Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4727/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, İddiaçı X11, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin üzərinə ona əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə ona əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdhin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
İddianın əsaslandırılması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. 5 oktyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirən zaman partlayış zədələnməsi almış və sağ diz oynağının küt travması almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar intihar cəhdləri və kəkələmə (F 07.0, 07.8), sağ diz oynağının qonortrozu (Ml7), essensial (birincili) hipertenziya, arterial hipertenziya 3 dərəcə (İ 10) diaqnozu qoyulmuşdur. Əvvəllər iddiaçı əlilliyinin qiymətləndirilməsi üçün iki dəfə müraciət etsə də, ona 19 avqust 2022 və 14 fevral 2023-cü ildə əlillik təyin edilməsindən imtina edilmişdir. 25 oktyabr 2023-cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün onun Bakı 2 nömrəli X8 tərəfində onun barəsində məlumatları əks etdirən forma 88 doldurularaq cavabdeh orqanın Tibbi-Sosial Ekspert komissiyasına təqdim edilmişdir. 04 noyabr 2023cü ildə cavabdeh orqan iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edilmir. Başqa əsaslandırma gətirilməmişdir. Əvvəla cavabdeh orqan iddiaçıya əlilik təyin etməkdən imtinasını kifayət qədər əsaslandırmamışdır. Bu səbəbdən də iddiaçıya ona əlillik təyin edilməsinə mane olan hallar barədə yetərincə məlumat ala bilməmişdir. Bu səbəbdən də iddiasını uyğun şəkildə əsaslandırmaqda çətinlik çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 7.6.2-ci bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, 13.4-cü bəndində qonartroz (diz oynağının artrozu), 2.1.1-2.1,3-cü bəndlərində isə arterial Tipertenziya İ-İİİ dərəcə hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının həm mülayim, həm ciddi, həm də ağır pozulması (zədələnməsi) ilə olan xəstəliklərin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətləri əksini tapmışdır. Həmin Meyarların qan dövranı sisteminin xəstəlikləri hissəsinə aşağıdakı qeyd verilmişdir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. X17 və davranış pozuntuları hissəsinə aşağıdakı qeyd verilmişdir: şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: -şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; -dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; -kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); -intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. X18-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri hissəsinə aşağıdakı qeyd verilmişdir: orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Göründüyü kimi cavabdeh iddiaçının əliliyini qiymətləndirərkən nə iddiaçıya qoyulmuş diaqnozların meyarlarda əksini tapmasını nəzərə alıb, nə də həmin xəstəliklərdən irəli gələn davamlı pozuntuların, funksiyaların təzahür dərəcələrinin kəmiyyətcə qiymətləndirilməsini aparıb. Bundan əlavə iddiaçı ömrünün çox hissəsini xəstəxanalarda keçirir bu səbəbdən demək olar ki, həyat funksiyalarını müəyyən hissəsindən məhrum olmuşdur. Digər tərəfdən iddiaçı hesab edir ki, ona əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 sayh Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na deyil, ona qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun istinad edilməli idi. Belə ki, iddiaçı bu əlilliyi köhnə əsasnamə qüvvədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edərkən almışdır.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının postravmatik qonortrozu. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 3 dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 11038 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Posttravmatik ensefalopatiya, tez-tez təkraralanan qıcolma tutmaları ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar intihar cəhdləri və kəkələmə ilə. Partlayış nəticəsində saq diz oynadının qapalı travması (xx.xx.2020) medial meniskin arxa buynuzunun İV dərəcə yırtığı, patello femoral plikaya, tibia və femur oynaq səthlərinin xondromaliyasına görə aparılmış artroskopik medial və lateral meniskin hissəvı meniskektomiya, plikanın eksiziyası, debridmanı (xx.xx.2021), artrotomiya, medial meniskektomiya (xx.xx.2022) cərrahı' əməliyyatından sonrakı aqrı sindromu ilə müşayiət olunan saq diz oynağının deformasiyaedici osteoartrozu və koksartrozu. Sol diz oynağının deformasiyaedici osteoartrozu, aqrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İll (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. BÇİ-39,4. Simptomatik arterial hipertenziya. Çoxsaylı kariyes" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5072/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz"Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar , intihar cəhdləri, kəkələmə ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 630 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar , intihar cəhdləri, kəkələmə ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7779/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxu və yaddaşın pozulmasından, ətrafa və özünə xəsarət yetirməsindən şikayətlənmişdir, (xəsarət izlərinin göstərilməsi istənildikdə bundan yayınmışdır). Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı həkimin müayinəsinə icazə verməmişdir. Stulda əyləşdiyi vəziyyətdə hər iki diz oynaqlarında 180-100° dərəcə arası hərəkətlilik müşahidə edilmişdir. Zahirən gərgin, ünsiyyətə həvəsli, əhval-ruhiyyəsi dəyişkən, emosional labil olmuşdur. Düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Tərəflərin iştirakı və izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı X15 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.2.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar: - AZE******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı tərəfindən təqdim edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının “xəstəlik haqqında şəhadətnaməsi”, tibbi arayışlar, rəylər və epikrizlər iş materiallarına əlavə edilmişdir. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyaslnda sonuncu müayinıyə dair məlumatın verilməsi” sistemindən çıxarışmış müayinə barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildə qiymətləndirilib və ona əlilliyin təyin edilməsindən imtina edilib. İmrina səbəbi: Diaqnoz Əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının pastravmatik qonortrozu. Essensial (birincil) hipertenziya, Arterial hipertenziya 3 dərəcə. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciəti əsasında o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 14 fevral 2023-cü il tarixli, 3-17-4/3-792/2023 nömrəli Qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1991 -ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 11038 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Posttravmatik ensefalopatiya, tez-tez təkraralanan qıcolma tutmaları Hə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Partlayış nəticəsində saq diz oynağının qapalı travması (xx.xx.2020) medial meniskin arxa buynuzunun İV dərəcə yırtığı, patello femoral plikaya, tibia və femur oynaq səthlərinin xondromaliyasına görə aparılmış artroskopik medial və lateral meniskin hissəvi meniskektomiya, plikanın eksiziyası, debridmanı (xx.xx.2021), artrotomiya, medial meniskektomiya (xx.xx.2022) cərrahi əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan sağ diz oynağının deformasiyaedici osteoartrozu və koksartrozu. Sol diz oynağının deformasiyaedici osteoartrozu, ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə. BÇl-39,4. Simptomatik arterial hipertenziya. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5072/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri, kəkələmə ilə’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 630 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar , intihar cəhdləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7779/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxu və yaddaşın pozulmasından, ətrafa və özünə xəsarət yetirməsindən şikayətlənmişdir, (xəsarət izlərinin göstərilməsi istənildikdə bundan yayınmışdır). Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı həkimin müayinəsinə icazə verməmişdir. Stulda əyləşdiyi vəziyyətdə hər iki diz oynaqlarında 180-100° dərəcə arası hərəkətlilik müşahidə edilmişdir. Zahirən gərgin, ünsiyyətə həvəsli, əhval-ruhiyyəsi dəyişkən, emosional labil olmuşdur. Düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 13 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18652/2023 nömrəli Qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 11038 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Posttravmatik ensefalopatiya, tez-tez təkraralanan qıcolma tutmaları ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar intihar cəhdləri və kəkələmə ilə. Partlayış nəticəsində saq diz oynağının qapalı travması (xx.xx.2020) medial meniskin arxa buynuzunun İV dərəcə yırtığı, patello femoral plikaya, tibia və femur oynaq səthlərinin xondromaliyasına görə aparılmış artroskopik medial və lateral meniskin hissəvi meniskektomiya, plikanın eksiziyası, debridmanı (xx.xx.2021), artrotomiya, medial meniskektomiya (xx.xx.2022) cərrahi əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan sağ diz oynağının deformasiyaedici osteoartrozu və koksartrozu. Sol diz oynağının deformasiyaedici osteoartrozu, ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; ‘‘İİİ (üçüncü) dərəcəli alimentar-konstitusional piylənmə, BÇl-39,4. Simptomatik arterial hipertenziya. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 5072/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar , intihar cəhdləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 630 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar , intihar cəhdləri, kəkələmə ilə” kjmL. müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 7779/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxu və yaddaşın pozulmasından, ətrafa və özünə xəsarət yetirməsindən şikayətlənmişdir, (xəsarət izlərinin göstərilməsi istənildikdə bundan yayınmışdır). Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı həkimin müayinəsinə icazə verməmişdir. Stulda əyləşdiyi vəziyyətdə hər iki diz oynaqlarında 180- 100° dərəcə arası hərəkətlilik müşahidə edilmişdir. Zahirən gərgin, ünsiyyətə həvəsli, əhval-ruhiyyəsi dəyişkən, emosional labil olmuşdur. Düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. - xx.xx.1991-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan müayinə zamanı onda hansı xəstəlik, travma və qüsurlar aşkar olunur? - İddiaçı forma 088 arayışında əsas diaqnoz kimi göstərilən “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu” xəstəliyi aşkar olunurmu? - İddiaçı forma 088 arayışında ağırlaşma kimi göstərilən “Dissosiativ daxilolmalar intihar cəhtləri ilə, kəkələmə” diaqnozu aşkar olunurmu? - Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? - İddiaçıda olan xəstəliklərdən hansılar hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti)? - Ümumiyyətlə iddiaçıda əsas diaqnoz kimi müəyyən edilən “üzvü şəxsiyyət pozuntusu” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında F07.8 kod altında nəzərdə tutulan “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” xəstəliyinə aiddirmi? - Aid olduğu təqdirdə, həmin xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) müşahidə olunan hal ilə birlikdə iddiaçıda müşahidə edilirmi? - Həmin xəstəlik - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə olunan hal ilə birlikdə iddiaçıda müşahidə edilirmi? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubu ilə T 351/2024 saylı ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Ekspert rəyində aşagıdakılar göstərilmişdir: Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barəd fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı 2 nömrəli X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli A00141286ACZ nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının posttravmatik qonartrozu. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 3 dərəcə..” diaqnozda olan xəstəliklərə düçar olmasını inkar etmək də olmaz, belə ki, həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator- instrumental müayinələrin əsasında təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Yeni Klinikada travmotoloq tərəfindən müayinəsi zamanı “M 17- Qonartroz (diz oynağının artrozu) ”diaqnozu, xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı isə “F07.0- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə” diaqnozu qoyulmuşdur. Hər iki diaqnoza Forma 088 göndərişində rast gəlinir. Həmin xəstəliklər xroniki olduqlarından tam reablitasiyası mümkün deyildir. Onun düçar olduğu psixiatrik xəstəliklər İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində yaranmışlar.
Tətbiq edilən hüquq.
8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 3.4. Qonartroz (diz oynağının artrozu) (M17) 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8)
2. Qan dövranı sisteminin xəstəlikləri 2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10-İ15) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
13. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.
14. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
15. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
16. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
17. İş materiallarından müəyyən olunur ki, iddiaçı döyüş tapşırığı yerinə yetirən zaman partlayış zədələnməsi almış və sağ diz oynağının küt travması almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar intihar cəhdləri və kəkələmə (F 07.0, 07.8), sağ diz oynağının qonortrozu (Ml7), essensial (birincili) hipertenziya, arterial hipertenziya 3 dərəcə (İ 10) diaqnozu qoyulmuşdur. Əvvəllər iddiaçı əlilliyinin qiymətləndirilməsi üçün iki dəfə cavabdehə müraciət etsə də, ona 19 avqust 2022 və 14 fevral 2023-cü ildə əlillik təyin edilməsindən imtina edilmişdir. 25 oktyabr 2023-cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün onun Bakı 2 nömrəli X8 tərəfində onun barəsində məlumatları əks etdirən forma 88 doldurularaq cavabdeh orqanın Tibbi-Sosial Ekspert komissiyasına təqdim edilmişdir. 04 noyabr 2023-cü ildə cavabdeh orqan iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edilmir.
18. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı 2 nömrəli X7 tərəfindən tərtib olunmuş göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışda diaqnoz kimi göstərilən “üzvi şəxsiyyət pozuntusu kobud davranış pozğunluğu, dissosiativ daxilolmalar intihar cəhdləri və kəkələmə, sağ diz oynağının postravmatik qonortrozu, essensial (birincili) hipertenziya, arterial hipertenziya 3 dərəcə diaqnozu” diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir.
19. Məhkəmə diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar intihar cəhdləri və kəkələmə F07.0, 07.8 kodu altında, sağ diz oynağının qonortrozu Ml7 kodu altında, essensial (birincili) hipertenziya, arterial hipertenziya 3 dərəcə İ10 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir.
20. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq iddiaçının xəstəliklərdən əziyyət çəkməsini dəqiq göstərə bilməmiş, lakin iş materiallarında olan Bakı 2 nömrəli X4 tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00141286ACZ nömrəli Forma 88 göndərişində qeyd edilmiş xəstəliklər (“Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının posttravmatik qonartrozu. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 3 dərəcə..) xroniki olduqlarından tam reablitasiyası mümkün deyildir.
21. Göründüyü kimi ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verib-verməməsi ilə bağlı bir başa fikir bildirilməsə də, İddiaçı xx.xx.2024-cü il tarixdə Yeni Klinikada travmotoloq tərəfindən müayinəsi zamanı “M 17- Qonartroz (diz oynağının artrozu) ”diaqnozu, xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı isə “F07.0- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə” diaqnozu qoyulmuşdur. Hər iki diaqnoza Forma 088 göndərişində rast gəlinir. Başqa sözlə desək, forma 088 arayışında göstərilən və halhazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər İİ Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində yaranmışlar.
22. Bundan başqa, məhkəmə ekspert rəyində göstərilən bəzi xüsuslara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq ekspert rəyində iddiaçının hansı xəstəliklərdən əziyyət çəkməsini dəqiq göstərə bilməmişdir. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır.
23. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; - 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə;
24. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
25. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir.
26. İş materiallarında olan müayinə nəticələrindən, epikrizlərdən, müşahidə gündəliyindən və digər tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuş, onunla danışıqlar aparılmış, müalicə olaraq ona sedativ tərkibli preparatlar (Deprazin) təyin olunmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur. Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxs hesab olunduğundan və Bakı 2 nömrəli X4 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli Klinik Psixiatriya tərəfindən onun həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur.
27. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X13 əlillik dərəcəsinin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
31. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
33. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı X13 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova