Məhkəmə qərarları › İş №2-1(112)-471/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-471/2020

07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-471/2020 07.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin qoyulması tələbi” barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il, 07 fevral tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3., 1.5 və 1.6-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı X3 1961ci ilin avqust ayından 1963-cü ilin fevral ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının X10 Komitəsinin ikinci katibi vəzifəsinin X1 Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini, 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə, 1960-cı ilin noyabr tarixindən 1961-ci ilin avqust ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 1965-ci ilin dekabr ayından 1970-ci ilin noyabr ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri vəzifəsinin vəzifə maaşı əsas götürülməklə İddiaçı mərhum həyat yoldaşının dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla 01 yanvar 2006-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında təyin edilməsi, pensiyanın məbləğinin 01 yanvar 2006-ci il tarixindən hesablanması, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğindən iddiaçının 01 yanvar 2006-ci il tarixindən yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi və əmək kitabçalarının iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X7 uzun müddət qanunvericilik və icra hakimiyyəti orqanlarında, həmçinin dövlət, sovet və partiya orqanlarında xidmət etmiş, rəhbər vəzifələrdə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, X7 1960-1961-ci illərdə Culfa rayon partiya komitəsinin birinci katibi, 1961 -1963-cü illərdə X10 Komitəsinin ikinci katibi, 1963-1965-ci illərdə Naxçıvan Nazirlər Sovetinin və X10 və Dövlət Nəzarəti Komitəsinin sədri - Naxçıvan Nazirlər Sovetinin sədr müavini, 1965-1970-ci illərdə Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Bundan əlavə Naxçıvan MSSR X6 müavini vəzifəsində çalışmışdır. Eyni zamanda 1 dəfə 14 nömrəli seçki dairəsindən Jdanov (indiki Beyləqan) rayon X2 deputat, 2 dəfə də Jdanov (indiki Beyləqan) rayon X8 deputat seçilmişdir. X7 1987-ci ildə 60 yaşında vəfat etmişdir. 30.05.2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edilərək X3 dövlət qulluqcusu kimi qulluq stajına görə almalı olduğu pensiyanın ailə başçısını itirməyə görə əmək pensiyasının həyat yoldaşı İddiaçı təyin edilməsi barədə ərizə verilmişdir. Lakin uzun müddət cavab gəlmədiyindən Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əlaqə saxlanılmış, 12.07.2019-cu il tarixində pensiya təyin edilməsindən imtina olunduğu bildirilmişdir. Lakin həmin imtina məktubu bütün sənədlərlə birlikdə (əmək kitabçaları, arxiv arayışı və s. sənədlərin əsli) ərizəçiyə göndərilməmişdir. Həmin sənədlər və imtina məktubu tələb edildikdə yalnız yeni ərizə ilə müraciət edilərsə imtina məktubunun verilməsinin mümkün olacağı bildirilmişdir. Yenidən 27.09.2019-cu il tarixli ərizə ilə müraciət edilmiş, həmin müraciətə cavab olaraq 02.10.2019-cu il tarixli imtina məktubu təqdim olunmuşdur. İmtinanın səbəbi kimi X3 dövlət qulluqçusu statusuna malik olmadığı göstərilmişdir.Qeyd olunan səbəbə əsasən mərhum həyat yoldaşının qulluq stajı nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının iddiaçıya təyin olunmasından imtina tamamilə qanunsuz və əsassızdır.Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən verilən arxiv arayışına əsasən X3 dövlət qulluğu vəzifələrində çalışdığı öz təsdiqini tapır.Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2007-ci il tarixli, 77 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına müvafıq olaraq X3 xidmət etdiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab olunur.Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında müvafıq qanunlarda, normativ hüquqi aktlarda təsbit olunmuş sosial təminat hüquqları pozulmuşdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddia tələbinə etirazını məhkəməyə bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclаsındа iddiаçının nümayəndəsi və vəkii X9 iddiа ərizəsində göstərilənlərə uyğunizahat verərək iddianın təmin edilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin izahat və çıxışlarını dinləyərək hesab edir ki, iddia qismən əsaslıdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə öz şəxsiyyət vəsiqəsinin, nikah və ölüm haqqında şəhadətnamələrin surətlərini, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin arxiv arayışını, cavabdehin imtina məktubunu təqdim etmişdir. Məhkəmə qeyd edilən sənədlərdən, həmçinin iddiaçının nümayəndəsinin və vəkilinin izahatından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1934-cü il təvəllüdlüdür, iddiaçı 12.12.1956-cı ildə X7 ilə nikaha daxil olmuşdur, X7 01 aprel 1987-ci ildə vəfat etmişdir, iddiaçının əri X7 vəfat edənə qədər müxtəlif sovet dövlət və partiya orqanlarında işləmişdir, iddiaçı ərinin dövlət və partiya orqanlarında qulluğunda əmək stajını nəzərə alaraq, iddiaçıya ailə başçısının itirməyə görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri dövlət qulluqçusu olmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edir. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Beləliklə, inzibati məhkəmə icraatı zamanı araşdırılan hallara əsasən müəyyən olundu ki, iddiaçıya münasibətdə ailə başçısının itirməsinə görə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlər mövcuddur. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. “Əmək pensiyaları haqqında” qanunun 20.1.-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Qeyd edilən siyahının 1.3-cü bəndinə əsasən Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Soveti sədrinin müavini vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.5-ci bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında ikinci katib vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.6-cı bəndinə əsasən birinci katib vəzifəsi əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında ikinci katib vəzifəsi yerli icra hakimiyyəti başçısının müavini dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə, məhkəmə inzibati araşdırma zamanı iş materiallarında olan sənədlər əsasında məhkəmə müəyyən etdi ki, iddiaçının mərhum əri X7 1980-cı ilə qədər uzun müddət dövlət və o dövrdə partiya orqanlarında xidmət etmişdir, həmin vəzifələr hazırda Azərbaycan Respublikasında dövlət qulluğu vəzifələrinə uyğun hesab edildiyi üçün İddiaçı mərhum həyat yoldaşının dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla ailə başçısının itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsini tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndihə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 6.3-cü maddəsinə əsasən işçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. Göründüyü kimi işləməyən şəxslərin əmək kitabçaları onların özlərində saxlanılmalı olduğu üçün və iddiaçının mərhum əri də iddiaçının ailə üzvü olmuş olduğu üçün iddiaçının və mərhum ərinin əmək kitabçalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılması hissəsində də iddiası əsaslıdır. Məhkəmə iddiaçının əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında təyin edilməsi hissəsində iddiasını təmin etməyi mümkün hesab etmir. Belə ki, iddiaçının həmin tələbi hazırda qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı” Azərbaycan Respublikasının Qanununa əsaslanır. Lakin hazırda Azərbaycan Respublikasında əmək pensiyaları birmənalı olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi yalnız güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, hazırda iddiaçının ona təyin edilməsini tələb etdiyi pensiya növü isə güzəştli şərtlərlə pensiya növünə aid deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş uzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi uçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mulahizələrini bildirmək imkanına malik olduqları faktlar və subutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum həyat yoldaşının işlədiyi dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi, yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi, iddiaçıya və mərhum ərinə məxsus olan əmək kitabçılarının qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməlidir, iddia tələbi qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 33-cü, 34-cü, 68-ci, 69-cu,85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il, 07 fevral tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3., 1.5 və 1.6-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı X3 1961ci ilin avqust ayından 1963-cü ilin fevral ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının X10 Komitəsinin ikinci katibi vəzifəsinin X1 Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini, 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə, 1960-cı ilin noyabr tarixindən 1961-ci ilin avqust ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 1965-ci ilin dekabr ayından 1970-ci ilin noyabr ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri vəzifəsinin vəzifə maaşı əsas götürülməklə İddiaçı mərhum həyat yoldaşı X3 dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla ailə başçısının itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi, yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi, iddiaçı İddiaçı və onun mərhum əri X5 məxsus əmək kitabçılarının qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edisin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar