Məhkəmə qərarları › İş №2-1(112)-4755/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4755/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4755/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 06.09.2018-ci il tarixdə verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs X2 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 06.09.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X18 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı (E.Xəlilov) çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 19944 manata satmış, alıcı isə həmin məbləğə almışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 2də yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qismində X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iddia ilə bağlı 2-1(112)- 71/2021 saylı iş məhkəmənin icraatındadır. Həmin iş üzrə V.Nejarov iddia tələbinin əsası kimi Əzizbəyov rayon X15 icraiyyə komitəsinin 17 saylı 01.10.1991-ci il tarixli qərarına və Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş 06.09.2018-ci il tarixli torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsaslanaraq göstərmişdir ki, həmin qərara əsasən ona Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi belə bir səlahiyyəti olmadığı halda, həm də heç bir əsas olmadan 27 ildən sonra Əzizbəyov rayon X15 icraiyyə komitəsinin 17№-li 01.10.1991-ci il tarixli qərarına əsasən 06.09.2018-ci il tarixdə V.Nejarova torpaq sahəsinin sxemi və xəritədən çıxarış vermişdir. Həmin sxem və xəritədən çıxarış tam qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. Xəzər RİHB-nın Mərdəkan qəsəbə nümayəndəsinin belə bir səlahiyyəti yoxdur, eyni zamanda həmin sxem və xəritənin nəyin əsasında verildiyi də müəyyən deyil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 25.01.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28913 saylı şəhadətnamə əsasında X8 adına olub. Faktiki olaraq **********41 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Tərəfindən 29.11.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq X6 Xəzər RİH-nin Başçısının Mərdəkan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən 06.09.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemi və xəritənin iddiaçının mülkiyyət hüququna xələl gətirdiyinə görə ləğv edilməsini xahiş etsə də, cavabdeh 08.12.2021-ci il tarixli məktubla verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində oldugunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilsə də, etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, toplanmış sübutların hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll edilməsinə kifayət etdiyi qənaətinə gələrək işə baxılmasını təyin etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi etirazında bildirmişdir ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14/12 nömrəli sahədə yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlaka ünvan verilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zamanı keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X3 məxsus torpaq sahəsindən 26 metr kənarda yerləşən İddiaçı məxsus ünvan 2nin çıxarışı, plan və ölçüsü cavabdeh inzibati orqan tərəfindən X1 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14/12 nömrəli sahədə yerləşən torpaq sahəsinin yerləşdiyi əraziyə səhv işlənmişdir. Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə komitəsinin 17 saylı 01.10.1991-ci il tarixli qərarı ilə X4 Mərdəkan qəsəbəsində, 14/12 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 10.09.2018-ci il məktubuna əsasən Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 14 ünvanında qeydiyyatda olan X4 Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Əzizbəyov rayon X15 İcraiyyə komitəsinin 17 saylı 01.10.1991ci il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 14/12 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək göndərilmişdir. Sənəd tam qanuni oldugundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Əzizbəyov rayon X15 icraiyyə komitəsinin 17 saylı 01.10.1991-ci il tarixli qərarından görünür ki, X5 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışından görünür ki, sxem və xəritə Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş və 06.09.2018-ci il tarixdə 51 saylı qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.04.2008-ci il tarixli AA 004113 torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə X18 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, alıcı ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almışdır. Cavabdehin 471 saylı 08.12.2021-ci il tarixli saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq X4 Xəzər RİHB-nın Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21.01.2022-ci il tarixli BA- 00298-2022 saylı məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 01.10.1991-ci il tarixli 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. “X17 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 93 saylı 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X4 06.09.2018-ci il tarixdə verilmiş sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, konfiqurasiyası naturaya uyğundur, təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 24.04.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üstüstə düşmür, lakin həmin çıxarışın faktiki koordinatları Mərdəkan qəsəbəsi 14/12 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. “X17” MMC tərəfindən verilmiş 38 saylı 26 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X6 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 oktyabr 1991-ci il tarixli qərarı ilə ünvan 6 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X8 adına verilmiş JN-28913D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən Bakı şəhəri Mərdəkan qəsəbəsi 5/131 saylı ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları üst- üstə düşmür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X8 adına verilmiş JN28913D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ünvan 7 ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 8 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları eynilik təşkil etmir. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları X6 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 okyabr 1991-ci il tarixli qərarı ilə ünvan 9 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin və daşınmaz əmalkın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 10 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İstifadə hüququ ilə Vaqif Nejarova məxsus Mərdəkan qəsəbəsində 14/12 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli, 407/360 saylı Sərəncamı ilə ayrılmış X11 (şəhadətnaməyə əsəsən), X8 (şəhadətnaməyə əsasən) 0.12 ha torpaq sahəsi üst-üstə düşmür, bir-birindən kənarda yerləşir. İddiaçı (çıxarışa əsəsən) mülkiyyətində olan ünvan 7də ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları Vaqif Nejarova aynlmış və onun faktiki istifadəsində olan torpaq sahəsinə işləndiyindən (halbuki İddiaçı 0,12 ha torpaq sahəsi Gülnaz Əliyevanın 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməlidir) onun torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - X20nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 28.10.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 29.09.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin X20, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Beləliklə də torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Hazırkı mübahisə üçüncü şəxsin adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 06.09.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.04.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Əzizbəyov rayon X15 icraiyyə komitəsinin 17 saylı 01.10.1991-ci il tarixli qərarı ilə iş üzrə üçüncü şəxs X5 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, sxem və xəritə nümayəndə İ.Muqbilovun imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə alınmış mütəxəssis rəyinə görə Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxsə 06.09.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemində göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin koordinatları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 24.04.2008-ci il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan ünvan 11 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları ilə üst-üstə düşür. Buna görə də, iddiaçı özünün subyektiv hüququna əsaslanaraq həmin sxem və xəritədən çıxarışın qanunsuz oldugundan ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən üçüncü şəxsin adına 06.09.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, torpaq sahəsinin ayrıldıgı dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, üçüncü şəxsə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilməmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan sənədlər əsasında hazırlanmalı və hüququ təsdiq edən müvafiq aktın verilməsi ilə müşayiət olunmalı idi. Hazırkı mübahisə üzrə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi tərtib olunmamış, vaxtilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X20 kitabında qanunla müəyyən olunmuş qaydalara uyğun qeydiyyat aparılmalı, hazırki dövrdə isə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən icra olunmalı oldugu halda, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar qanunsuz olaraq səlahiyyəti olmayan cavabdeh inzibati orqan tərəfindən “Torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın verilməsi qeydiyyatı həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin verilməsi tələbi əlahiddə deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, X2 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 06.09.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 06.09.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyat qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X6 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədi ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 13 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar