Məhkəmə qərarları › İş №2-1(112)-4735/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4735/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4735/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 15 mart 2008-ci il tarixli 364 nömrəli ölüm aktı qeydində atası Quliyev Eyvazın ata qrafasındakı “Məhəmməd” adının düzəldilərək “Məmməd” kimi yazılmasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum atası X4 18 mart 2008-ci il tarixli 364 nömrəli ölüm aktı qeydində atasının adı qrafasındakı “Məhəmməd” adının düzəldilərək “Məmməd” kimi yazılması vəzifəsinin Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 15 mart 2008-ci il tarixdə vəfat etmişdir. Sonradan iddiaçı vərəsəliklə bağlı notariat kontoruna müraciət etsə də, notariat kontorunda iddiaçıya bildirilmişdir ki, atasının ölüm aktı qeydində ata adı Məmməd olduğu halda, Məhəmməd kimi qeyd edilmişdir. Bundan sonra iddiaçı atasının ölüm aktı qeydindəki səhvin düzəldilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, barəsində Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyində xx.xx.1961-ci il tarixdə 466 sayla qeydə alınmış doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında atanın atasının adı Məmməd göstərilmişdir. İmtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarına istinad edilərək ölüm aktındakı səhvin düzəldilməsi və ona dəyişiklik edilməsinə kifayət qədər əsaslar olmadığından müraciətin qeydiyyat şöbəsində icrasının mümkün olmadıgı bildirilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əassızdır. Cavabdehin imtinasından və təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının atasının atasının adı və atasının bütün övladlarının sənədlərində ata adı Məmməd kimi yazılsa da, sonradan nədənsə 15 mart 2008-ci il tarixli ölüm aktı qeydində cavabdeh Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən atasının ata adı yanlış olaraq Məhəmməd kimi yazılmışdır. Göründüyü kimi yanlışlıq, səhv birbaşa cavabdeh orqan tərəfindən edildiyi halda və onun özü tərəfindən atasının ölüm aktı qeydində səhv yazılan Məhəmməd sözü düzəliş olaraq, Məmməd sözü kimi qeyd olunmalı olduğu halda cavabdeh əsassız olaraq imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla, qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun nümayəndəsinin olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus xx.xx.1961-ci il tarixli AЗ № 029429 saylı doğum haqqında şəhadətnamədən və 466 saylı xx.xx.1961-ci il tarixli doğum akt qeydindən görünür ki, iddiaçının atasının adı X3 qeyd edilmişdir. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 4845 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X9 və X1 nikahı haqqında 01 sentyabr 1955-ci tarixdə 39 №-li akt qeydi tərtib olunmuşdur. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2183-05/15 saylı arayışdan və xx.xx.2008-ci il tarixli 364 saylı ölüm haqqında akt qeydindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə ölmüşdür. - Şəmkir rayon Çənlibel kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 161941 saylı X5 məxsus doğum haqqında şəhadətnamdən görünür ki, onun atası kimi X9 göstərilmişdir. - X2 xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası kimi X9 göstərilmişdir. - X6 xx.xx.1959-ci il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası kimi X9 göstərilmişdir. - 86 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 508 saylı xx.xx.2021ci il tarixli arayışından görünür ki, iddiaçı Sülh küçəsi 14/2 saylı evin 44 №-li mənzilində pasport qeydiyyatındadır. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2933 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyində xx.xx.1961-ci il tarixdə 466 saylı qeydə alınmış doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında atanın atasının adı “Məmməd” göstərilmişdir. Şəmkir rayon Çənlibel kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1955-ci il tarixli 39 saylı nikah akt qeydində də və digər uşaqlarının doğum sənədlərində də X9 yazılmışdır. Atası barəsində Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixli 364 saylı ölüm akt qeydində isə X7 yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müdəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinə, kifayət qədər əsaslar olmadığında müraciətinin qeydiyyat şöbəsində icrası mümkün deyildir. “X7” ilə “X9”nun eyni şəxs olması faktının təsdiqi üçün aidiyyatı üzrə müraciət etməlidir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçının babasının adı Məmməd olmasına baxmayaraq, onun mərhum atasının ölüm akt qeydində atasının ata adı səhvən Məhəmməd kimi göstərilmişdir. Bu yanlışlığın düzəldilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının babasının adı Məmməd olmuşdur. Belə olan halda iddiaçının atasının ölüm haqqında akt qeydində ata adı Məmməd kimi qeyd edilməli idi. Buna görə də cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum atası X4 15 mart 2008-ci il tarixli 364 nömrəli ölüm aktı qeydində atası qrafasındakı “Məhəmməd” adının düzəldilərək “Məmməd” kimi yazılması vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçının mərhum atası X4 15 mart 2008-ci il tarixli 364 nömrəli ölüm aktı qeydində atasının adı qrafasındakı “Məhəmməd” adının düzəldilərək “Məmməd” kimi yazılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar