Məhkəmə qərarları › İş №2-1(112)-4701/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4701/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4701/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********973400 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci ildə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********600400 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********909200 nömrəli vəsatətini təqdim edərək vergi orqanının xx.xx.2022-ci il tarixli **********109300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı ilə vergi ödəyicisinə hesablanmış 9755,97 manat vergi məbləğinin azaldıldığı və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunduğunu bildirmiş, bununla da mübahisələndirilən qərarların ləğv olunduğu nəzərə alınaraq, icraatda olan 2-1(112)-4701/2022 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməyini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2020-ci il gəlir vergisi üzrə xx.xx.2021-ci il tarixli **********973400 nömrəli qərar qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində vergi ödəyicisi yenidən 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış 9755.97 manat məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********600400 nömrəli Qərar qəbul olunmuşdur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********109300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarına əsasən təqdim edilmiş bəyannamə üzrə vergi məbləği 9755,97 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi məbləği 9755,97 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 9755.97 manat, verginin azaldılmış məbləği 9755,97 manat, bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar xx.xx.2021-ci il, **********600400 nömrəli qərar olduğu qeyd olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə çap olunmuş şəxsi hesab vərəqəsində 29367.91 manatın hesablandığı 29267.91 manatın azaldıldığı qeyd olunmuşdur. Beləliklə, iş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixli qərarla iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə 9755.97 manat vergi borcu hesablamış, daha sonra vergi orqanı xx.xx.2022-ci il tarixi qərarla xx.xx.2021-ci il tarixli **********600400 saylı vergilərin hesablanması barədə qərarını ləğv etmiş, yeni qərara əsasən vergi ödəyicisinə hesablanmış 9755,97 manat vergi məbləğini azaltmış, bu barədə iddiaçının şəxsi hesab vərəqində mübahisələndirilən vergi qərarı ilə hesablanmış borcun azaldılmasına dair müvafiq düzəlişlər etmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının hüquqi marağı təmin edildiyindən, yəni iddiaçının mübahisələndirdiyi qərar cavabdeh orqan tərəfindən ləğv edilərək cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-4701/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar