Məhkəmə qərarları › İş №2-1(112)-4726/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4726/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4726/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Tacib qızı Hacıbəyоva X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçıdan 399600.33 manat ödənilməsini tələb edən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********15070 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçıdan 399600.33 manat ödənilməsini tələb edən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********15070 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının (nümayəndəsi və vəkili) ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı (nümayəndəsi və vəkili) hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının (nümayəndəsi və vəkili) ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçıdan 399600.33 manat ödənilməsini tələb edən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********15070 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçıdan 399600.33 manat ödənilməsini tələb edən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********15070 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar