Məhkəmə qərarları › İş №2-1(112)-4717/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4717/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4717/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikası “xxxx” Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, HAOE seriyalı, 000041 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdə Gürcüstan Respublikası “xxxx" Ali Təhsil Müəssisəsinin “Biznesin idarə edilməsi-Menecment” fakültəsinə daxil olmuş və 2018-ci il tarixdə təhsilini başa vurmuşdur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) üçün sənədləri elektron variantda təqdim etmişdir. Həmin İdarəyə dəvət olunmuş və müsabiqədən keçmişdir. Həmin təşkilat diplomun tanınmasından imtina barədə elektron variatda imtina məktubu göndərmişdir. İmtina əsası kimi həmin Universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yetirməyinin qeyri mümkün olduğu göstərilmişdir. Həmin imtinadan narazı qalaraq rəsmi olaraq yenidən müraciət edərək diplomun tanınmasını xahiş etsə də, ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsində “iddiaçı” kimi İddiaçı göstərilsə də, ərizə iddiaçı və ya onun müvafiq səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmamışdır. Məlum olduğu kimi, İPM-in 13-cü maddəsinin tələblərinə görə məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). İPM-in 13-cü maddəsi baxımından yuxarıda qeyd edilən halın formal xəta kimi aradan qaldırılması imkanları mövcud olduğundan xx.xx.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla iddia ərizəsində yol verilən formal xətalar iddiaçının diqqətinə çatdırmaqla ona hüquqi təkliflər verilmiş, lakin iddiaçı həmin halların aradan qaldırılması üçün cəhd etməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddia ərizəsi iddiaçı və ya onun müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmadığından, ərizədə yazılanlar “iddiaçı” kimi qeyd edilən şəxsin (İddiaçı) iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar