Məhkəmə qərarları › İş №2-1(112)-4761/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4761/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4761/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X3 Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) ilə X4 arasında 1977-ci il tarixdə rəsmi nikah bağlanmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 2336/2019 saylı qətnaməsi ilə bu nikah pozulmuşdur.

2. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 83,10 kv.metr sahəsi olan 30/2 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ ½ pay X2, ½ pay isə İddiaçıya məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. İddiaçı xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh **********34 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirməklə İddiaçının tələbini təmin etməkdən imtina etmişdir.

5. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 19 may 2021-ci il tarixli, 2-1(112)-4761/2021 saylı qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, X4 ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 nömrəli evdə yenidənqurma edilmiş, torpaq sahəsində 7 yeni otaq tikilməklə ümumilikdə 11 otaq olmuşdur. Əmlak birgə nikah dövründə əldə edilsə də, İddiaçı hazırda həmin evdə qala bilmir. Belə ki, sözügedən evdə yenidən qurmalar edilmiş, eyni zamanda evin yerləşdiyi torpaq sahəsində əlavə otaqlar da tikilmişdir. Bunlar birgə nikah dövründə baş verməsinə baxmayaraq, keçmiş əri onu həmin evə qoymur və bununla da iddiaçının əmlak hüquqlarını pozur. Buna görə də iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və bildirdi ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan əmlaka dair yuxarıda sadalanan qanunvericiliyə əsasən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. İş üzrə məhkəmə iclasında iştirak edən üçüncü şəxs T.Abdullayev izahatında bildirdi ki, İddiaçının hazırki tələbi onun mülkiyyət hüquqlarını pozur. Belə ki, o, oğlu ilə birgə şəxsi vəsaiti hesabına sözügedən ünvanda yerləşən evdə yenidənqurmalar etmiş, habelə evin yerləşdiyi torpaq sahəsində əlavə otaqlar tikmişdir. Tikinti işləri aparılarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Belə ki, məlumatlandırma icraatı qaydasında tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti başa çatdıqdan sonra isə Suraxanı rayon İcra Hakimiyyətinə məlumat məqsədi ilə ərizə ünvanlanmışdır. Bunlar birgə nikah dövründə baş versə də, İddiaçının həmin əmlaka heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

11. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

12. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür.

14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələr üzrə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrə baxılarkən qaldırılmış iddianın hüquqi təbiəti, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olması müəyyənləşdirilməli, iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil edən hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

15. Hazırkı qərardadın 1-2-ci hissələrindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 83,10 kv.metr sahəsi olan 30/2 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ birgə nikah dövründə əldə edilmiş əmlak kimi ½ pay X2, ½ pay isə İddiaçıya məxsus olmaqla xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

16. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2313/2019 saylı inzibati iş materiallarından müəyyən olunur ki, üçüncü şəxs T.Abdullayev xx.xx.2019-cu il tarixdə Cavabdehə qarşı hazırkı tələbə uyğun tələblə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış və digər qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsini xahiş etmişdir.

17. Həmin inzibati işə əlavə edilmiş materiallardan aydın olur ki, mübahisəli torpaq sahəsində “A” və “B” tikililəri inşa edilmiş, fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi T.Abdullayevin adına tərtib edilmiş, T.Abdullayev torpaq sahəsində inşa etdiyi tikililərlə bağlı xx.xx.2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat vermişdir. Daha sonra T.Abdullayev tikintilərlə bağlı yerli icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədilə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmiş, ərizə təmin edilmişdir.

18. Beləliklə, aydın olur ki, iddiaçı və üçüncü şəxsin paylı mülkiyyətində olan əmlakda edilmiş yenidənqurmalar, həmin əmlakın yerləşdiyi torpaq sahəsində inşa edilmiş yeni tikililərlə bağlı iddiaçı və üçüncü şəxs müxtəlif vaxtlarda, ayrı-ayrılıqda məhkəməyə müraciət edərək həmin əmlaka hüquqların öz adlarına qeydə alınmasını xahiş etmişlər.

19. Hazırkı işdə iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı daşınmaz əmlaka hüquqularının qeydə alınması ilə bağlıdır, lakin yuxarıda qeyd olunanlardan da müəyyən olunduğu kimi, həmin əmlakın 3 otaqdan ibarət 83,10 kv.metr hissəsi artıq paylı mülkiyyət kimi iddiaçı və üçüncü şəxsin adına qeydə alınmışdır və əmlaka mülkiyyət hüququnun ½ hissəsi üçüncü şəxsə məxsusdur. Həmin əmlaka edilmiş yenidənqurmalar, əlavə edilmiş tikililərə münasibətdə isə tərəflər arasında mübahisə mövcuddur. Belə ki, iddiaçı yeni inşa olunan tikililərin birgə nikah dövründə tikildiyini, üçüncü şəxs isə həmin tikililərin öz vəsaiti və oğlunun vəsaiti hesabına inşa edildiyini iddia edir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

21. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxsin ona məxsus payını iddiaçıya verməsi, eyni zamanda yeni inşa edilmiş tikililər üzrə hüquqların tam şəkildə iddiaçıya məxsus olması müəyyən edilmədiyindən, həmin əmlaka dair hüquqlar üzrə iddiaçı və üçüncü şəxsin payları ilə bağlı onlar arasında razılıq olmamaqla, mübahisə mövcud olduğundan məhkəmə hesab edir ki, həmin mübahisə həll edilməyənədək hazırkı məzmunda iddia mümkün sayıla bilməz.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar