Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4742/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 23 iyul 2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsini cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, 23 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci ildə Lənkəran şəhərində doğulmuş, 1980-1983-cü illərdə Q.Məmmədov adına Bakı Dəniz Yolların məktəbində “Gəmi sürücülüyü” ixtisası üzrə əyani təhsil almış, məktəbi bitirdikdən sonra xx.xx.1984-cü il tarixli, 27-k nömrəli əmrlə X4 Donanmasının t/x “Ağa Nemətulla” gəmisinə 1-ci dərəcəli matros kimi işə qəbul olunmuş, xx.xx.1984-cü ildə t/x “Aura” gəmisinə kapitanın 3-cü köməkçisi, xx.xx.1985-ci ildə t/x “Kerçenski Kommunist” gəmisinə kapitanın 2-ci köməkçisi, xx.xx.1986-cı ildə “Yarenda” gəmisinə kapitanın baş köməkçisi, xx.xx.1990-cı ildə “Yarenda” gəmisində kapitan, xx.xx.1991-ci ildə “Yarenda” gəmisində kapitanın baş köməkçisi, xx.xx.1994-cü ildə “Hövsan-5” gəmisində kapitan, xx.xx.1994-cü ildə TSB “Om” gəmisində kapitan, xx.xx.1996-cı ildə “Alı Mustafayev” gəmisində kapitan vəzifəsində çalışmış, xx.xx.1998-ci il tarixində 134 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad olunmuş, xx.xx.2003-cü ildə yenidən işə bərpa edilərək “Aktau” gəmisində kapitanın böyük köməkçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2004-cü il tarixində öz ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.2005-ci ildən “Kron Şipurq (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə öz xahişi ilə həmin vəzifədən azad olunmuş, xx.xx.2009-cu ildən “X2 Services LTD” MMC-də direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixində öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmək stajı iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Bundan başqa iddiaçının 30 ildən çox ümumi sığorta stajı var, onun 17 ildən çox müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləmiş və hal-hazırda da işləyir. Qanunun tələblərinə uyğun olaraq iddiaçı 23 iyul 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizəsinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az olması, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilmişdir. Cavabdehin bu mövqeyini əsassız hesab edərək onunla razılaşmır. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, 1980-1983-cü illərdəki əyani təhsil müddəti, xx.xx.1984xx.xx.1998-ci illərdəki fasiləsiz olaraq və xx.xx.2003-cü ildə yenidən işə bərpa edildikdən sonra da X4 Donanmasına məxsus müxtəlif gəmilərdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirləri Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 21.2-ci “Dəniz və çay donanması” yarımbölməsinin “b” (üzən heyət) bəndində öz əksini tapdığına görə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçınını vəkili və nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: Yasamal RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. "xxxx" QSC tərəfindən verilmiş EN 01/02-282 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından eyni məzmunlu məhkəmə sorgusuna xx.xx.2022-ci il tarixli MF seriyalı 01/02- 104 saylı cavab məktubundan görünür ki, iddiaçı xx.xx.1984-cü ildə X4 Donanmasının t/x “Ağa Neymətulla” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (xx.xx.1984-cü il tarixli 27-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1984-ci ildə t/x “Aura” gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (xx.xx.1984-cü il tarixli 39-k nömrəli əmr), 25 03.1985-ci ildə t/x “Kerçenski Kommunist” gəmisinə kapitanın 2-ci köməkçisi (xx.xx.1985-ci il tarixli 67-k nömrəli əmr), xx.xx.1986-cı ildə “Yarenqa” gəmisinə kapitanın baş köməkçisi vəzifəsinə (xx.xx.1986-cı il tarixli 214-k nömrəli əmr) keçirilmişdir. O, xx.xx.1990-cı ildə “Yarenqa” gəmisində kapitan (xx.xx.1990-cı il tarixli 245-k nömrəli əmr), xx.xx.1991-ci ildə həmin gəmidə kapitanın baş köməkçisi (xx.xx.1991-ci il tarixli 62-k nömrəli əmr), xx.xx.1994-cü ildə “Hövsan-5” gəmisində kapitan (xx.xx.1994-cü il tarixli 93-k nömrəli əmr), xx.xx.1994cü ildə TBS “Om” gəmisində kapitan (xx.xx.1994-cü il tarixli 138-k nömrəli əmr), xx.xx.1996-ci ildə “A.Mustafayev” gəmisində kapitan vəzifələrində (xx.xx.1996-cı il tarixli 284-k nömrəli əmr) çalışmışdır. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin “ç” bəndinə əsasən (üzürlü səbəb olmadan öz əmək funksiyasını pozduqda) (xx.xx.1998-ci il tarixli 136 nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2003-cü ildə “Aktau” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.2003-cü il tarixli 82-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2004-cü il tarixli 245-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: Şəxsi iş № 01, şəxsi vərəqə T/2, kadr əmrləri, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X4 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasının 40 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı 1980-ci ildə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbinə “Gəmi sürücülüyü” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş, 1983-cü ildə həmin məktəbi bitirmişdir. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1984-cü ildə X4 Donanmasının t/x “Ağa Neymətulla” gəmisinə 1ci dərəcəli matros peşəsinə (xx.xx.1984-cü il tarixli 27-k nömrəli əmr) işə qəbul edilmiş, xx.xx.1984-ci ildə t/x “Aura” gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (xx.xx.1984-cü il tarixli 39-k nömrəli əmr), 25 03.1985-ci ildə t/x “Kerçenski Kommunist” gəmisinə kapitanın 2-ci köməkçisi (xx.xx.1985-ci il tarixli 67-k nömrəli əmr), xx.xx.1986-cı ildə “Yarenqa” gəmisinə kapitanın baş köməkçisi vəzifəsinə (xx.xx.1986-cı il tarixli 214-k nömrəli əmr) keçirilmiş, xx.xx.1990-cı ildə həmin gəmidə kapitan (xx.xx.1990-cı il tarixli 245 -k nömrəli əmr), xx.xx.1991-ci ildə həmin gəmidə kapitanın baş köməkçisi (xx.xx.1991-ci il tarixli 62-k nömrəli əmr), xx.xx.1994-cü ildə “Hövsan-5” gəmisində kapitan (xx.xx.1994-cü il tarixli 93-k nömrəli əmr), xx.xx.1994-cü ildə TBS “Om” gəmisində kapitan (xx.xx.1994-cü il tarixli 138-k nömrəli əmr), xx.xx.1996-ci ildə “A.Mustafayev” gəmisində kapitan (xx.xx.1996-cı il tarixli 284-k nömrəli əmr) vəzifələrində çalışmış, xx.xx.1998-ci ildə Əmək Məcəlləsinin 38-ci maddəsinin “ç” bəndinə əsasən (üzürlü səbəb olmadan öz əmək funksiyasını pozduqda) (xx.xx.1998-ci il tarixli 136 nömrəli əmr) işdən azad edilmiş, xx.xx.2003-cü ildə “Aktau” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.2003-cü il tarixli 82-k nömrəli əmr) işə qəbul edilmiş, xx.xx.2004-cü ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2004-cü il tarixli 245-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2005-ci il tarixdən “Kron Şipurq (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini vəzifəsinə qəbul edilmiş (əmr № 2-05/Dİ.02 saylı xx.xx.2005), xx.xx.2009-cu ildə öz xahişi ilə həmin vəzifədən azad olunmuş, xx.xx.2009-cu ildən “X2 Services LTD” MMCdə direktor vəzifəsinə təyin edilmiş (əmr № 01/09 xx.xx.2009), xx.xx.2017-ci il tarixində öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh orqan iddiaçının müraciətlərinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxaraq xx.xx.2020-ci il tarixli **********1 saylı və xx.xx.2021-ci il tarixli **********7 saylı eyniməzmunlu imtina məktubları ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 1 ay 19 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanuna 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının ümumi iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67- ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət etməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 1-ci şərtə əməl edilməmişdir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az ümumi iş stajına malik olduğundan onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndində göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materaillarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər (2 il 10 ay) Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbində təhsil alaraq, xx.xx.1984-cü ildən X4 Donanmasında xx.xx.1998-ci il tarixə qədər (14 il 03 ay 25 gün) gəmilərdə müxtəlif vəzifələrdə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər “Aktau” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində (1 il 05 ay 24 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər (06 ay) “Kron Şipurq (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini vəzifəsində işləyərək xx.xx.2006-ci il tarixə qədər ümumilikdə 19 il 03 ay 19 gün ümumi iş stajını toplamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tələb olunun 25 il ümumi iş stajına toplamadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanuni olmaqla, iddiaçının pensiya hüququnu pozmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, 23 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində iddia tələbi rədd edilməli oldugundan birinci tələbdən bilavasitə doguran və ondan asılı olan ikinci tələbinin, yəni ödənilməmiş pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmaga lüzum görmədən həmin hissədə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 57 yaşdan, 23 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3AKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4742/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4742/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver