Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4720/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya hüququnun yarandığı 57 yaşından, yəni 08.04.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1978-ci ildə başlamış və hal-hazıradək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu təsdiq edən işlədiyi iş yerləri aşağıdakılardan ibarətdir: iddiaçı 20.03.1989-cu il (əmr № 42) - 09.11.1995-ci il (əmr № 54) tarixlərdə 11 №li X2 iş icraçısı vəzifəsində işləmişdir. Öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 27-ci fəslinə əsasən bilavasitə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlər hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmin sahədə güzəştli şərtlərlə iş stajı 06 il, 08 ay təşkil edir. 32 saylı Təmir Tikinti X2 03.06.1996-cı ildə 11 №li əmrlə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 03.11.1999-cu ildə 05 №li əmrlə iş icraçısı vəzifəsindən (işçinin təşəbbüsü ilə) azad edilmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 27-ci fəslinə əsasən bilavasitə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlər hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmin sahədə güzəştli şərtlərlə iş stajı 03 il, 05 ay təşkil edir. 18.06.2013-cü ildə (əmr № 65/18-kş, 21.06.2013-cü il) "xxxx" ASCnin Sənaye Tikinti və İstehsal İdarəsinin Yarımstansiyaların tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə qəbul edilmiş, 17.07.2013-cü ildə (əmr № 92/18-kş, 17.07.2013-cü il) Böyükşor tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmişdir, 03.11.2014-cü ildə (əmr № 121/18-kş, 03.11.2014-cü il) vəzifə və dərəcəsi saxlanılmaqla “Oguz 1, 2, 3, KSES”-in tikinti sahəsinə keçirilmiş, 05.01.2015-ci ildə (əmr № 03/18-irş, 05.01.2015-ci il) KSES Tikinti Layihəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş və 01.10.2015-ci ildə (əmr № 13/33-irş, 01.10.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə xüsusilə zərərli və ağır olan işlər hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmin sahədə güzəştli pensiya üçün staj 02 il, 03 ay, 13 gün təşkil edir. 09.10.2015-07.09.2016-cı il tarixlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 №li X11 Məsuliyyətli Cəmiyyətdə iş icraçısı vəzifəsində işləmişdir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə güzəştli pensiya hüququna malikdir. Həmin sahədə güzəştli şərtlərlə iş stajı 11 (on bir) ay təşkil edir. Göründüyü kimi iddiaçının 08.04.2017-ci ildə 57 yaşı tamam olmuş, həmin vaxt 25 ildən çox ümumi iş stajına və 12 il 6 aydan çox güzəştli şərtlərlə iş stajına malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh quruma ərizə ilə müraciət etmiş, cavabdeh qurumun ona ünvanladığı 02.02.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, mərkəzi filiala təqdim etdiyiniz И-İ ******* nömrəli əmək kitabçanızda və 11 saylı Kənd Tikinti Trestinin sizə dair 5 iyun 2020-ci il tarixli 11 nömrəli arayışında 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayon “11 nömrəli SMİD”-də iş icraçısı işlədiyiniz qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən qeyd edilən əmək stajınızı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğumuza daxil olmuş müvafiq cavabda 1989-1995-ci illər üzrə sığorta stajının yoxlanılması zamanı müəssisə tərəfindən əmr kitabının təqdim edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov (yuxarıda qeyd olunan arayışda göstərilən məlumatları öz imzası ilə təsdiq edən şəxs) əmək stajının dəqiqləşdirilməsi zamanı əmr kitabını təqdim etməyərək tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də qeyd edilən dövrdə həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmağınıza dair məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Buna görə də yuxarıda qeyd olunan dövrləri əmək stajınıza daxil etmək mümkün olmadığından sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 7 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh qurum iddiaçının əmək kitabçasına baxıb ona pensiya təyin etməli idi. Ona görə qeyd olunan məsələ ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 27.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşından, yəni 08.04.2017ci il tarixdən, müraciət etdiyi vaxtdan əvvəlki son 3 illik dövr üçün hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətinizə çatdırılır: İddiaçının 05.02.2021-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********1 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim olunan ИТ-l ******* nömrəli əmək kitabçasında və 11 saylı Kənd Tikinti Trestinin ona dair 5 iyun 2020-ci il tarixli 11 nömrəli arayışında 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayon “11 nömrəli SMD”-də iş icraçısı işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən qeyd edilən əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Mərkəzi Filial tərəfindən verilən sorğuya daxil olmuş müvafiq cavabda 1989-1995-ci illər üzrə sığorta stajının yoxlanılması zamanı müəssisə tərəfindən əmr kitabının təqdim edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov (yuxarıda qeyd olunan arayışda göstərilən məlumatları öz imzası ilə təsdiq edən şəxs) əmək stajının dəqiqləşdirilməsi zamanı əmr kitabını təqdim etməyərək tərtib edilmiş Aktı imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də qeyd edilən dövrdə həmin müəssisədə əmək fəaliyəti ilə məşğul olmağına dair məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Buna görə də yuxarıda qeyd olunan dövrləri əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 7 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 07.09.1978-ci ildə Qusar rayonu M.Vəliyev adına sovxozun təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, 04.04.1979-cu ildə hərbi xidmətə görə işdən azad edilmiş, 11.08.1981-ci ildə sovzoun təsərrrüfatına fəhlə qəbul edilmiş, 09.09.1981-ci ildə sovxozdan azad edilmişdir. 29.09.1981-ci ildə “Sənayetikintimexanizasiya” tr. 1 nömrəli Mexanizasiya Xüsusi idarəsində tikinti məntəqəsinə 2-ci dərəcəli fəhlə təyin edilmiş, 01.09.1983-cü ildə işdən azad edilmişdir. 05.03.1984-cü ildə Azərbaycan SSR STN 4 nömrəli trestin 48 nömrəli tikinti idarəsində birinci dərəcəli fəhlə təyin edilmiş, 25.10.1985-ci ildə işdən azad edilmişdir. 11.11.1985-ci ildə Nəsimi rayonu Xalq Deputatları soveti İcraiyyə Komitəsi Nəsimi rayon Daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsinə gözətçi təyin edilmiş, 07.06.1986-cı ildə işdən azad edilmişdir. 24.09.1986-cı ildə Nəsimi rayonu Xalq Deputatları soveti İcraiyyə Komitəsi Nəsimi rayon Daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsinə gözətçi təyin edilmiş, 20.06.1988-ci ildə işdən azad edilmişdir. 25.08.1983-cü ildə AİMİ-nin İF-nin gündüz şöbəsinin tələbələri sırasına daxil olmuş, 18.07.1988-ci ildə institutu bitirmişdir. 10.08.1988-ci ildə “Aqrosənayetikinti” tr. KSMK-11 usta qəbul edilmiş, 20.03.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir. 11.07.1989-cu ildə Trestin 27.04.1989-cu il tarixli 1 nömrəli əmri ilə AZ. SSR “Dövləttikintisənaye birliyi”nin Aqrosənayetikinti 1 trestinin KSMK-11-i 11 saylı SMD adlandırılmışdır. 09.11.1995-ci ildə işdən azad edilmişdir. 03.06.1996-cı ildə 32 saylı Təmir Tikinti X2 iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 03.11.1999-cu ildə işdən azad edilmişdir. 19.11.1999-cu ildə Dəvəçi Təmir- Tikinti sahəsinə rəis vəzifəsinə təyin edilmiş, 08.05.2001-ci ildə “Azkommun sənaye təmir tikinti” İSB-nin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar sənaye müəssisələri idarəsinin tabeçiliyinə verilmişdir. 25.07.2001-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 26.07.2001-ci il tarixli 65-k saylı əmrinə əsasən 25.07.2001-ci il tarixdən Sənaye müəssisələri idarəsi Sənaye müəssisələri və təmir-tikinti birliyi adlandırılmışdır. 07.10.2002-ci ildə işdən azad edilmişdir. 03.12.2002-ci ildə “Dəvəçi broyler” açıq tipli səhmdar cəmiyyətində mühəndis xidmətinə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 17.05.2005-ci ildə mühəndis xidmətində tikinti üzrə mühəndis vəzifəsinə keçirilmiş, 01.04.2006-cı ildə İstehsalat departamentinin təmir-tikinti sahəsinə rəsi vəzifəsinə təyin edilmiş, 08.02.2011-ci ildə işdən azad edilmişdir. 08.03.2011ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, 30.05.2013-cü ildə işdən azad edilmişdir. 18.06.2013-cü ildə "xxxx" ASC Sənaye Tikinti və İstehsalat İdarəsinin Yarımstansiyaların tikintisi sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.07.2013-cü ildə Böyük Şor Tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı keçirilmiş, 03.02.2014-cü ildə 1 nömrəli Tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Oğuz KSESin tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, 03.11.2014-cü ildə Oğuz 1, 2, 3 KSES-in Tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, 05.01.2015ci ildə KSES TL-nə 10-cu dərəcəli iş icraçısı keçirilmiş, 01.10.2015-ci ildə işdən azad edilmişdir. 09.10.2015-ci ildə 87 saylı Yol İstismarı MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, 07.09.2016-cı ildə işdən azad edilmişdir. 07.09.2016-cı ildə "xxxx" ASC "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə təyin edilmiş, 13.02.2018-ci ildə baş mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş H3 № ******* saylı hərbi biletin surətinə əsasən İddiaçı 28.06.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, 26.06.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarında olan PB № 022842 saylı, 21.07.1988-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1983-cü ildən 30.06.1988-ci ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 nömrəli Yol İstismarı MMC-nin 27.11.2019-cu il tarixli, 152 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 09.10.2015-07.09.2016-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli X11 Məsuliyyətli Cəmiyyətdə İş icraçısı vəzifəsində işləmişdir. 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli pensiya hüququna malikdir. Güzəştli şərtlərlə iş stajı 11 (on bir) ay təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 14.05.2020-ci il tarixli, 01-7p/197 nömrəli işin xarakteri haqqında arayışda qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 18.06.2013-cü ildə (əmr № 68/18-kş, 21.06.2013-cü il) "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsal İdarəsinin Yarımstansiyaların tikintisi sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə qəbul edilib, 17.07.2013-cü ildə (əmr № 92/18-kş, 17.07.2013-cü il) Böyükşor tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib, 03.11.2014-cü ildə (əmr № 121/18-kş, 03.11.2014-cü il) vəzifə və dərəcəsi saxlanılmaqla “Oğuz 1, 2, 3, KSES”-in tikinti sahəsinə keçirilib, 05.01.2015-ci ildə (əmr № 03/18-irş, 05.01.2015-ci il ) KSES Tikinti Layihəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib və 01.10.2015-ci ildə (əmr № 13/33-irş, 01.10.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”- nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 03 ay, 13 gün təşkil edir. İş materiallarına əlavə olunmuş 32 saylı Təmir Tikinti X1 08.05.2020-ci il tarixli, 03 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 32 saylı Təmir Tikinti X2 03.06.1996 Əmr № 11 ilə iş içracısı vəzifəsinə işə qəbul edilmişdir. 03.11.1999-cu il Əmr № 05 ilə iş icraçısı vəzifəsindən (işçinin təşəbbüsü ilə) azad edilmişdir. Göstərilən vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Bina və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdıma işləri”nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdir. Güzəştli şərtlərlə iş stajı: 3 il (üç) il 08 (səkkiz) ay təşkil edir. İş materiallarına əlavə olunmuş 11 saylı X1 05.06.2020-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 20.03.1989-cu ildən (Əmr № 42, 27.08.1989) - 09.11.1995-ci ilədək (Əmr № 54, 09.11.1995) 11 №-li X2 İş icraçısı vəzifəsində işləmişdir. Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə, Azerbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Bina və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”-nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şətlərlə yaşa görə əmək pensiya hüququ verir. Güzəştli pensiya üçün stajı: 6 (altı) il 08 (səkkiz) ay təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Şabran rayon 11 saylı Kəndtikinti trestindən 29.04.2021-ci il tarixli poçt zərfi ilə məhkəməyə daxil olmuş “Azərkəndtikinti ATSC 11 saylı” Kəndtikinti Trestinin 16 aprel 2021-ci il tarixli, 02 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 13 dekabr 1988-ci ildən (əmr № 132 13 dekabr 1988-ci il) tikinti ustası, 20 mart 1989-cu ildən (əmr № 42 27 mart 1989cu il) 01 noyabr 1995-ci ilədək (əmr № 51 01 noyabr 1995-ci il) 11 №-li X2 iş icraçısı vəzifəsində işləmişdir və öz ərizəsinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin baş mütəxəssisi X7 və mütəxəssisi X4, 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimovun iştirakı ilə tərtib edilmiş 18 noyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bu aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı 1989-1995-ci illər sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxladılar. Yoxlama zamanı müəyyən edildi ki, vətəndaş İddiaçı adına 11 saylı Kənd Tikinti Tresti tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 11 nömrəli arayışda qeyd olunmuş 1989-1995-ci illəri əhatə edən sığorta stajının yoxlanılması zamanı idarə tərəfindən əmrlər kitabları təqdim edilmədiyinə görə qarşılıqlı üzləşmə mümkün olmadı. 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin baş mütəxəssisi X7 və mütəxəssisi X4, 32 saylı Təmir Tikinti SMD-nin drektoru N.Q.Mehdiyevin iştirakı ilə tərtib edilmiş 18.11.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bu aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı 03.06.1996-03.04.1999-cu illər sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxladılar. Yoxlama zamanı müəyyən edildi ki, vətəndaş İddiaçı 32 saylı TTSM Dəstəyə 03.06.1996-cı il tarixli 11 nömrəli əmrlə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 03.11.1999-cu il tarixli 5 nömrəli əmrlə iş icraçısı vəzifəsindən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 23.06.2021-ci il tarixli, **********211400 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 11 saylı “Kəndtikinti” tresti "xxxx" Dövlət Şirkətinin 25.12.1991-cı il tarixli 425 saylı əmri ilə yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 15.08.1997-ci il tarixli 42 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin uçot baza məlumatlarında fəaliyyəti vergi uçotuna alındığı tarixdən aktivdir. Vergi orqanına ödəyicisinin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında müraciəti daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.08.2021-ci il tarixli, **********01 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan informasiya bazasında müraciətdə qeyd olunan müəssisələr barədə hər hansı bir məlumat aşkar olunmadı. Eyni zamanda müraciətdə qeyd olunan 11 saylı Kəndtikinti Tresti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin struktur vahididir və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Məhkəməyə təqdim edilmiş əmrlər kitabından çıxarışdan görünür ki, “Aqrosənayetikinti” trestinin DMQK-11 üzrə 13.12.1988-ci il tarixli, 132 nömrəli əmrinə əsasən ali, orta ixtisas təhsilli müəssisələrini bitirən gənc mütəxəssislərə mükafatların paylanması barədə Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ X6 23/Xİ 1931-ci il tarixli 23/937 saylı fərmanına və SSRİ Ali və Orta Təhsil Nazirliyinin 1/Vİ 1960-cı il tarixli 325 nömrəli əmrinin əlavəsinin 226-cı səhifəsinə uyğun olaraq İnşaat institutunu bitirmiş İddiaçı 1107 nömrəli 10/Vİİİ 1988-ci il tarixli göndərişlə Aqrosənayeyə işə göndərilmişdir. 1 nömrəli AİT DMQK-də aylıq 160 rubl akladla inşaat ustası vəzifəsinə təyin edilmişdir. “Aqrosənayetikinti” tresti DMQK-11 üzrə 27.03.1989-cu il tarixli 42 nömrəli əmrinə əsasən İddiaçı inşaat ustası 20.03.1989-cu il tarixdən ştat cədvəlinə uyğun olaraq 190 rubl okladı olmaqla prorab vəzifəsinə keçirilmiş, “AqST” tr. 11 SMD-11 üzrə 01.11.1995-ci il tarixli 51 nömrəli əmr ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 02.02.2021-ci il tarixli, **********6 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanızda və 11 saylı Kənd Tikinti Trestinin sizə dair 5 iyun 2020-ci il tarixli 11 nömrəli arayışında 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayon “11 nömrəli SMD”-də iş icraçısı işlədiyiniz qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən qeyd edilən əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğumuza daxil olmuş müvafiq cavabda 1989-1995-ci illər üzrə sığorta stajınızın yoxlanılması zamanı müəssisə tərəfindən əmr kitabının təqdim edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov (yuxarıda qeyd olunan arayışda göstərilən məlumatları öz imzası ilə təsdiq edən şəxs) əmək stajınızın dəqiqləşdirilməsi zamanı əmr kitabını təqdim etməyərək tərtib edilmiş Aktı imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də qeyd edilən dövrdə həmin müəssisədə əmək fəaliyəti ilə məşğul olmağınıza dair məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Buna görə də yuxarıda qeyd olunan dövrləri əmək stajınıza daxil etmək mümkün olmadığından sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 7 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının 20.03.1989-09.11.1995-ci illərdəki əmək fəaliyyətinə dair məlumatların həqiqiliyinə əsaslı sübhələr olduğunu qeyd etməklə həmin dövrün əmək stajına daxil edilməsinin mümkün olmadığını, bununla da tələb olunan 12 il 06 aydan az, yəni 06 il 07 ay 11 gün olmaqla güzəştli iş stajının olduğuna istinad edərək pensiya təyinatından imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və 01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 10 il 22 gün xüsusi sığorta stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01.01.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını 08.04.2017-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən 01.09.1983-30.06.1988-ci illərdə təhsil dövrü 04 il 10 ay, 28.06.1979- 26.06.1981-ci illərdə hərbi xidmət dövrü 01 il 11 ay 28 gün, sovxozda işlədiyi dövr 07.09.1978-04.04.1979-cu illərdə 06 ay 28 gün, 11.08.1981-09.09.1981-ci il 01 ay, 29.09.1981-01.09.1983-cü illərdə 01 il 11 ay 03 gün, 05.03.1984-25.10.1985-ci illərdə 01 il 07 ay 22 gün, 11.11.1985-07.06.1986-cı illərdə 06 ay 27 gün, 24.09.1986-20.06.1988-ci illərdə 01 il 08 ay 27 gün, 10.08.1988-09.11.1995-ci illərdə 07 il 03 ay 01 gün, 03.06.1996- 03.11.1999-cu illərdə 03 il 05 ay 01 gün, 19.11.1999-07.10.2002-ci illərdə 02 il 10 ay 19 gün, 03.12.2002-08.02.2011-ci illərdə 08 il 02 ay 07 gün, 08.03.2011-30.05.2013-cü illərdə 02 il 02 ay 24 gün, 18.06.2013-01.10.2015-ci illərdə 02 il 03 ay 14 gün, 09.10.2015- 07.09.2016-cı illərdə 11 ay, 07.09.2016-08.04.2017-ci ilədək (57 yaşı tamam olduğu günədək) 07 ay 02 gün işləmişdir. İş materiallarından görünür ki, iddiaçının 01.09.1983-30.06.1988-ci illərdə ali təhsil dövrü onun 05.03.1984-25.10.1985-ci il, 11.11.1985-07.06.1986-cı il, 24.09.1986- 20.06.1988-ci il dövrləri ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına aid əmək fəaliyyəti dövrlərindən təhsil müddəti ilə üst-üstə düşən əmək fəaliyyəti dövrləri çıxdıqda iddiaçının 01.07.2017-ci il tarixədək 37 il 02 ay 08 gün ümumi iş stajı topladığı müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində b) mütəxəssislər: iş icraçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının əmək kitabçası və təqdim olunmuş iş yerlərindən arayışlarda iş icraçısı vəzifəsində işlədiyi aşağıdakı dövrlər: 20.03.1989-cı ildən 09.11.1995-ci ilədək 06 il 07 ay 21 gün; 03.06.1996-cı ildən 03.11.1999-cu ilədək 03 il 05 ay 01 gün; 09.10.2015-ci ildən 07.09.2016-cı ilədək 11 ay; 18.06.2013-cü ildən 01.10.2015-ci ilədək 02 il 03 ay 14 gün, ümumilikdə iş icraçısı olaraq iş stajı 13 il 03 ay 06 gün təşkil edir. Hazırkı işdən müəyyən olunur ki, cavabdeh orqan iddiaçının 05.06.2020-ci il tarixli, 11 nömrəli arayışında 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayon “11 nömrəli SMD”-də iş icraçısı vəzifəsində işədiyi dövrü iddiaçının güzəştli iş stajına daxil etməmişdir. Belə ki, 1989-1995-ci illər üzrə sığorta stajının yoxlanılması zamanı 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov əmək stajının dəqiqləşdirilməsi zamanı müəssisənin əmrlər kitabını təqdim etməyərək tərtib edilmiş Aktı imzalamaqdan imtina etmişdir. Belə olduğu halda iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Əvvəla, təqdim olunmuş əmək kitabçasında iddiaçının “Aqrosənayetikinti” tr. KSMK- 11 müəssisəsində 42 nömrəli əmr ilə 20.03.1989-cu ildə iş icraçısı vəzifəsinə qəbul edildiyi, 09.11.1995-ci il tarixli 54 nömrəli əmr ilə 09.11.1995-ci ildə həmin vəzifədən azad olunduğu qeyd edilmiş, qeydlər Kadrlar şöbəsinin baş müəfttişi Babayeva İ.T tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. Məhkəmə araşdırması gedişində “Aqrosənayetikinti” Trestinin 11 saylı səyyar mexanikləşdirilmiş dəstə ilə bağlı əmrlər kitabından çıxarışlar təqdim edilmişdir. Qeyd edilən əmrlər kitabından çıxarışlarda müxtəlif şəxslərin həmin müəssisədə əmək faəliyyəti ilə bağlı əmrlər, o cümlədən İddiaçı aid əmrlərin nömrə və tarixləri göstərilmiş, əmrlərin qeyd edilmə ardıcılığı pozulmamışdır. Əmrlər kitabından çıxarışlarda İddiaçı “Aqrosənayetikinti” tresti DMQK-11 üzrə 27.03.1989-cu il tarixli 42 nömrəli əmrlə prorab vəzifəsinə keçirildiyi, 01.11.1995-ci il tarixdən vəzifədən azad olunduğu qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilmiş vəzifələri ilə əmrlər kitabından çıxarışda qeyd edilmiş vəzifələr uyğundur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 nömrəli Sərəncamına əsasən ləğv edilmiş «Azərtunelmetrotikinti», «Azərenerjitikintiquraşdırma», «Azərnəqliyyatyoltikinti», «Azərsənayetikinti», "xxxx" dövlət şirkətlərinin və «Azərsutikinti» dövlət konserninin tabeliyində olan bir sıra müəssisə və təşkilatların bazasında səhmləri tamamilə dövlətə məxsus olan «Azərtunelmetrotikinti», səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan «Azərenerjitikintiquraşdırma», «Azərnəqliyyatyoltikinti» və «Azərsutikinti», səhmlərinin 25,5%-i dövlətə məxsus olan «Azərsənayetikinti» və "xxxx" səhmdar cəmiyyətlərinin yaradılması qərara alınmışdır. Qeyd edilən Sərəncamla təsdiq edilmiş tikinti kompleksində yaradılan səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və təşkilatların siyahısına əsasın "xxxx" Səhmdar Cəmiyyətinin tərkibində:
1. 2 nömrəli «Kəndtikinti» tresti, Xırdalan şəhəri;
2. 11 nömrəli «Kəndtikinti» tresti, Dəvəçi şəhəri;
3. 22 nömrəli səyyar mexanikləşdirilmiş dəstə, Xırdalan şəhəri;
4. 96 nömrəli səyyar mexanikləşdirilmiş dəstə, Şəki şəhəri;
5. 101 nömrəli səyyar mexanikləşdirilmiş dəstə, Bərdə şəhəri;
6. 182 nömrəli səyyar mexanikləşdirilmiş dəstə, Göyçay şəhəri;
7. 32 nömrəli təsərrüfat hesablı tikinti sahəsi, Xırdalan şəhəri;
8. İxtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş dəstə, Masallı şəhəri;
9. 2 nömrəli sənaye kombinatı, Lənkəran şəhəri;
10. 2 nömrəli avtonəqliyyat müəssisəsi, Xırdalan şəhəri. Qeyd edilən Fərmandan, eləcə də iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidmətindən əldə edilmiş sorğuya cavab məktublarından müəyyən olunur ki, "xxxx" Dövlət Şirkətinin 11 saylı “Kəndtikinti” tresti "xxxx" Dövlət Şirkətinin 25.12.1991-cı il tarixli 425 saylı əmri ilə yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 15.08.1997-ci il tarixli 42 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 11 saylı Kəndtikinti Trestinin "xxxx" ASC-nin struktur vahidi olub, cəmiyyətin özəlləşməsi başa çatmışdır. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən işləmiş olduğu Aqrosənayetikinti trestinin KSMK 11-ci 27.04.1989-cu ildən 11 saylı X10 adlandırılmış, daha sonra "xxxx" Dövlət Şirkəti 11 saylı “Kəndtikinti” tresti 25.12.1991-ci ildə "xxxx" Dövlət Şirkətinin struktur vahidi kimi yaradılmış, "xxxx" Dövlət Şirkəti özəlləşərək "xxxx" ASC-yə çevrilmiş və 11 saylı Kəndtikinti Tresti Səhmdar cəmiyyətin struktur vahidi kimi qalmışdır. Hal-hazırda iddiaçıya məxsus əmək kitabçası qeydləri, "xxxx" ASC 11 saylı Kəndtikinti Trestinin hüquqi varis olaraq təqdim etdiyi əmrlər kitabından çıxarış və arayışlarda iddiaçının 20.03.1989-09.11.1995-ci illərdə 11 saylı X2 iş icraçısı vəzifəsində işləməsi öz təsdiqini tapır. "xxxx" ASC 11 saylı Kəndtikinti Trestinin iddiaçı barəsində təqdim etdiyi güzəştli arayışı mötbər sübut kimi qəbul olunur. Beləliklə, qeyd edilən iddiaçının iş icraçısı vəzifəsində işlədiyi dövr həm ümumi iş stajına, həm də güzəştli iş stajına hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Eyni zamanda məhkəmə cavabdeh inzibati orqanın mübahisələndirmədiyi (cavabdeh imtinasında iddiaçının 06 il 07 ay 11 gün güzəştli iş stajının olduğunu qəbul etmişdir) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Yol İstismarı MMC-də, "xxxx" ASC-də və 32 saylı Təmir Tikinti X2 işlədiyi iş icraçısı vəzifələrini bilavasitə əmək kitabçasındakı qeydlər və həmin müsəssisələrdən təqdim edilmiş güzəştli arayışlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində b) mütəxəssislər: iş icraçıları vəzifəsinə uyğun olduğundan zərərli peşə kimi nəzərə alır və güzəştli iş stajına hesablayır. Beləliklə, iddiaçı 57 yaşının tamam olduğu 08.04.2017-ci il tarixədək həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı pensiya hüqunun yarandığı 57 yaşından, yəni 08.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı pensiya hüqunun yarandığı 57 yaşından, yəni 08.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova