Məhkəmə qərarları › İş №2-1(112)-4751/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4751/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4751/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddiа tələbinə dаir işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахaraq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vəsiqəsilə satılması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetimədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə olan borcunun ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat yaranan borclarına görə qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********8, **********2, **********9 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə bахışındа nümаyəndəsininiştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır.

İİİ. Tədqiq edilmiş sənədlər

Fiziki şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2007-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsində qeydiyyatdadır, onun əsas fəaliyyət növü –saxlama və anbarlara yığma. Hal-hazırda fəaliyyəti aktivdir. “İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair” **********2 №-li bildirişdən müəyyən olur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumillikdə 252.12 manat, icbari tibbi sığorta haqqları üzrə 1888.79 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 63.33 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumilikdə 2,745.03 manat, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2,216.99 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 528,04 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. “Vergi borcunun ödənilməsi”nə dair **********5 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2023-cü il tarixinə ümumilikdə 30,970.77 manat, vergilər üzrə 4,836.32 manat, maliyyə sanksiyaları üzrə 24.929.64 manat, faizlər üzrə 1,204.81 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsi”nə dair **********7 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumilikdə 106,62 manat, işsizlikdən sığorta haqqı üzrə 81,18 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 25,44 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0.00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli qərarlarının surətlərindən müəyyən olunur ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli protokollara əsasən alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış əmlakların sırasına daxildir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktlarına əsasən, məsul saxlamaya almış şəxs Cavabdeh- siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azerbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edildi. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, **********438800 nömrəli “məlumatın təqdim edilməsi barədə” cavab məktubuna əsasən, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********0 saylı qərar üzrə dövlət büdcəsinə 25412.66 manat, **********8 saylı qərar üzrə sosial sığorta ödənişinə 2972.54 manat, **********9 saylı qərar üzrə işsizlikdən sığorta ödənişinə 116.82 manat, **********2 saylı qərar üzrə isə icbari tibbi sığortaya 275.34 manat borcu vardır,Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barədə xx.xx.2023-cü il tarixli əmlakın siyahıya alınması barədə tərtib edilmiş protokollar, aktlar, qərarlar və xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, **********942000 nömrəli “məlumatın təqdim edilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, əmlakın siyahıya alınması zamanı əmlakların qiymətləndirilməsi vergi ödəyicisinin ifadələrinə əsasən müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-70292/2024 cavab məktubuna əsasən «MERCEDES 320» markalı **-NA-***, «MERCEDES BENZ ATEGO YÜK» markalı **-RY-*** və «VOLKSWAGEN TOUAREG» markalı **-CB-*** (**-NH-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş çıxarışdan görünür ki, “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. (AZEMİS) Elektron Məhkəməsə İnformasiya Sistemindən görünür ki, Cavabdeh avtomobil nəqliyyat məlumatlarında **-NA-*** dövlət qeydiyyat nişanlı WDB2100261B314054 ban nömrəli, Mercedes 320 minik markalı avtomobil nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

7. Azərbaycan Respublikası Konstitusiyasının

- 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

8. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin

-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. - 1.4.-ci maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 89.1-ci maddəsinə əsasəm vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - 89.10-ci maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. - 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. - 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilənmüddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.

9. İşin faktiki hallarına əsasən ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh qanunla müəyyən edilmiş müddətlərdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borcu yaranmış, lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında cavabdehə məxsus əmlaklar siyahıya alınmış və bu barədə protokollar tərtib edilmiş, eyni zamanda həmin tarixdə siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt imzalanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin əmlakın siyahıya alınması haqqında qərar ilə tanış olması, protokol və akt tərtib edilərkən iştirakı iş materiallarına əlavə olunmuş sənədlər ilə təsdiqlənir. Lakin iş materialları ilə 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olması iş materialları ilə təsdiq olunsa da, 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə məxsus olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı bu hal aşkar edilməmişdir.

10. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin

- 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhəliklərinin yerinə yetirilməsi məcburidir.

11. Beləliklə, cavabdehin məcburi ödənişləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən ona məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən, iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin iddia tələbi təmin edilməli, cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmalı, iddia digər hissədə təmin edilməməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,68, 69, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin iddiа tələbi qismən təmin еdilsin. Cavabdeh borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar