Məhkəmə qərarları › İş №2-1(112)-4757/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4757/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4757/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Laçın rayonunda qeydiyyatdadır, ixtisası – iqtisadçı, işləmir), iddiaçının nümayəndəsi, vəkili X6 (Qubadlı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi və uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi və uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə ünvan 2 kəndində anadan olmuşdur. ünvan 2 kəndində qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Laçın rayonundan məcburi köçkündür. Bu barədə ona seriya AA№346869 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. Ailəlidir, üç övladı var. Belə ki, iddiaçı 2006-cı ildə X2 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahı 28.04.2007-ci ildə rəsmiləşdirmişdirlər. Birgə nikahdan 19.02.2007-ci il təvəllüdlü Əli İsgəndərli, 27.02.2009-cu il təvəllüdlü Uğur İsgəndərli və 27.04.2010-cu il təvəllüdlü Ramazan İsgəndərli adlı övladları dünyaya gəlmişdir. İddiaçı 2007-ci ilə kimi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almışdır. 2007-ci ildən isə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almır. Belə ki, iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsi dayandırılmışdır. Uşaqlarına da məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci verilmir. Onlara hətta məcburi köçkün vəsiqəsi də verilməyib. Halbuki iddiaçı məcburi köçkün olduğundan uşaqları da məcburi köçkün hesab edilirlər və onlara həm məcburi köçkün vəsiqələri, həm də məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci verilməlidir. Ona görə də iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi və uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ona ödənilməsi üçün köməklik edilməsini xahiş etmişdir. Lakin onun ərizəyə bu günə kimi cavab verilməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı söügedən iddia tələbi ilə bağlı Komitəyə ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli müraciəti, Komitənin 01/22179 nömrəli 15 oktyabr 2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı tərəfindən iddia tələbi “çörək pulunun bərpası” qismində qeyd edilsə də, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırda məcburi kökünlərə “çörək pulu” formasında heç bir müavinət ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi həyata keçirilir. Laçın rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 27.02.2006-cı il tarixdən 23.06.2015-ci il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 23.06.2015-ci il tarixdən isə ünvan 2 kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. İddiaçı 21.09.2020-ci il tarixli müraciətində “övladlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi”nə dair məsələni qeyd etsə də, müvafiq Qaydalarda müəyyən edilmiş sənədləri ərizəsinə əlavə etməmişdir. İsgəndərov X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət etməmiş və Komitə tərəfindən İddiaçı, övladlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir. Laçın rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının övladlarına vahid aylıq müavinətin ödənilməməsi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndi ilə yanaşı, Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət ödənilmir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladlarının anası X1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi yoxdur. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbini təsdiq edən sübut qismində iddiaçı məhkəməyə şəxsiyyət vəsiqələrinin, doğum və nikah haqqında şəhadətnamələrin, məcburi köçkün vəsiqəsinin təsdiq olunmuş surətlərini, 21.09.2020-ci il tarixli iddiaçının cavabdehə ünvanladığı ərizə və onun göndərilməsinə dair "xxxx" MMC-nin qəbzini təqdim etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etdi ki: AA seriyalı ******* nömrəli “məcburi köçkün” vəsiqəsinə əsasən, İddiaçı DövlətQaçqınkomun qərarına əsasən 04.11.2015-ci ildə məcburi köçkün statusu verilmişdir. AZE seriyalı ******** nömrəli, 22.06.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, xx.xx.1976-ci il təvəllüdlü İddiaçı doğulduğu yer ünvan 2 kəndi, yaşayış yeri ünvan 2 kəndi AZE seriyalı 14971414 nömrəli, 23.06.2015-ci il tarixdə verilimiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən 28.04.1990-cü il təvəllüdlü X1 doğulduğu yer Naxçıvan şəhəri; yaşayış yeri ünvan 2 kəndi. AZ-İ seriyalı 315910 nömrəli nigah haqqında şəhadətnaməyə əsasən, İddiaçı Hazverdi oğlu ilə X7 28.04.2007-ci il tarixdə nigahlarını bağlamışlar; nigah bağladıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrə əsasən, İddiaçı Hazverdi oğlu ilə X1 birgə nigahlarından 19 fevral 2007-ci il tarixdə X11, 27.02.2009-cu il tarixdə X10, 27.04.2010-cu il tarixdə X5 doğulmuşdur. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qəbul edir. Həmin Qaydalara uyğun olaraq “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi.köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim etməlidir. Qaydaların 2.4.6-cı bəndinə uyğun olaraq, rayonun işğalı zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Komitəyə müraciət etməlidirlər: 2.4.6.1. Ərizə forması; 2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə); 2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə); 2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış. 2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Həmin Qaydanın 4.1.-cü maddəsinə əsasən, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nönrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi həyata keçirilir. Həmin Qaydanın 2- ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. İşin faktiki hallarına əsasən, iddiaçı 27.02.2006-ci il tarixdən 23.06.2015-ci il tarixədək ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuş, 2015-ci ilin iyun ayından isə ünvan 2 kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məcburi köçkün statusuna isə iddiaçı 04 noyabr 2015-ci il tarixdən malik olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı Laçın rayonundan məcburi köçkün düşdükdən sonra bu rayon üzrə qeydiyyatdan çıxaraq Sumqayıt şəhəri üzrə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş ödənişlərin (müavinətin) ödənilməsi tələbi yuxarıda sadalanan qanunvericiliyinin normalarına ziddir. İddiaçının bu tələbinin hüquqi əsası mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uşağlarına müavinət ödənilməsi tələbi yuxarıda qeyd olunan Qaydanın 2.6-ci bəndinə görə əsassızdır. Belə ki, iddiaçının arvadı (valideynlərin biri) “məcburi köçkün” statusuna malik olmayan şəxsdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqların pozulması halları məhkəmə prosesi zamanı öz təsdiqini tapmamışdır. İddiaçının uşaqlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə gəldikdə isə, iddiaçı qanunvericiliklə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə cavabdehə müraciət etmədiyindən onlara məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası “uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi” hissədə mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı“iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar