Məhkəmə qərarları › İş №2-1(112)-470/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-470/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-470/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin təyin edilməsi» barədə iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1973-cü ildə Zəngilan rayonunda doğulmuşdur. X5 iştirak etmişdir və Müharibə veteranıdır. 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən atılan atəş nəticəsində “belin küt travması” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra müayinə üçün təxliyə olunmuşdur. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmin müddət ərizndə hərbi qospitalda müalicə almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək DTX Hərbi Tibb İdarəsində “L5-S1 fəqərəarası disk sağ tərəfli yirtığı, kəskin ağrı sindromu” diaqnozu ilə əməliyyat olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək M.Ə.Əfəndiyev adına X8 “interlaminektomiya, L5-S1 sağda yirtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdə Akademik M.Ə. Mirqasımov adma Respublika Klinik Xəstəxanasında müayinələrdə olmuşdur. xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixlərdə MN МНР-da müayinə və müalicələrdə olmuşdur. Ona Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə “nadir hallarda residivləşən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində L5-S1 disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı” diaqnozu qoyulmuşdur. “Mülayim dərəcədə ifadə olunmuş üzvü emosional-labil (astnik) pozuntusu, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 2 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” diaqnozu qoyulmuşdur.Həkim Psixiatr komissiatsının xx.xx.2023-cü il tarxli rəyi ilə üzvü (İİ Qarabağ müharibsi zamanı alınmış partlayı travması) affektiv pozuntusu, depressiv əlamətlrlə, anamnezində suiqəsd fikirləri ilə F06.3 diaqnozu qoyulmuşdur.Göründüyü kimi o hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı almış və ona əlillik müəyyən edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də ona xəstəliyinin əlillik təyin edilməsi üçün əsas olmadığı göstərilərək imtina edilmişdir.Həmin imtina əsassız olmaqla hazırda o döyüş zamanı belindən travma almış, başında kəskin ağrılar var, qulaqlarında eşitmə qabiliyyəti məhdudur, sağ ayağında tutulmalar olur. Belə bir vəziyyətdə onun işləməyi qeyri mümkündür və əlliliyin təyin edilməsi labüddür. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Üzvi (2 ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Aşağı ətrafların monoplegiyası.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Zəngilan rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 5660 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Nadir hallarda residivləşən xroniki diskoqen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L5- S1 fəqərəarası diskin saq S1 kökünə kom pressiyə edən yırtığına görə aparılmış interlaminektomiya, L5- S1 disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı (xx.xx.2021) bərkimiş dəri çapıdı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;“Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 2 (iki) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11807 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə. Anamnezində sui-qəsd fikirləri ilə” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nöməli X1 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 9857/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 254 nömrəli Tibbi rəyində diaqnoz '‘Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində sui- qəsd fikirləri ilə” kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10644235 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir.Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, zəif eşitmədən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir.Agentliyin həkim-ekspert nevropatoloqun əyani müayinəsi zamanı aşağı ətrafların əzələlərində atrofiya, hipotrofiya izlənilməmiş, distal və proksimal qrup əzələ gücü 5 bal kimi müəyyənləşdirilmiş, Axil və diz refleksləri D=S canlı çağrılmışdır. Parez əlamətləri qeyd olunmamışdır.Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Nevrastiniya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1,4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-4/2-İ-25379/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciəti əsasında o xx.xx.2023cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyəti obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 10 nömrəli tramva haqqında arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən atılan atəş nəticəsində “belin küt travması” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra müayinə üçün təxliyə olunmuşdur. Əsas diaqnoz: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Travmadan sonrakı ensofalopatiya Bakı 2 nömrəli X1 İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si D00120726YTG, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2020-ci il tarixdən (xroniki) müəyyən edilmişdir. Əsas diaqnoz-F06.3-Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi (2 ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər-G83.1- Aşağı ətrafların monoplegiyası, Aşağı ətrafların monoplegiyası Yanaşı xəstəliklər-M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 2LQQ0X30001 saylı xx.xx.2022-ci il tarixli göndərişə əsasən Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə.Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası.Aşağı ətrafların monoplegiyasıBaş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular.Üzvi mənşəli emosional labil [astenik] pozuntu.Yüngül koqnitiv pozuntu. Postkontuzion sindrom Diaqnozu qoyulmuşdur. Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli 4652 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Psixi Sağlamlıq Mərkəzinin, xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə F06.3 diaqnozu qoyulmuşdur. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 2LQQ0X30002 saylı xx.xx.2023-cü il tarixli göndərişə əsasən Üzvi (2 ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Aşağı ətrafların monoplegiyası diaqnozu qoyulmuşdur. Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3- 17408/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2858 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-836/2024 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Bakı 2 nömrəli X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, D00120726YTG saylı Forma 088-də göndərişində qeyd edilmiş “F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması; affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər: Aşağı ətrafın monoplegiyası, M51.1 -bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozlar ona stasionarda müəyyən edilsə də DTSERA-da şəxsin 2023-cü ildə nevroloq tərəfindən müayinəsi zamanı aşağı ətrafların əzələlərində atrofıya, hipotrofıya izlənilmiş, distal və proksimal qrup əzələ gücü 5 bal kimi müəyyənləşdirilmiş, axil və diz refleksləri canlı çağıfılmış, parez əlamətləri qeyd olunmamış, psixi vəziyyəti isə istər 2023-cü il, istərsə də hazırkı əyani müayinələri zamanı mütəxəssis psixiatrlar tərəfindən “Nevrasteniya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, yekun olaraq baş beyin üzvi patologiyası həm travma haqqında arayış, həm də instrumental müayinə nəticələri ilə təsdiqlənmədiyindən məhz İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində psixi pozuntu yaranması qeyrirmümkün olduğundan əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq meyarların hər-hansı bəndini aid etmək mümkün olmadı. Xəstəliklər remissiya mərhələsində olduğundan hazırda müalicəyə ehtiyacı yoxdur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilər. Vətəndaş İddiaçı son Forma 088 göndərişində əsas diaqnoz kimi göstərilən “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi affektiv pozuntu, depressiv əlamətlərlə” xəstəliyi əyani müayinədə patoloji vəziyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetininin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında Psixi və davranış pozuntuları bölməsində nəzərdə tutulan hər-hansı xəstəliyin patoloji vəziyyəti ilə uyğunluq təşkil etmədiyindən 7.6.2-ci bəndində nəzərdə tutulan Postkontuzion sindromu ilə eynilik təşkil etmir və ona görə də 7.6.2.1-7.6.2.2. aralığında göstərilən hallardan hərhansı biri ilə uyğunluq təşkil etmir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir(nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, iddiaçının iddianı qaldırmağa subyektiv hüququ var, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı 2 nömrəli X1 İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si D00120726YTG, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2020-ci il tarixdən (xroniki) müəyyən edilmişdir. Əsas diaqnoz-F06.3-Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi (2 ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər-G83.1- Aşağı ətrafların monoplegiyası, Aşağı ətrafların monoplegiyası Yanaşı xəstəliklər-M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T- 836/2024 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Bakı 2 nömrəli X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, D00120726YTG saylı Forma 088-də göndərişində qeyd edilmiş “F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması; affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər: Aşağı ətrafın monoplegiyası, M51.1 -bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozlar ona stasionarda müəyyən edilsə də DTSERA-da şəxsin 2023-cü ildə nevroloq tərəfindən müayinəsi zamanı aşağı ətrafların əzələlərində atrofıya, hipotrofıya izlənilmiş, distal və proksimal qrup əzələ gücü 5 bal kimi müəyyənləşdirilmiş, axil və diz refleksləri canlı çağıfılmış, parez əlamətləri qeyd olunmamış, psixi vəziyyəti isə istər 2023-cü il, istərsə də hazırkı əyani müayinələri zamanı mütəxəssis psixiatrlar tərəfindən “Nevrasteniya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, yekun olaraq baş beyin üzvi patologiyası həm travma haqqında arayış, həm də instrumental müayinə nəticələri ilə təsdiqlənmədiyindən məhz İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində psixi pozuntu yaranması qeyrirmümkün olduğundan əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq meyarların hər-hansı bəndini aid etmək mümkün olmadı. Xəstəliklər remissiya mərhələsində olduğundan hazırda müalicəyə ehtiyacı yoxdur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilər. Vətəndaş İddiaçı son Forma 088 göndərişində əsas diaqnoz kimi göstərilən “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi affektiv pozuntu, depressiv əlamətlərlə” xəstəliyi əyani müayinədə patoloji vəziyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetininin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında Psixi və davranış pozuntuları bölməsində nəzərdə tutulan hər-hansı xəstəliyin patoloji vəziyyəti ilə uyğunluq təşkil etmədiyindən 7.6.2-ci bəndində nəzərdə tutulan Postkontuzion sindromu ilə eynilik təşkil etmir və ona görə də 7.6.2.1-7.6.2.2. aralığında göstərilən hallardan hərhansı biri ilə uyğunluq təşkil etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar