Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4734/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (X3, X4, X5, X23, X11, X28 və X29 üçüncü şəxs qismində cəlb olunmaqla) pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı (X3, X4, X5, X23, X11, X28 və X29 üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvana pasport qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə 2014-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur və nikahlarını 22 may 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X17 və xx.xx.2017-ci il tarixdə X24 anadan olmuşdur. Faktiki nikaha girdiyi vaxt iddiaçı bir ailə üzvü, gəlin kimi ünvan 2 ünvana köçmüş və həmin vaxtdan da üçüncü şəxslərlə birlikdə həmin ünvanda yaşayır. Qeyd edilən fərdi yaşayış evində uzun müddətdir yaşayır, təsərrüfatı aparır və bu fərdi yaşayış evi onun daimi yaşayış yeridir. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, köhnə tikilidir, ünvana nömrə verilmişdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. Bu ünvana üçüncü şəxslər qeydiyyata alınmışlar. İddiaçının fərdi yaşayış evinə qeydiyyata alınmaması səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Birgə nikahdan anadan olmuş azyaşlı uşaqları da həmin ünvana qeydiyyata alınmışlar. İddiaçı faktiki olaraq bu fərdi yaşayış evindən istifadə edir, 3-cü şəxslərlə birlikdə təsərrüfat aparır. Yaşadığı ünvana pasport qeydiyyatına alınması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Onun qeydiyyata alınması ilə bağlı tədbir görülməmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Onu qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Fərdi yaşayış evi onun yaşayış yeridir, başqa yerdə yaşayış yeri yoxdur və bu ünvana daimi yaşamaq üçün gəlmişdir. Üçüncü şəxslərin də onun bu ünvana qeydiyyata alınmasına etirazları yoxdur. Fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da yaşayış sahəsi kimi mövcuddur, kommunal şəraitə malikdir. Pasport qeydiyyatına alınmaması ən adi hüquqlarının belə həyata keçirilməsinə maneçilik törədir, ona görə də onun pasport qeydiyyatına alınması hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də onun yaşadığı yer üzrə pasport qeydiyyatına alınması cavabdehin öhdəsinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X4, X23, X11 və X3 İddiaçı 2014-cü il tarixdən daimi olaraq ünvan 4 ünvanında yaşadığını, sonuncunun onların qeydiyyatda olduğu ünvan 2 ünvanına pasport qeydiyyatına alınmasına razı olduqlarını bildirmişlər. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər X3, X4, X5, X23, X11, X28 və X29 məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslər X3, X4, X5, X23, X11, X28 və X12 iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X4, X23, X11 və X1 izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən 1964-cü il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportdan görünür ki, Biləcəri qəsəbəsində 3-cü Şimal küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə dair X6 adına texniki pasport tərtib edilmişdir. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə anadan olmuşdur. Elektron Məhkəmə Sistemində olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi məlumatından çıxarışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Əliyeva X10 rayonu, Səməd Vurğun küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İV № 481527 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 noyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X4, anası qrafasında İddiaçı yazılmışdır. İşdə olan AZ-İV № 481528 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 15 iyul 2017-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X4, anası qrafasında İddiaçı yazılmışdır. İşdə olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 336870 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X13 arasında 22 may 2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X14, xx.xx.2008; X18, xx.xx.1938; X19, xx.xx.1948; X15, xx.xx.1972; X11, xx.xx.1971; X25, xx.xx.1959; X7, xx.xx.1997; X5, xx.xx.1998; X35, xx.xx.1963; X20, xx.xx.2016; X21, xx.xx.1982; X29, xx.xx.2001; X26, xx.xx.2019; X8, xx.xx.1983; X27, xx.xx.1954; X2, xx.xx.1970; X28, xx.xx.1995; X23, xx.xx.1970; X40, xx.xx.2019; X17, xx.xx.2015; X24, xx.xx.2017; X4 (xx.xx.1975) ünvan 5 ünvanında qeydiyyatdadırlar. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X18 09 yanvar 2019-cu il tarixdə, X25 05 iyun 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli, 059-2410Ə saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun və azyaşlı övladlarının ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməli olduğu, qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınmasının qanuna müvafiq olmadığı bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3cü Şimal küçəsi ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********46 saylı, 19 mart 2021-ci il tarixli məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Şimal küçəsi ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu göndərilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Şimal küçəsi ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin (ev kitabçasının) surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14-151418/95 saylı, 03 iyun 2021-ci il tarixli məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Şimal küçəsi ünvanında yerləşən 11 saylı fərdi yaşayış evi ilə bağlı rəsmi məlumat olaraq yalnız qeydiyyata olan şəxslər mövcuddur. Lakin həmin qeydiyyat barədə məlumatlar köhnə olduğundan yenilənməmiş və daha dəqiq məlumat əldə etmək üçün müvafiq ASAN xidmət mərkəzlərinə müraciət olunması məqsədəuyğundur. Müraciətdə qeyd olunan digər məsələlərlə bağlı nümayəndəlikdə rəsmi heç bir məlumat yoxdur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı Əliyeva X10 rayonu, Səməd Vurğun küçəsi, ev 6 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Belə ki, o, 2014-cü il tarixdə X4 ilə faktiki nikah münasibətlərinə daxil olmuş, sonuncunun ailə üzvü olaraq onun qeydiyyatda olduğu və yaşadığı yuxarıda qeyd olunan ünvanda birgə yaşamağa başlamışdır. Həmin nikah münasibətlərindən 12 noyabr 2015-ci il tarixdə X17, 15 iyul 2017-ci il tarixdə X24 anadan olmuşdur. İddiaçı əri X4 ilə nikahını 22 may 2019-cu il tarixdə rəsmiləşdirmişdir. İddiaçının yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, lakin evə dair 1964-cü ilin fevral ayında X9 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizaiyası və qiymətləndirilməsinə dair texniki pasport mövcuddur. Həmin fərdi yaşayış evi köhnə tikili olmaqla, iddiaçının əri öz ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata alınmışlar. Həmçinin iddiaçının azyaşlı uşaqları da hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. Üçüncü şəxslər iddiaçının həmin evə qeydiyyata alınmasına razıdırlar. Bu barədə razılıqlarını məhkəmə iclası zamanı verdikləri izahatlarında təsdiq etmişlər. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, lakin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi əsas gətirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi ilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən savayı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi təqdim etməsi tələb olunur. Hazırki iş üzrə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi üçüncü şəxslərin həmin ünvana qeydiyyatda olması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış və həmin fərdi yaşayış evinə dair 1964-cü ildə X9 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportun olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ailə üzvü olan əri və mənzildə daimi yaşayan digər şəxslər həmin ünvana qeydiyyata alındığı halda, belə bir qeydiyyata alınmanın iddiaçıya münasibətdə tətbiq edilməməsi ilə iddiaçının hüquqlarını pozduğu üçün imtina əsaslı olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipini nəzərdə tutan 12.1, 12.2, 12.3 və 12.4-cü maddələrinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, iddiaçının ünvan 6 ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4734/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4734/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver