Məhkəmə qərarları › İş №2-1(112)-4733/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4733/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4733/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), iddiaçının nümayəndəsi, vəkili X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 11 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X3 (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 2020-ci il tarixində bir neçə dəfə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Müraciətinə cavabdeh təşkilat tərəfindən 21 dekabr 2020-ci il tarixdə **********6 saylı məktubla imtina verilmişdir. Halbuki iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı mövcuddur. On il ərzində əmək haqqından hesablanan və çıxılan vergilər nəzərdə tutulan 45.600 manat həddində deyilsə, bu onun günahı deyil. Qanunun əvvəlki redaksiyada tələblərində pensiyanın yığım və sığorta hissəsi anlayışı nəzərdə tutulmamışdır. Ona görə də vətəndaşın hüquqi vəziyyətini yüngülləşdirən qanun normasının geriyə qüvvəsi, qanunverici tərəfindən müəyyən edilmişdir, digər tərəfdən isə, hazırki qanunda da birmənalı olaraq yığım hissəsinin formalaşması, əmək haqqı ona yol verirmi ki, tələb olunan məbləğ pensiya təyin olunarkən nəzərə alınmasın. Bu barədə imperativ bir fikir mövcud deyildir. Cavabdeh təşkilat ona güzəştli pensiya təyinatının təyin edilməsindən imtina etməkdə haqlı deyildir. Əmək kitabçasının surətindən və mövcud olan arayışlardan görünür ki, yaşa görə güzəştli şərtlərlə pensiya alma hüququ pozulmamalıdır. Cavabdeh tərəfin cavabı qanunsuz və qərəzlidir. Cavabdeh təşkilata təqdim edilən arayışlar mötəbər və hüquqi qüvvəyə malikdirlər. Odur ki, ərizəsindən formal olaraq imtina olunması, onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30.143,50 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Tərəfimizdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala xx.xx.2022-ci il tarixli **********0 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli xidməti məktub ilə sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 18 il 4 ay 22 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər və 3 il 9 ay kolxozda işlədiyi dövr), güzəştli iş stajının 7 il 9 ay 26 gün (xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr), 1 yanvar 2006-cı il tarixindən sonrakı dövr üzrə isə ümumi və güzəştli iş stajının 14 il 2 ay (xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr) olduğu müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаza əlavədə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına uyğun olaraq, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (52 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 52 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci ildə Azərbaycanda anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, iddaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beləki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30.143,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli N fevral 2021-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin infiltrativ vərəm bölməsinin kiçik tibb bacısı vəzifəsində işləyib və bu müddətdə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-cı ıl tarixli 22 nömrəli qərarının 12-ci maddəsinin bəndlərinə (19 oktyabr 1992-ci il 562 nömrəli qərar) əsasən hər ay ona xüsusi qulluq şəraitinə (zərərli peşə şəraitinə) görə vəzifə maaşının 15%-i həcmində əlavə əmək haqqı ödənilib. Arayış Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli N fevral 2021-ci il tarixli iddiaçıya ünvanladığı bildirişinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri əsasında hərbi hissənin ləğv olunması ilə əlaqədar, iddiaçının əmək müqaviləsinə 08 fevral 2021-ci il tarixdə xitam veriləcək. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N nömrəli N oktyabr 2020-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1998-ci il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin infiltrativ vərəm bölməsində kiçik tibb bacısı vəzifəsində işləyib və bu müddətdə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarının 12-ci maddəsinin bəndlərinə(19 oktyabr 1992-ci il 562 nömrəli qərar) əsasən hər ay ona xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 15%-i həcmində əlavə əmək haqqı ödənilib. Arayış Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzinin 10 may 2022-ci il tarixli 368 nömrəli arayışına əsasən, xx.xx.1996-cı il tarixdən (Əmr № 104 - xx.xx.1996) xx.xx.2021-ci il tarixədək (Əmr № 28- xx.xx.2021) N nömrəli hərbi hissənin infiltrativ vərəm bölməsinin kiçik tibb bacısı vəzifəsində işləyib və bu müddətdə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarının 12-ci maddəsinin bəndlərinə (19 oktyabr 1992-ci il 562 nömrəli qərar) əsasən hər ay ona xüsusi qulluq şəraitinə (zərərli peşə şəraitinə) görə vəzifə maaşının 15 %-i həcmində əlavə əmək haqqı ödənilib. Yoluxucu xəstəliklər bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında nəzərdə tutulmuşdur. (kod 2260000a). Arayış "Dövlət Sosial Müdafiə Fondu”na təqdim olunmaq üçün verilir. 773 saylı kolxozçunun əmək kitabçasına əsasən İddiaçı 1980-ci ildən 1986-cı ilə qədər kolxozçu, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər sosial işçi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər 32 nömrəli şəhər polilinikasında xadimə, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilə qədər N saylı hərbi hissənin infiltrativ vərəm bölməsində kiçik tibb bacısı kimi əmək fəaliyyəti olmuşdur. Məhkəmənin sorğusuna əsasən, cavabdeh 25 fevral 2022-ci il tarixli **********7 nömrəli məkrubu ilə İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının, o cümlədən iddiaçının müraciət ərizəsi və cavabehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli imtina məktubları, iddiaçının şəxsiyyət vəsiqəsi, dövlət sosial sığorta şəhadətnaməsi, nikahın bağlanması haqqında şəhadətnamə, N saylı Hərbi hissənin arayışları, kolxozçunun əmək kitabçasının təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh 05 may 2022-ci il tarixli **********7 nömrəli məkrubu ilə İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının, o cümlədən 21 aprel 2022-ci il tarixli **********4 nömrəli məktubun təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası X6 filialı 15 sentyabr 2022-ci il tarixli 499 nömrəli məktubu ilə bildirmişdir ki, X6 filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd “Bəşirabad” kolxozunun arxiv sənədlərində, o cümlədən 1980-1986-cı illərə aid inventarizasiya kitablarında (əmək haqqı üzrə) Süleymanova Təranə kolxozçu işləyib əmək haqqı alması göstərilmişdir. Cavabdehin 21 aprel 2022-ci il tarixli **********4 nömrəli məhkəməyə müvafiq məlumatların göndərilməsi haqqında məktubunda bildirilmişdir ki, X1 fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 11.003,32 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 21.670,51 manat olmaqla cəmi 36561,15 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Cavabdehin 09 avqust 2022-ci il tarixli **********2 nömrəli məhkəməyə müvafiq məlumatların göndərilməsi haqqında məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12.180,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 21.670,24 manat olmaqla cəmi pensiya kapitalı 33.850,52 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 14 il 11 ay 23 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12.180,28 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində 21.670,24 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa hazırda adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə əsasən 34.560,00 manat təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanununun 1.0.8.-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin araşdırılan hallara görə xx.xx.1965-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır. Həmin tarixinə iddiaçının qanunla tələb olunan ümumi və güzəştli stajı mövcud olmuşdur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Cavabdeh əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45.600,00 manat, daha sonra ( bu məlumatı məhkəmənin sorğusuna əsasən dəqiqləşdirərək) 34.560,00 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə məlumatı məhkəmə gedişatında bir neçə dəfə dəyişdirmişdir. İlkin olaraq cavabdeh tərəfindən, “pensiyanın təyin edilməsindən imtina” məktubunda və iddiaya dair etirazında bu məbləğin 30.143,50 manat, məhkəmə sorğuları əsasında təqdim etdiyi 09 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubunda- 33850,52 manat, 21 aprel 2022-ci il tarixli **********4 nömrəli məktubunda isə 36561,15 manat olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddini” və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğini dəqiq müəyyən edə bilmədiyi üçün iddiaçıya güzəştli şərtlə əmək pensiyasını təyin etməkdən imtinası əsaslı olmamışdır. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 55 yaşana çatdığı xx.xx.2020-ci il tarixinə qanunla tələb olunan ümumi və güzəştli stajına malikdir, və onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış (36561,15 manat) pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1.-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşdan, xx.xx.2020-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar