Məhkəmə qərarları › İş №2-1(112)-472/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-472/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-472/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK 3-cü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, şifahi, аçıq məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilə çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və 3-cü şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2- 1(112)-1074/2020 saylı qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, məhəllə 3004, 141 saylı mənzilə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 dekabr 2007-ci il tarixdə 293 protokoldan çıxarışa əsasən "xxxx" MTK-nın binasında ümumi sahəsi 157 kv.m olan 15-ci mərtəbədə yerləşən 4 otaqlı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, məhəllə- 3004, mənzil 141 ünvanda yerləşən mənzil ona satılmışdır. "xxxx" MTK-nin sədri A.N.Mustafayev tərəfindən verilmiş arayışdan da məlum olur ki, o, ünvan 2 ünvanda yerləşən mənzilin dəyərini tam ödəmişdir. Hazırda mənzilin sənəd üzərində də tam mülkiyyətçisi olmaq istəyir. Buna görə də o, mənzilə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ona imtina edilmişdir. Belə ki, ona rəsmi məktubla Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, məhəllə-3004, 141 mənzilinə dair "xxxx" MTK-nin tərəfindən verilmiş maliyyə arayışının həqiqi olmadığını əsas gətirmişlər və bu səbəbdən də onun ərizəsini təmin etməmiş, bu barədə ona imtina məktubu vermişlər. "xxxx" MTK-a tərəfindən ona aldığı mənzillə bağlı bütün sənədlər təqdim olunmuşdur. Hətta mənzilin ödənişinin onun tərəfindən tam ödənilməsi barədə ona arayış da verilmişdir. O, vicdanlı alıcı kimi mənzili "xxxx" MTK-dan alıb sənədləşməni də aparmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə verilmiş **********51 nömrəli 29.10.2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən İdarəyə ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışının həqiqi olmadığı barədə 04.10.2019-cu il tarixli, 11 saylı məktub daxil olduğu müəyyən edilmişdir. Bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti təşkilata sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004- cü məhəllə, 16 saylı evin, 141 saylı mənzilinə dair "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının həqiqi olmadığı bildirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. 3-cü şəxs "xxxx" MTK-nin sədri X13 tərəfindən məhkəmənin dəftərxanasına daxil olmuş münasibət məktublarında qeyd etmişdir ki, ünvan 4 ünvanda tərəflərindən inşa edilən çoxmənzilli binada payçıların mütləq əksəriyyəti artıq sahib olduqları mənzillərə mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışları alıblar. Bu iş üzrə İddiaçı ünvan 5 ünvanda 141 saylı mənzildə yaşamasına baxmayaraq "xxxx" MTK-nın arxivində onun payçı kimi kooperativə üzv qəbul edilməsi və ona mənzilin dəyərini tam ödəməsi ilə bağlı maliyyə arayışının verilməsi barədə hər hansı sənəd aşkar edilməyib. Onun özü tərəfindən də "xxxx" MTK-ya hər hansı sənəd təqdim olunmayıb. Bununla əlaqədar, iddiaçının "xxxx" MTK-ya üzv qəbul edilməsini və ya ona mənzilin dəyərini tam ödəməsi ilə bağlı maliyyə arayışının verilib-verilməməsi barədə sorğuya cavab vermək mümkün olmamışdır. İddiaçının 141 saylı mənzildə isti sudan, istilikdən istifadə ilə bağlı göstərilən xidmətlərlə əlaqədar "xxxx" MTK-ya borcu vardır. Hazırda həmin binada servis xidmətlərini həyata keçirən idarəedici şirkətdən verilən məlumata əsasən son 3-4 il ərzində iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə heç bir haqq ödənilməyib və onun hazırda 3500-4000 manatdan çox borcu yaranıb. Bununla əlaqədar iddiaçıya dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilsə də, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin icrasından əsassız olaraq yayınmaqda davam edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.12.2019-cu il tarixli **********16 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, aparılan araşdırma zamanı "xxxx" MTK tərəfindən İdarəyə ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışının həqiqi olmadığı barədə 04.10.2019-cu il tarixli, 11 saylı məktub daxil olduğu müəyyən edilmişdir. Bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti təşkilata sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, 16 saylı evin, 141 saylı mənzilinə dair "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının həqiqi olmadığı bildirilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. - "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə 06 dekabr 2007-ci il tarixli 293 №-li protokoldan çıxarışın surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş və onun razılıq yolu ilə "xxxx" MTK-nın binasında C.Səlimov küçəsi 3004-cü məhəllə, ümumi sahəsi 157 kv.m. olan 2 girişlə 15 mərtəbədə 4 otaqlı 141 №-li mənzilə düşməsi təsdiq edilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xəzinəsinə 06 dekabr 2007-ci il tarixində 141 saylı mənzil üçün dəyərini tam -100 faiz ödəmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin 141 saylı mənzilinin payçısı İddiaçı 16 may 2011-ci il tarixində yenidən layihələşdirilmiş tikiləcək mərkəzləşdirilmiş istilikxanaya görə 100 (bir yüz) manat, 05 may 2012-ci il tarixində 100 (bir yüz) manat, 8 iyun 2012-ci il tarixində 100 (bir yüz) manat, 10 iyul 2012-ci il tarixində 110 (bir yüz on) manat, 06 oktyabr 2012-ci il tarixində 60 (altmış) manat, 08 noyabr 2012-ci il tarixində 100 (bir yüz) manat və 08 fevral 2013-cü il tarixində 50 (əlli manat) MTK-nın kassasına ödəmişdir. İş üzrə araşdırma zamanı məhkəmə tərəfindən verilmiş sorğulara; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 nömrəli cavab məktubundan görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ********** qeydiyyat nömrəli, 23.09.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı "xxxx" MTK tərəfindən İdarəyə ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışının həqiqi olmadığı barədə 04.10.2019-cu il tarixli, 11 saylı məktub daxil olduğu müəyyən edilmişdir. Bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti təşkilata sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, 16 saylı evin, 141 saylı mənzilinə dair "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının həqiqi olmadığı bildirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı ünvan 6 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ********** qeydiyyat nömrəli, 23.09.2019-cu il tarixli ərizə ilə müraciəti zamanı təqdim edilən sənədlər vətəndaşa qaytarılmışdır. Bu səbəbdən müvafiq sənədlərin surətlərinin tərəflərindən göndərilməsi mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 nömrəli 15.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 saylı evin 296 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, 288 saylı mənzil 21 saylı DNK-nın 4Ə-722 reyestr nömrəli 10.03.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə və Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, 270 saylı mənzil 53 saylı DNK-nın 4Ə-689 reyestr nömrəli 29.06.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə sənədlərin-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 5/393-5/411 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın İddiaçı adına 06 dekabr 2007-ci il tarixli arayışdakı möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın İddiaçı adına 06 dekabr 2007-ci il tarixli arayışdakı möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" MTK-nın möhürünün sərbəst əks nümunələri ("xxxx" MTK-nın 06 oktyabr 2012-ci il, 08 fevral 2013-cü il, 08 noyabr 2012-ci il, 08 iuyn 2012-ci il, 16 may 2011-ci il, 10 iyul 2012-ci il, 05 may 2012-ci il tarixli arayışlarda, Bakı İnzibati Məhkəməsinin hakimi A.Oruczadəyə ünvanlanmış 23 oktyabr 2020-ci il tarixli məktubda) ilə eynilik təşkil edir. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “İş materiallarında olan "xxxx" MTK-nın sədri A.N.Mustafayev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş İddiaçı verilmiş 06 dekabr 2007-ci il tarixli maliyyə arayışdakı qeydlərin icra olunduğu (arayışın yazıldığı) dövr, arayışın verilmə dövrü 06 dekabr 2007-ci il tarixə (zaman baxımından) uyğun gəlirmi? Sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 4/481 nömrəli ekspert rəyindən görünür ki: 1.1 Ekspertizaya təqdim edilmiş, mülki işin 48-49-cu vərəqlərində olan "xxxx" MTK tərəfindən Bakı İnzibati Məhkəməsinə 16.03.2020-ci il tarixdə daxil olmuş məktubun 2-ci vərəqində “İmza: “Günəşli MTK-nın sədri” qrafasında möhür əksi üzərindəki imza və 77- 78-ci vərəqlərində olan "xxxx" MTK tərəfindən Bakı İnzibati Məhkəməsinə 28.10.2020-ci il tarixdə daxil olmuş məktubun 2-ci vərəqində “İmza: “Günəşli MTK-nın sədri” qrafasında möhür əksi üzərindəki imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.1.2 Ekspertizaya təqdim edilmiş, mülki işin 96-cı vərəqində İddiaçı adına olan 06 dekabr 2007-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; Əksləri mülki işin 90-cı vərəqində olan 22 yanvar 2013-cü il tarixli "xxxx" MTK-nin üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın Sədri A.N.Mustafayev” qrafasındakı imza; 91-ci vərəqində X7 adına olan 22 yanvar 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 95-ci vərəqində X8 adına olan 30 yanvar 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 97-ci vərəqində İddiaçı adına olan 06 oktyabr 2012-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 98-ci vərəqində İddiaçı adına olan 08 fevral 2013-cü il tarixli arayışda “"xxxx" MTKnın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 99-cu vərəqində İddiaçı adına olan 08 noyabr 2012-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 100-cü vərəqində İddiaçı adına olan 8 iyun 2012-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 101-ci vərəqində İddiaçı adına olan 16 may 2011-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 102-ci vərəqində olan İddiaçı adına olan 10 iyul 2012-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza;103-cü vərəqində olan İddiaçı adına olan 05 may 2012-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri.” qrafasında möhür əksi üzərindəki imza; əksləri mülki işin 104-cü vərəqində X5 adına olan 07 yanvar 2015-ci il tarixli "xxxx" MTK üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 105-ci vərəqində X6 adına olan 07 yanvar 2015-ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri 108-ci vərəqində X11 adına olan 05 mart 2015-ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 111-ci vərəqində X9 adına olan 18 sentyabr 2014-cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 112-ci vərəqində X9 adına olan olan 18 sentyabr 2014-cü il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 114-cü vərəqində X1 adına olan 25 iyul 2008-ci il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev" qrafasındakı imza; 118-ci vərəqində X3 adına olan maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 120-ci vərəqində X3 adına olan 10 iyun 2008-ci il tarixli № 56 nömrəli "xxxx" MTK-nın mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 122-ci vərəqində 17 aprel 2007-ci il tarixli "xxxx" MTK-nın üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 124-cü vərəqində X12 adına olan 17 aprel 2007-ci il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 125-ci vərəqində X14 adına olan 7 fevral 2013-cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N.Mustafayev” qrafasındakı imza; 126-cı vərəqində X14 adına olan 7 fevral 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 129-cu vərəqində X10 adına olan 14 dekabr 2012-ci il tarixli "xxxx" MTK-nın üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N.Mustafayev” qrafasındakı imza; 130-cü vərəqində X15 adına olan 06 aprel 2015-ci il tarixli "xxxx" MTK-nn üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N.Mustafayev” qrafasındakı imza; 131-ci vərəqində X15 adına olan 06 aprel 2015-ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.2. Ekspertizaya təqdim edilmiş, mülki işin 48-49-cu vərəqlərində olan "xxxx" MTK tərəfindən Bakı İnzibati Məhkəməsinə 16.03.2020-ci il tarixdə daxil olmuş məktubun 2-ci vərəqində “İmza: “Günəşli MTK-nın sədri” qrafasında möhür əksi üzərindəki imza; 77- 78-ci vərəqlərində olan "xxxx" MTK tərəfindən Bakı İnzibati Məhkəməsinə 28.10.2020-ci il tarixdə daxil olmuş məktubun 2-ci vərəqində “İmza: “Günəşli MTK-nın sədri” qrafasında möhür əksi üzərindəki imza İlə mülki işin 96-cı vərəqində İddiaçı adına olan 06 dekabr 2007-ci il tarixli arıyışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; əksləri mülki işin 90-cı vərəqində olan 22 yanvar 2013-cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın Sədri A.N. Mustafayev” qrafasındakı imza; 91-ci vərəqində X7 adına olan 22 yanvar 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 95-ci vərəqində X8 adına olan 30 yanvar 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nin sədri A.N.Mustafayev” qrafasındakı imza; 97-ci vərəqində İddiaçı adına olan 06 oktyabr 2012-ci tarixli arıyışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 98-ci vərəqində İddiaçı adına olan 08 fevral 2013-cü il tarixli arıyışda “"xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 99-cü vərəqində İddiaçı adına olan 08 noyabr 2012-ci il tarixli arıyışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 100-cü vərəqində İddiaçı adına olan 8 iyun 2012-ci il tarixli arıyışda "xxxx" MTK-nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 101-ci vərəqində İddiaçı adına olan 16 may 2011-ci il tarixli arıyışda "xxxx" MTK- nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 102-ci vərəqində olan İddiaçı adına olan 10 iyul 2012-ci il tarixli arıyışda "xxxx" MTK- nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; 103-cü vərəqində olan İddiaçı adına olan 05 may 2012-ci il tarixli arıyışda "xxxx" MTK- nın sədri:” qrafasında möhür əksi üzərindəki imza; əksləri mülki işin 104-cü vərəqində X5 adına olan 07 yanvar 2015-ci il tarixli "xxxx" MTK üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 105-ci vərəqində X6 adına olan 07 yanvar 2015-ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 107-ci vərəqində X11 adına olan 05 mart 2015-ci il tarixli "xxxx" MTK-nın üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N. Mustafayev” qrafasındakı imza; 108-ci vərəqində X11 adına olan 05 mart 2015-ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 111-ci vərəqində X9 adına olan 18 sentyabr 2014-cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N Mustafayev” qrafasındakı imza; 112-ci vərəqində X9 adına olan olan 18 sentyabr 2014-cü il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 114-cü vərəqində X1 adına olan 25 iyul 2008-ci il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 118-ci vərəqində X4 adına olan maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 120-ci vərəqində X4 adına olan 10 iyun 2008-ci il tarixli № 56 nömrəli "xxxx" MTK-nın mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 122-ci vərəqində 17 aprel 2007-ci il tarixli "xxxx" MTK-nın üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N. Mustafayev” qrafasındakı imza; 124-cü vərəqində X12 adına olan 17 aprel 2007-ci il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 125-ci vərəqində X14 adına olan 7 fevral 2013cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N. Mustafayev” qrafasındakı imza; 126-cı vərəqində X14 adına olan 7 fevral 2013-cü il tarixli arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 129-cü vərəqində X10 adına olan 14 dekabr 2012-ci il tarixli "xxxx" MTK-nın üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri A.N.Mustafayev” qrafasındakı imza; 130-cü vərəqində X15 adına olan 06 aprel 2015-ci il tarixli "xxxx" MTK-nn üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın sədri: A.N.Mustafayev” qrafasındakı imza; 131-ci vərəqində X15 adına olan 06 aprel 2015ci il tarixli maliyyə arayışın kserosurətinin "xxxx" MTK-nın sədri A. N. Mustafayev” qrafasındakı imza - MÜXTƏLİF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur.3. Əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 94-cü vərəqində olan 30 yanvar 2013-cü il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın Sədri A.N. Mustafayev” qrafasındakı imza, 115-ci vərəqində olan 25 iyul 2008-ci il tarixli "xxxx" MTK-nin üzvülərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində "xxxx" MTK-nın Sədri A.N.Mustafayev” qrafasındakı imza tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan «Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildirilmişdir ki, həmin imzaların nəticənin “1.1-1.2.” bəndlərində göstərilən imzalarla eyni şəxs tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkün deyildir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Beləliklə, işdəki sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 06 dekabr 2007-ci il tarixdə iddiaçıya satılmış, sahənin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda bina istimara qəbul edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın istinad etdiyi maliyyə arayışının etibarsız sayılması barədə "xxxx" MTK-dan daxil olmuş məktuba istinad etməsinə dair dəlilini əsassız hesab edir. Belə ki, "xxxx" MTK-nin üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə 06 dekabr 2007-ci il tarixli 293 nömrəli protokoldan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş, vətəndaş İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın binasında C.Səlimov küçəsi 3004-cü məhəllə ümumi sahəsi 157 kvm olan 2 girişli 15-ci mərtəbədə 4 otaqlı 141 nömrəli mənzilin düşməsi təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, onun tərəfindən mənzilin dəyəri 100 faiz olaraq 06 dekabr 2007-ci il tarixində ödənilmişdir. Həmçinin iş üzrə məhkəmə araşdırma zamanı məhkəmə ekspertizası keçirilmiş, həmçinin sözügedən binada mülkiyyət hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışlar verilmiş mənzillərə dair sənədlər cavabdeh inzibati orqandan tələb edilmişdir. 3-cü şəxsin şübhə altına aldığı maliyyə arayışı üzrə tədqiqat aparılarkən müəyyən edilmişdir ki, həmin maliyyə arayışındakı möhür əksi məhz 3-cü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış məktubdakı, həmçinin iş materiallarına əlavə edilmiş digər arayışlardakı möhür əksi ilə eynilik təşkil etmiş, həmçinin 06 dekabr 2007-ci il tarixli maliyyə arayışındakı imza sözügedən binada mülkiyyət hüquqları qeydiyyata alınmış digər sakinlər tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş maliyyə arayışlarındakı imza ilə eynilik təşkil etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş eyni möhür və eyni imza olan maliyyə arayışları qəbul edilərək, ünvan 5 saylı evin 194, 263, 288, 270, 296, 56, 248, 154, 187, 48 saylı mənzillər üzərində vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınaraq, çıxarış verilmişdir. Bundan əlavə 3-cü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış həm 16.03.2020-ci il tarixli, həm də 23 oktyabr 2020-ci il tarixli məktublardan aydın görünür ki, MTK iddiaçının həmin binanın sakini olmasını, orada yaşamasını təsdiqləmiş, son 3-4 il ərzində kommunal xidmətlərə görə haqların ödənilmədiyini bildirmiş, lakin iddiaçı barəsində protokoldan çıxarışın və maliyyə arayışının aşkar edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirir ki, 3-cü şəxsin bu cür məktubu iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, kommunal xidmətlərə görə borc məbləğinin olması sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsinə maneə ola bilməz. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh əsassız olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli məzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, məhhəllə 3004, 141 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri ilə bağlı Məhkəmə İnzibati Prosessual Məcəlləsinin Xİİİ fəslini rəhbər tutur. İşdə olan ekspertiza xərclərinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2021ci il və 10 iyun 2021-ci il tarixli bildirişlərindən görünür ki, hazırkı işdə məhkəmə xətşünaslıq üzrə ekspertiza xərci 125 (bir yüz iyirmi beş) manat və sənədlərin texniki ekspertizası xərci 61,52 (altmış bir manat əllik iki qəpik) manat təşkil edir. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən, proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək ekspertiza keçirilməsi ilə bağlı çəkilən xərcin ona aid edilməsini xahiş etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cəmi 186,52 (bir yüz səksən altı manat 52 qəpik) manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci, 85 və 110-cu maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, məhəllə 3004, 141 saylı mənzilə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri cəmi 186,52 (bir yüz səksən altı manat 52 qəpik) manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi ərizəsi əsasında İddiaçı üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar