Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4727/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" QSC) qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,Binə-Yeni Suraxanı 35-ci km., Pk-3-yn 40m-dn Pk-3-yn 68 m-ə qədər yolun sol tərəfində yerləşən dəmir yola məxsus olan 12 sot torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş edərək izahatında göstərdi ki, O, 1987-ci ildən 2012-ci ilə kimi Azərbaycan Dəmir Yolları QSC-də işləmişdir. Ona 1995-ci ildə Binə-Yeni Suraxanı yolun 35-ci km-də dəmir yola məxsus torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan 26 yanvar 2021-ci il tarixli, **********65 saylı məktubu ilə onun ərizəsi təmin etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, Torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestr- haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısf’nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənəd'ər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati akıin qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Buna görə də iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair mülahizədə qeyd edilmişdir ki, X6 iddia ərizəsində qeyd etmişdir ki, 1987-ci ildən 2012-ci ilədək “Azərbaycan Dəmir Yolları" QSC-də işləmiş və ona 1995-ci ildə Binə-Yeni Suraxanı yolunun 35-ci km-də dəmir yollarına məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 12 sot torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ona imtina verilmişdir. Ona görə də cavabdeh tərəfindən hüquqları pozulduğundan Binə-Yeni Suraxanı yolunun 35-ci km-də dəmir yollarına məxsus 12 sot torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilmişdir ki, X5 Binə-Yeni Suraxanı yolunun 35-ci km-də 12 sot torpaq sahəsi ayrılması və İddiaçı məhkəməyə sübut olaraq təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolunun 1995-ci il tarixli məktubu ilə bağlı "xxxx" QSC-də hər hansı sənəd və məlumat aşkarlanmamışdır. Xüsusi ilə qeyd edilmişdir ki, X3 iddia etdiyi torpaq sahəsinə (Binə-Yeni Suraxanı yolunun 35-ci km) Cəmiyyətin əməkdaşları tərəfindən baxış keçirilmiş və sözügedən torpaq sahəsinin (eni 40 metr təşkil edir) 24 metr hissəsinin dəmir yolunun mühafizə zonasına düşməsi müəyyən edilmişdir (həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil edir). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Beləliklə İddiaçı iddia etdiyi torpaq sahəsinin 24 metr hissəsi dəmir yolunun mühafizə zonasına düşdüyü üçün dəmir yolu təyinatlı torpaq hesab edilir, bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və xüsusi mülkiyyətə verilə bilməz. Ona görə də iddia tələbində torpaq sahəsinin dəmir yolunun mühafizə zonasına düşən hissəsi əsassız hesab edilir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, habelə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməklə şifahi məhkəmə baxışı iclasına çağırılmış, lakin iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Dövlət Dəmir Yolu “Yol Təsərrüfat Xidmət Rəhbərliyi”nin P-219/113 nömrəli xx.xx.1995-ci il tarixli X5 ünvanlanmış məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 1973-cü il tarixli torpaq məsələləri haqqında verilmiş olduğu 270 saylı əmrinə 144 və 145-ci bəndlərinin eləcə də Azərbaycan Dövlət Dəmir Yol rəisinin 3 aprel 1979-cu il tarixdə verilmiş 29/H saylı əmrinə əsasən Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinə yazılı müraciətini rəhbər tutub, ailə vəziyyətini nəzərə alıb X5 Binə-Yeni Suraxanı 35-ci km Pk-3-ün 40m-dən Pk3-ün 68-m/ə qədər, yolun km istiqaməti ilə sol tərəfdə dəmir yola məxsus torpaq sahəsindən 12 sot həcmində torpaq sahəsinin onun sərəncamına verilməsi qeyd edilmişdir. İşdə olan "xxxx" QSC-nin “İnsan Hüquqlarının Müdafiəsi və X2” İctimai Birliyinə ünvanlanan məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək Cəmiyyətin Sərnişin daşıma departamentində işləmişdir. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı torpaq sahəsinin ayrılması haqda hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə araşdırması dövründə Azərbaycan Dövlət Dəmir Yolu “Yol Təsərrüfat Xidmət Rəhbərliyi”nin 17-219/113 saylı, xx.xx.1995-ci il tarixli məktubunun və onun verilməsinə əsas olmuş sənədlərin, həmçinin sxematik planın təsdiqlənmiş surətinin məhkəməyə göndərilməsi "xxxx" QSC-dən tələb edilmişdir. "xxxx" QSC tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş 07 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, X5 "xxxx" QSC tərəfindən Binə-Yeni Suraxanı yolunun 35-ci km-də 12 sot torpaq sahəsinin ayrılması və İddiaçı məhkəməyə sübut olaraq təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolunun 1995-ci il tarixli məktubu ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. X1 iddia etdiyi torpaq sahəsinə (Binə-Yeni Suraxanı dəmir yolunun 35-ci km) cəmiyyətin əməkdaşları tərəfindən baxış keçirilmiş və sözügedən torpaq sahəsinin (eni 40 metr təşkil edir) 24 metr hissəsinin dəmir yolunun təhkim zolağına düşdüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, həmin ərazidə dəmir yolunun təhkim zolağının eni 24 metr təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Beləliklə, İddiaçı iddia etdiyi torpaq sahəsinin 24 metr hissəsi dəmir yolunun təhkim zolağına düşdüyü üçün dəmir yolu nəqliyyatı təyinatlı torpaq hesab edilir, bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və xüsusi mülkiyyətə verilə bilməz. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********65 saylı imtina məktubundan görünür ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə araşdırması dövründə X5 Binə-Yeni Suraxanı yolunun 35-ci km-də 12 sot torpaq sahəsi ayrılması və İddiaçı məhkəməyə sübut olaraq təqdim etdiyi Azərbaycan Dövlət Dəmir Yolunun 1995-ci il tarixli məktubu ilə bağlı hər hansı sənəd və məlumat aşkarlanmaması və X3 iddia etdiyi torpaq sahəsinin (Binə-Yeni Suraxanı yolunun 35-ci km) 24 metr hissəsinin dəmir yolunun mühafizə zonası daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xüsusi mühafizə zonalarının hüquqi rejimi müvafiq normativ hüquqi aktlarla və digər sənədlərlə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmunundan göründüyü kimi isə sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri yaşayış və ictimai tikililər üçün ayrılması qadağandır və bu cür torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız kənd təsərrüfatı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçıya , Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,Binə-Yeni Suraxanı 35-ci km., Pk-3yn 40m-dn Pk-3-yn 68 m-ə qədər yolun sol tərəfində yerləşən dəmir yola məxsus olan 12 sot torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasından imtina etdiyindən, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4727/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4727/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver