Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4731/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 4 evin 309 saylı mənzilinin iddiaçının adına özəlləşdirilməsi, həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, iddiaçıya məxsus, faktiki yaşadığı və qanuni istifadəsində olan mənzilin - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 saylı mənzilinin adına özəlləşdirilməsi, eləcə də həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə müraciətinə cababdeh tərəfindən imtina verilmiş, ərizə təmin edilməmiş, ümumiyyətlə ərizəsi, müraciəti araşdırılmamışdır. Bununla da onun əmlak hüquqları və vətəndaş hüquqları pozulmuşdur. xx.xx.2023-cü il tarixli sözügedən müraciətinə cavabdehin 07.11.023-ci il tarixli 3-213-30/2-M 1560-8/202.3, **********20 nömrəli cavab məktubunu xx.xx.2023-cü il tarixində əldə etmişdir. Cavabdehin 07.11.023ci il tarixli məktubu ünvanın tam olmaması qeydi ilə poçt şöbəsindən Cavabdehin ünvanına geri qaytarılmış və daha sonra o və nümayəndəsi cavabdehin ünvanına şəxsən getməklə geri gayıtmış həmin məktubu xx.xx.2023-cü il tarixində imza etməklə təhvil almış və tanış olmuşdur. Odur ki, imtina məktubu xx.xx.2023-cü iİ tarixində çatdırılmış sayılır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi. 4 saylı evin 309 saylı mənzili ona Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin xx.xx.2011-ci il tarixli Qİ xx-xx/4284 nömrəli qərarına əsasən verilmiş və tərəflər arasında xx.xx.2011-ci il tarixli 76 nömrəli yataqxana yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin mənzilə dair iddiaçının adına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər departamentinin xx.xx.2011-ci il tarixli 425 nömrəli Order verilmişdir. Həmin tarixdən sözügedən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı ev (keçmiş yataqxana) qanunla müəyyən edilmiş qaydada mənzil fonduna daxil edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparalı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsi bağlanılması qərara alınmış və dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi bağlanmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Om lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-213-30/2-M1560-8/2023, **********20 nömrəli məktubunda qeyd olunur ki, “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’' Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVDQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.” Cavabdeh bir inzibati orqan kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Cavabdehin imtina məktubu, ərizəni təmin etməməsi qanuna ziddir və hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının qanuni istifadəsində olan və yaşadığı mənzilin - Bakı şəhəri, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 saylı mənzilinin adına özəlləşdirilməsi, mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ********** daxil olma nömrəli müraciətində aşağıdakılar qeyd olunmuşdur: “Mənə məxsus ünvan 1 ünvanında yerləşən 309 saylı mənzilin adına özəlləşdirilməsi, eləcə də həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsini xahiş edir. Bildirir ki, qonşuları və eyni binada yaşayan mənzil sahibləri mülkiyyət sənədlərini almışlar. Göründüyü kimi iddiaçı cavabdehin imtina məktubunda qeyd etdiyi sənədləri mənzil özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma); mənzil sahəsinə dair order, mənzilin kirayə müqaviləsi, mənzilin verilməsinə dair sərəncamı təqdim etmişdir, həmin sənədlər mövcud olmuşdur və ərizəyə əlavə olunmuşdur. Ailə üzvləri oğlu X6, həyat yoldaşı X2r. Ailə üzvlərinin hər ikisi mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə notariat qaydasında razılıq ərizəsi vermişlər. Həmin ərizə və digər sənədlər cavabdehə verilmişdir. Lakin cavabdeh onun təqdim etdiyi mövcud sənədlərə heç bir münasibət, fikir bildirməmiş, heç bir araşdırma aparmadan, faktiki halları araşdırmadan imtina cavabı vermiş, ərizəni təmin etməmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahim-Xəlilov küçəsi, 4 saylı evin, 309 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə verilmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 2 (üç) otaqlı olmaqla faktiki ümumi sahəsinin 43.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’' Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun hiiquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVDQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.”
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci li tarixli, 425 saylı orderinə əsasən X1 3 nəfər ailə tərkibi ilə birlikdə ünvan 2 ünvanında yaşayış sahəsi verilmişdir.
6. 76 nömrəli xx.xx.2011-ci il tarixli yataqxanada yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Kirayəyə verən ARDNŞ Sİİ-nin Mənzil Kommunal Xidmətlər Departamenti Bakı şəhəri, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi, ev 4, 309 nömrəli mənzildə yerləşən, yaşayış sahəsi 12,97 kv.m-dən ibarət 1 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Kirayəçi İddiaçı istifadəsinə verməyi öhdəsinə götürür.
7. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin yaşayış sahəsi 25,47 kv.m-dən ibarət 2 otaqlı 309 nömrəli mənzilinə 2011-ci ildən orada qeydiyyatda olmaqla 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) birlikdə yaşayan İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli birtipli müqaviləyə əsasən Kirayəyə verən 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı MKİS Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin 309 nömrəli mənzilində 25,97 kv.m yaşayış sahəsini müddətsiz istifadə üçün Kirayəçi İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə verir.
9. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Tasarrüfat Birliyinin 144 saylı Mənzil Kommunal İstimar Sahəsinin 50/23 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən, İddiaçı və arvadı X3, oğlu X7 2013-cü ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı evin yaşayış sahəsi 25,47 kv.m-dən ibarət 2 otaqlı 309 nömrəli mənzilində yaşayır. Mənzil 3 saylı XTMKTB-yə məxsusdur.
10. İddiaçının ailə üzvü – arvadı X3, oğlu X4 notariat qaydasında təsdiq olunmuş ərizələrinə əsasən ünvan 3 ünvanının İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
17. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 37 nömrəli sərəncamın xx.xx.2016-cı il tarixə aid olmasını göstərmişdir.
18. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
25. Məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli mənzil dövlət və ya ictimai mənzil fonduna aid mənzil deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. X13 Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci li tarixli, 425 nömrəli orderi ilə sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır.
26. Mənzil Məcəlləsinin 17-ci maddəsinə görə, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.
27. Məhkəmənin bu qənaəti həmçinin sözügedən mənzilin yerləşdiyi binanın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli sərəncamı ilə də təsdiq olunur. Belə ki, həmin sərəncama əsasən, Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, yataqxanalar (idarə mənzil fondu), o cümlədən ünvan 4 ünvanda yerləşən keçmiş yataqxana binası da əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Həmçinin 144 saylı MKİS-in arayışında da mübahisəli mənzilin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsus olduğu qeyd olunmuşdur. Yəni qeyd olunan sənədlərin məzmunundan da sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür.
28. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37 saylı xx.xx.2016-cı il tarixli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır.
29. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.
30. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
31. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin (arvadı və 1 oğlunun) razılığının olubolmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin (X3, X7) razılıq ərizələrinə əsasən mənzilə dair iddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur.
32. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzilin analoji sənədlər əsasında hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər.
33. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 4 evin 309 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması və həmin mənzilə dair mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva