Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4716/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsini və təsdiqlənməsini cavabdehə həvalə olunması” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Cavabdehnə qarşı “Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 06 mart 1993-cü il tarixli, 11 saylı çıxarışına əsasən fərdi yaşayış evinin tikintisi üçün X2 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 nömrəli sahədə yerləşən 1200 m2 torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsini və təsdiqlənməsini cavabdehə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Azərbaycan Respublikası NK-nın “vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə Maştağa qəsəbə XDS İK-nin Qərarından 06 mart1993-cü il tarixli,11 saylı Çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 № li sahədə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı xx.xx.1964-cü ildə doğulmuş və xx.xx.2009-cu ildə vəfat etmiş əri X2 adına 1200 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hal-hazırda mübahisəsiz olaraq İddiaçı istifadəsindədir. xx.xx.2024-cü il tarixdə İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 №- li sahədə yerləşən torpaq sahəsinə yerləşmə cizgisinin çəkilməsi və təsdiq olunması üçün köməklik göstərilməsi barədə bütün hüquqmüəyyənedici sənədləri 5-18/1-M-457-091/2024 saylı ərizəyə əlavə etməklə Sabunçu RİH Başçısına müraciət etmişdir. Cavabdeh Sabunçu RİH xx.xx.2024-cü il tarixli, 5-18/2-M-457-091/2024 saylı məktubu ilə torpaq sahəsinin yerləşmə cizgisinin verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası NK-nın 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarları ilə Maştağa qəsəbəsində “vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri”nə aid Sabunçu RİH-də heç bir arxiv sənədinin olmaması bildirilmişdir. İddiaçı 30 ilə yaxındır ki, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır, kommunal xərcləri ödəyir. Bundan əlavə Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin və Sabunçu RİH-nin bu tipli qərarlarına dair Sabunçu RİH tərəfindən kifayət qədər yerləşmə cizgiləri verilmiş və həmin sənədlər Dövlət Reyestrində Qeydiyyatdan keçmişdir. X2 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi İddiaçı təqsiri deyildir. Belə ki, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsində yerləşən bir çox torpaq sahələrinə Arxiv Arayışı olmadan belə Sabunçu RİH tərəfindən tərtib edilərək təsdiq ediımiş yerləşmə cizgiləri verilmişdir. Göstərilən bu hallar bərabərlik məfhumu baxımından İddiaçı münasibətdə də yerləşmə cizgisinin verilməsinə əsas verir. Eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, ərizəçinin müraciətinin təmin edilməməsi inzibati orqanın öz praktikasında vətəndaşlara münasibətlərdə bərabər davranmaması deməkdir. İnzibati orqanlarım inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Cavabdeh Bakı şəhəri, Cavabdeh imtinası əsassız və qanunsuzdur. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin, yaxud da müvafiq X7 İcraiyyə Komitəsinin qərarı əsasında və ya Torpaq Məcəlləsinin maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada {yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılır. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin İ bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərzinin bütün vəziyyətini {bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsi ilə əks etdirən xəritədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh səlahiyyətli nümаyəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Оdur ki, məhkəmə işə cavabdehi (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdeh 5-18/2-M-457-091/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 4-cü kvartal ünvanında vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdehndə heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyil. Bakı şəhəri 17 saylı Notariat ofisinin 18 noyabr 2024-cü il tarixli 646 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2009cu il tarixdə vəfat etmiş əri xx.xx.1964-cü il təvəllüdlü X1 qalmış miras ( Bakı şəh, Maştağa qəs, 4-cü kvartal sahə 11 yerləşən torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 06 mart 1993-cü il tarixli 11 №-li Çıxarışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli və 02 sentybar 1991-ci il tarixli 213 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılmışdır; Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlar Bakı şəhər icra hakimiyyəti tərəfindən tərtib edilmiş, baş plana uyğun olaraq hər ailəyə 1200 kv.m həyatyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyatyanı torpağa ehtiyacı olan vətəndaşlardan bir qrupu həyatyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri qəsəbə üzrə SRİHN-nə təqdim etmişlər Təqdim edilmiş sənədlər Maştağa qəsəbəsi üzrə SRİHN-nin komissiyası tərəfindən yoxlanılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq nümayəndəliyin aparatı qərara alır: Bakı şəhər İcra Hakimiyyətinin baş planına uyğun olaraq aşagıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyatyanı torpaq sahəsi ayrılsın: X3, Maştağa, Oktyabr küçəsi, dön 2, ev 66
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir.
5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən 4.16.6 torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
6. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsinə əsasən: - maddə 14.Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir:1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq;3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; - Maddə 29. Müvafiq rayon, şəhər X7 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
7. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: - Maddə 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. -Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” - Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - Maddə 8 3 . Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi
1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. - Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən
- 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
9. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir.
Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının ailəsinə naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədlərin vеrilməsindən cavabdehin imtinаsı əsassız olduğundan, işin bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə (hərəkətsizliyə) yоl vеrilməsi sübutа yеtirildiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.
Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin
- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 06 mart 1993-cü il tarixli, 11 saylı çıxarışına əsasən fərdi yaşayış evinin tikintisi üçün X2 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 nömrəli sahədə yerləşən 1200 m2 torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsini və təsdiqlənməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddiaçı iddia tələbi təmin edilsin. Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 06 mart 1993-cü il tarixli, 11 saylı çıxarışına əsasən fərdi yaşayış evinin tikintisi üçün X2 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məntəqəsi, İV kvartal, 11 nömrəli sahədə yerləşən 1200 m2 torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsini və təsdiqlənməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа