Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4728/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X32 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ona məxsus olan və Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23 ünvanında yerləşən mənzildən xx.xx.1985-ci il təvəllüdlü X46. 29.01,1976-ci il təvəllüdlü X40, 21.11,1927-ci il təvəllüdlü X15, xx.xx.1995-ci il təvəllüdlü MəhərrəmliŞəhla Fizuli qızı, xx.xx.2003-cü il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X41, xx.xx.1986-cı il təvəllüdlü X2, xx.xx.1971 -ci il təvəllüdlü X42, xx.xx.1969-cu il təvəllüdlü X56, xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X16, xx.xx.1997-ci il təvəllüdlü X68, xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmamamış X43, xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X17, xx.xx.2007- ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X1, xx.xx.1966-cı il təvəllüdlü X44, xx.xx.1996-cı il təvəllüdlü X45. xx.xx.1990-cı il təvəllüdlü X18, xx.xx.1999-cu ıl təvəllüdlü X3. xx.xx.1960-cı il təvəllüdlü X47, xx.xx.1949-cu il təvəllüdlü X6, xx.xx.1948-ci il təvəllüdlü X4, xx.xx.1966-cı il təvəllüdlü X10, xx.xx.1992-cı il təvəllüdlü X24, xx.xx.1987-ci il təvəllüdlü X11, xx.xx.1941ci il təvəllüdlü X25, xx.xx.2016-cı il təvəllüdlü yetkinlik yaşına çatmamış X5 pasport qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DlO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi iddiaçıya izah edilmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən xx.xx.1985-ci il təvəllüdlü X32, 29.01,1976-cı il təvəllüdlü X40, 21.11,1927-cı il təvəllüdlü X15, xx.xx.1995-cı il təvəllüdlü X12, xx.xx.2003cü il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X41, xx.xx.1986-cı il təvəllüdlü X2, 07 05.1971-ci il təvəllüdlü X42, xx.xx.1969- cu il təvəllüdlü X56, xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X16, 08.12 1997-ci il təvəllüdlü X68, xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmamamış X43, xx.xx.2008-cı il təvəllüdlü yetkinlik yaşına çatmamış X17, 03 03.2007-cı il təvəllüdlü yetkinlik yaşına çatmamış X1, xx.xx.1966-cı il təvəllüdlü X44, xx.xx.1996-cı il təvəllüdlü X45, xx.xx.1990-cı il təvəllüdlü X18, xx.xx.1999-cu il təvəllüdlü X3, xx.xx.1960-cı il təvəllüdlü X47, xx.xx.1949-cu il təvəllüdlü. X6, xx.xx.1948-cı il təvəllüdlü X4, xx.xx.1966-cı il təvəllüdlü X10, xx.xx.1992-ci il təvəllüdlü X24, xx.xx.1987ci il təvəllüdlü X11 xx.xx.1941-ci il təvəllüdlü X26, xx.xx.2016-cı il təvəllüdlü yetkinlik yaşına çatmamış X5 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X32, X40, X15, X12, X23, X41, X2, X42, X56, X16, X68, X43, X17, X1, X44, X45, X18, X3, X47, X6, X4, X10, X24, X11, X26 və X27 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilə dair elektron çıxarış verilmişdir. Həmin evdə ailə üzvləri olmayan, ümumiyyətlə, onun razılığı olmadan qeydiyyata düşmüş şəxslər var. Onların mənzilə qeydiyyata düşməsinə nə notarial qaydada razılıq vermişdir, nə də ümumiyyətlə belə şəxslər həmin evdə yaşamayıb və yaşamır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il traixli ******* nömrəli və xx.xx.2005-ci il tarixli, ******* nömrəli arayışlarından görünür ki, X36, xx.xx.1985; X15, xx.xx.1927; X28, xx.xx.1963; X44, xx.xx.1966; X4, xx.xx.1948; X6, xx.xx.1949; X47, xx.xx.1960; X3, xx.xx.1999; X18, xx.xx.1990; X45, xx.xx.1992; X27, xx.xx.2016; X29, xx.xx.1941; X56 , xx.xx.1969; X42, xx.xx.1971; X23, xx.xx.2003; X1, xx.xx.2007; X11, xx.xx.1987; X40, xx.xx.1976; X10, xx.xx.1966; X12, xx.xx.1995; X19; xx.xx.1992; X41, xx.xx.1966; X2, xx.xx.1986; X16, xx.xx.2021; X43, xx.xx.2018; X17, xx.xx.2008; X31, xx.xx.2020 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-27451/24 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1966-cı il təvəllüdlü X44 xx.xx.1986-cı ildən, xx.xx.1966-cı il təvəllüdlü X10 xx.xx.1990-ci ildən, xx.xx.1976-cı il təvəllüdlü X40 xx.xx.2004-cü ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23 ünvanında 18 fərdi yaşayış evi var:
1. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-1 - X48, X62, X81, X82, X51, X83, X100;
2. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-2 - X37, X70, X50,
3. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-3 -X76;
4. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-4 - X63, X99, X103, X77;
5. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-6 - X91;
6. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-5 -.X97, .X78, X8,
7. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-7 - X20;
8. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-8 -.X104, X64,
9. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-9 - .X33;
10. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-10 - X79, X65, X66, X34;
11. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-11 - X52, X84, X85, X53, X86, X48;
12. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-12 -X54;
13. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23A-13 - X21, X13, X38, X22, X30;
14. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23A-14 - X87, X14, X67, X98;
15. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23B-15 - X55, X88;
16. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23-16 - X9, X33;
17. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23B-17 - X39, X36,
18. Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23B-18 - X89 X59. Göründüyü kimi, iddiaçı hazırda üçüncü şəxslərin onun mülkiyyətində olan 23 saylı fərdi yaşayış evində qeydiyyatda olduğunu bildirsə də, işin hallarından müəyyən olunur ki, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 23 ünvanında 18 ədəd fərdi yaşayış evi var və üçüncü şəxslər həmin yaşayış sahələrində yaşayırlar. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddianı onların ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması üçün qaldırmamışdır. İddiaçının qeydiyyatdan çıxarılmasını xahiş etdiyi şəxslər onun mülkiyyətində olan evlə eyni ünvan göstəricilərinə malik olan, lakin fərqli evdə yaşayan və özlərinə məxsus həmin fərdi yaşayış evi üzrə qeydiyyata alınmış şəxslərdir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı evlərdə yaşasalar da, həmin evlər eyni ünvan göstəricilərinə malikdirlər, belə olan halda iddiaçı onunla bərabər eyni statusda olan, fərqli evlər olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin (qanuni sahibin) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova