Məhkəmə qərarları › İş №2-1(112)-4749/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4749/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4749/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixə kimi karotajçı perforatorçu peşəsində işlədiyi müddətin güzəştli iş stajına aid edilməsi və bununla da ümumilikdə güzəştli iş stajının 12 il 6 aydan artıq olduğuna görə ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2021-ci il tarixə kimi 41 il 9 ay iş stajı var. xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixə kimi 219-k saylı və 163-k saylı əmrlərə əsasən 4 və 5-ci dərəcə karotajçı perforatorçu peşəsində işə qəbul olunub işləmiş, həmçinin xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixə kimi 158-k saylı əmrə əsasən “Bahar” X1 14 saylı kompleks mədən-geofiziki dərəcəsinə 4-cü dərəcəli karotajçı peşəsinə işə qəbul edilərək işləmişdir. Qeyd etdiyi peşə fəaliyyətləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ndakı 10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.2 Neft, qaz və qaz kondensatının hasilatı fəhlələr yarımbəndində quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar bəndində göstərildiyindən və güzəştli iş stajı 12 il 6 aydan artıq olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 noyabr 2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının güzəştli iş stajının 11 il 7 ay 28 gün olması səbəbi ilə ona pensiya təyinatından imtina etmişdir. Cavabdehin xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixə kimi 4-cü və 5-ci dərəcə karotajçı perforatorçu peşəsində işləməyinin güzəştli iş stajına aid etməməsi barədə dəlillərini əsassız hesab edir, çünki karotajçı perforatorçu peşəsi karotajçı peşəsi ilə eyni qrup və kateqoriyadandır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********1 saylı etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 03 noyabr 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının Mərkəzi Filiala təqdim edilən sənədlərdə onun xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftgeofizika” trestinin istehsalat dispetçer xidmətində karotajçı-perforatorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin Neft, qaz və qaz kondensatının hasilatı (10.2) bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 28 gün (xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uygun izahat verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qaradağ RPİ tərəfindən xx.xx.2009-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. - İddiçıya məxsus ИТ seriyalı ******* saylı xx.xx.1979-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixli 219-k saylı əmrə əsasən İstehsalat dispetçer xidmətinə 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub, xx.xx.1981-ci il tarixli 163-k saylı əmrə əsasən İstehsalat dispetçer xidmətinə 5-ci dərəcəli karotajçı perforatorçu, xx.xx.1982-ci il tarixli 1-k saylı əmrə əsasən İstehsalat bazasına 6-cı dərəcəli dülgər, xx.xx.1987-ci il tarixli 131/p saylı əmrə əsasən Trestin Təmir tikinti sahəsinə 6-cı dərəcəli dülgər, xx.xx.1999-cu il tarixli 152141 saylı əmr-qərara əsasən Trestin Cihaz avadanlıq və kabellərin təmiri sahəsinə 6-cı dərəcəli xarrat, xx.xx.2009-cu il tarixli 275-k saylı əmrə əsasən “Bahar” X1 90 saylı dəstəsinə 4-cü dərəcəli karotajçı peşəsinə keçirilib, xx.xx.2014-cü il tarixli 121-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilib, xx.xx.2014-cü il tarixli 158-k saylı əmrə əsasən "Bahar” X1 14 saylı kompleks mədən-geofiziki dəstəsinə 4-cü dərəcəli karotajçı peşəsinə işə qəbul edilib, xx.xx.2021-ci il tarixli 20B00483 saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verməklə işdən azad edilib. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim edilən sənədlərdə xx.xx.1979-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftgeofizika” trestinin İstehsalat dispetçer xidmətində karotajçı-perforatorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin Neft, qaz və qaz kondensatının hasilatı (10.2) bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 28 gün (xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2014xx.xx.2021 -ci il tarixləri arasındakı dövrlər)) oldugundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubundan görünür ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23094,12 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 27964,08 manat olmaqla cəmi pensiya kapitalı 51058,20 manat təşkil edir. - “SOCAR”ın Geofizika və geologiya idarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00115 saylı, xx.xx.2022-ci il tarixli SOCAR**********80020123x00035 saylı arxiv arayışlarından görünür ki, iddiaçı “Xəzərdənizneftgeofizika” trestinin (indiki X2) arxiv sənədlərində onun İstehsalat dispetçer xidmətində karotajçı perforatorçu, İstehsalat bazasında dülgər, Trestin Təmir tikinti sahəsində dülgər, Trestin Cihaz avadanlıq və kabellərin təmiri sahəsində xarrat “Mədəngeofizika” İdarəsinin Tikinti sahəsində xarrat, “Bahar” X1 90 saylı dəstəsində karotajçı çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1979-cu il tarixli 219-k saylı əmrə əsasən İstehsalat dispetçer xidmətinə 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub. xx.xx.1981-ci il tarixli 163-k saylı əmrə əsasən İstehsalat dispetçer xidmətinə 5-ci dərəcəli karotajçı perforatorçu, xx.xx.1982-ci il tarixli 1-k saylı əmrə əsasən İstehsalat bazasına 6-cı dərəcəli dülgər, xx.xx.1987-ci il tarixli 78-k saylı əmrə əsasən Trestin Təmir tikinti sahəsinə 6-cı dərəcəli dülgər, xx.xx.1999-cu il tarixli 152141 saylı əmr-qərara əsasən Trestin Cihaz avadanlıq və kabellərin təmiri sahəsinə 6-cı dərəcəli xarrat, xx.xx.2009-cu il tarixli 275-k saylı əmrə əsasən “Bahar” X1 90 saylı dəstəsinə 4-cü dərəcəli karotajçı peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 121-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi: başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 158-k saylı əmrə əsasən "Bahar” X1 14 saylı kompleks mədən-geofiziki dəstəsinə 4-cü dərəcəli karotajçı peşəsinə işə qəbul edilib. İşdən azad olma: xx.xx.2021-ci il tarixli 20B00483 saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verməklə işdən azad edilib. 2006-cı ilə qədər güzəştli iş stajı: xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinə qədər 1 il 4 ay 14 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1979-cu il tarixdən -xx.xx.2021-ci il tarixinə qədər 13 il 14 gündür. Cəmi iş stajı: xx.xx.1979-cu il tarixdən - xx.xx.2021-ci il tarixinə qədər 41 il 9 aydır. Qərar: İddiaçı çalışdığı karotajçıperferatorçu, karotajçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısında 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1. Qazma a) fəhlələr yarımbəndindəki 17531 kodundakı karotajçılarla eyni əmək funksiyasını yerinə yetirir. İddiaçı çalışdığı karotajçı perferatorçu, karotajçı, peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin və göstəricilərin siyahısındakı 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı fəhlələr yarımbəndində quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar bəndində göstərilmişdir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli saylı əmrinin 2.1 bəndinə əsasən “Azneftgeofizika" və "Xəzərdənizneftgeofizika" trestləri birləşdirilib “Geofizika və geologiya ldarəsi”nin tabeliyində olaraq "Mədəngeofizika İdarəsi” adlandırılıb. Geofizika və geologiya İdarəsinin tabeliyində olan “Mədəngeofizika” İdarəsi xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-SM-08-000033 saylı əmri ilə X2 adlandırılmışdır. - “SOCAR”ın Geofizika və geologiya idarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00157 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin “Xəzərdənizneftgeofizika” trestində (indiki X2) xx.xx.1979-cu ildən xx.xx.1982-ci il tarixinə qədər karotajçı perferatorçu peşəsində işləmiş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”ndakı

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı fəhlələr yarımbəndində quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarımn maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar bəndində göstərilmiş karotajçılar peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə xx.xx.2017dək mövcud olması zəruridir, yəni iddiaçının həmin tarixdə 57 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin həmin dövrdə yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir, yəni iddiaçının həmin dövrdə 57 yaşı olmadığı üçün yuxarıda istinad olunan normanın xx.xx.2017-dək qüvvədə olan redaksiyasına görə onun əmək pensiyası hüququ da yarana bilməzdi. Məhkəmə qeyd edir ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfsir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmamış, mövcud olmayan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur və iddia edilə bilməz. Göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi 60 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2017-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi iddiaçının 57 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 57 yaşdan deyil, 60 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Buna görə də, xx.xx.2017-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Yuxarıda istinad olunan normalarda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş 1 iyul 2017-ci il tarixə qədər mövcud olması zəruri olan dispozisiya şərtlərinin biri - yəni yaş senzi iddiaçıya münasibətdə ödənilmədiyindən, digər iki şərtin ödənilib-ödənilməməsinə qiymət verilməsini məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq zəruri bilmir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar