Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4703/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq ona 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AA******* nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. B seriyalı, 806597 nömrəli diplomun surətinə əsasən, iddiaçı 01 sentyabr 1978-ci il tarixdə Ağdam 50 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 25 iyul 1981-ci il tarixdə (avtomobilin təmiri çilingəri işlərini bacaran) avtomobil sürücüsü ixtisası üzrə tam əyani formada bitirmişdir. İmtahan Komissiyasının 25 iyul 1981-ci il tarixli qərarı ilə ona 3-cü dərəcəli çilingər və “C” kateqoriyalı avtomobil sürücüsü ixtisası verilmişdir (2 il 10 ay 24 gün ümumi staj). H3 seriyalı, ******* nömrəli hərbi biletinin notariat qaydasında təsdiq edilmiş surətinin məlumatlarına əsasən, iddiaçı xx.xx.1981-cü ildən xx.xx.1983-cü ilədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (2 il 5 gün ümumi staj). HT-İ № ******* nömrəli, 05 iyun 1984-cü il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin məlumatlarına əsasən iddiaçı: xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək "xxxx" trestin Abşeron Montaj müəssisəsinin Sumqayıt montaj sahəsində 3-cü dərəcəli çilingər (2 il 3 ay 9 gün staj), xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək "xxxx" trestin Abşeron Montaj müəssisəsinin Sumqayıt montaj sahəsində 4-cü dərəcəli çilingər-boru ustası (1 il 2 ay 6 gün staj), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək“Qafqazenerqomontaj” trestin Bakı Montaj müəssisəsində 4-cü dərəcəli çilingər-boru ustası (5 ay 23 gün staj), xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək "xxxx" trestin Bakı Montaj müəssisəsində 3-cü dərəcəli elektrik qaynaqçısı (11 ay 3 gün güzəştli staj), xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək "xxxx" trestin Bakı Montaj müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı (2 il 3 gün güzəştli staj), xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək "xxxx" trestin Sumqayıt Montaj müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı (6 ay 27 gün güzəştli staj), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək "xxxx" trestin Sumqayıt Montaj müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı (9 ay 20 gün güzəştli staj), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək "xxxx" trestin Abşeron Montaj müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, (1 il 9 ay 19 gün güzəştli staj), xx.xx.1994-cü İldən xx.xx.1994-cü ilədək "xxxx" Kiçik müəssisəsində 5ci dərəcəli elektrik qaynaqçısı (5 ay 24 gün güzəştli staj), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək X1 Təmir-tikinti idarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı (2 il 3 ay 26 gün güzəştli staj), xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək "xxxx" Səhmdar Cəmiyyətində 5-ci dərəcəli elektrik qaynaqçısı (2 il 4 gün güzəştli staj), xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək "xxxx" MMC-də qaynaqçı (2 ay güzəştli staj), xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək "xxxx" MMC-də 4-cü dərəcəli quraşdırıcı (1 il 10 ay staj), xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək "xxxx" MMC-də 5-ci dərəcəli quraşdırıcı (7 ay staj), xx.xx.2014-cü ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı (6 il 2 ay 21 gün staj), xx.xx.2020-ci ildən hal-hazıradək "xxxx" MMC-də elektrik qaynaqçısı (60 yaşının tamam olduğu xx.xx.2022-ci tarixədək 1 il 7 ay 17 gün güzəştli staj) vəzifəsində işləmişdir. İddiaçı 01 sentyabr 1978-ci il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 30 il 2 ay 21 gün, çilingər, çilingər-boru ustası və quraşdırıcı güzəştli peşələri istisna olmaqla, təkcə qaynaqçı peşəsi üzrə güzəştli iş stajı 12 il 8 ay 23 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 16 sentyabr 2022-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan, iddiaçıya pensiya təyin etməkdən imtina edərək imtinaya səbəb kimi, güzəştli iş stajın 12 il 6 aydan az (5 il 10 ay 9 gün (xx.xx.1995-xx.xx.1999-cu il və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) olması göstərmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Qanunvericiliyin normalarına əsasən, kişilərin ümumi qaydada pensiya hüququ 65 yaşda, güzəştli şərtlərlə isə 5 il azaldılmaqla 60 yaşda yaranır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, xx.xx.2022-ci il tarixdə 60 yaşına çatmışdır. Həmin tarixədək iddiaçının ümumi iş stajı 30 il 2 ay 21 gün, çilingər, çilingər-boru ustası və quraşdırıcı güzəştli peşələri istisna olmaqla, təkcə elektrik qaynaqçısı peşəsi üzrə güzəştli iş stajı 12 il 8 ay 23 gün təşkil edir. Bu da ƏPQ-nun 9.1-ci və 7-ci maddələrində nəzərdə tutulan yaş, ümumi və güzəştli iş stajına dair tələbləri ödəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində ümumi sığorta stajının 25 ildən artıq, zərərli işlərdə işlədiyi dövrün 12 il 6 aydan artıq olduğunu qeyd etmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2022-ci il tarixli ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının İşlədiyi quraşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) qeyd olunan vəzifəyə uyğun olmaması və bu səbəbdən həmin dövrlərin güzəştli iş stajı kimi nəzərə alınmaması bildirilmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşagıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmaldır: 1)iddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) azı 25 il sığorta stajına malik olmalı və bu müddətinin 12 il 6 ayını güzəştli şərtlərləyaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, iddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə vasa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və agır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Ə.X4 təqdim etdiyi sənədlərdə onun xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı vəzifəsi yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Qeyd olunan səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 5 il 10 ay 9 gün (xx.xx.1995-xx.xx.1999-cu il və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci ildə doğulmuşdur. B seriyalı, 806597 nömrəli diplomun surətinə əsasən iddiaçı 01 sentyabr 1978-ci il tarixdə 1981-ci il tarixədək Ağdam 50 nömrəli texniki peşə məktəbində avtomobil sürücüsü ixtisası üzrə tam əyani təhsil almışdır. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çaılşmasına dair” arayışına əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində elektrik qaynaqçısı peşəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər 4 il 3 ay stajı vardır. "xxxx" MMC-nin verdiyi “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çaılşmasına dair” arayışına əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci ildən 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2020-ci ildən hal-hazıradək elektrik qaynaqçısı peşəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə 10 il 3 ay 16 gün stajı vardır. İşlədiyi vəzifə güzəştli əmək pensiyası hüququna əsas olan elektrik qaynaqçısı peşəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz quraşdırıcı vəzifəsi yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 10 ay 9 gün (xx.xx.1995-xx.xx.1999-cu il və xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı Sovet ordusunda xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, "xxxx" tresti Abşeron montaj müəssisəsində xx.xx.1984-cü ildən Sumqayıt montaj sahəsində 3-cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən 4-cü dərəcəli çilingər-boru ustası işləmiş, xx.xx.1987-ci ildə "xxxx" tresti xx.xx.1987-ci il tarixli 395 saylı əmrinə əsasən Bakı Montaj Müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, "xxxx" tresti Bakı Montaj Müəssisəsində xx.xx.1987-ci ildən 4-cü dərəcəli çilingər-boru ustası, xx.xx.1988-ci ildən 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1988-ci ildən TKK kursunu bitirəndən sonra 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmiş, xx.xx.1991-ci ildə trestin 235 saylı əmri ilə "xxxx" tresti Sumqayıt montaj müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, "xxxx" tresti Sumqayıt Montaj Müəssisəsində xx.xx.1991-ci ildən 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1991-ci ildən 5-ci dərəcəli əl ilə elektrik əymə qaynaqçısı peşəsində işləmiş, xx.xx.1992-ci ildə “Elektromontaj” SC yanında Abşeron montaj idarəsinə köçürülmə yolu ilə işdən azad edilmiş, “Elektromontaj” SC yanında Abşeron Montaj İdarəsində xx.xx.1992ci ildən xx.xx.1994-cü ilə qədər 5-ci dərəcəli elektrik qaynaqçısı, "xxxx" Kiçik Müəssisəsində xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər 5-ci dərəcəli elektrik qaynaqçısı, X2 Təmir-Tikinti İdarəsində xx.xx.1995-ci ildən 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmiş, xx.xx.1997-ci ildə "xxxx" Səhmdar Cəmiyyətinə keçirilmiş, xx.xx.1999cu ildə işdən azad edilmiş, "xxxx" MMC-də xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilə qədər qaynaqçı, "xxxx" MMC-də xx.xx.2012-ci ildən 4-cü dərəcəli quraşdırıcı, xx.xx.2014-cü ildən 5-ci dərəcəli quraşdırıcı, xx.xx.2014-cü ildən 6-cı dərəcəli quraşdırıcı, xx.xx.2020-ci ildən elektrik qaynaqçısı peşəsində işləmişdir, hal-hazırda da işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin iddiaçının vəkilinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixi (uyğunluq )məktubuna əsasən, İddiaçı "xxxx" MMC-də xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cı bölməsində- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri| sahəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları peşəsinə, xx.xx.2020-ci ildən hal-hazıradək işlədiyi elektrik qaynaqçısı peşəsi isə həmin qərarın 35 bölməsinin Ümumi peşələrində əl ilə qaynaq aparan elektrik qaynaqçılan peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 10 il 08 ay 24 gün təşkil edir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il tarixində onun 60 yaşı tamam olmuşdur, onun həmin tarixə hərbi xidmət etdiyi və təhsil aldığı müddət daxil olmaqla 30 ildən çox əmək stajı vardır, iddiaçı xx.xx.2022-ci ilə qədər işlədiyi müddətin 21 ildən çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - işləməsi əsası ilə ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2012-xx.xx.2020-ci il tarixdə işlədiyi "xxxx" MMC-də quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulmamışdır və uyğun deyildir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Yəni iddiaçının 60 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur, 60 yaşının tamam olduğu tarixə, habelə onun ümumi əmək stajı, ümumi orta təhsili və hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 30 ildən çoxdur, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994cü il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə zərərli peşələrdə iş stajı (21 il 5 ay 16 gün) isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubundan müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.2012xx.xx.2020-ci il tarixlərdə "xxxx" MMC-də işlədiyi quraşdırıcı vəzifəsinin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının istinad olunan ümumi peşələr bölməsində (35) nəzərdə tutulan vəzifələr ilə üst-üstə düşmədiyini bildirir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi, həmçinin, həmin X5 (35) bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və Ümumi peşələr üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrində 21 ildən çox müddətdə işləməsi İT-İ ******* əmək kitabçası, işəgötürən müəssisələrin-"xxxx" ASC və "xxxx" MMC-nin arayışları və xx.xx.2023-cü il tarixli uyğunluq məktubu ilə təsdiqlənir. İşin həqiqi hallarına əsasən, iddiaçının 60 yaşı 08 avqust 2022-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən, cavabdehin güzəştli iş stajına daxil etmədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək iddiaçının polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsində işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, cavabdeh bu məlumatları təkzib edən və ya qanunvericiliyə əsasən güzəştli iş stajına daxil edilə bilməməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə məhkəmə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi iddiasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödəmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4703/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4703/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver