Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-470/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Xətai rayonu, Srayev küçəsi, ev 18, mənzil 70) və onun nümayəndəsi, eyni zamanda vəkili X7 (Ünvanı: Bakı şəhəri, Ə.Ələkbərov küçəsi “E” 34; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 11 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X8 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X11 İdarəsi, Hüquq və kadrlar sektorunun böyük məsləhətçi-hüquqşünas), 3-cü şəxsin nümayəndəsi, eyni zamanda vəkili X3 (ünvanı: ünvan 1 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 üzrə Mərkəzi Filialına 3-cü şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı, X16, X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456- 001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Məhkəmənin 2-1(112)-470/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X16, X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə işdən “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “Təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456- 001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin xx.xx.2014-cü il tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə həvalə edilməsi” barədə iddia tələbi üzrə iş 2-1(112)-470/2020 nömrə ilə; “iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “Təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456- 001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin xx.xx.2014-cü il tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə həvalə edilməsi” iddia tələbi üzrə iş yeni nömrə ilə; “iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “Təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456- 001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin xx.xx.2014-cü il tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə həvalə edilməsi” iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı daxili işlər orqanlarında illərlə müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət edərək, 2014-cü il 01 iyun tarixədək xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaşlar kimi həyatının böyük hissəsini Dövlətə və dövlətçiliyə xidmətə həsr etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçıları olmuşdur. 2014-cü ildə sabiq Daxili İşlər naziri R.Usubov DİO-da xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarının artırılmasını hökumətə təklif etmişdir.Təşəbbüskar qismində çıxış edən sabiq Daxili İşlər naziri əlindən gələni etmişdir ki, xx.xx.2014-cü il tarixədək müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş əmək pensiyaçıları istisna olunmaqla istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında çalışan bütün xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarının nəzərəçarpacaq dərəcədə artımı və onlar xidmətdən tərxis olunarkən bu artımın əmək pensiyalarına hesablanması təmin olunsun. 2.“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin. Belə ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən" sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxztında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin.” DİN üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına xx.xx.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. 3. NK-nin qərarında əlavələrin əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin edilməsi nəzərdə tutulsa da nazirin əmrində “əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” ifadələrinə rast gəlinmir, xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına əlavələr adlı qaydada deyil, əmrə 1 nömrəli əlavədə göstərilən vəzifə sahiblərinə istisnasız və əməyə münasibətlərindən, xidmətdə nailiyyətləri olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Təsadüfi deyil ki, əmrə 1 nömrəli əlavə “Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının şamil edildiyi vəzifələrin siyahısı” başlığı altında verilmişdir.4.Bu azmış kimi Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə nəinki NK-nın qərarında göstərilən müstəntiq, təhqiqatçı və kriminalistlərin, bu qərarda nəzərdə tutulmayan istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının digər əməkdaşlarının, o cümlədən rəislərin, rəis müavinlərinin və s. vəzifə maaşlarına əlavələr təyin olunmuşdur. Əlavə, əmr imzalanan zaman DİN-in Təhqiqat İdarəsinin rəisi, hazırda isə Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində xidmət edən nazirin öz oğluna da şamil olunmuşdur. NK-nin qərarında göstərilməyən vəzifələrdə xidmət edən yüzdən artıq ştat üzrə xüsusi rütbəli şəxslər altıncı ildir ki, bu əlavələri alırlar. 5.Əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə əlavələr yalnız fərdi inzibati aktlarla təyin edilməlidir. NK-nin qərarına əməl olunsa idi bu əlavələr nazirin hər ay imzalamalı olduğu fərdi inzibati aktlarla (əmrlərlə) əməkdaşın tutduğu vəzifə ilə yanaşı soyadı, adı, atasının adı, əməyindəki yüksək nəticənin nədən ibarət olduğu göstərilməklə təyin olunmalı idi. Növbəti ay üçün ayrıca əmrlər verilməli idi. Çünki, əməkdaş bir ay hansısa nailiyyət əldə edər, amma gələn ay ola bilsin ki, vəzifə maaşına əlavə təyin etmək üçün əsas olmasın. Əgər ötən beş ildən artıq müddətdə NK-nin 169 nömrəli qərarının icrası ilə əlaqədar DİN-in rəhbərliyi tərəfindən yeganə inzibati akt (xx.xx.2014-cü il tarixli əmr) verilibsə və bu əmrdə vəzifə maaşlarına əlavələr təyin edilən əməkdaşların soyad və adları deyil, əlavələrin şamil edildiyi vəzifələrin siyahısı göstərilibsə, əlavələrin təyin edilməsində fərdili likdən, xidmətdə fərqlənmədən, əməyə münasibətdən söhbət gedə bilməz! NK-nin qərarında vəzifə maaşlarına əlavə adlandırılan dəyişiklik nazirin əmrində vəzifə maaşının stabil artımı kimi əks olunur. 6.DİN-in X14 daxili işlər orqanlarının rəislərinə ünvanladığı x xxxx 2014-cü il tarixli 027-1820-1214 N-li məktubun 8-ci bəndinə müvafiq olaraq əməkdaş xidmətdən tərxis olunarkən bu əlavə onun pul attestatında göstərilməklə əmək pensiyasına hesablanır. 7.NK-nin 169 nömrəli qərarına əsasən vəzifə maaşına əlavələr müvafiq fondlar dairəsində təyin edilir. “Müvafiq fondlar dairəsində" dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait nəzərdə tutulur. Təqaüdə çıxan əməkdaşın əmək pensiyasına hesablanan əlavə isə artıq “müəyyən olunmuş müvafiq fondlar dairəsində” deyil, dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Bu o deməkdir ki, Daxili İşlər nazirinin Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında NK-nin qəbul etdiyi qərar sadəcə dekorasiyadır. Reallıqda DİN naziri ona verilmiş səlahiyyət həddini aşaraq Dövlət Başçısının Fərmanı ilə həll edilməli olan vəzifə maaşlarının artımını özünün xx.xx.2014-cü il tarixli əmri ilə həll etmişdir. 8.NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə Daxili İşlər nazirinin xx.xx.2014-cü il tarixli əmri arasında kəskin ziddiyyətin mövcud olması, çoxsaylı şikayətlərimizə baxmayaraq, dövlət orqanları tərəfindən bu ziddiyyətinaradan qaldırılması istiqamətində heç bir tədbirin görülməməsi, əlavələrin təyin olunması və əmək pensiyasına hesablanması zamanı NK-nin qərarının müddəalarına deyil Daxili İşlər nazirinin əmrinə riayət olunması, NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının dekorasiya olduğunu təsdiq edir. 9.NK-nin qərarındakı “əməkdə yüksək nəticələrə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə" ifadələr Daxili İşlər nazirinin diskresion səlahiyyət çərçivəsində hərəkət etməsi, yəni NK-nin 169 nömrəli qərarının DİN-in rəhbərliyini müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) əlavənin tətbiq edilib-edilməməsində öz mülahizəsinə istinadən seçim etmək səlahiyyəti və onların əməyini qiymətləndirmə azadlığı ilə təchiz etməsi, əlavə adlandırılan vəzifə maaşına dəyişikliyin guya fərqləndirmə üsulu kimi mükafat qismində tətbiq edildiyi görüntüsü yaratmaq məqsədinə xidmət edir. 10.Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF adlandırılacaq) fəaliyyətinin hüquqi əsası olan, Dövlət Başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 8.4-cü bəndinə əsasən Fond öz səlahiyyəti daxilində əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək vəzifəsi və 10.4-cü bəndinə görə əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək vəzifəsi daşıyır. Bu nəzarət o deməkdir ki, DSMF çalışmalıdır ki, heç kim müəyyən olunmuş həddən çox və ona çatası həddən az məbləğdə pensiya almasın, belə hallar DSMF-yə məlum olduqda qanunsuzluğu aradan qaldırsın. Bunun üçün DSMF-yə lazımi səlahiyyət verilmiş və şərait yaradılmışdır. DSMF DİN-dən daxil olmuş məlumat vərəqləri əsasında əmək pensiyaları təyin edərkən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmiş olsaydı aşkar edərdi ki, vəzifə maaşlarına əlavə alan şəxslərin bir qismi NK- nin qərarında nəzərdə tutulmayan vəzifələrdən (istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəisləri, müavinləri və s.) azad olunmuşlar, digərləri isə müstəntiq, təhqiqatçı və kriminalist vəzifələrindən azad olunsalar və tərxis olunduğu tarixə sözügedən əlavəni almış olsalar da, onların əməyində yüksək nəticələrin mövcudluğu hər hansı bir sənəddə əksini tapmayıb, barələrində fərdi inzibati aktlar (əmrlər) mövcud deyil. 11. xx.xx.2014-cü ildən etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarından tərxis olunmuş istisnasız olaraq bütün xüsusi rütbəlilərin əmək pensiyalarına bu əlavələr hesablanmışdır. Beləliklə, NK-nin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarında və DİN üzrə xx.xx.2014-cü il tarixli əmrdə əlavə adlandırılan vəzifə maaşına edilən dəyişikliyin reallıqda vəzifə maaşının stabil artımı olduğu şübhə doğurmur. 12.Bu artım NK-nin 169 nömrəli qərarının verildiyi tarixədək tərxis olunmuş xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır (bax: “Əmək pensiyaları haqqında Qanun”un 1.0.5-ci maddəsinin “sonrakı artımlar da nəzərə alınmaqla1’ tələbinə). 13. İddiaçıya xx.xx.2014-cü il tarixədək DİO-da müstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrindən azad olunaraq xidmətdən tərxis olunmuş pensiyaçılara vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi guya vəzifə maaşının artımı deyil, mükafat qismində adlı qaydada təyin olunan əlavə olduğu əsasına görə şamil etməkdən imtina olunur.14.Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi, sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2010-cu il tarixli qərarı). 15.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin insan hüquqlarının və əsas azadlıqların hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməsi müddəa ilə bağlı presedent hüququna görə analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə xx xxxx 2012-ci il tarixli qərar, §§ 85-86). 17.2014-cü ilin iyun ayından etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmətdən tərxis olunmuş xüsusi rütbəsi olan əməkdaşların hamısının əmək pensiyasına vəzifə maaşına əlavə hesablanıb ödənilir. 2019-cu ilin mart ayında həmin əlavələri alan əmək pensiyaçılarının sayı 270 nəfərə çatmışdı. Bu təqaüdçülərin böyük əksəriyyəti əməkdə yüksək nəticələr əldə etməmiş, xidmətdə hər hansı bir nailiyyətləri olmamışdır. Onların arasında intizam məsuliyyətinə cəlb olunmuş və xidmətdən tərxis olunduğu tarixə qüvvədə intizam tənbehi olan şəxslər də vardır. Bu fakt vəzifə maaşına edilən dəyişikliyin vəzifə maaşının stabil artımı olduğunu bir daha sübut edir. 17.Müvafiq icra hakimiyyəti orqanlarının davranışları da NK-nin 2014-cü il 29 may tarixli 169 N-li qərarının dekorasiya olduğu qənaətinə gəlmək üçün əsas verir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinin, ƏvəƏSMN-nin və yanındakı DSMF-nun, DİN-in rəhbərlərinə ünvanlanmış çoxsaylı müraciətlərində NK-nin 169 nömrəli qərarının icrasını ciddi nəzarətə götürməyi, bu qərarda nəzərdə tutulmayan vəzifə sahiblərinə: istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə, müavinlərinə, həmçinin əməkdə yüksək nəticələr əldə etməyən və xidmətdə fərqlənməyən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə vəzifə maaşlarına əlavələrin verilməsinin vəxidmətdən tərxis olunarkən pensiyalarına hesablanmasının dayandırılmasını xahiş və tələb etsə də müraciətləri nəticə verməmiş, mahiyyəti üzrə qanunamüvafıq şəkildə cavablandırılmamışdır. Vəzifə maaşına əlavə adlandırılan dəyişikliyi almağa haqqı olmayan şəxslər NK-nin 169 nömrəli qərarının tələblərinə zidd olaraq bu artımı almaqda davam edirlər. 18.DİN-in təmsilçisi, istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının müstəntiq, təhqiqatçı və kriminalist (ekspert) vəzifələrində xidmət etməyən xüsusi rütbəsi olan əməkdaşlarına vəzifə maaşlarına əlavələrin verilməsinin və xidmətdən tərxis olunarkən pensiyalarına hesablanmasının dayandırılmasına dair NK-dən daxil olmuş DİO-nın veteranlarının kollektiv müraciətini belə cavablandırmışdır: “...təyin olunan əlavələr maaş artımı kimi müəyyən olunmadığından və aidiyyəti dəyişikliyin qüvvəyə mindiyi tarixədək DİO-da xidmətdən xaric edilmiş əməkdaşlara şamil edilmədiyindən onların pensiya məbləğinin hesablanması zamanı həmin əlavənin nəzərə alınması mümkün deyildir.” 19.İqbal Həsənov adlı təqaüdçü DSMF-nun və struktur qurumu olan X11 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətlərində onları 2017-ci ildə Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq xidmətdən tərxis olunmuş konkret şəxsə NK-nin 169 nömrəli qərarının tələblərinə zidd olaraq 600 manat civarında artıq pensiya hesablandığı və həmin artımı almaqda davam etməsi barədə məlumatlandırmış, dövlət büdcəsi vəsaitinin talanmasının qarşısını almaq üçün tədbir görməyi təklif etmişdir. 20.XŞTİ-nin rəisi Zəka Mirzəyevin imzaladığı cavab məktubunda göstərilir: “şəxsin əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan idarəyə daxil olduqdan sonra baxılır." Bununla da cənab Z.Mirzəyev demək istəyir ki, mənlik deyil, DİN- in X18 yenilənmiş məlumat vərəqi göndərərsə, məsələyə baxarıq. (İ.Həsənovun xx.xx.2019-cu il tarixli müraciətinin surəti. 21.Vəzifə maaşına əlavə adlandırılan dəyişiklik vəzifə maaşının stabil artımı deyilsə, nəyə görə istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında vəzifəyə təyin olunan xüsusi rütbəsi olan əməkdaşlara, o cümlədən ilkin təyinat alıb əmək fəaliyyətinə başlayan əməkdaşlara da bu dəyişiklik vəzifəyə təyin olunduqları tarixdən hesablanıb ödənilir? Axı əmək fəaliyyətinə başlayan şəxsə “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” mükafat təyin edilə bilməz! Bu da bir daha göstərir ki, 2014-cü ilin may ayının sonu - iyun ayının əvvəllərində DİO-da xidmət edən müstəntiqlərin, təhqiqatçıların və kriminalistlərin (ekspertlərin) vəzifə maaşlarına əlavələr təyin etmək pərdəsi altında istintaq,təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının stabil artımı kursu müəyyən edilmişdir. 22.NK-nin 169 nömrəli qərarında vəzifə maaşına əlavə adlandırılan dəyişiklik DİO-da xidmət edən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) həqiqətən də “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə” mükafat qismində təyin olunsa idi, iddiaçı ali təhsilli hüquqşünaslar olaraq vəzifə maaşına edilən bu dəyişiklikdən yararlanmağa iddialı olmazdı. 23.Hesab edir ki, məhkəmə bu mübahisənin həlli zamanı NK-nin dekorasiya olduğu şübhə doğurmayan 169 nömrəli qərarını deyil, Azərbaycan Respublikası Konstitusiyasının birbaşa hüquqi qüvvəyə malik olduğundan bəhs edən 147-ci maddəsinin İİ-ci hissəsini və bərabərlik hüququna dair 25-ci maddəsini tətbiq etməlidir. 24.Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin (vəkilinin) məhkəmənin dəftəxanası vasitəsi ilə təqdim etdiyi mülahizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixədək xidmətdən pensiya almaq hüququ ilə buraxılmış müstəntiqlər, təhqiqatçılar və kriminalistlər (ekspertlər) kollektiv müraciətlərində “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarının icrasının nəzarətə götürülməsini, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) vəzifə maaşlarına əlavənin tutduqları vəzifəyə görə daimi əsaslarla deyil, məhz Nazirlər Kabinetinin qərarında nəzərdə tutulduğu kimi, əməkdə yüksək nəticələrə nail olduqları təqdirdə, fərdi inzibati aktlarla təyin olunmasını, vəzifə maaşlarına dəyişikliyin Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmayan qeyri-müstəntiq, təhqiqatçı, kriminalist (ekspert) vəzifələrində xidmət edən xüsusi rütbəsi olan əməkdaşlara, yəni istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının yüzdən artıq ştat üzrə rəislərinə, müavinlərinə və digər əməkdaşlarına təyin edilməsinə və pensiyalarına hesablanıb ödənilməsinə, əməkdaşlar məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar vəzifə maaşlarına əlavənin müavinətlərin ödənişində nəzərə alınmasına, təyinat almış əməkdaşlara, o cümlədən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayan əməkdaşlara vəzifəyə təyin olunduqları tarixdən hesablanıb ödənilməsinə son qoyulmasını, büdcə vəsaitinin talan yə israf edilməsinin qarşısının alınmasım tələb edirlər. 169 nömrəli qərarının icrasına nəzarət etmək, büdcə vəsaitinin israf edilməsinin və korrupsiya təzahürlərinin qarşısının alınması üçün tədbir görmək Nazirlər Kabinetinin vəzifə borcudur. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu”nun 92-ci maddəsinə əsasən normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir. Nazirlər Kabineti 169 nömrəli qərarında vəzifə maaşlarına əlavə adlandırdığı dəyişikliyin, məhz stabil vəzifə maaşı artımı kimi gerçəkləşdirilməsini nəzərdə tutub. Bu artımın əməkdaşa “əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yetirilməsinə görə" təyin edilməsi, görüntü xarakteri daşıyır, stabil vəzifə maaşı artımını pərdələmək, xx.xx.2014-cü il tarixədək xidmətdən tərxis olunmuş əməkdaşların bu artımdan yararlanmaq imkanından məhrum edilməsi məqsədinə xidmət edir. Nazirlər Kabinetinin 73 və 169 nömrəli qərarları ilə DİN üzrə verilmiş əmr arasında kəskin ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi barədə vəkil sorğusu ilə Nazirlər Kabinetinə müraciət etdikdə, bir daha əmin oldum ki, hökumət vəziyyətin dəyişilməz saxlanılmasında maraqlıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli x/o 1 1723 nömrəli dərkənarına xx xxxxxx 2020-ci il tarixli **********8 N-li məktubunda mahiyyətdən kənara çıxaraq bildirir ki, vəzifə maaşlarına əlavənin, Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı qüvvvəyə minənədək xidmətdən tərxis olunmuş əməkdaşa şamil olunması mümkün deyildir. Məsələnin mahiyyəti ilə əlaqədar qeyd olunur ki, mərkəzi icra hakimiyyəti orqanlarının aktları (o cümlədən Daxili İşlər Nazirliyinin əmrləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmalı və ziddiyyət təşkil etməməlidir. Nazirlər Kabinetinin xx.xx.2014-cii il tarixli 169 nömrəli qərarı ilə ziddiyyət təşkil edən DİN üzrə verilmiş xx.xx.2014-cti il tarixli Ə456-001-14 N-li əmrin davamlı olaraq, xüsusilə külli miqdarda büdcə vəsaitinin israf edilməsi ilə müşayiət olunan icrası ilə bağlı, ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi barədə sualı cavablandırmaqdan yayınmışdır. DİN-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 002-927-1220 N-li məktubda isə göstərilir ki, vəzifə maaşlarına əlavə fərdiləşmiş qaydada təyin edilməməlidir, bu ödənişin istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının rəislərinə ödənilməsi etiraf olunmaqla yanaşı, fikir ifadə olunur ki, Nazirlər Kabinetinin 2014- cü il 29 may tarixli 169 nömrəli qərarının şamil edildiyi vəzifələri müəyyən etmək Daxili İşlər nazirinin səlahiyyətindədir. Qeyd etdiyi məktubları əlavə etməklə bir sualı dilə gətirmək məcburiyyətindədir: Nazirlər Kabinetinin 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında edilmiş dəyişikliyin dekorasiya olduğunu, hökumətin DİN-in istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarının stabil artımına qərar verdiyini, bu artımı pərdələyərək əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə təyin edilən ödəniş qismində təqdim etdyni sübut etmək üçün daha hansı sənəd təqdim olunmalıdır? Aylıq vəzifə maaşı, İddiaçı xidmət etdiyi dövrdə və xidmətdən buraxıldığı günə aldığı təminatxərcliyinin (əməkhaqqının) tərkib hissəsinə daxildir. İddiaçı xidmətdən buraxılandan sonra, xx.xx.2014-cü il tarixdən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının təminat xərcliyində baş vermiş artım. Nazirlər Kabinetinin Qərarında necə adlandırılmasından asılı olmayaraq, xidməti davam etdirən xüsusi rütbəli şəxslərə tutduqları vəzifəyə görə daimi əsaslarla vəzifə maaşının stabil artımı kimi ödənildiyindən və xidmətdən buraxıldıqda hamısının əmək pensiyasınahesablandığından İddiaçı xidmətdən buraxıldığı günə verilmiş vəzifə maaşının artımı kimi qiymətləndirilməli, şamil olunmalı və iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görəəlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçıya Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.2003-cü il tarixdən əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2014-cü il tarixli 169 saylı qərarı ilə “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73 saylı qərarına dəyişiklik edilərək müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması müəyyən edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixə qədər təqaüdə çıxmış təhqiqatçılara da, Qərarda nəzərdə tutulan əmək haqqı artımının aid edilməsi və hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı xx.xx.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmiş, ona görə də, mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq inzibati orqanın diskresion səlahiyyətindədir. Qeyd edirik ki, adı çəkilən Nazirlər Kabinetinin qərarı İdarəyə daxil olmamış və müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması ilə bağlı məlumat, ştat cədvəli də həmçinin göndərilməmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya artımı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq vəzifələrə uyğun olaraq ştat cədvəlləri İdarəyə daxil olduqdan sonra tərəfimizdən həmin artımlar edilərək, yenidən hesablanır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ıumun xx xxx 2020-ci il tarixli qərarına əsasən “şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən “məhkəmə qərarı qanun və sübutlara əsaslanmalıdır”. Və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən - “hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi (vəkili) iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X13 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun X11 İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir.” İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən doldurulmuş Məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə öz xahişi ilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının ona şamil edilərək pensiyasının yenidən hesablanmasını tələb etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı İddiaçı ehtiyata buraxıldıqdan sonra, yəni xx xxx 2014-cü il tarixdə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ehtiyata buraxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” xx xxx 2014-cü il tarixli 169 nömrəli Qərarı ilə nəzərdə tutulmuş əlavə haqq almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri ““Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli Qərarı ilə əlavə edilmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Göründüyü kimi, iddiaçının tələb etdiyi əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə mükafat kimi nəzərdə tutulmuş və həmin mükafatın verilməsi Daxili İşlər Nazirliyinin rəhbərliyinin diskresion səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, polis əməkdaşlarının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, polis əməkdaşlarının hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, polis əməkdaşlarının fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunvericiliyin birbaşa göstərişinə əsasən polis əməkdaşlarına ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Polis əməkdaşlarına mükafat fərdiləşmiş qaydada, heç də bütün polis əməkdaşlarına deyil, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir, yəni qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələb etdiyi əlavə haqqı almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilmiş əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-470/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-470/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver