Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-477/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) X3 (Goranboy rayonunda qeydiyyatdadır, hərbçi), cavabdehin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı 26.06.1955-ci ildə Goranboy rayonu Kələk kəndində doğulmuşdur. Hal-hazırda Goranboy rayonu Kələk kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İddiaçı torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 01.04.1992-ci ildən 13.06.1992-ci ilədək Goranboy rayonu “özünümüdafiə batalyonunda” xidmət etməklə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən Goranboy rayonu, Ağdərə və Gülüstanın azad edilməsi üçün döyüşlərdə iştirak etmişdir. Lakin döyüşlərdə iştirak etməyi barədə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu səbəbdən iddiaçı bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və həmin orqandan iddiaçıya rəsmi cavab verilərək bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 04.03.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. Halbuki iddiaçı döyüşlərdə iştirak edərkən Goranboy rayonu Qaraçinar kəndində 13.06.1992-ci ildə yaralanmış və bu barədə müvafiq akt da qeydə alınmışdır. Həmçinin iddiaçı hərbi biletini də həmin vaxtı itirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən 18.02.2019-cu il tarixli 9/2-20119 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, Goranboy Ə.Ö.M.B komandirinin 01 aprel 1992-ci il tarixli 1 nömrəli əmrilə sıravi İddiaçı atıcı şöbəyə şöbə komandiri vəzifəsinə təyin edilmişdir. Goranboy Ə.Ö.M.B komandirinin 03 iyul 1992-ci il tarixli 6 nömrəli əmrində 1955-ci il təvəllüdlü, snayper sıravi İddiaçı iyun ayı üçün əmək haqqı alması barədə məlumatlar vardır. Goranboy Ə.Ö.M.B komandirinin sentyabr iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası cavabdeh Müdafiə Nazirliyinə münasibətdə mümkünlük şərtlərinə cavab verir. İddiaçı Müdafiə Nazirliyinə məhkəməyə müraciət etməzdən əvvəl müraciət etmiş və imtina cavabı almış, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmənin 28 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı münasibətdə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Müdafiə Nazirliyi məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cаvаbdеh Müdafiə Nazirliyinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. İş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 18.12.2019-cu il tarixli, 912-20119 nömrəli arxiv arayışına əsasən, arayış X5 ondan ötrü verilmişdir ki, X1 Ə.Ö.M.B komandirinin 01 aprel 1992-ci il tarixli, 1 nömrəli əmrilə (əsas: səh-8) sıravi X7 atıcı şöbəyə şöbə komandiri vəzifəsinə təyin edilmişdir. Goranboy Ə.Ö.M.B komandirinin 30 iyun 1992-ci il tarixli 6 nömrəli əmrində (əsas: §-1, səh-26) 1955-ci il təvəllüdlü, snayper sıravi X2 iyun ayı üçün əmək haqqı alması barədə məlumat vardır. Goranboy Ə.Ö.M.B komandirinin 31 iyul 1992ci il tarixli 7 nömrəli əmrində (əsasə: səh-36) qranatatan sıravi X2 iyul ayı üçün əmək haqqı alması barədə məlumat vardır. Goranboy Ə.Ö.M.B komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış və iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X2 yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 10.06.2019-cu il tarixdə 9/2- 7742 nömrəli məktubla X2 ünvanına və 10.12.2019-cu il tarixdə 9/2-19808 nömrəli məktubla SHXÇÜDX-nin Goranboy rayon şöbəsinə cavab göndərilmişdir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarənin iddiaçıya ünvanladığı 26.12.2019-cu il tarixli, 1/C-18612 nömrəli məktubuna əsasən bildirilmişdir ki, müharibə veteranı vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletinizin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidmət haqqında arxiv arayışı və.s sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət edildiyini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul edilə bilər. Əgər hərbi biletində xidməti ilə bağlı qeyd yoxdursa xidməti müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 09.08.2021-ci il tarixli, C/3192 nömrəli məktubuna əsasən bildirilmişdir ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyatda və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, iddiaçının 1992-ci ildən hərbi qulluqçu kimi Goranboy İÖMB-də xidmət keçdiyi nəzərə alınaraq, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət edilməsi məqsədəuyğundur. Məhkəmənin 20 sentyabr 2021-ci il tarixli sorğusuna cavab olaraq, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə 08.10.2021-ci il tarixli, 11/4796 nömrəli məktubuna qoşma olaraq Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 28 sentyabr 2021-ci il tarixli 4/2-970 nömrəli arayışı və ona əlavə edilən arxiv çıxarışları təqdim edilmişdir. Goranboy ƏÖMB-nun komandirinin 1 aprel 1992-ci il tarixli, 1 nömrəli əmrində göstərilmişdir:” Goranboy şəhərində aşağıda adları göstərilən tərkibdə özünümüdafiə 2-ci atıcı batalyonu yaradılsın və aşağıdakı vəzifələrin icrasına başlanılsın. Atıcı şöbə - şöbə komandiri, sıravi İddiaçı.” Goranboy ƏÖMB-nun komandirinin 1 may 1992-ci il tarixli, 2 nömrəli əmrində göstərilmişdir:” Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N nömrəli hərbi hissə adlandırılsın və müvafiq strukturaya uyğun olaraq aşağıdakı vəzifələrin icrasına başlanılsın: İ şöbəyə - topçu – operator, şəxsi İddiaçı. 1955-ci il təvəllüd. Orta təhsil.” Goranboy ƏÖMB-nun komandirinin 30 iyun 1992-ci il tarixli, 6 nömrəli əmrində göstərilmişdir: ”1992-ci ilin iyun ayı üçün batalyonun şəxsi heyəti və strukturu aşağıdakı qaydada müəyyən olunsun və buna müvafiq olaraq əmək haqqı verilsin. İ şöbəyə snayper, şəxsi İddiaçı. 1955-ci il təvəllüd. Orta təhsil.” Goranboy ƏÖMB-nun komandirinin 31 iyul 1992-ci il tarixli, 7 nömrəli əmrində qeyd edilmişdir: “1992-ci il iyul ayının əmək haqqıları şəxsi heyətə ödənilməsi batalyonun strukturuna uyğun olaraq, aşağıdakı qaydada müəyyən olunsun. İ şöbəyə qranatatan, sıra. İddiaçı.” Goranboy ƏÖMB-nun komandirinin 31 avqust 1992-ci il tarixli, 8 nömrəli əmrinə əsasən, 1992-ci il avqust ayının əmək haqqıları şəxsi heyətə ödənilməsini batalyonun strukturuna uyğun olaraq, İİİ şöbəyə - atıcı sıra. İddiaçı. İddiaçı əlavə olaraq sübut qismində məhkəməyə ambulator – stasionar xəstənin tibbi kartasından çıxarışı, SSRİ X11 heyətinin Azərbaycan SSRİ-nin DQMV-də və digər rayonların fövqəladə vəziyyət elan edilməsi barədə 15 yanvar 1990-cı il tarixli fərmanın icra edərkən qoşun hissələrinin hərəkətlərinin nəticəsində baş vermiş bədbəxt hadisə haqqında aktı məhkəməyə təqdim etmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçıya veteran adının verilməsindən cavabdeh Müdafiə Nazirliyinin imtinasını əsaslı hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşdə olan sənədlərlə iddiaçının hərbi hissəsinin tərkibində xidmət etməsi və döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunsa da, onun qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması barədə hərbi hissəsinin nizami hissə üzrə əmr və ya arxiv arayışı ilə təsdiq edilməmişdir. Bundan əlavə, cavabdeh orqan iddiaçının müraciətinə etdiyi imtinanı əsaslandırmış, onun səbəblərinin əsaslı olduğunu sübuta yetirmiş, iddiaçı və məhkəmə tərəfindən cavabdehin səbəb kimi gösdərdiyi halların əsassız və qanunsuz olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2,34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-477/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-477/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver