. Onunla birgə qeyd olunan ünvanda 03.07.1978-ci il təvəllüdlü X8 da qeydiyyatdadır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 24.11.2021-ci il tarixli 33 №li arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" zavodunun nəzdində təşkil olunmuş “Xədiyyə” kooperativində 15.04.1990-cı ildən (əmək müqaviləsi № 15 16.04.1990) 25.05.1992-ci ilə qədər işləmişdir (əmr № 3, 25.05.1992-ci il). Kooperativ “Xədiyyə” ləğv olunması ilə əlaqədar, köçürmə yolu ilə “Xədiyyə” kiçik müəssisəsinə işə qəbul olunmuş (əmr № 11, 25.05.1992), 30.12.1994-cü ilə qədər işləmişdir (əmək müqaviləsinin qurtarması ilə əlaqədar işdən azad olunmuşdur). 1984-cü ildən hal-hazırki günə qədər "xxxx" zavodun yataqxanasında pasport qeydiyyatındadır. "xxxx" zavodunun yataqxanasında elektrik sayğacları quraşdırılmayana qədər elektrik enerjisindən istifadə haqqı "xxxx" zavodu tərəfindən ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 111 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli 01 saylı arayışda göstərilmişdir ki, İddiaçı 1984-cü ildən Xəzər rayonu Buzovna qəsəbəsi Məhəllə 2143 də yerləşən Bakqazmaş zavodunun yataqxanasında qeydiyyatda olmaqla 2019-cu ilin dekabr ayına qədər həmin ünvanda yaşamışdır. Onun mənzili həmin yataqxananın 5-ci mərtəbəsində olmuşdur. Yaraqxanada olan mənzillər 2016-cı ilədək, yəni Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 sayhı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilənə qədər nömrələnməmiş, 2016-cı ilin may ayından balanssaxlayıcı tərəfindən nömrələndikdə İddiaçı mənzilinin nömrəsi 79, növbəti dəfə 2019-cu ilin aprel ayında nömrələnmə zamanı 81 olmuşdur. Yataqxana qəzalı vəziyyətdə olduğu müəyyən edilib, sakinlər köçürülən zaman Cavabdeh müvafiq komissiyası tərəfindən yenidən nömrələnmişdir. Həmin siyahıda İddiaçı faktiki yaşadığı mənzilinin hansı nömrə ilə nömrələndiyi haqqında məlumat yoxdur. Kommunal xidmətlərə görə ödənişlər 2016-cı il may ayına qədər “Bakqazmaşzavodu”nun yataqxanası tərəfindən ödənilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2020-ci il tarixli 846 №li məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İddiaçı qeyd edilən qəzalı binada faktiki olaraq yaşamadığı və onun adına yaşayış sahəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakiniərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Bununla əlaqədar, qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Ona görə də, İddiaçı və ailə üzvlərinin ünvan ünvanda yerləşmiş yataqxananın neçə nömrəli otağında yaşaması, həmin otağın sökülməsi ilə əlaqədar adının müvafiq siyahıya salınıb-salınmaması, ona və ailə üzvlərinə mənzil və ya kompensasiya verilib-verilməməsi barədə məlumatın təqdim edilməsi üçün aidiyyəti üzrə köçürməni həyata keçirən quruma müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı yaşayış sahəsi ilə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı müraciət sonuncunun M-113-151 saylı 21.01.2020-ci il tarixli məktubu ilə (i.v. 7) aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon İcra Hakmiyyətinə göndərilmişdir. İddiaçının sözügedən müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 11.02.2020-ci il tarixli M-25-068 saylı məktubda (i.v. 47) bildirilmişdir ki, "xxxx" zavodunun qəzalı vəziyyətdə olan binasının sökülərək yerinə yeni binanın inşa edilməsi və qəzalı binada faktiki yaşayan sakinlərin yeni mənzillərlə təmin olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qeydiyyatda olduğu qəzalı vəziyyətdə olduğuna görə sökülmüş ünvan məhəllə "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən binada kompensasiya olaraq ona mənzil verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus yaşayış sahəsinin (yataqxana otağı) sökülməsi ilə əlaqədar, həmin yerdə inşa edilmiş binada yeni mənzilin verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli (17.12.2019-cu il tarixli 482 saylı qərarla ləğv olunmuşdur) 86 saylı Qərarı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Cavabdehnə aidiyyəti üzrə 5 il müddətinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirmələri həvalə olunmuşdur (bənd 1.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Hazırda iddiaçı ünvan məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan, onun yerində inşa edilən yeni binada kompensasiya olaraq, mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbini həmin yataqxanada pasport qeydiyyatında olması (yaşaması) ilə əlaqələndirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının qəzalı vəziyyətdə olan yataqxananın ünvanında formal olaraq qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı izahatında göstərmişdir ki, arvadı X1 yaranmış narahatçılıqlarla, daha sonra isə onun dəfn mərasimləri ilə əlaqədar (sonuncu 2019-cu ilin yanvar ayında vəfat etmişdir) son dövrlər qeydiyyatda olduğu yataqxanadan müvəqqəti yaşamaq üçün doğulduğu Lənkəran rayonuna köçmüş və orada yaşamışdır. Azərbaycan Respulikası Mənzil Məcəlləsinin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin və qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərin sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərlə təmin olunması müəyyən olunmuşdur ki, iddiaçının sökülən yataqxanada faktiki yaşamadığını və yataqxananın qəzalı vəziyyəti ilə bağlı həmin yaşayış sahəsindən köçürülmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, onun mənzillə təmin olunması barədə hazırki iddiası təmin oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar