Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4733/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinə qarşı "aparılmış qeydin ləğv edilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 müəyyən etdim : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış 11 fevral 2022-ci il tarixli, 11**-MM-***4 saylı qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə və iş materiallarına baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində işin icraata qəbul edilməsindən sonra, hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, həmin Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinə qarşı “aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM MEHRİBAN QARAYEVA AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ İNZİBATİ MƏHKƏMƏSİ AZ 1022, Bakı ş., Nəsimi rayonu, N.Vəzirov, 56 Telefon: (012) ***-**-** Fax: (012) 441-60-90 www.courts.gov.az/bakuadministrative Elektron ünvan № 15(112)-63/2023 10 mart 2023-cü il İddiaçı: "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 4, ev 2 Cavabdeh: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə Ünvan: Bakı şəhəri, Salyan şossesi, 11 Bakı İnzibati Məhkəməsinin 15(112)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qərardad məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardadın surəti 2 vərəq, 1 nüsxə. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4733/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4733/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver