Məhkəmə qərarları › İş №2-1(112)-473/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-473/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-473/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab ediməsi, 57 yaşı tamam olduğu vaxtdan (xx.xx.2021-cu il tarixindən) xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək çalışdığı illər ümumi iş stajına hesablanmaqla, həmin illərdə müxtəlif təsnifatlar üzrə “nasos qurğularının maşinisti” vəzifələrində işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli peşə texniki məktəbində “teplovoz maşinistinin köməkçisi" ixtisası üzrə təhsil almışdır. Bu barədə ona 1982-ci il tarixli, 602732 saylı diplom təqdim olunmuşdir. xx.xx.1982-ci il tarixində 364 saylı əmrlə Lokotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.1982-ci il tarixində 388 saylı əmrlə teplovoz maşinistinin köməkçisi üzrə mütsəqil işə buraxılmış, xx.xx.1983-cü il tarixində 175 saylı əmrlə sovet ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. Onu da qey etmişdir ki, xx.xx.1985-ci il tarixinədək ordu sıralarında əsgər qismində xidmət etmişdir. xx.xx.1985-ci il tarixində 262 saylı əmrlə Lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixində 292 saylı əmrlə həmin vəzifə üzrə müstəqil işə buraxılmış, xx.xx.1986-cı il tarixində 167 saylı əmrlə yaşayış yerinin dəyişməsi ilə əlaqədar işdən öz istəyi ilə azad edilmişdir. Daha sonra xx.xx.1986-cı il tarixində 86 saylı əmrlə Zığ zeytun sovxozunda tikinti üzrə fəhlə kimi işə başlamış, xx.xx.1987-ci il il tarixində 86 saylı əmrlə traktorçu vəzifəsinə keçirilmiş, 12.01,1989-cu il il tarixində 03 saylı əmrlə öz istəyinə əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixində 8 saylı əmrlə “Alov" Korporativində 1-ci dərəcəli şüşə kəsici kimi işə qəbul edilmiş, xx.xx.1989-cu il tarixində 101 saylı əmrlə 2-ci dərəcəli lakçı kimi işə davam etmiş, xx.xx.1990-cı il tarixində 60 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində 26 saylı əmrlə “Palıd” Kooperativi 2-ci dərəcəli şüşə kəsicisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixində 19 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixində 4 paraqraf 2 saylı əmrlə “Mehriban" ÖM yanında “Arzu” X1 müəssisəsi ayaqqabıçı kimi işə qəbul olmuş, xx.xx.1992-ci il tarixində 25 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixində 28 saylı əmrlə ayaqqabıçı kimi işə bərpa edilmiş, xx.xx.1992-ci il tarixində 50 saylı əmrlə işdən azad edilmişdir. Bundan sonra, xx.xx.1992-ci il tarixində 224/şh saylı əmrlə “Azərneftyağ” BNZ-də 1 nömrəli sexin 102 nömrəli qurğusuna 3-c(i dərəcəli texn. qurğu əməliyyatçı kimi işə qəbul olmuş, xx.xx.1993-cü il tarixində 208/k saylı əmrlə 3-cü dərəcəli sexə tex. nasoslar maşinisti vəzifəsinə, xx.xx.1994-cü il tarixində 295 saylı əmrlə yanacaq istehsalı 1 nömrəli sahə ELOU-AVT-2-2 3-cli dərəcəli texn.nasoslar maşinisti, xx.xx.1995-ci il tarixində 113/şh saylı əmrlə 4-cü dərəcəli, xx.xx.1996-cı il tarixində 14/şh saylı Əmrlə 5-ci dərəcəli texn.nasoslar maşinisti vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda da həmin müəssisədə əmək faəliyyətini davam etdirir. Bildirmişdir ki, iş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sonuncu müraciətinə cavab olaraq, **********0 saylı xx.xx.2021-ci il tarixli məktub ilə "Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququnun olduğu” bildirilmişdir. Sözügedən qanunun bütün tələbləri iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olsa da cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Belə ki cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Halbuki, xx.xx.1982-ci il tarixindən əmək fəaliyyəti ilə məşğul olur. Həmin dövrlər əmək kitabçasında da öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək faəliyyəyi ilə məşğul olduğu dövrlər nədənsə nəzərə alınmamış və ya hesablanarkən yanlışlığa yol verilmişdir. Belə ki, həmin müəssisə tərəfindən çalışdığı müddətlər əmək kitabçasına daxil edilməklə, xx.xx.1992-ci il tarixində işdən azad edildiyi zaman isə öz möhürləri ilə təsdiq edilmişdir. Görünür, cavabdeh tərəfindən müraciətinə baxılarkən bu kimi hallar düzgün araşdırılmayaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü barədə yanlış qənaətə gəlinmişdir. Qeyd edilmişdir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmağına dair qeydlər əmək kitabçamda öz əksini tapmışdır. Belə ki, əmək kitabçasında qeyd olunan dövrlər ərzində daima əmək fəaliyyəti ilə məşğul olmuşdur və bunun məntiqi nəticəsi olaraq həmin illər işləməyinə dair vergi və sığorta tutumaları da aparılmışdır, yəni fəaliyyəti ilə əlaqədar vergi və sığorta ödənişlərini vaxtında ödəmişdir. İddiaçı birbaşa olaraq sığorta üçün nəzərdə tutulmuş ödənişləri hesaba ödəyən vəzifəli şəxs deyil. Ödənişlər iddiaçının əmək haqqından çıxılaraq aidiyyatı üzrə sığorta hesabına yönləndirilmişdir. Bu qədər iş stajına malik olduğu halda cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması əsassızdır. xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək çalışdığı müxtəlif adlarda gəmi sürücüsü və maşinist vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 21 saylı bölmənin 1.1.2 bəndinin “a”yarımbəndinə əlavə edilən “nasos qurğularının maşinistləri” hissəsində birbaşa qeyd olunmuşdur. Buna əsasən, mən müxtəlif vaxtlarda ümumi stajımın təqribən 20 ilindən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Bu isə "Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, göstərilən vəzifədə 12 il 6 aylıq iş stajı tələbini tamamilə qarşılayır. Belə olduğu təqdirdə ona cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. Qeyd etmişdir ki, iddiaçı uzun illər işləmiş və aldığı əmək haqqından dövlətə vergi ödəmişdir. İddiaçı kostitusion vəzifəsini icra etdiyindən halhazırda da Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan sosial təminat hüququndan istifadə etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir və dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir halda ki, iddiaçı ümumi stajının 20 ilindən çox əmək şəraiti xüsusilə ağır və ya zərərli olan vəzifələrdə çalışmışdır. Belə olan halda iddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bütün bunlara əsasən onun bir tək ədalət mühakiməsini yerinə yetirən, qanunun aliliyini üstün tutan məhkəməmizə müraciət etmək və hüquqlarının bərpasını tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinə dəqiqləşdirmə verərək “İddiaçı 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 01,09.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı şəhəri 2 nömrəli Peşə Texniki məktəbində “teplovoz maşinistinin köməkçisi” ixtisası üzrə təhsil aldığını, xx.xx.1982-ci il tarixində 64 saylı əmrlə Lokotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyotu vəzifəsi üzrə işə qəbul olunduğunu, xx.xx.1982-ci il tarixində 388 saylı əmrlə teplovoz maşinistinin köməkçisi işldiyini, xx.xx.1983-cü il tarixində 175 saylı əmrlə Sovet ordusu sıralarına çağırıldığı üçün işdən azad edildiyini, xx.xx.1985-ci il tarixədək ordu sıralarında xidmət etdiyini, xx.xx.1985- ci il tarixdən xx.xx.1986-cı il tarixədək Lokomotiv deposunda teplovoz maşinistinin köməkçisi dublyoru, xx.xx.1986-cı il tarixdən 12.01,1989-cu il tarixədək "Zığ” zeytun sovxozunda tikinti üzrə fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alov” Korporativində 1 -ci dərəcəli şüşə kəsicisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1991 -ci il tarixədək “Palıd” Kooperativində 2-ci dərəcəli şüşə kəsicisi, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək "xxxx" ÖM yanında “Arzu” X1 müəssisəsində ayaqqabıçı, xx.xx.1992-ci il tarixdən yenidən işə bərpa edilərək xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən hal-hazırki tarixədək işlədiyini göstərmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının 1 yanvar 2006- cı il tarixədək ümumi iş stajının 25 ildən az (24 il 6 ay (xx.xx.1979-xx.xx.1982-ci il , xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1990-01,07.1991-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, həmin şərtlərlə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - İddiaçının 57 yaşı tamam olmuş olmalı; - İddiaçının 25 il ümumi iş stajı olmalı; - İddiaçı həmin stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmalıdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmilş Azərbaycan SSR Dövlət Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 602732 nömrəli diploma əsasən İddiaçı 01 sentyabr 1979-cu il tarixdə peşə məktəbinə daxil olmuş və 15 iyul 1982-ci il tarixdə həmin məktəbi bitirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli 147 nömrəli arayışına əsasən iddiaçı Ş.X4 X8 və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 nömrəli Bakı Peşə Məktəbini) əyani “Teplovoz maşinisti köməkçisi” ixtisası üzrə 1982-ci il tarixdə bitirmişdir. Ona 602732 nömrəli diplom verilmişdir. İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 14T-İ N° ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991- ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992- ci il tarixdən hal-hazırki tarixədək işləyir. İş üzrə icraat materiallarına əlavə edilmiş “SOCAR”-ın 02 iyul 2021-ci il tarixli zərərli iş haqqında arayışında İddiaçı 1 N-li sex, 102a N-li qurğu, texnolo/i qurğu əməlliyatçısı, 3 N-li sex, ELOU-AVT-2 qurğu, texnoloji nasoslar maşinisti, yanacaq istehsalı, 1 N-li sahə, ELOU- AVT- 2-2 qurğusu, texnoloji nasoslar maşinisti, 3-li sex, ELOU-AVT-2-2 qurğusu , texnoloji nasoslar maşinisti və digər vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı ümumi iş stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki hallan nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, ümumi iş stajı qanunvericilklə tələb olunan müddətdə az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli cavabdeh orqan tərəfindən müraciətə cavab olaraq imtina məktubu; - iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin surəti; - SOCAR Heydər Əliyev adına X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli zərərli iş şəraiti haqqında Arayışı; - xx.xx.1964-cü il təvəllüdlü İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıa məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabşasının surəti; - İddiaçı məxsus 602732 nömrəli Diplomun surəti; - "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktub; - xx.xx.2022-ci il tarixli 4/680 saylı Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubu; - xx.xx.2022-ci il tarixli Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubu; - xx.xx.2022-ci il tarixi etiraz məktubu;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyərk, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati icraat zamanı xx.xx.2021-ci il tarixli müraciətinə imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 6 ay (xx.xx.1979- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, sonradan məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz ərizəsində imtinanın dəlilləri təkrarlanmışdır. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə qeyd edir ki, 12 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır və iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X7 tərəfindən verilmiş və inzibati icraat materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışı, aşağıda qeyd edilən cədvəl üzrə məkəməyə təqdim edilmişdir. - xx.xx.1992-ci il - xx.xx.1993-cü il tarixinə kimi - 1 N-li sex, 102a N-li qurğu, texnoloji qurğu əməliyyatçısı; (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi) - xx.xx.1993-cü il-xx.xx.1994-cü il tarixinə kimi -3 N-li sex, ELOU-AVT-2 qurğu, texnoloji nasoslar maşinisti; (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı)Şifrə 2130301 a- 17531, Xİİ bölmənin 3-cü yarımbölməsi) - xx.xx.1994-cü il-xx.xx.1998-ci il tarixinə kimi - Yanacaq istehsalı, 1 N-li sahə.ELOU- AVT-2-2 qurğusu, texnoloji nasoslar maşinisti; (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı)Şifrə 2130301 a- 17531, Xİİ bölmənin 3-cü yarımbölməsi) - 16.01.1998-ci il- xx.xx.2008-ci il tarixinə kimi -3 N-li sex, ELOU-AVT-2-2 qurğusu, texnoloji nasoslar maşinisti; (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə ******* a- 17531, Xİİ bölmənin 3-cü yarımbölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) - xx.xx.2008-ci il -xx.xx.2008-ci il tarixinə kimi 3 N-li (texnoloji) sex, ELOU-AVT- 2, 305 saylı(neftin ilkin emalı) qurğu, texnoloji qurğu maşinisti: (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi - xx.xx.2008-xx.xx.2014-cü il tarixinə kimi3 N-li (texnoloji) sex, 305 saylı qurğu, texnoloji nasosların maşinisti; (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) - 18.03.2014-xx.xx.2015-ci il tarixinə kimi3 N-li (texnoloji) sahə, 305 saylı qurğu, texnoloji nasosların maşinisti; (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) - xx.xx.2015-hal-hazıradək-20 N-li (texnoloji) sahə, 305 saylı (ELOU - AVT-2 neftin ilkin emalı) qurğu, texnoloji nasosların maşinisti; (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşəsi ilə eynilik təşkil etdiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. bəndi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın nəql edilməsi ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan texnoloji nasosların maşinisti peşəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1992-2006-ci illərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır. İddiaçının təqdim etdiyi güzəştli arayışda iddiaçının icra etdiyi işin xarakteri, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi tam və hərtərəfli qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” təsdiq edilmişdir. İddiaçının işlədiyi texnoloji qurğu əməliyyatçısı(operatoru) peşəsi- (şifrə ******* a-16081), Xİİ bölmə- Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı” bölməsində; qurğu texnoloji nasoslar maşinisti peşəsi, Xİİ bölməsində- Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (şifrə: 1100000a—14259) nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir.Beləliklə də iddiaçı xx.xx.2006-cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli iş stajı olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 6 ay) az olmasıdır. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının 25 ildən az (24 il 06 ay) ümumi iş stajına malik olduğunu bildirir. Hər bir halda cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajı vardır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu səbəbdən iddiaçının işlədiyi "xxxx" ASC-nin qeydiyyatdan keçib-keçməməsi (fəaliyyət göstərdiyi illər göstərilməklə) və ya hüquqi varisini müəyyənləşdirməsi müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular vermişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 21 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (doğum tarixi xx.xx.1964-cü il) xx.xx.1991- xx.xx.1992-ci il tarixədək; xx.xx.1992xx.xx.1992-ci il tarixədək həqiqətən ayaqqabının fərdi tikişi və təmir üzrə "xxxx" İB-nin nəzdində olan “Arzu” İM-də çəkməçi işləyib. Sonradan "xxxx" İB-nin adında aşağıdakı dəyişikliklər edilib.

1. xx.xx.1996-ci il Azərbaycan Respublikası DƏK-nin 192 saylı 02 may tarixli sərəncamına əsasən "xxxx"İB bazasında "xxxx" ATSC yaradılır.

2. xx.xx.2003-cü il tarixli 0103-P34-38825 saylı “Şəhadətnaməsinə” əsasən "xxxx" ATSC-nin adında dəyişikliklər edildiyinə görə "xxxx" ASC-i adlandırılıb.

3. xx.xx.2015-ci il tarixli **********097900 saylı Dövlət Reyestrindən çıxarışına əsasən "xxxx" ASC-nin çevrilməsi nəticəsində "xxxx" MMC-i yaradılıb və onun hüququi varisidir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC 2015-2021-ci illər üzrə mənfəət vergisi bəyannaməsi üzrə ümumi dövriyyə məbləği 101770.0 manat təşkil etmişdir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İş materiallarına əlavə edilmiş, İddiaçı məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmilş Azərbaycan SSR Dövlət Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 602732 nömrəli diploma əsasən İddiaçı 01 sentyabr 1979-cu il tarixdə peşə məktəbinə daxil olmuş və 15 iyul 1982-ci il tarixdə həmin məktəbi bitirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli 147 nömrəli arayışına əsasən iddiaçı Ş.X4 X8 və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 nömrəli Bakı Peşə Məktəbini) əyani “Teplovoz maşinisti köməkçisi” ixtisası üzrə 1982-ci il tarixdə bitirmişdir. Ona 602732 nömrəli diplom verilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991- ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992ci il tarixdən hal-hazırki tarixədək işləyir. Təqdim edilmiş əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir hal aşkar olunmamışdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı müvafiq arayışlarla da təsdiq edilir. Beləliklə də, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdrıması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar