Məhkəmə qərarları › İş №2-1(112)-4730/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4730/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4730/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı sərəncamı ilə ona sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində, Bakı-Xocəsən yolunun sol tərəfində ayrılmış 1,98 ha torpaq sahəsini geri qaytarmaq öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı sərəncamı ilə ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində, Bakı-Xocəsən yolunun sol tərəfində 1,98 ha torpaq sahəsi ayrılmış və plancizgisi tərtib edilərək onun daimi istifadəsinə verilmişdir. Bundan sonra tərəfindən həmin torpaq sahəsinin ətrafına mişarlanmış əhəng daşından divar hörülərək torpaq sahəsi tamamilə hasara alınmışdır. Bununla belə torpaq sahəsində inşa ediləcək tikililərin bünövrəsi qoyularaq əraziyə tikinti materialları gətirilərək tədarük edilmişdir. Lakin 2012-ci ilin əvvələrində Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyəti (QSC) ona ayrılmış torpaq sahəsindən istifadə etməsinə imkan verməyib, qanunsuz olaraq torpaq sahəsini həmin ərazidə inşa edilən «Xocəsən» metro stansiyasının ərazisinə daxil edib inşa etdiyi hasar və tikinti bünövrələrini sökməklə, torpaq sahəsində olan tikinti materialları ilə birlikdə məhv edərək iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh həmin vaxtdan bu günədək torpaq sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququnu qanuni əsas olmadan özbaşınalıq yolu ilə tamamilə məhdudlaşdırmışdır. O, dəfələrlə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin rəisinə müraciət edib istifadə və sahibliyindən qanunsuz götürülmüş torpaq sahəsinin ona geri qaytarılmasını və ya həmin torpaq sahəsinin əvəzinə ona başqa torpaq sahəsi verilməsini, yaxud da kompensasiya ödənilməsini xahiş etmişdir. O, torpaq sahəsinin ona ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamının həm əslini, həm də təsdiq olunmuş surətini plan-cizgisi ilə bərabər ona təqdim etmişdir. Bununla yanaşı, torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi üçün o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və əraziyə gəlmiş əməkdaş xüsusi cihaz vasitəsi ilə ona aid torpaq sahəsinin yerləşdiyi yeri müəyyən edib bu barədə arayış təqdim etmişdir. Bundan sonra torpaq sahəsinin əvəzinə ona kompensasiya veriləcəyi bildirilmişdir. Lakin bu vaxta qədər ona nə kompensasiya ödənilmiş, nə torpaq sahəsi qaytarılmış, nə də onun əvəzinə ona başqa torpaq sahəsi verilmişdir. Odur ki, o xx.xx.2022-ci il tarixdə yenidən Bakı Metropoliteni QSC-yə yazılı qaydada müraciət edib istifadə və sahibliyindən qanunsuz götürdüyü torpaq sahəsinin ona geri qaytarılmasını, ya da onun əvəzinə başqa torpaq sahəsi verməsi, yaxud da onun dəyərini ödənilməsini xahiş etmişdir. Müraciətinə yalnız 50 gündən sonra, xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 saylı məktubla cavab verilmişdir. Ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 saylı məktubda istifadə və sahibliyimdən qanunsuz olaraq götürülmüş torpaq sahəsinin mənə qaytarılmasından imtina edilmişdir. Cavabdehin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1678 saylı Sərəncamı ilə ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq üçün ayrılmış 1,98 ha torpaq sahəsini onun istifadə və sahibliyindən götürməsi qanuni sayıla bilməz. Bununla belə daimi istifadəsinə verilmiş torpaq sahəsinə Dövlət Aktı və ya Şəhadətnamə almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməməsi onun həmin torpaq sahəsindən istifadə hüququnun itirilməsinə əsas hesab edilə bilməz. Həmçinin qeyd etmək lazımdır ki, Cavabdeh Xocəsən elektrik deposunun tikintisi üçün Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun şərq hissəsində torpaq sahəsinin ayrılmasının Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011 -ci il tarixli, 357 saylı Sərəncamı ilə həyata keçirildiyini göstərsə də, istifadə və sahibliyimdən qanunsuz götürülmüş torpaq sahəsinin məhz həmin sərəncamla Cavabdehə verilib-verilməməsinə münasibət bildirməmişdir. Göründüyü kimi, yuxarıda istinad edilən hallar daimi istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə və sahibliyindən qanunsuz götürdüldüyünü təsdiq edir. Ona görə də cavabdehin üzərinə torpaq sahəsini geri qaytarmaq öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “torpaq sahəsinin əvəzinə cavabdehin kompensasiya verilməsi ilə bağlı üzərinə öhdəlik qoyulması” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Xocəsən” elektrik deposunun tikintisi “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X2”ndə nəzərdə tutulmuşdur. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli 40N- 10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-789 saylı rəyini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsi “Xocəsən” elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən Bakı Metropoliteninə elektrik deposunun layihələndirilməsi və tikintisi ilə əlaqədar aşağıda adları qeyd olunan Sərəncamlar ləğv edilmişdir: - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Fövqəladə Hallar Nazirliyinə yanğın depo binalarının tikintisinin iayihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 308 saylı; - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Səhiyyə Nazirliyinə xəstəxana binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 127 saylı; - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Kənan” kiçik müəssisəsinə istehsalat sahəsinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-cı il tarixli 897 saylı; - Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şimal hissəsində “Azəri Biznes” fərdi şirkətinə yaşayış kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-cı il tarixli 574 saylı. Bakı Şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Ayrıc aktı tərtib edilmiş və ayrıc aktlarının qeydiyyat kitabında xx.xx.2016-cı ildə 16/134 sayla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmişdir. Sərəncamla ayrılmış torpaq sahəsində inventarizasiya işlərinin yerinə yetirilməsi zamanı ayrı-ayrı şəxslərə torpaq sahələrinin ayrılması barədə Xocəsən Bələdiyyəsinin qərarlarının olduğu müəyyən edilmiş, lakin toplanmış sənədlər əsasında Maliyyə Nazirliyi tərəfindən həmin şəxslərə torpağa görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”si təsdiq edilmişdir. (Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 411 №-li Fərmanı ilə bu Əsasnamə sonradan çıxarılmışdır). Həmin dövrdə qüvvədə olmuş adıkeçən Əsasnamənin 2-ci bəndinə görə “Dövlət mülkiyyətində və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir” qeyd olunmasına baxmayaraq, həmin şəxslər (bələdiyyə qərarları olan şəxslər, o cümlədən hazırki iddiaçı) tərəfindən müvafiq sənədlər alınmamışdır. Əsasnamənin 13-cü bəndinə görə Dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir, 11-ci bəndinə görə Torpağa mülkiyyət və istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə) əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. Əsasnamənin 10-cu bəndinə əsasən Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz olaraq saxlanılır. Azərbaycan Respublikasında torpaqla bağlı münasibətlərin, o cümlədən dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, torpaq münasibətləri iştirakçılarının hüquq və vəzifələri, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən normativ-hüquqi aktlardan biri də Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsidir. Bu Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan maddənin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 2.1-2.2 bəndlərinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və bu qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 12.1 -ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən, habelə iddiaçının qeyd edilən torpaq sahəsinə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının torpaqla bağlı hər hansı hüququn yaranmamasına dəlalət edir. İddia tələbi əsassızdır. Xocəsən elektrik deposunun layihələndirilməsi və tikintisi üçün tikintisi üçün Bakı ŞİH tərəfindən Sərəncam verilərkən Dövlət Neft Şirkətinin xx.xx.2011 -ci il tarixli 22/MQ-789 saylı rəyi alınmışdır. Həmin ərazidə mövcud olmuş Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi üçün Bakı Şəhər İH Başçısının xx.xx.2016-cı il tarixli 180 saylı Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə 0,24 ha torpaq sahəsi ayrılmışdır. Sərəncam verilərkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığı alınmışdır. ARDNŞ-nin Bakı Şəhər İH başçısına ünvanlanmış 17 aprel 2016-cı il tarixli SOCAR**********40670067X00085 nömrəli cavab məktubunda qeyd olunur ki, Xocəsən Sağlamlıq Mərkəzinin köçürülməsi və tikintisinin layihələndirilməsi məqsədilə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü Mədən yolunun üstündə Mərkəzin yeni binasının tikintisi üçün ayrılması təklif olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Şianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X6” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, müraciətdə qeyd olunan ərazinin göstərilən məqsədlər üçün ayrılması Podratçı tərəflərlə razılaşdırılmış, cizgisi məktuba əlavə olunmuş 0,5 ha torpaq sahəsinin Sağlamlıq Mərkəzinin yeni binasının tikintisi məqsədilə Səhiyyə Nazirliyinin daimi istifadəsinə ayrılmasına etiraz edilmir. Bütün yuxarıda qeyd olunanları və İnzibati-Prosessual Məcəlləsinin 48.2-48.3-cü maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin üzərinə torpaq sahəsini geri qaytarmaq öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati icraat materialları ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud İİ xəttin “Dərnəgül” elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilməsi və Bakı Metropoliteninə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 357 nömrəli Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamında qeyd olunmuşdur ki: 1. Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli, 40N-10/2-318 saylı müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011ci il tarixli, 22/MQ-789 saylı rəyini nəzərə alaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində. 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilsin. -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 11/134 nömrəli 2011-ci il tarixli Ayrıc Aktından görünür ki, Bakı Metropoliteninə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx/xx/2011-ci il tarixli 357 saylı sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində cizgidə göstərilən sərhədlər daxilində 21.900 hektar Elektrik deposunun layihələndirilməsi və tikintisi üçün verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 16 mart 2023-cü il tarixli, 3-48-2F/2-01832/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı barəsində Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1678 sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamın doğruluğu şübhə yaradır, belə ki, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə 2000-ci ilə dair sərəncamların qeydiyyatı kitabının 299-cu (iki yüz doxsan doqquz) səhifəsində həmin sərəncamın məzmunu “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi “barədə kimi qeyd edilmişdir. Odur ki, məlumat üçün həmin sərəncamın və ona əlavə edilmiş digər sənədlərin, o cümlədən 2000-ci ilə dair qeydiyyat kitabının üz qabığının və 299-cu (iki yüz doxsan doqquz) səhifənin təsdiq edilmiş surətlərindən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində Bakı-Xocasən yolunun sol tərəfində vət. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə əsasən torpaq sahəsi ayrılması, tikinti işlərində təsdiq olunmuş layihə sənədləri əsasında başlanılmalı olduğu vət. İddiaçı tapşırılması, tikinti işlən aparılan sahənin və ətraf ərazinin texniki-sanitar normaların tələblərinə uyğun, təmiz saxlanılması vətəndaş İddiaçı tapşırılması qərara alınmışdır. Sərəncama vət. İddiaçı Xocəsən-Lökbatan yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmiş cizgisi əlavə edilmişdir. -Binəqədi Rayon İcra Hakimiyyətinin 1999-2000-ci illərə dair sərəncamlarına qeyd kitabında 1978-ci sırada yazılmış xx.xx.2000-ci il tarixli Sərəncam “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi” barədədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, tərəflərin iştirakı ilə keçirilmiş baxışda mütəxəssisin iştirakı təmin edilmişdir. İddiaçı faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, şərti olaraq göstərdiyi ərazidə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin binası yerləşir və iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar, istinad nöqtələrindən məsafə göstərilməmişdir. Qeyd olunan səbəblərdən torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin müəyyən edilməsi və mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın xx.xx.2023-cü tarixli, 14-2/2-2629/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2011-ci il tarixli, 22/Mg-789 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 7-184/2 nömrəli “Azərbaycan Respublikası Baş nazirinin müavini cənab A.Şərifovun xx.xx.2011-ci il tarixli 17/2100-25/12/26 nömrəli dərkənarına əsasən Binəqədi rayonu, Xocasən-Lökbatan yolunun şərq hissəsində Bakı Metropoliteninin İİİ-cü xəttin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin ayrılması ilə bağlı rəy bildirilməsi haqqında” məktubuna Azərbaycan Respublikası Dövlət Neft Şirkətində baxılmış və araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 hä torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı,bŞabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X6” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aiddir. Eyni zamanda nəzərinizə çatdırmağı vacib hesab edirik ki, depo ilə metro stansiyasını birləşdirəcək tunel, hal hazırda gündəlik neft hasilatı 1,7 ton olan fəaliyyət göstərən neft quyularının sahəsinə düşür. Odur ki, tunelin inşası zamanı X5 Sazişi üzrə Azərbaycan Respublikası Hökumətinin üzərinə götürdüyü öhdəlikləri təmin etmək və hasilatın azaldılmasının maksimum qarşısını almaq məqsədilə tunelin fəaliyyətdə olan quyu fonduna mənfi təsirlərinin maksimum azaldılması tələbləri nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları və qaldırılan məsələnin strateji əhəmiyyətliliyini nəzərə alaraq, cizgisi bu məktuba əlavədə verilmiş torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına ARDNŞ etiraz etmir. Eyni zamanda nəzərinizə çatdırılır ki, ərazinin Kontrakt sahəsindən çıxarılması üçün Podratçı tərəflərlə danışıqlar aparılmaqdadır və qeyd olunan torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədilə Podratçı tərəflərin müvafiq qərarı (Kontrakt sahəsindən çıxarılması barədə hüquqtəsdiqedici sənəd) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-10/2-1668/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd etdiyiniz sənədlər Rayon İcra Hakimiyyəti tərəfindən Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Bu səbəbdən tələb olunan sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 40N-10/5-191 nömrəli məktubda bildirilmişdir ki, “Xocəsən” elektrik deposunun tikintisi “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X2”ndə nəzərdə tutulmuşdur. Bu məqsədlə “Xocəsən” elektrik deposunun tikintisi üçün Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən-Lökbatan yolunun şərq hissəsində torpaq sahəsinin ayrılması Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə həyata keçirilmişdir. Diqqətinizə çatdırırıq ki, metrpoliten obyektinin tikintisi üçün Bakı ŞİH Sərəncamı ilə ayrılmış torpaq sahəsində yerləşən əmlakların ərazidən köçürülməsi zamanı Xocəsən Bələdiyyəsinin qərarları, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamları ilə vətəndaşlara ayrılmış torpaq sahələrinə kompensasiyanın verilməsi aidiyyəti dövlət orqanı tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Belə ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə’’nin müddəalarına görə “bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə verilərkən daimi və ya müvəqqəti istifadəçilərə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı və ya torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir" qeyd olunmasına baxmayaraq, ərazidə yerləşən torpaq sahələrinə dair vətəndaşlar tərəfindən həmin torpaq sahələrinin onların daimi istifadəsində olmasını təsdiq edən belə bir sənəd (Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı) alınmamışdır. Eyni zamanda vətəndaşlar tərəfindən onların istifadəsinə verilmiş torpaq sahələrinə mükiyyət hüququnun təsdiqinə dair şəhadətnamələrin alınması üçün tərəfinizdən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında torpaqla bağlı münasibətlərin, o cümlədən dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, torpaq münasibətləri iştirakçılarının hüquq və vəzifələri, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən normativ-hüquqi aktlardan biri də Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”dir. Bu Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan maddənin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-2.2 bəndlərinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və bu qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 12.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq bir daha diqqətinizə çatdırırıq ki, xahişinizi təmin etmək mümkün deyil. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 357 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Xocəsən- Lökbatan yolunun şərq hissəsində. 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilmiş, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx/xx/2011-ci il tarixli 357 saylı sərəncamı ilə Elektrik deposunun layihələndirilməsi və tikintisi üçün verilmiş Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində cizgidə göstərilən sərhədlər daxilində 21.900 hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 11/134 nömrəli 2011-ci il tarixli Ayrıc Aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli qərarı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan qismində Bakı Metropoliteni müəyyən edilmiş, Bakı Metropoliteninə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi qərara alınmışdır. Eyni zamanda müəyyən olunur ki, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1678 nömrəli sərəncamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində Bakı-Xocasən yolunun sol tərəfində cizgiyə əsasən torpaq sahəsi ayrılmışdır. İddiaçının iddiasına görə qeyd edilən sərəncamla ayrılmış 1,98 ha torpaq sahəsi onun istifadəsində olmuş, Bakı Metropoliteni QSC tərəfindən 2012-ci ilin əvvələrindən etibarən həmin torpaq sahəsinin metropoliten obyektinin tikinti sahəsinə düşdüyü əsas gətirilərək iddiaçının torpaq sahəsindən istifadəsinə imkan verilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin əvəzinin və ya dəyərinin ödənilməsi ilə bağlı Bakı Metropoliteni QSC-yə müraciət etmiş, cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinə hüquqlarının qeydiyyatının olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehdən 1,98 ha ölçüdə istifadəsinə ayrılmış torpaq sahəsinin əvəzinin kompensasiya şəklində ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti təbii inhisar subyekti olmaqla eyni zamanda Xocasən Elektrik deposunun layihələndirilməsi və tikintisi onun bilavasitə publik hüquq fəaliyyətinə aid olduğundan, eyni zamanda Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 158 nömrəli qərarı ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq deponun tikintisi üçün torpaq sahələrinin dövlət ehtiyacları üçün alan orqan qismində "xxxx" QSC müəyyən edildiyindən hazırkı iş üzrə torpağın əvəzinin ödənilməsi ilə bağlı mübahisə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatının predmetinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə müvafiq tələblərlə bağlı müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteni QSC-yə ayrılması, həmin ərazidə mövcud olan yaşayış, qeyri-yaşayış, torpaq sahələrinin köçürülməsi ilə əlaqədar söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının sökülən ərazidə torpaq sahəsinə dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi”nin olub-olmamasıdır. İşin hallarından görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1678 nömrəli sərəncamı və həmin sərəncama əlavə edilmiş cizgini təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən ilk növbədə müəyyən olunur ki, İcra Hakimiyyətinin sözügedən sərəncamında iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrıldığı iddia etdiyi torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Eyni zamanda təqdim olunmuş yerləşmə cizgisi yalnız rayon icra hakimiyyətinin memarın tərəfindən tərtib edilməklə cizgidə torpaq sahəsinin ümumi ölçüsü, yoldan, qonşu torpaq sahələrindən ara məsafəsi və istinad nöqtələri göstərilməmişdir. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinatlar, istinad nöqtələrindən məsafə göstərilmədiyindən iddiaçının iddia etdiyi sərəncamla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin müəyyən edilməsi, başqa sözlə, həmin sərəncamla ayrılmış sahənin məhz cavabdeh tərəfindən Xocasən elektrik deposu üçün ayrılmış sahə ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə adıçəkilən sərəncam və yerləşmə cizgisinin surəti arxivdə mövcud olsa da Binəqədi rayonu İH-nin arxiv fondu üzrə 2000-ci ilə dair sərəncamların qeydiyyatı kitabının 299-cu səhifəsində həmin sərəncamın məzmununun iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın deyil, “Qaz-3110 markalı xidməti minik maşınının RİH-nin balansına keçirilməsi barədə sərəncam olduğu bildirilməklə iddiaçıya aid həmin sərəncamın doğruluğuna şübhə olduğu bilavasitə bildirmişdir. Nəhayət, 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -78-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.

2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi; qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.

4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün müddətində aparılır.

5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.

7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.

8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə XVİ fəsil çıxarılmışdır). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi iddiaçıya torpaq ayrıldığı vaxt və ayrıldıqdan sonra qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq qanunvericiliyi dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. İddiaçı ona torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim etsə də həmin sərəncamdan irəli gələn torpaq sahəsi üzərində istifadə hüququ torpaq qanunvericiliyi ilə tələb olunan torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə rəsmiləşdirilməmişdir. İddiaçının sözügedən torpaq üzərində istifadə hüququ dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair istifadə və ya mülkiyyət hüquqularını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 357 nömrəli səərncamında Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 22/MQ-789 saylı rəyim nəzərə alınaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Adıçəkilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2011-ci il tarixli, 22/Mg-789 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Metropoliteninin İİİ xəttinin elektrik deposunun tikintisi üçün nəzərdə tutulmuş 23,7 ha torpaq sahəsi ARDNŞ-nin daimi istifadəsində və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı,bŞabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X6” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşən sənaye təyinatlı torpaqlara aid olmaqla DNŞ torpaq sahəsinin İİİ xəttin elektrik deposunun tikintisi üçün ayrılmasına etiraz etmir. Məhkəmə sorğusuna cavab olaraq DNŞ tərəfindən təqdim edilmiş Dövlət Neft Şirkətinin daimi istifadəsində olan Binəqədi Oyl ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində Bakı Metropoliteni QSC-yə ayrılmasına etiraz edilməyən torpaq sahəsi öz əksini tapmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdehə elektrik deposunun tikintisi üçün ayrılmış torpaq sahələri Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahələrindən ayrılmışdır. Başqa sözlə, iddiaçının iddia etdiyi və hazırda cavabdeh tərəfindən elektrik deposunun tikintisi üçün istifadə etdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş olduğundan yerli icra hakimiyyətinin sərəncamı ilə hər hansı şəxsə, o cümlədən iddiaçıya həmin sahədən torpaq ayrıla bilməzdi. Beləliklə, yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının qeyd edilən torpaq sahəsinə dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Mübahisəli torpaq sahəsinə münasibətdə iddiaçının istifadə, mülkiyyət hüququ və ya bu hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar