Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4757/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağa mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X4 və İstismarı-Birliyinin xx.xx.2006-cı il tarixli, 27765 nömrəli müqaviləsinə və xx.xx.2006-ci il tarixli, 12 nömrəli protokoluna əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan, 1538 A nömrəli bağ sahəsi İddiaçı 2020-ci il tarixdə vəfat etmiş əri, X7 adma ayrılmışdır. Qeyd edilən ünvanda yerləşən 1538 A nömrəli bağın ərazisində 72,45 kv.m sahəsi olan bağ evi inşa edilmiş, ərinin vəfatından sonra bağ evi yararsız hala düşmüş, lakin həmin bağ hal-hazırda mübahisəsiz olaraq İddiaçı istifadəsindədir. “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı İddiaçı 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri 1 saylı Notariat ofisinin 28 iyul 2022-ci il tarixli, 529 nömrəli arayışına əsasən adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2. maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı, 2020-ci il tarixdə vəfat etmiş X7 adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum S.Hacıyevə məxsus olması haqqında arayışın verilməsi barədə ********** nömrəli ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********44 saylı məktubu ilə mahiyyəti üzrə cavab verməmiş və mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçı tərəfindən onun hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtinasında bildirmişdir ki, qeyd olunan məsələ ilə bğalı müraciətə xx.xx.2022-ci il tarixdə məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə idarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********35 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********78 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********44 xaricolma nömrəli məktublarla cavab verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritiəyə uyğun aparılmamışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, təqdim edilmiş 27765 saylı müqavilədə qeyd olunan yaşayış evi yararsız vəziyyətdədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X26 Hacı-baba qızı zəruri cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və cavabdehin nümayəndəsi bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş **********693 nömrəli ərizə ilə müraciət etmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddiaçı X3 cavadbdeh ƏMDX DƏDKR 1 saylı Bakı ərazi idarəsinə qarşı 2-1(112)-4757/2024 saylı iş üzrə üçüncü şəxs bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30-a təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlıdır, lakin məhkəmənin onun iştirakı olmadan keçirilməsini və İddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Bundan əlavə “Ləhiş” bağlar massivində yerləşən 1538 A nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş: 1538 a saylı bağ sahəsinə dair Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.m-dir. 1538 və 1538a saylı bağ sahəsi ümumi ərazidə göstərilir. Sahədə hasarlanma, mərzçəkmə işləri aparılmayıb, ara sərhəddi yoxdur. Bağ sahəsinin sərhədləri arxiv cizgisinə və sxematik xəritəyə uyğun hasarlandıqdan, məzrçəkmə işləri aparıldıqdan sonra ərizəyə yenidən baxılması məqsədəuyğundur. 1538 saylı bağ sahəsinə dair Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, vətəndaş tərəfindən sahədə hasarlanma işləri aparılmamışdır. 1538 və 1538 a saylı bağ kimi göstərilən sahələrin künc döngə nöqtələrinə mişar daşı qoyulmuşdur. xx.xx.1987-ci il tarixli 17340 nömrəli müqaviləyə əsasən Ləhiş bağ sahəsində 0,25 ha ölçülü 1539 nömrəli bağ sahəsi X5 uzunmüddətli istifadəsinə verilmişdir. V.Əliyev tərəfindən Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizədə o, adına Ləhiş sahəsində olan 1578 nömrəli bağlın 0,12 hektarını və evin hissəsini bacanağı X8 adına keçirilməsini xahiş etmişdir. S.Əliyeva tərəfindən Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizədə o, Ləhiş sahəsində olan 1578 nömrəli bağın 0,12 hektarının, evin hissəsinin X8 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bağ sahəsinə münasibətdə bölgü sxemi tərtib edilmiş, sxemdə bağ sahələrinin nömrələri 1538 A (sahəsi 0,12 ha) və 1538 (sahəsi 0,1144 ha) olaraq qeyd edilmişdir. Yol sxematik təsvirdə öz əlsini tapmışdır. Cizginin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Bağın icarəyə verilməsi haqqında 17340 nömrəli müqaviləyə (bağ 1538) əsasən Ləhiş qəsəbəsində 0,12 ha bağ sahəsi X6 verilmişdir. X15 Baş bağlar birliyinin rəisinə ünvanlanmış xx.xx.1990-cı il tarixli ərizəsində X5 adına olan Ləhiş bağlar sahəsindən 1578 nömrəli bağın 0,12 hektarının, evin hissəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bağın icarəyə verilməsi haqqında 27765 nömrəli müqaviləyə (bağ 1538 a) əsasən Ləhiş qəsəbəsində 0,12 ha bağ sahəsi X10 verilmişdir. X2 idarəsinin rəisinə xx.xx.2006-cı ildə ərizə ilə müraciət edərək, mərhum atası X11 adına olan 1538 a saylı bağın onun adına keçirilməsini xahiş etmişdir. X1 idarəsinə ərizə ilə müraciət edərək 1538 a saylı bağın qardaşı S.Hacıyevin adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. X13 Bakı şəhəri X4 və istismarı birliyinin rəisinə xx.xx.2006-cı il tarixli ərizə ilə müraciət edərək qardaşı Y.Hacıyevin adına olan 1538 a saylı bağın qardaşı oğlu S.Hacıyevin adına keçirilməsinə etiraz etmədiyin bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının X4 və istismarı Birliyi ilə bağlanmış Ləhiş ərazisindəki 1538 a nömrəli bağlı istifadəyə verilməsi haqqında 27765 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə əsasında, Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha sahəsi olan 1538 a nömrəli bağ X9 verimişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.7-ci maddəsinə görə 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, müvafiq müqavilə əsasında mübahisəli bağ sahəsi mərhum S.Hacıyevin istifadəsinə verilmişdir, həmin bağ ondan öncə atasının sahibliyinə və istifadəsinə verilən zaman qonşu bağ sahəsi ilə bölgüsü aparılmış, sxematik təsvir və cizgi tərtib edilmişdir. Hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin bölgü sxemi cavabdehin arxivində mövcuddur. Arxiv nüsxələri məhkəməyə təqdim edilmişdir. Belə olan halda cavabdeh heç bir əsas olmadan formal tələblərdən çıxış edərək iddiaçının müraciətinə imtina verməklə qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 1538 A nömrəli bağa mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X20.
Məhkəmə qərarları › İş №2-1(112)-4757/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4757/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver