Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4697/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirаkı ilə, İddiаçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.1978-24.04.1980-ci illərdə sabiq "Krupskaya" sovxozunda fəhlə, 11.04.1983-21.01.1995-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımalar Departamentinin Yeni X11 Deposunda refrijator qatarının (seksiyasının) mexaniki vəzifəsində, 02.12.1995-25.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunun təmir qarajında qaynaqçı, 03.01.1996-24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunun təmir qarajında qaynaqçı və 01.01.2007-28.03.2018-ci illərdə Masallı rayonun Qasımlı kəndində yerləşən pərakəndə ticarət mərkəzində satıcı işlədiyindən, ümumilikdə 27 ildən artıq ümumi sosial sığorta stajı olduğundan və onun da 12 il 6 aydan artıq hissəsi zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüququ yarandığı 05 mart 2018-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Masallı rayonun Qasımlı kəndində anadan olmuş. Hazırda həmin ünvanda yaşayır. Əmək fəailiyyətinə 01.06.1978-ci il tarixdən başlamışdır. Belə ki, 01.06.1978-24.04.1980-ci illərdə sabiq "Krupskaya" sovxozunda fəhlə, 11.04.1983-21.01.1995-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımalar Departamentinin Yeni X11 Deposunda refrijator qatarının (seksiyasının) mexaniki vəzifəsində, 02.12.1995- 25.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunun təmir qarajında qaynaqçı, 03.01.1996-24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunun təmir qarajında qaynaqçı və 01.01.2007-28.03.2018-ci illərdə Masallı rayonun Qasımlı kəndində yerləşən pərakəndə ticarət mərkəzində satıcı işləmiş. 08.05.1980-20.05.1982-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuş. Ümumilikdə 27 ildən çox əmək stajı və onun da 12 il 6 aydan artıq zərərli və ağır olan işlərdə işləməklə iş stajı vardır. Bunu təsdiq edən adına yazılmış İT-İ ******* saylı əmək kitabçası da mövcuddur. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaransa da bunu savadsız olduğundan bilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağı ilə bağlı DSMF-nun Masallı rayon şöbəsinə müraciət də etməmişdir. Sonradan hüquqları ona izah olunduğunda bilmiş ki, 57 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranıbdır. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı ilə bağlı ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından 05.02.2021-ci il tarixli **********8 nömrəli məktubla imtina edilmişdir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina edilməsinə baxılarkən 02.11.1982-ci ildə adına yazılmış İT-İ №0732811 saylı əmək kitabçasında göstərilən 02.02.1995-02.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunun təmir qarajında və 03.01.1996-24.12.1996-cı ildə sabiq 11 Yeddioymaq sovxozunun təmir qarajında qaynaqçı işlədiyi illər zərərli və ağır işlər kimi nəzərə alınmamışdır. Onun 02.02.1995-02.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunun təmir qarajında və 03.01.1996- 24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunun təmir qarajında qaynaqçı işləməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının təsir altına düşür. Əmək kitabçasında qeyd olunan 02.12.1995-25.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunda və 03.01.1996-24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunda qaynaqçı işlədiyi zərərli və ağır olan illər DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən nəzərə alınmamışdır. Xüsusi ilə qeyd edir ki, onun əmək kitabçasında göstərilən və işlədiyi 11.04.1983-21.01.1995, 02.12.1995-25.12.1995 və 03.01.1996- 24.12.1996-cı illərdə zərərli və ağır işlərdə işlədiyindən, ümumilikdə 12 il 09 ay 24 gün güzəştli şərtlərlə iş stajı vardır. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının ona göndərdiyi 05.02.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, hesab edir, 01.06.1978-24.04.1980-ci illərdə sabiq "Krupskaya" sovxozunda fəhlə, 11.04.1983-21.01.1995-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımalar Departamentinin Yeni X11 Deposunda refrijator qatarının (seksiyasının) mexaniki vəzifəsində, 02.12.1995-25.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunun təmir qarajında qaynaqçı, 03.01.1996-24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunun təmir qarajında qaynaqçı və 01.01.2007-28.03.2018-ci illərdə Masallı rayonun Qasımlı kəndində yerləşən pərakəndə ticarət mərkəzində satıcı işlədiyindən, 27 ildən artıq ümumi sosial sığorta stajı olduğundan və onun da 12 il 6 aydan artıq hissəsini zərərli və ağır işlərdə işlədiyindən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün hüququ yarandığı 05 mart 2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (17 il 2 ay 15 gün) və güzəştli stajı isə 12 il 6 aydan az (11 il 9 ay 10 gün) təşkil edir. Bundan əlavə İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17054,07 manat təşkil edir. Həmçinin bildiririk ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir” Nəticə etibarilə 01.07.2017ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 01 iyun 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə teleqram ünvanlayaraq, 1995-1996-cı illərdə işlədiyi dövrün güzəştli hesab edilməsi ilə bağlı arayışın alınmasından ötrü sorğu göndərdiyini və sorğusuna cavab yazılmadığı qeyd edərək 01.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: -AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961ci il tarixdə Masallı rayonunun, Qasımlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Masallı rayonu, Qasımlı kəndində qeydiyyatdadır. -Masallı rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19.02.2021-ci il tarixli № 199 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Masallı rayon Qasımlı kəndində yaşayır və qeydiyyatdadır. -ADY Ekspress MMC X13 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı 02.11.2020-ci il tarixli № 33 saylı məktubunun surətindən görünür ki, X13nun keçmiş işçisi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətəndə depoda 11 aprel 1983-cü ildən 21 yanvar 1995-ci ilədək refrijerator seksiyasının (qatarının) mexaniki vəzifəsində işləmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının “Nəqliyyat” bölməsinin 21.4 bəndinə əsasən refrijerator seksiyasının (qatarının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı isə güzəştli şərtlə iş stajı 11 (on bir) il, 09 ay, 10 gündür. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən verilmiş 15.03.2018-ci il tarixli № 58/255 saylı sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışının surətindən görünür ki, X1 yanında əmək müqaviləsi ilə işləyən fiziki şəxs İddiaçı 01.01.2007-ci ildən 01.01.2018-ci ilədək 10 il 4 ay 0 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində Məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 3991.26 (üç min doqquz yüz doxsan bir manat iyirmi altı qəpik) manat pensiya kapitalı vardır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsi tərəfindən verilmiş 06.10.2020-ci il tarixli № 588 saylı arayışıdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətəndə 08.05.1980-ci il tarixdən 20.05.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış 05 fevral 2021-ci il tarixli № **********8 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən (17 il 2 ay 15 gün) və güzəştli iş stajınız da 12 il 6 aydan az (11 il 9 ay 10 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 42000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18765,55 manat təşkil edir. -İddiaçı məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, 01.06.1978-24.04.1980-ci illərdə sabiq "Krupskaya" sovxozunda fəhlə işləmiş. 08.05.1980- 20.05.1982-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuş. 11.04.1983-21.01.1995-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımalar Departamentinin Yeni X11 Deposunda refrijator qatarının (seksiyasının) mexaniki vəzifəsində, 02.12.1995-25.12.1995-ci ildə sabiq "Qasımlı" sovxozunda qaynaqçı, 03.01.1996-24.12.1996-cı ildə sabiq İİ Yeddioymaq sovxozunda qaynaqçı və 01.01.2007-28.03.2018-ci illərdə Masallı rayonun Qasımlı kəndində yerləşən pərakəndə ticarət mərkəzində satıcı işləmişdir. Məhkəmə sorğusu əsasında Masallı rayon Dövlət Arxivi tərəfindən göndərilmiş 19 aprel 2021-ci il tarixli № M-169 saylı məktubundan görünür ki, İddiaçı 1978-1980-ci illərdə sabiq Krupskaya adına sovxozda işləmiş və əmək haqları almışdır. Sabiq “Qasımlı” sovxozunda işləməsi və əmək haqqı alması barədə məlumata rast gəlinmədi. “İİ Yeddioymaq” sovxozunun sənədləri isə Masallı RDA-nə verilmədiyindən, həmin sovxozda işləməsi və əmək haqqı alması barədə məlumat yoxdur. Məktuba əlavə edilmiş № 169 saylı arxiv arayışından görünür ki, İddiaçı 27.06.1978-ci il tarixli 609-6-2 saylı əmrlə, sabiq Krupskaya adına tərəvəzçilik-südçülük sovxozun 6 saylı tərəvəzçilik briqadasına fəhlə qəbul edilmişdir. Sovxozun 1980, 1981, 1982-ci illərə aid əmr kitabları Masallı rayon Dövlət Arxivinə təhvil verilməyib. Lakin, fəhlə və qulluqçuların işə girmə və işdən çıxma barədəki siyahısı kitabında onun, 24.04.1980-ci il tarixli 508 saylı əmrlə, hərbi xidmətə çağırılması ilə əlaqədar, işdən azad edilməsi barədə məlumat vardır. Məktuba əlavə edilmiş № 169-1 saylı arxiv arayışından görünür ki, İddiaçı “Qasımlı” sovxozunun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. İddiaçı “Qasımlı” sovxozunda əmək haqqı alması barədə məlumata rast gəlinməyib. Məktuba əlavə edilmiş № 169-2 saylı arxiv arayışınnan görünür ki, İddiaçı “İİ Yeddioymaq” sovxozunun sənədləri Masallı rayon Arxivinə ümumiyyətlə təhvil verilməyib. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1961-cü il təvəllüdlüdür, güzəştli şərtlərlə pensiya təyininə imkan verən sahədə-11.04.1983-cü il tarixindən 21.01.1995-ci il tarixədək ADY Ekspress MMC X13nda ASC-də refrijerator seksiyasının (qatarının) mexaniki vəzifəsində və Qasımlı və İİ Yeddioymaq sovxozunda qaynaqçı vəzifəsində çalışdığı və digər sahələrdə iş stajının olduğunu iddia edərək 57 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə aşağdaki əsaslara görə iddianın əsaslı olmadığı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixdən sonrakı olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 57 yaşı 05.03.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına və 12 il 6 ay xüsusi iş stajına malik olub - oİmamasıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı hərbi xidmət dövrü nəzərə alınsa belə 25 ildən az təşkil edir. Həmçinin, iddiaçının güzəştli stajının da 12 il 6 ay olması barədə sübut təqdim edilməmişdir. İş üzrə araşdırma zamanı iddiaçının əmək kitbaçasında qeyd edilmiş qaynaqçı vəzifəsində işlədiyi sovxozlardakı əmək fəaliyyəti barədə arxivlərə sorğu verilmiş, lakin Qasımlı və İİ Yeddioymaq sovxozunda əmək fəaliyyəti barədə məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət müddəti əlavə edilməklə, ümumi iş stajı 25 ildən, güzəştli stajı da 12 il 6 aydan az olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Bundan əlavə Məhkəmə qeyd edir ki, iddiaçı əmək kitabçasına istinad edərək 01.01.2007-ci ildən 28.03.2018-ci ilədək Masallı rayonunun Qasımlı kəndində pərakəndə ticarət mərkəzində satıcı işlədiyini və ümumilikdə 27 ildən artıq ümumi sosial sığorta stajının olduğunu iddia edir. Bununla bağlı da cavabdeh inzibati orqan qanunvericilikdə mövcud olan dəyişikliyə əsasən iddiaçının kifayət qədər pensiya kapitalının olmadığına istinad edir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X2 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4697/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4697/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver