Məhkəmə qərarları › İş №2-1(112)-4767/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4767/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4767/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı Hacıbalayeva (Nəcəfova) Elmira Bədəl qızı 20 mart 1957-ci il doğumlu, atası: X9, anası X1 qeyd olunmuş Cavabdeh tərəfindən verilən doğum akt qeydinin təkrar verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 23 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 04 aprel 1957-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1282 sayla qeyd edilmiş bacısı X6 doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1959-cu il tarixdə anadan olmuşdur və hal-hazırda öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayır. Məhkəməyə ərizə verməyinin səbəbi bacısı Hacıbalayeva (Nəcəfova) Elmira Bədəl qızının doğum akt qeydinin Yasamal qeydiyyat şöbəsindən ala bilməməsidir. Belə ki, bacısı Hacıbalayeva (Nəcəfova) Elmira Bədəl qızı 20 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal qeydiyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra bacısı ailə quraraq Sumqayıt şəhərində yaşamışdır. Uzun illər orda yaşamış, sovet pasportu olmuşdur. Bundan sonra birgə nikahdan övladı olmadığından uzun müalicələr nəticəsində səhhətində baş verən xəstəliklər nəticəsində yataq xəstəsinə çevriİmişdir. Hal-hazırda bacısı onun himayəsindədir. Onun şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbindan o, bacısına dövlət tərəfindən təyin olunan pensiyanı, müəyyən güzəştləri təyin etdirə bilmir. Bacısının özündə heç bir sənəd qalmadığından heç bir addım ata bilmir. Belə ki, etibarnamə ala bilmir, həkimdə qeydiyyata saldıra bilmir. Bacısını öz himayəsinə gətirən zaman həmin ərəfələrdə başı yalnız onun müalicəsinə qarışdığından və qanunları lazımi qaydada bilmədiyindən bacısına lazım olan sənədlərlə maraqlanmamış, buna görə də şəxsiyyət vəsiqəsi, təkrar doğum haqqında şəhadətnamə almamışdır. Hal-hazırda isə bacısının doğum haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsindən ona imtina edilmiş, doğum haqqında təkrar akt qeydinin verilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/76 680/15 saylı məktubundan görünür ki, iddiaçının bacısı Nəcəfova (Hacıbalayeva) Elmira Bədəl qızının doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənədi və notariat qaydasında təsdiq edilmiş etibarnaməni təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Şəxsiyyətin müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən 13 iyun 2019-cu il tarixli AZ T № 099773 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1959cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqıda akt qeydləri kitabında 1959-cu ilin sentyabr ayında 3697 sayla qeyd edilmişdir. Atası qrafasında X9, anası qrafasında X2 yazılmışdır. İşdə olan İİ-ИЕ № 355318 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 dekabr 1969-cu il vəfat etmişdir. İşdə olan V-ЖГ № 254333 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması dövründə Nəcəfova (Hacıbalayeva) Elmira Bədəl qızının doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxarışın surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən xx/xx-1152/19 saylı, 19 iyun 2020-ci il tarixli məktub əsasında X4 doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş doğum haqqında aktı qeydindən görünür ki, X7 23 mart 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında bu barədə 1282 nömrə ilə 04 aprel 1957-ci il tarixdə qeyd edilmişdir. Atası qrafasında X9, anası qrafasında X2 yazılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı bacısı X7 23 mart 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum akt qeydi kitabında 04 aprel 1957-ci il tarixdə 1282 nömrə ilə qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı onun bacısı X6 təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən doğum haqqında şəhadətnamənin təkrar verilməsinin şəxsiyyət vəsiqəsi əsasında, digər şəxslərə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında verilməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Göründüyü kimi, X4 doğum akt qeydi mövcuddur və maraqlı şəxsə həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə X4 şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrin şəxsiyyət vəsiqəsi olmadan verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 23 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 04 aprel 1957-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1282 sayla qeyd edilmiş X6 doğum haqqında təkrar şəhadətnamənin İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 23 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 04 aprel 1957-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1282 sayla qeyd edilmiş X6 doğum haqqında təkrar şəhadətnamənin İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar