Məhkəmə qərarları › İş №2-1(112)-4748/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4748/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4748/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili X1, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndələri X3, X4 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi xidmər illərinə görə faiz əlavəsinin 40% hesablanmaqla yeni məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş nömrə 2-1(112)13370/21, sonrakı nömrə 2-1(112)-4748/2022).

2. Tələb onunla əsaslandırılmışdır ki, təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 14 avqust 2015-ci ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən pensiya təminatının hesablanması üçün Dövlət Sərhəd Xidməti tərəfindən vəzifə maaşı - 500 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə (yalnız zabit qismində təqvim xidmət ili nəzərə alınaraq) 30% - 190 manat 20 qəpik, Sərhəd Qoşunlarında xidmətə görə 10% - 50 manat, 1-ci məharət dərəcəsinə görə - 125 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla məlumat vərəqi tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Əslində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmiş məlumat vərəqində pul təminatının tərkibinə daxil olan xidmət illərinə görə faiz əlavəsi zabit qismində xidmətini əhatə edən təqvim ilinə görə 30% deyil, zabit qismində xidmətimi əhatə edən güzəştli xidmət illəri də daxil 40% hesablanmaqla göstərilməli idi. Konstitusion hüquqlarının pozulması təkcə 2015-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ƏƏSMN DSMF XŞTİ-nə təqdim olunmuş məlumat vərəqində xidmət illərinə görə faiz əlavəsinin düzgün hesablanmaması ilə yekunlaşmır, həm də xidmət müddəti güzəştli qaydada hesablanan hərbi qulluqçular kateqoriyasına aid olduğuna (sərhəd zastavalarında hərbi xidmət keçdiyim dövrlər) baxmayaraq, hərbi hissələrin kadrlar əməkdaşlarının səhlənkarlığı səbəbindən qanunvericiliyin (“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3 və 4.4-cü bəndləri) tələb etdiyi qaydada barəsində zəruri hesablamalar aparılmamış, əmrlər hazırlanmamış və nəticədə ona pul təminatının tərkibinə daxil olan faiz əlavəsi üzrə (xidməti fəaliyyətin güzəştli hissəsi nəzərə alınmaqla) ödənişlər edilməmişdir. Müvafiq düzəlişlər edilməsi və yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi xahişi ilə onun tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il (təkrar müraciət) tarixlərdə Dövlət Sərhəd Xidmətinə müraciətlər ünvanlanmışdır. X6 Xidmətinin imzaladığı (xx.xx.2021-ci il tarixli 10/152 nömrəli) tövsiyə xarakterli məktubu ilə cavablandırılmışdır. Ona ünvanlanmış tövsiyə xarakterli cavab məktubunu inzibati orqanın müraciətinə imtina hesab edir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətini təmin etməkdən imtina edərək aşağıdakıları əsas tutmuşdur. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3-cü bəndinə uyğun olaraq xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi üçün xidmət illərinin hesablanması hərbi qulluqçuların xidmət illərini təsdiq edən şəxsi işləri və başqa sənədləri əsasında kadrlar aparatı tərəfindən həyata keçirilir və təsdiq edilmiş arayış şəklində maliyyə idarəsinə təqdim edilir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməyim məqsədəuyğundur. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. İnzibati orqan hesab edir ki, müraciətinə aidiyyəti üzrə baxılmış, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.3-cü bəndinə uyğun olaraq xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi üçün xidmət illərinin hərbi qulluqçuların xidmət illərini təsdiq edən şəxsi işləri və başqa sənədləri əsasında hesablanması, habelə təsdiq edilmiş məlumatların arayış şəklində maliyyə idarəsinə təqdim edilmə proseduru kadrlar aparatının fəaliyyətinə aiddir. Həmçinin xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməyinin məqsədəuyğunluğu tövsiyyə olunur. Göründüyü kimi inzibati orqanın ünvanlanmış olduğu tövsiyə xarakterli cavab məktubu “İnzibati İcraat haqqında” və “Vətəndaşların müraciətinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinin kobud şəkildə pozulması ilə hazırlanmış və heç bir məntiqə sığmır. Maliyyə İdarəsi rəisinin cavab məktubunda müraciətinə aidiyyatı üzrə baxıldığı qeyd edildiyi halda, onun tabeliyində olduğu həmin inzibati orqanın digər idarəsinə təkrar müraciətin edilməsi haqda verdiyi tövsiyyəni əsassız mövqe hesab edir və qaldırılan məsələyə bu cür yanaşma qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Ona görə də inzibati orqanın konkretliyi əks etdirməyən bu səpgili cavabları vətəndaşların haqlı müraciətlərinin təmin edilməsindən dolayısı formada yayınma kimi başa düşülməli, habelə süründürməçiliyə rəvac verən hal olaraq dəyərləndirilməlidir. Əsasnamənin 4.3-cü bəndi xidmət müddəti güzəştli qaydada hesablanan vəzifələri tutan zabitlərə (sərhəd komendantlığı, zastavalarda xidmət keçən zabit, gizir və müddətdən artıq hərbi xidmət keçən digər kateqoriyalı hərbi qulluqçulara) əlavə ödənişlərin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin müvafiq struktur bölmələri üçün öhdəliklər və bu öhdəliklərin icra mexanizmini müəyyənləşdirir. Yəni, hərbi hissənin kadrlar aparatı (şöbə, bölmə) xidmət ilinin bütün dövrlərində hərbi xidmətin güzəştli kateqoriyasına aid edilən (komendantlıq, zastava) zabitləri (gizirləri) barəsində mütamadi olaraq şəffaf (dəqiq) hesablamalar aparmalı, müvafiq əmr hazırlamalı və vəzifə maaşına əlavə ödənişlərin edilməsi məqsədi ilə imzalanmış əmri maliyyə bölməsinə təqdim etməli idi.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi qulluqçularının pul təminatı haqqında əsasnamə"nin 4.3 bəndinə uyğun olaraq xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi üçün xidmət illərinin hesablanması, hərbi qulluqçuların xidmət illərinin təsdiq edən şəxsi işləri və başqa sənədləri əsasında, kadrlar aparatı tərəfindən həyata keçirilir və təsdiq edilmiş arayış şəklində maliyyə idarəsinə təqdim edilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməyi məqsədəuyğundur.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin mənə kompensasiya şəklində ödənilmiş 45 gününün, həmçinin sərhəd zastavalarında (2002 №-li hərbi hissənin ‘'Horadiz SD ” 21-ci “2-ci Şahsevən ” sərhəd zastavası və N №li hərbi hissənin "Xudat SD” bütün sərhəd zastavaları) və səyyar-sərhəd məntəqələrində olduğum ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin “b” yarımbəndinə müvafiq qaydada (1 ayı ayyarım hesablanmaqla) güzəştli xidmət iillərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş nömrə 2-1(112)13447/2021, sonrakı nömrə 2-1(112)-4825/2022).

5. Həmin tələb onunla əsaslandırılmışdır ki, o, təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə 5 il 8 ay 5 gün, ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 14 avqust 2015-ci ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Ehtiyata buraxılarkən ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün qanunvericiliyin müəyyən etdiyi 3 (üç) ay növbəti məzuniyyətin 60 (altmış) günü verilməmişdir. 19 fevral 2021-ci il tarixdə istifadə etmədiyi növbəti məzuniyyətin 45 (qırx beş) gününə görə pul kompensasiyasının ödənişi təmin edilmişdir (DSX-nin xx.xx.2021-ci il tarixli 10/9 nömrəli məktub). Lakin həmin 45 günün xidmət illərinə əlavə edilməklə hesablanaraq yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi təmin olunmamışdır. Əlavə olaraq, 2000-ci ilin avqust ayından 2004-cü ilin avqust ayınadək N saylı hərbi hissənin (Horadiz s/d) komendant bölüyünün komandiri vəzifəsində xidmət edib. Hərbi hissə komandirinin əmri əsasında (komandirin № 141-li əmri) 11 iyun 2004-cü il tarixdən 18 avqust 2004-cü il tarixədək həmin hərbi hissənin 21-ci (2-ci Şahsevəri) sərhəd zastavasına ezam olunub və onun tərəfindən zastava rəisinin vəzifələrinin müvəqqəti icrası təmin edilmişdir (68 gün). Lakin Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən 21-ci (2ci Şahsevən) sərhəd zastavasındakı ezamiyyət günləri güzəştli (imtiyazlı) xidmət dövrü kimi (bir avı ayyarım hesablamaqla) xidmət illərinə əlavə edilməmiş və həmin əlavələr pensiyasının hesablanması üçün təqdim olunmuş məlumat vərəqində də öz əksini tapmamışdır. Əlavə olaraq, 2005-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək N saylı hərbi hissənin (Xudat s/d) X5 Bölməsinin baş zabiti vəzifəsində xidmət etmişəm. Hərbi hissədə xidmət etdiyim dövr ərzində mütəmadi olaraq hərbi hissə rəhbərliyinin əmr və göstərişləri əsasında sərhəd zaslavalarına uzunmüddətli ezamiyyətlərə (“səyyar-sərhəd məntəqələrinə rəhbərlik”, “gənc əsgərlərin xidmətə alışdırılması”, “dövlət səviyyəli tədbirlərin keçirilməsi zamanı və dövlət sərhədində əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar sərhəd zastavalarının gücləndirilməsi’, “sərhəd zastavaları ərazisində rekoqnossirovkanın keçirilməsi”, "sərhəd dəstəsi rəisinin X5nin illik təşkilinə dair əmrlərinin SZ şəxsi heyətinə çaldırılması”, o cümlədən "tibb müəssisələrində müalicə alan və məzuniyyətə buraxılmış zastava rəislərinin əvəz edilməsi”) göndərilib. Lakin ehtiyata buraxılarkən adıçəkilən hərbi hissənin sərhəd zastavalarında və səyyar-sərhəd məntəqələrindəki ezamiyyət günləri güzəştli (imtiyazlı) xidmət dövrü kimi (bir ayı ayyarım hesablamaqla) xidmət illərinə əlavə edilməmiş və həmin əlavələr pensiyasının hesablanması üçün ƏƏSMN DSMF XŞTİ-yə təqdim olunmuş məlumat vərəqində də öz əksini tapmamışdır. Hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin ona kompensasiya şəklində ödənilmiş 45 gününün, həmçinin sərhəd zastavalarında (2002 №-li hərbi hissənin "Horadiz SD” 21-ci "2-ci Şahsevən” sərhəd zastavası və N №-li hərbi hissənin "Xudat SD” bütün sərhəd zustavaları) və səyyar- sərhəd məntəqələrində olduğu ezamiyyət günlərinin qanunvericiliyin tələblərinə müvafiq qaydada xidmət illərinə əlavə olunmaqla hesablanaraq yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi xahişi ilə tərəfindən 21 sentyabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə müraciət ünvanlanmışdır. Müraciətinə cavab almadığına görə sözügedən inzibati orqana 17 noyabr 2021-ci il tarixində təkrar müraciət ünvanlayıb. X6 Xidmətinin tövsiyyə xarakterli məktubu ilə cavablandırılmışdır. Həmin tövsiyə xarakterli cavabı inzibati orqanın müraciətlərinə etdiyi imtinası hesab edir. Cavabdeh Dövlət Sərhəd Xidməti müraciətimin təmin olunmasından imtina edərək aşağıdakıları əsas tutmuşdur. Məlumat üçün bildirilmişdir ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən sizin şəxsi işinizdə qeyd etdiyiniz illər üzrə güzəştli xidmət illəri mövcud olmadığı üçün hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Qeyd etdiyiniz dövrlər üzrə güzəştli xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməyi məqsədəuyğundur. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. İnzibati orqan Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən şəxsi işində qeyd etdiyi illər üzrə güzəştli xidmət illərinin mövcud olmadığı səbəbindən hər hansı hesablamanın aparılmasının onların imkanı xaricində olduğunu ifadə etməklə məsələ ilə bağlı vəzifəsini bitmiş hesab edir. Üstəlik, qeyd etdiyi dövrlər üzrə güzəştli xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməyinin məqsədəuyğunluğu kimi absurd mövqe sərgiləyir. Vətəndaşların müraciətlərinə baxılması, icrasının aidiyyatı üzrə struktur idarə və bölmələrə yönləndirilməsi Dövlət Sərhəd Xidmətinin daxilində tənzimlənən məsələlərdir. Hesab edir ki, inzibati orqan tərəfindən ünvanlanmış tövsiyə xarakterli cavab məktubu “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud şəkildə pozulması ilə hazırlanmışdır. Müraciətini cavablandıran idarə rəisi cavab məktubunun birinci cümləsində müraciətə aidiyyatı üzrə baxıldığını özü də təsdiq edir. Belə olan halda onun timsalımda vətəndaşın eyni inzibati orqanın başqa bir idarəsinə (Kadrlar Baş İdarəsinə) təkrar müraciət etməyinin hansı zərurətdən qaynaqlandığı sual doğurur. Yəni tövsiyə edilən idarə müaciət etdiyi inzibati orqanın öz tabeliyindədir. Cavabdehin bu səpgili cavabı “İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanıınıfnun tələblərinə ziddir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il (təkrar) tarixlərdə etdiyi müraciətləri cavablandırılarkən müvafiq təhlillərin aparılmamasının nəticəsidir ki, inzibati orqan 18 iyun 2021-ci il tarixində (DSX-nə çatma xx.xx.2021 il) Kadrlar Baş İdarəsinə ünvalamış olduğu rəsmi müraciəti tamamilə unutmuşdur. Həmin müraciətdə 2002 (Horadiz) və N nömrəli (Xudat) hərbi hissələrin sərhəd zastavalarında olduğum uzunmüddətli ezamiyyət günlərinin tarixlər üzrə (zastavalarda və səyyar-sərhəd məntəqələrində ezamiyyətin başlandığı və bitdiyi tarix) və yekun ümumi sayı barədə ona rəsmi məlumatların verilməsini xahiş etmişdi. Ünvanladığı müraciətində (xx.xx.2021-ci il) sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin sayı və ona aid digər şəxsi məlumatlara sahiblənməyə hüququnun olduğunu Azərbaycan Respublikasının Qanunlarının müvafiq maddələrini göstərməklə əsaslandırıb. Lakin Kadrlar Baş İdarəsinin rəisinin imzaladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda Dövlət Sərhəd Xidmətində xidmətin xüsusiyyətləri nəzərə alınaraq, müvafiq əmrlərdən çıxarış və ya surətlərin vətəndaşlara verilə bilinməməsi, həmçinin xidmət müddətində sərhəd bölmələrində uzunmüddətli ezamiyyətlərim barədə şəxsi işinidə məlumatların mövcud olmaması səbəb gətirilərək müraciətinə əsassız imtina edilmişdir. Bildiririr ki, həqiqi hərbi xidmətin bütün dövrlərində hərbi qulluqçu barəsində onun xidmət fəaliyyətini əks etdirən zəruri məlumatların (adi qaydada, yaxud güzəştli (imtiyazlı) xidmət keçdiyi dövr, uzunmüddətli ezamiyyət, səhra-çıxışlarında iştirakı və s.) nizami hissə ilə əlaqəli şəkildə vaxtlı-vaxtında qeydiyyata alınması, təhlillərin aparılması, toplam halına salınması və gecikdirilmədən şəxsi işinə əlavə edilməsi üzrə vəzifələr birbaşa Kadrlar Aparatının (idarə, şöbə, bölmə) fəaliyyətinin tərkib hissəsidir. Hərbi qulluqçu ehtiyata buraxılarkən onun pensiya təminatının hesablanması üçün artıq şəxsi işində toplanmış hazır məlumatlardan istifadə olunur. Bütün bunlara əsaslanaraq, Kadrlar aparatının şəxsi işində sərhəd məntəqələrindəki uzunmüddətli ezmiyyət günləri ilə bağlı məlumatların olmadığını bildirən mövqeyi ilə razı deyil. Ehtiyata buraxılarkən pensiya təminatı ilə bağlı hesablamaların aparılması zərurəti yarandığı və məlumat vərəqinin tərtib edilməsi zamanı “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”nin 161-ci maddəsi və digər sənədlərdən başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı Qərarının 6-cı bəndinin b) yarımbəndində göstərilən tələblərin (ezamiyyət günlərinin güzəştli xidmət illəri kimi hesablanması) nəzərə alınmamasının məsuliyyəti Dövlət Sərhəd Xidmətinin üzərinə düşür.

6. İddiaçının qeyd edilən müraciətinə cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətində xidmətin xüsusiyyətləri nəzərə alınaraq, müvafiq əmrlərdən çıxarış və ya surətlər vətəndaşlara verilə bilməz. Bununla yanaşı qeyd edir ki, xidmət müddətinizdə sərhəd bölmələrində uzunmuddətli ezamiyyətlər barədə şəxsi işinizdə məlumatlar mövcud deyil.

7. İddiaçının təkrar müraciətinə cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən bildirilmişdir ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən onun şəxsi işində qeyd etdiyi illər üzrə güzəştli xidmət illəri mövcud olmadığı üçün hər hansı bir hesablanmanın aparılması imkan xaricindədir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2-1(112)-4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-4748/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmiş; 2-1(112)-4825/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)- 4748/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir.

9. İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, xidmət keçdiyi dövrdə xidmət illərinə görə iddiaçıya 30% faiz əlavəsi ödənmiş, bu zaman onun təqvim illəri üzrə xidməti nəzərə alınmışdır. İddiaçının hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərin həll edilməsi üçün istifadə etmədiyi növbəti məzuniyyətin mənə kompensasiya şəklində ödənilmiş 45 gününün məlumat vərəqinə daxil edilməsi hüququ yoxdur, belə ki, həmin dövrə münasibətdə ona istifadə edilməmiş məzuniyyətə görə məhkəmə qərarı əsasında kompensasiya hesablanıb ödənmiş, həmin müüdətdə iddiaçı xidmətdə olmamışdır. Ezamiyyətdə olduğu müddətə münasibətdə isə qeyd edilir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli müvafiq qərarına əsasən, sərhəd mühafizəsi orqanlarının zastavalarında uzunmüddətli xidmətin bir ayı ayyarım sayılmalıdır. Belə ki, həmin müddətlərdə iddiaçı müvafiq sərhəd mühafizəsi zastavalarına ezam edilmiş, daimi xidmət yeri olaraq həmin zastavalar müəyyən edilməmişdir.

11. İddiaçının ərizəsi əsasında idda tələbi Horadiz sərhəd dəstəsinin 21-ci (2-ci Şahsevən) sərhəd zastavasında 68 (altmış səkkiz) ezamiyyət günlərinin, həmçinin 2008-2013-cü illərdə Xudat sərhəd dəstəsinin sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 №-li Qərarının 2-ci bəndinin b yarım bəndinə müvafiq qaydada (1 ayı ayyarım hesablanmaqla) güzəştli xidmət illərinə əlavə olunmaqla hesablanaraq və pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi fasiləsiz xidmət illərinə görə faiz əlavəsinin 40% hesablanmaqla yeni məlumat vərəqinin verilməsi vəzifəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala göndərilməsi kimi dəyişdirilmişdir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

19. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

22. Yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı tələb iki hissədən ibarətdir: - pensiyasının yenidən hesablanması üçün pul təminatının tərkibi kimi fasiləsiz xidmət illərinə görə faiz əlavəsinin 40% hesablanması (tələbin birinci hissəsi); -Horadiz sərhəd dəstəsinin 21-ci (2-ci Şahsevən) sərhəd zastavasında 68 (altmış səkkiz) ezamiyyət günlərinin, həmçinin 2008-2013-cü illərdə Xudat sərhəd dəstəsinin sərhəd zastavalarında olduğu ezamiyyət günlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 №-li Qərarının 2-ci bəndinin b yarımbəndinə müvafiq qaydada (1 ayı ayyarım hesablanmaqla) güzəştli xidmət illərinə əlavə olunması (tələbin ikinci hissəsi);

23. Tələbin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən, polkovnik-leytenant İddiaçı xx.xx.2015-ci il tarixdə ehtiyata buraxılmış (ehtiyata buraxıldığı maddə 41.0.9 (öz arzusu ilə)), xidmət illəri təqvim illəri ilə 24 il 13 gün, güzəştli xidmət illəri 5 il 08 ay 05 gün olmaqla cəmi xidmət illəri 29 il 08 ay 18 gün təşkil etmişdir. Qeyd edilən məlumat vərəqinə əsasən xidmət illərinə görə əlavə 30% olaraq göstərilmişdir.

24. İddiaçıya xidmət etdiyi dövrdə xidmət illərinə görə 30% əlavə ödənmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 saylı qərarına 2 saylı əlavə Azərbaycan Respublikası hərbi qulluqçularına xidməti illərə görə verilən əlavələrin məbləği 20 ildən 25 ilə qədər iş stajına görə vəzifə və rütbə maaşlarına görə faizlə 30%, 25 ildən 30 ilə qədər iş stajına görə vəzifə və rütbə maaşlarına görə faizlə 40% müəyyən edilmişdir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...

29. Beləliklə, iddiaçıya təqvim illəri üzrə hesablanmaqla xidmət illərinə görə 30% əlavə ödəndiyindən (xidmət dövründə) onun güzəştli xidmət illəri nəzərə alınmaqla 40% olaraq yeni məlumat vərəqəsi verilməsinə “qanuni gözləntisi” olduğunu müəyyən etmir.

30. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

31. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissə (Horadiz sərhəd dəstəsi) üzrə xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində (21-ci sərhəd zastavası); N nömrəli hərbi hissə (Xudat sərhəd dəstəsi) üzrə 7-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 13-18-ci sərhəd zastavalarında xx.xx.2011xx.xx.2011-ci il tarixlərində, 18-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 13-cü sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixdlərində, 8-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 11-ci sərhəd zastavasında 19-xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 16-cı sərhəd zastavasında xx.xx.2011xx.xx.2011-ci il tarixlərində, 15-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 10-cu sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5,6,7,8-ci sərhəd zastavalarında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 8-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində ezamiyyətdə olmuşdur.

32. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-948/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddiaçının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırki vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Həmin qərarla müəyyən olunur ki, iddiaçıya N nömrəli hərbi hissə (Horadiz sərhəd dəstəsi) üzrə xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində (21-ci sərhəd zastavası) zastava rəisi vəzifəsinin icrası həvalə olunmuşdur. Qərar apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, dəyişdirilmədən saxlanmışdır.

33. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsi işindən görünür ki, onun xx.xx.2004-xx.xx.2008-ci il tarixlərindəki xidməti bir ay xidmət dövrü 1,5 (ayyarım) xidmət dövrü kimi hesablanmışdır. Odur ki, məhkəmə iddiaçının N nömrəli hərbi hissə (Horadiz sərhəd dəstəsi) üzrə xx.xx.2004-xx.xx.2004-cü il tarixlərindəki xidmətini bir ay xidmət dövrünün 1,5 (ay yarım) xidmət dövrü kimi hesablanmasının qiymətləndirilməli olduğunu hesab edir.

34. İddiaçının N nömrəli hərbi hissə (Xudat sərhəd dəstəsi) üzrə müvafiq sərhəd zastavalarına 2011-2012-ci illəri əhatə edən ezamiyyə əmrləri cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçının 2013-cü ildə həmin hərbi hissə üzrə ezamiyyətdə olması məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi.

35. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli müvafiq qərarına əsasən:

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində)

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87).

37. Odur ki, məhkəmə hesab edir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar sərhəd mühafizəsi orqanlarının zastavalarında ezamiyyətdə olan (ezam olunan) və ya bilavasitə sərhəd mühafizəsi orqanlarının zastavalarında xidmət vəzifələrini icra edən şəxs arasındakı xidmət dövrünün hesablanması zamanı fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur və hər iki halda şəxsin xidmət keçdiyi müddətə eyni qayda şamil olunmalıdır.

38. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilməsin. İddiaçı N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasında xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixlərində; N nömrəli hərbi hissə (Xudat sərhəd dəstəsi) üzrə 7-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 13-18-ci sərhəd zastavalarında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 18-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 13-cü sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 8-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 11-ci sərhəd zastavasında 19-xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 16-cı sərhəd zastavasında xx.xx.2011xx.xx.2011-ci il tarixlərində, 15-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 10-cu sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5,6,7,8-ci sərhəd zastavalarında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 8-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində ezamiyyət günləri xidmətin bir ayı ayyarım sayılmaqla güzəştli xidmət illərinə əlavə olunmaqla məlumat vərəqinin verilməsi vəzifəsi cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar