Məhkəmə qərarları › İş №2-1(112)-469/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-469/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-469/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi - X3, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" bağçılıq birliyində xx.xx.1987-ci ildə 08 №-li protokolla ona ayrılmış 1935-1936 bağ torpaq sahələrinə planölçünün və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət "xxxx" ASC-də əmək fəaliyyəti göstərmişdir. 1985-cı ildə işlədiyi müəssisədə “Kondisioner” bağçılıq birliyi təşkil olunmuş və zavod əməkçilərinə bağ sahəsi verilməsi üçün torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən Bakı şəhəri X7 xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarına əsasən Bakı şəhəri ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları üçün bağ torpaq sahələri ayrılmışdır. Həmin vaxtlarda Bakı Kondisioneri zavodunun əməkçilərinə ayrılmış bağ torpaq sahələri ilə əlaqədar müəssisədə çalışan əməkçilərinin siyahısı tərtib edilmişdir. O, "xxxx" bağçılıq birliyində xx.xx.1987-ci ildə 08 №li Protokola əsasən üzv olmuşdur və Bağçılıq üçün ayrılımış bağ torpaq sahəsində 1935-1936 bağ torpaq sahələri ona ayrılmışdır. Bu barədə ona “Bağçılıq” kitabçası verilmişdir. O, zaman o, ailəli idi və onun arvadı da həmin müəssisədə işləyirdi. Bağçılıq birliyinin üzvlərindən ibarət komissiya tərəfindən ona ayrılmış 1935-1936 №li bağ sahələri yerdə naturada ayrılaraq ona verilmişdir. Bununla əlaqədar ona “Bağçılıq kitabçası”, protokoldan çıxarış, bağın planı, bağ sahəsinin ölçüsü, bağçılıq birliyində Hövsan qəsəbəsi üzrə ümumi bağ sahələrinin nömrələnmiş siyahısı təqdim edilmişdir. O zaman o, ayrılmış bağ sahəsinə məftillərdən və dəmir torlardan hasar çəkmiş və çox saylı ağaclar əkmişdir. Lakin sonradan, ailə vəziyyəti və maddi imkansızlığından bağ sahəsinə gedib gəlməyi azalmışdır. Bir müddətdən sonra bağ sahəsinə getmiş və bağ sahənin kənarlarına məftildən və dəmir tordan çəkdiyi hasarın bəzi hissələrinin sökülərək oğurlandığını və bağ sahəsində əkdiyi ağacların məhv olunduğunu görmüşdür. Ona görə də maddi imkanı olanda birbaşa bağ sahəsinə daşdan hasar çəkmək qərarına gəlmişdir və bu məqsədlə bağ sahəsinin çala-çuxurları düzəltmək üçün bir neçə avtomaşın torpaq tökdürmüşmdür. Sonradan bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün Reyestr xidmətinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********46 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “koordinatlarla göstərilən torpaq sahəsi bağçılıqyoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona ayrılmış bağ sahəsi heç bir halda Dövlət Neft Şirkətinin ərazisi hesab edilə bilməz. Çünki, həmin torpaq sahəsinin yerləşdəyi ərazinin hər iki tərəfində bağ torpaq sahələri özəlləşdirilmişdir. Həmin ərazidə Dövlət Neft Şirkətinə məxsus heç bir kommunal buruq və boru kəmərləri olmamışdır. Həmçinin ona ayrılmış bağ torpaq sahəsi hazırda onun istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 oktyabr 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq - yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********46 saylı cavab məktubu ünvanlanmışdır. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X6 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. “Kondisioner” Bağçılıq Birliyi tərəfindən verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1987-ci il tarixli 08 №li protokoluna əsasən İddiaçı “Kondisioner” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, xx.xx.1985-ci il qərara əsasən Bağçılıq birliyinin bağlar sahəsindən sahəsi 1200 kv. metr olan 1935 və 1936 saylı bağ sahələri ayrılmışdır. “Kondisioner” bağçılıq birliyinin xx.xx.1987-ci il tarixli müşavirəsinin 08 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 1200 kv. metr olan 1935 və 1936 №-li bağ sahəsi İddiaçı adına keçirilsin. “Kondisioner” bağçılıq birliyi üzvlərinin siyahısından müəyyən olunur ki, 1935 və 1936 №-li bağ sahələri və İddiaçı adı siyahıda 241 № ilə qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********39 №-li xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 1935 və 1936 saylı bağ sahələrinə dair tərtib edilmiş müayinə aktının, “Kondisioner” bağçılıq yoldaşlığının ayrıc aktının, sözügedən bağ sahələrinin Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinə aid olmasını təsdiq edən müvafiq sənədlərin, 1935 və 1936 saylı bağ sahələrinin bir hissəsinin kimin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1935 və 1936 saylı bağ sahələrinin bir hissəsi **********82 reyestr nömrəli 0.06 hektar olan Hövsan qəsəbəsi, “Kondisioner” b/y-nın 1934 saylı bağ sahəsi kimi xx.xx.2017-ci il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır və özgəninkilədirilmişdir. Sorğuda qeyd edilən digər məsələ ilə bağlı bildirilmişdir ki, Bakı şəhəri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin (ərazinin) hüquqi və texniki sənədləri (xəritələri) barədə məlumatların aidiyyəti təşkilatdan əldə edilməsi məqsədəuyğundur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu məlumatlar elektron kadastr bazasından əldə edilir. **********39 №-li xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş: “Kondisioner” bağçılıq yoldaşlığı Hövsan ərazisində yerləşən 1935 və 1936 №-li bağ sahəsinin cizgisinin surətindən müəyyən olunur ki, bağ sahəsinin sənəd üzrə sahəsi 1200.0 kv.metr, faktiki 1321.0 kv.m - 121.0 kv.m sahəsi artıqdır. “Kondisioner” Bağçılıq Birliyi tərəfindən verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli 07 saylı protokoluna əsasən X11 “Kondisioner” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş, xx.xx.1985-ci il qərara əsasən Bağçılıq birliyinin bağlar sahəsindən sahəsi 600 kv. metr olan 1934 saylı bağ sahəsi ayrılmışdır. “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin 07 №-li xx.xx.1991-cu il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, “Kondisioner” bağçılıq birliyinin müşavirəsi qərara almışdır ki, ümumi sahəsi 600 kv. metr olan 1934 №-li bağ sahəsi X9 adına keçirilsin. “Kondisoner” bağçılıq birliyinə aid Hövsan qəsəbəsində yerləşən bağların yerləşmə cizgisindən müəyyən olunur ki, 1934 №-li bağ sahəsinə qonşu bağ sahələri 1933, 1935 və 1924 saylı bağ sahələridir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-965/2017 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin “iddiaçının hüquqlarının qeydiyyata alınması”ndan imtinasının qanunsuz sayılması, iddiaçı X9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 0,06 ha ölçüdə 1934 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş torpaq sahəsinin planının surətindən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixli protokoldan çıxarışa və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 965/2017 nömrəli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, “Kondisioner” b/y-nın 1934 saylı bağ sahəsinə dair X9 adına torpaq sahəsinə dair plan tərtib olunmuşdur. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y yerləşən sahəsi 0,06 ha olan 1934 saylı bağ sahəsi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69351 nömrəli vərəqində X9 adına qeydə alınmışdır. AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X11 Bakı şəhəri, ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini X1. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondisioner” b/y yerləşən sahəsi 0,06 ha olan 1934 saylı bağ sahəsi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69351 nömrəli vərəqində X2 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə baxış aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “Kondisioner” b/y yerləşən 1935 və 1936 №-li bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv. metr, faktiki 1321,0. kv. m. olduğu, bağ sahəsinin sərhədlərinin bir tərəfi, birdə o biri tərəfinin bir hissəsi hasar, bir tərəfində 1 cərgə mişar daşı düzülmüş, qalan tərəfləri şərtidir. Tikili yoxdur. Bağ sahəsi dənizdən 71.0-73.0 metr aralı məsafədə yerləşir, bağ sahəsindən torpaq yol keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5821 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir: İş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsinin faktiki ölçüsü 1200 kv. m (1935 və 1936 №li bağ sahələrinin hər biri ayrılıqda 600 kv. m) təşkil edir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi bağçılıq – yoldaşlıq ayrıc aktından kənarda yerləşir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. - “Kondisioner” Bağçılıq Cəmiyyətinin xx.xx.1985-ci il qərarı ilə İddiaçı Bağçılıq birliyinin bağlar sahəsində ayrılmış 1935 və 1936 №li bağ torpaq sahələri olması iddia olunan və iddiaçının nümayəndəsi tərəfindən naturada tanıdılan şərti sərhədli torpaq sahəsi elektron kadast məlumat bazasına əsasən **********82 reyestr nömrəli çıxarışla tamamilə və **********83 reyestr nömrəli çıxarışın bir hissəsi ilə üst-üstə düşür. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “1935 və 1936” saylı torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”. 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi "xxxx" bağçılıq birliyində xx.xx.1987-ci ildə 08 №-li protokolla ona ayrılmış 1935-1936 bağ torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə nail olmaqdır. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - üzvlərin iclasının protokolundan çıxarışa və onun əsasında verilmiş üzvlük kitabçasına istinad etmişdir. Məhkəmə razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli sahənin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır. Məhkəmə həmçinin qeyd eməyi zəruri hesab edir ki, mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı verilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi bağçılığa ayrılan ərazinin hüdudlarından (ayrıc aktı) kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir və **********82 reyestr nömrəli çıxarışla tamamilə və **********83 reyestr nömrəli çıxarışın bir hissəsi ilə üst-üstə düşür. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar