Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-474/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili Əhmədov Cavid Nazim oğlu (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakı ilə, iddiaçı -Şükürov Vidadi Maxsud oğlunun cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələrin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Şükürov Vidadi Maxsud oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı 01.01.2007-ci 01.10.2019 yəni 13 ilin hər ilinə 01.10.2019 aylıq maaşı ildə bir dəfə olmaqla 4 qat aylıq tarif maaşı həcmində 13 ilə hesablanıb pulun birdəfəlik verilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 09.12.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. 15.09.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 11.11.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1973-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 1993-cü ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi qulluğunu davam etdirmişdir. 2003cü il yaş həddinə görə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli 499 saylı Fərmanı ilə hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə pensiya təminatı ilə bağlı bütün funksiyalar Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçuları və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir. Hal-hazırda bütün bu əməliyyatlar cavabdeh orqan tərəfindən yerinə yetirilir. Ədliyyə Nazirliyi haqqında qanun 26 may 2006-cı il 119 N-li III QD qərarın hörmətli Prezident İlham Əliyev cənabları imzalayıb. Həmin qanunun maddə 23.2 ədliyyəorqanlarının işçiləri (pensiyaya çıxmış işçiləri də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunublar. Ədliyyə Orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində bir dəfəlik müavinat verilir. Maddə 23.3 Ədliyyə Orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müqavinat ödənilir. Maddə 33.2 Pentensiar xidmətin əməkdaşları və mülki işçilərə də Ədliyyə Orqanlarının işçiləridir. Azərbaycan Respublikasının Konstitusiyasının maddə 149 bölmə 4 "Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olmalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar icra hakimiyyəti orqanları hüquqi şəxslər üçün məcburidir.” Maddə 149 bölmə 7. “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. ” Mən xüsusi şərtlərlə təyinat idarəsinə şifahi olaraq dəfələrlə etdiyim müraciətlərimə ki, Sizdən bu qanunlar əsasında maddi yardım almaq olarmı etdiyi müraciətlərinə idarədən bir cavab olub. Pensiyaçılara maddi yardım verilməsi nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin 20.05.2008-ci il 123 Ndi qərarı ilə “Ədliyyə Orqanları işçilərinin hesablanması ilə əlaqədar olaraq əlavə haqqının verilməsi qanunu” H.Q. və X.R.S.İ.İ. biz pensiyaçılara qəti şəkildə bir il yarım şamil etmədikləri üçün penitensiar xidmətindən pensiyaya çıxmış pensiyaçılar 2010-cu ilin əvvəlində Yasamal rayon məhkəməsinə 33 (otuz üç) nəfər kollektiv iddia ərizəsi ilə müraciət etmişlər. Yasamal rayon məhkəməsinin 16.08.2010-cu il qərarı ilə iddiaları təmin olunub. Cavabdeh bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bakı Apellyasiya Məhkəməsinin 25.01.2011-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb cavabdeh qərardan Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmənin İİK-na 13.06.2011-ci il tarixli qərarı ilə iddia təmin olandan sonra başqa pensiyaçılara bu qərar tətbiq olunmadığı üçün 55 nəfər, 47 nəfər kollektiv qalan pensiyaçılar fərdi qaydada məhkəmələrə müraciət edib və hamının iddiaları təmin olunub.Şükürov Vidadi Maxsud oğlu Nazirlər Kabinetinin 123 saylı qərarına görə pulunu beş ildən sonra alıb. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 1973-cü ildən 2003-cü il tarixədək daxili işlər nazirliyi və ədliyyə orqanlarına qulluq keçmişdir. İddiaçı 2003-cü ildən pensiyaya çıxmışdır. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun 26 may 2006-cı il tarixdə qəbul edilib. İddiaçı 2003-cü ildə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçının adı çəkilən qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. Sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Bizə görə, həmin əlavələr sonrakı artım deyildir. ƏPQ-nin 20.19-cu maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki ənıək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla. ... müəyyən edilir. Göründüyü kimi, ƏPQ-nin 20.19-cu maddəsi pensiyanın "əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, ƏPQ, “orta aylıq məbləğ" və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ" şəxsin pensiyaya çıxan andaki aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı" anlayışı "əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqf’na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, 23.2-ci maddəyə görə, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun 23.3-cü maddəsinə görə, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Göründüyü kimi, hər iki məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı: çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Digər tərəfdən, Qanunun 23.2-ci maddəsinə münasibətdə isə, daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “ədliyyə orqanlarının işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki. Qanunverici 1- ci cümlədə “ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla)" deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən ədliyyə orqanlarının işçilərini nəzərdə tutmuşdur. Bir sözlə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir: peıısixada ohın nçiləı im pulsuz tibbi xidmətlə təchiz edilirlər. Deməli, işlədiyi müddətdə 23.2-ci maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildirlər: əgər ədlimə orqanının işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən "əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər; almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Bizə görə, ƏPQ-nin 20.19-cu maddəsi omın digər müddəaları, xüsusilə də 1.0.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməlidir. Belə ki, “əmək haqqındakı sonrakı artım” ifadəsi mücərrəd artımı deyil, konkret pensiyaçının əmək haqqındakı artımı ifadə edir. Daha açıq bir ifadəylə, şəxs pcnsiy ax a çıxarkən onun pensiyasının hesablanması zamanı əsas alınmış “əmək haqqının orla aylıq məbləği“nə şəxsin pensiyaya çıxdığı anda aldığı “əmək haqqı” və “digər ödənclər” daxildir. Dolayısı ilə. əgər şəxs pensiyaya çıxarkən almadığı, yəni “əmək haqqının orta aylıq məbləği”nə daxil olmayan məbləği “əmək haqqındakı sonrakı artım” kimi tələb edə bilməz. Bu nəticə. ƏPQ-nin 1.0.1-ci maddəsində əmək pensiyasına verilmiş anlayışla da uzlaşır. Çünki həmin maddəxə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, Şükürov Vidadi Maxsud oğlu 20.06.1948-ci il tarixdə doğulmuşdur. İş materiallarından görünür ki, 07.02.2003-cü ildən Şükürov Vidadi Maxsud oğluna yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə 09.10.2019-cu il tarixli imtina məktubunda bildirmişdir: “İdarə tərəfindən 13 fevral 2019-cu il tarixli 19630167957 nömrəli, 5 mart 2019-cu il tarixli 19630353859 nömrəli və 28 avqust 2019-cu il tarixli 19632620236 nömrəli məktublarla cavablandırılmış eyni məzmunlu müraciətlərinizə baxaraq bir daha bildiririk ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsində isə qeyd olunub ki, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Göründüyü kimi, ədliyyə orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. Qeyd etdiyiniz müavinətlərin verilməsi isə ədliyyə orqanlarında hazırda xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulur.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15.05.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələnin düzgün həll edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi müddəalarına və bir sıra normalarına açıqlama verilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar ümumilikdə üç istiqamətdə tətbiq edilir: - birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt; - ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəşt; - üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15- 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi əlavəni xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) alması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Şükürov Vidadi Maxsud oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına 01.01.2007-ci 01.10.2019 yəni 13 ilin hər ilinə 01.10.2019 aylıq maaşı ildə bir dəfə olmaqla 4 qat aylıq tarif maaşı həcmində 13 ilə hesablanıb pulun birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-474/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-474/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver