Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4714/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 11.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. O, 18.10.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 03.05.1984-cü ildən 02.03.1985-ci ilədək 2 №-li orta texniki peşə məktəbində “elektrovozun maşinist köməkçisi” peşəsi üzrə təhsil almışdır. O, 17.05.1985-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamış, işlədiyi müddət ərzində motor vaqon seksiyalarının maşinisti (elektrik qatarlarının maşinisti), motor vaqon hərəkət hissələrinin maşinisti, elektrovozda maşinist köməkçisi vəzifələrində işləmişdir. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış, qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı Lokomotiv Deposundan iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, o, 01.01.2006-cı il tarixədək ümumi 25 ildən artıq və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə isə 12 il 6 aydan artıq işləmişdir. O, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdehin 12.12.2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, onun işlədiyi motor vaqon maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin “dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçiləri” bəndində nəzərdə tutulmamışdır, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa, 01.07.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatının keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-ci il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti vəzifəsinin sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulduğu qeyd edilmiş və qanunvericiliklə yalnız 01.07.1993-cü il tarixinədək motor-vaqon maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunduğu bildirilmişdir. Nəticədə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyi üçün güzəştli şərtlərlə pensiya təyinatı mümkün olmamışdır. Göründüyü kimi, o, müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və 01.01.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində “elektrik qatarlarının maşinistləri” və “elektrik qatarlarının maşinist köməkçiləri” vəzifələri qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun verdiyi arayışda qeyd olunur ki, “motor vaqonu maşinisti” anlayışı “elektrik qatarlarının maşinistləri” və “maşinist köməkçiləri” vəzifə adları ilə eynilik təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 ildən artıq ümumi və 2 nömrəli Siyahı üzrə 12 il 6 ay dan artıq güzəştli sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmiş 57 yaşa çatdığı tarixdən təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı güzəştli iş stajına malik deyil. İddiaçıya məxsus 23.10.1978-ci il tarixli əmək kitabçasından aydın olur ki, o, 02.08.1991-27.05.2013-cü illərdə Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti” peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat” (Kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (Kod:********) 1-ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti” peşəsi öz əksini tapmamışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun tərtib etdiyi 145 saylı 25.09.2019-cu il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması tələb edilir. Lakin iddiaçı bu stajı topladığını sübut edə bilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.12.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizələrinizə və onlara əlavə olunmuş sənədlərinizə baxaraq bir daha bildiririk ki, 23 oktyabr 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 17.05.1985- 12.06.1986-cı il, 10.06.1992-02.01.2002-ci il, 01.05.2009-27.05.2013-cü il və 01.08.2017- 19.08.2019-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinisti və 02.01.2002-01.05.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon hərəkət hissələrinin maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisənin Sizə dair 25.09.2019-cu il tarixli 146 nömrəli arayışında əmək kitabçanızda Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırıldığı və həmin vəzifənin yuxarıda qeyd olunan vəzifə ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib-edilməməsi barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmiş, cavab olaraq aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin "Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa 01.07.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi"ndə nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, qanunvericilikdə yalnız 01.07.1993-cü il tarixinədək işlədiyiniz motorvaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü 01.07.1993-cü il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 1 ay 26 gün) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 30.04.1981-ci ildən 11.06.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun 145 saylı 25.09.2019-cu il tarixli açıqlamaarayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Bakı Lokomotiv Deposunda 17.05.1985-12.06.1986, 10.06.1992-02.01.2002, 01.05.2009-27.05.2013, 01.08.2017- 19.08.2019-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, 01.10.1991-14.12.1991, 27.05.2013-01.08.2017-ci illərdə elektrovozda maşinist köməkçisi, 02.01.2002- 01.05.2009-cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. İddiaçı güzəştli iş stajı maşinist köməkçisi kimi 21 il 01 ay, maşinist kimi 07 il 04 ay, ümumi 28 il 05 ay təşkil edir. Qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4-cü maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC tərəfindən İddiaçı ünvanlanmış 76378 nömrəli 21.06.2021-ci il tarixli arayışda qeyd edilir: Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı Lokomotiv Deposunda 05.09.1984-cü il tarixdən 17.05.1985-ci il tarixədək, 21.07.1986-cı il tarixdən 13.02.1987-ci il tarixədək, 02.08.1991-ci il tarixdən 01.10.1991-ci il tarixədək və 14.12.1991-ci il tarixdən 10.06.1992-ci il tarixədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, 17.05.1985-ci il tarixdən 12.06.1986-cı il tarixədək, 10.06.1992-ci il tarixdən 02.01.2002-ci il tarixədək və 01.05.2009-cu il tarixdən 27.05.2013-cü il tarixədək elektrik qatarı (seksiyası) maşinist köməkçisi, 04.05.1987-ci il tarixdən 18.07.1991-ci il tarixədək teplovoz maşinisti, 01.10.1991-ci il tarixdən 08.10.1991ci il tarixədək və 27.05.2013-cü il tarixdən 01.08.2017-ci il tarixədək elektrovoz maşinist köməkçisi, 08.10.1991-ci il tarixdən 14.12.1991-ci il tarixədək elektrovoz maşinisti, 02.01.2002-ci il tarixdən 01.05.2009-cu il tarixədək elektrik qatarı (seksiyası) maşinisti peşəsində çalışmışdır. 01.08.2017-ci il tarixdən hal-hazıra kimi elektrik qatarı (seksiyası) maşinist köməkçisi peşəsində işləyir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd) və bu peşələr üzrə İddiaçı iş stajı 36 il 04 ay 28 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli 26.05.2021-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18.10.1978-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-malakeşin tələbəsi kimi qəbul edilmiş, 19.01.1979-cu ildə 1-ci dərəcəli çilingər-malakeş kimi qəbul edilmiş, 10.06.1980-ci ildə işdən azad edilmiş, 08.12.1980-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-təmirçi kimi qəbul edilmiş, 17.04.1981-ci ildə Sovet Ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 04.05.1981-09.06.1983-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 18.08.1983-cü ildə DCP 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 19.10.1983-cü ildə işdən azad edilmiş, 05.03.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 1-ci dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 01.08.1984-cü ildə hərəkət heyətinin təmiri üzrə çilingərə 2-ci dərəcə verilmiş, 02.01.1985-ci ildə Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisinin dublyoru keçirilmiş, 23.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 12.06.1986-cı ildə işdən azad edilmiş, 21.07.1986-cı ildə Nəqliyyat idarəsinə hərəkət heyətinin təmiri üzrə 4-cü dərəcəli çilingər qəbul edilmiş, 04.10.1986-cı ildə əmək müqaviləsi ləğv edilmiş, 13.02.1987-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Əlvan Metal X4 Satış şöbəsinə maşinist köməkçisi qəbul edilmiş, 04.05.1987-ci ildə dispetçer xidmətinə teplovoz maşinisti keçirilmiş, 18.07.1991-ci ildə işdən azad edilmiş, 02.08.1991-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Lokomotiv Deposu Təmir sexinə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, 01.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisinin dublyoru keçirilmiş, 08.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisi kimi sərbəst işləməsinə icazə verilmiş, 14.12.1991-ci ildə PTŞ lokomotivlərin təmiri və yoxlanılması üzrə elektrovozun 4cü dərəcəli çilingəri keçirilmiş, 10.06.1992-ci ildə ÜƏM maşinist köməkçisinin dublyoru keçirilmiş, 15.06.1992-ci ildə ÜƏM maşinist köməkçisi kimi sərbəst işləməyə icazə verilmiş, 02.01.2002-ci ildə MVHH-nın maşinisti keçirilmiş, 01.12.2002-ci ildə MVHH-nın 3cü dərəcəli maşinisti adı verilmiş, 03.03.2005-ci ildə MVHH-nın maşinisti vəzifəsinə keçirilmiş, 01.05.2009-cu ildə MVHH-nın maşinist köməkçisi keçirilmiş, 27.05.2013-cü ildə elektrovoz maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, 31.05.2013-cü ildə elektrovoz maşinist köməkçisi keçirilmiş, 01.08.2017-ci ildə elektrik qatarlarının maşinist köməkçisi keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, 30.04.1981-11.06.1983-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 18.10.1978-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-malakeşin tələbəsi kimi qəbul edilmiş, 19.01.1979-cu ildə 1-ci dərəcəli çilingər-malakeş kimi qəbul edilmiş, 10.06.1980-ci ildə işdən azad edilmiş, 08.12.1980-ci ildə F.Dzerjinskiy adına Maşınqayırma Zavoduna çilingər-təmirçi kimi qəbul edilmiş, 17.04.1981-ci ildə Sovet Ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 18.08.1983-cü ildə Maşınqayırma Zavoduna DCP 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 19.10.1983-cü ildə işdən azad edilmiş, 05.03.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 1-ci dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 01.08.1984-cü ildə hərəkət heyətinin təmiri üzrə çilingərə 2-ci dərəcə verilmiş, 02.01.1985-ci ildə Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisinin dublyoru keçirilmiş, 23.05.1985-ci ildə Motorvaqon bölməsi üzrə maşinist köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 12.06.1986-cı ildə işdən azad edilmiş, 21.07.1986-cı ildə Nəqliyyat idarəsinə hərəkət heyətinin təmiri üzrə 4cü dərəcəli çilingər qəbul edilmiş, 04.10.1986-cı ildə əmək müqaviləsi ləğv edilmiş, 13.02.1987-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Əlvan Metal X4 Satış şöbəsinə maşinist köməkçisi qəbul edilmiş, 04.05.1987-ci ildə dispetçer xidmətinə teplovoz maşinisti keçirilmiş, 18.07.1991-ci ildə işdən azad edilmiş, 02.08.1991-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Lokomotiv Deposu Təmir sexinə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, 01.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisinin dublyoru keçirilmiş, 08.10.1991-ci ildə Elektrovoz maşinist köməkçisi kimi sərbəst işləməsinə icazə verilmiş, 14.12.1991-ci ildə PTŞ lokomotivlərin təmiri və yoxlanılması üzrə elektrovozun 4-cü dərəcəli çilingəri keçirilmiş, 10.06.1992-ci ildə ÜƏM maşinist köməkçisinin dublyoru keçirilmiş, 15.06.1992-ci ildə ÜƏM maşinist köməkçisi kimi sərbəst işləməyə icazə verilmiş, 02.01.2002-ci ildə MVHH-nın maşinisti keçirilmiş, 01.12.2002-ci ildə MVHH-nın 3-cü dərəcəli maşinisti adı verilmiş, 03.03.2005-ci ildə MVHH-nın maşinisti vəzifəsinə keçirilmiş, 01.05.2009-cu ildə MVHH-nın maşinist köməkçisi keçirilmiş, 27.05.2013-cü ildə elektrovoz maşinist köməkçisinin əvəzedicisi keçirilmiş, 31.05.2013-cü ildə elektrovoz maşinist köməkçisi keçirilmiş, 01.08.2017-ci ildə elektrik qatarlarının maşinist köməkçisi keçirilmişdir və hal-hazırk kimi orada işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi əsas gətirilməklə cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 25 il 07 ay 15 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda 17.05.1985- 12.06.1986, 10.06.1992-02.01.2002-ci illərdə elektrik qatarlarının maşinist köməkçisi, 01.10.1991-14.12.1991-ci illərdə elektrovozda maşinist köməkçisi, 02.01.2002- 01.05.2009-cu illərdə elektrik qatarlarının maşinisti peşələrində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixədək 14 il 09 ay 23 gün güzəştli iş stajına malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur. Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 36 nömrəli 26.05.2021-ci il tarixli arayışdan da görünür ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 09 ay 23 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövrlər nəzərə alınmaqla, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 11.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4714/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4714/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver