Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-477/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 60.000 (altmış min) manat məbləğində maliyyə sanksiyasının tətbq edilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlb etmənin xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı (VÖEN:**********) barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qəbul edilmiş, sözügedən akt əsasında isə xx.xx.2021-ci il tarixli, **********9613 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair ” qərar qəbul edilmişdir. **********9613 saylı qərarın hüquqi əsasını təşkil edən xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, sözügedən qərarın hüquqi əsası olaraq göstərilmiş xx.xx.2021-ci tarixli aktda vergi ödəyicisi İddiaçı tərəfindən 30 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi qeyd edilmişdir. Halbuki həmin akt tərtib edilən zaman iddia edilən 30 nəfər şəxsin yalnız 22 nəfərindən izahatı alınmış və aktlaşdırılmışdır. Sözügedən aktda geri qalan 8 nəfər ilə bağlı izahatlar öz əksini tapsa belə, həmin şəxslər tərəfindən izahatlar imzalanmamışdır. Aktda həmin şəxslərin ad və soyadları, şəxsiyyət vəsiqələrinin FİN kodu qeyd edilməsinə baxmayaraq, həmin şəxslər ilə aralarında nəinki xidmət münasibətləri, hətta əyani tanışlıq belə mövcud olmamışdır. Nəticədə, nə həmin şəxslərin kim olduğu, nə də onların törədildiyi iddia edilən qanun pozuntusunun tərkib hissəsi olmasının necə müəyyən edildiyi məlum deyildir. Akt yalnız akta imza atan şəxslər üçün dəlil olaraq qəbul edilir. Bu səbəblə həmin şəxslərlə münasibətdə qanun pozuntusuna yol verilməsi ilə bağlı iddialar inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Bu baxımdan aktın həmin şəxlərə dair hissəsində iddianı birmənalı olaraq qəbul etmirlər. İkincisi, vergi ödəyicisi ilə onun tərəfindən isə cəlb edilmiş şəxslər arasında əmək müqaviləsinin olmaması qanun pozuntusunun mövcudluğu üçün əsas deyildir. Belə ki, vergi ödəyicisi ilə işə cəlb edilmiş şəxslər arasında hansı münasibətin olmasının müəyyən edilməsi üçün həmin münasibətin xarakterinə nəzər yetirilməlidir. Əgər münasibət davamlı xarakter daşıyarsa, vergi ödəyicisi ilə şəxslər arasında əmək müqaviləsi, müvəqqəti xarakter daşıdıqda isə xidmət müqaviləsi bağlanmalıdır. Vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibətlərinin deyil, xidmət müqaviləsi münasibətlərinin olduğu aşağıda qeyd edilmiş 2 nüansla təsbit olunur: Vergi orqanı tərəfindən tərtib edilmiş 002494 nömrəli akta əsasən 22 nəfər şəxsdən götürülmüş izahatlardan da göründüyü kimi 4 nəfər şəxs xaricində, digər şəxslərlə vergi ödəyicisi arasında günlük şifahi xidmət müqavilələri olmuşdur. Yalnız 4 nəfər şəxs ilə vergi ödəyicisi arasında aylıq əmək münasibətləri mövcud olmuşdur. Vergi orqanının təzyiqləri nəticəsində xidmət müqaviləsi ilə işə cəlb edilmiş şəxslər vergi ödəyicisi tərəfindən əmək müqaviləsi əsasında işə daxil edilmələrinə baxmayaraq, 2-3 gün sonra onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Çünki həmin şəxslərlə faktiki olaraq əmək münasibətləri mövcud olmamış və yalnız vaxtaşırı olaraq hər hansı bir xidmət göstərdikləri təqdirdə onlara xidmət haqqı ödənilmişdir. Bu baxımdan sözügedən şəxslərlə vergi ödəyicisi arasında xidmət müqaviləsi əsasında yaranmış münasibətlərin mövcudluğu nəzərə alınmadan əmək müqaviləsinin olmaması səbəbi ilə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin hər hansı qanuni və hüquqi əsası mövcud deyildir. Vergi orqanının vergi ödəvicisi ilə isə cəlb edilmiş şəxslər arasında yaranmış münasibətlərin yalnız əmək münasibəti ola biləcəyi barəsində məsələyə yaxınlaşması tamamilə qanunaziddir. Belə ki, 002494 nömrəli aktın tərtib edilməsinə əsas hesab edilən vergi yoxlamasının keçirilməsinin səbəbi əmək müqaviləsi bağlamadan vergi ödəyicisi tərəfindən işçinin işə cəlb edilib-edilməməsi olmuşdur. Dolayısı ilə vergi yoxlamasının həyata keçirilməsi prosesi zamanı yoxlama predmeti xaricinə çıxılması yolverilməz hesab edilmiş və əmək müqavilələrinin mövcud olmadığı qənaətinə gəlinmişdir. Bu səbəbdən dolayı vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibəti xaricində digər münasibətin olması ehtimalı nəzərə alınmayaraq, vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilmiş və nəticədə vicdanlı və ədalətli davranış prinsiplərinə zidd addım atılmışdır. Həmin şəxslər arasında əmək müqaviləsi əvəzinə, xidmət müqaviləsi bağlandığı halda AR mülki qanunvericiliyinin tələblərinə əsasən tərəflərin hər hansı bir forma şərtinə əməl etməsi zəruri hesab edilməmişdir. Eləcə də, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin hər hansı tələblərə cavab verməsi nəzərdə tutulmamışdır. X22 məsuliyyətə cəlb edilməsi yalnız o halda mövcud ola bilərdi ki, vergi yoxlaması isə cəlb edilmiş şəxslərin məhz sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzinin olub-olmamasına dair həyata keçirilmiş olsun. Nəticədə sözügedən akt tərtib edildiyi əsas üzrə deyil, təqdim etdiyi əsas üzrə tərtib edilmiş olsa idi, bu halda qismən də olsa vergi orqanının mövqeyi haqlı hesab edilə bilərdi. Lakin onu da diqqətə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 221.8.5-ci maddəsinə əsasən sözügedən qəbzin əldə edilməli olması barəsində 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli dəyişiklik edilmiş və dəyişiklikdən çox qısa zaman sonra isə COVİD-19 pandemiyası səbəbi ilə İddiaçı vergi orqanında qeydiyyata alındığı xidmət sferası üzrə fəaliyyət müvəqqəti olaraq dayandırılmışdır. Nəticədə, vergi qanunvericiliyində edilmiş bu dəyişiklik praktikada tətbiq edilməməsi səbəbindən aktual hesab edilməmişdir. Bu halda belə, əgər vergi ödəyicisi sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında 10 (on) manat dəyərində olan qəbzin əldə edilməməsi səbəbindən ona həmin məbləğin 200 mislindən daha çox məbləğdə cərimə tətbiq ediləcəyini bilsə idi, o zaman tərəddüdsüz müvəqqəti xarakterli olmasına baxmayaraq işə cəlb etdiyi şəxslərlə də əmək müqaviləsi imzalamış olardı. Hazırki vəziyyətdə isə vergi orqanlarının vergi ödəyicisinə onun törətmiş olduğu qanun pozuntusunun əsl dəyərinin qat-qat daha çox misli həcmində cərimələrin tətbiq edilməsinə dair yaxınlaşması nəticəsində azad sahibkarlıq subyektlərinin fəaliyyətinin inkişafına birmənalı olaraq maneə yaranır və hətta bu vergi mənbəyinin bilərəkdən məhv edilməsinə səbəb olur. Beləliklə, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər iqtisadi əsasa malik olmalı, konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməməli, eləcə də vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair xx.xx.2022-ci il tarixli **********759700 №li iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, LGBİ-nin xx.xx.2021-ci il tarixli **********0624 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Etibar Bəkirov (Qaraçuxur qəs) ünvanında yerləşən “Şadlıq sarayı” adlı obyektində (Dəniz şadlıq evi) həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 30 (otuz) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002494 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 22 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişdirlər. 8 nəfər isə izahat verməkdən imtina etmiş, bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Bakı şəhəri LGBİ tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 60000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********-516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. İddiaçının obyektində keçirilmiş Operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş; aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2021-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; BŞLGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********0624 №-li, xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən Şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. BŞLGBİ-nin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********0685 №-li tələbnaməsi ilə İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrini əsas tutaraq - əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb olunmuşdur. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002494 №li xx.xx.2021-ci il tarixli aktdan və akta əlavədən görünür ki, BŞLGBİ-nin xx.xx.2021-ci il tarixli, DVX seriyalı **********0624 №-li qərarına əsasən İddiaçı məxsus obyektdə (ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayı”) keçirilən operativ vergi nəzarəti nəticəsində 02 avqust 2021-ci il tarixdə saat 18:00-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ictimai – iaşə obyektində cəlb olumuş 44 (qırx dörd) fiziki şəxsdən 30 (otuz) nəfər fiziki şəxsin (X23, X6, X12, X7, X3, X31, X4, X8, X13, X32, X51, X9, X10, X17, X33, X44, X24, X2, X25, X34, X26, X35, X45, X18, X19, X14, X1, X36, X46, X20, X37,) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuş və bununla bağlı İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyindən aktı imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. BŞLGBİ-nin əməkdaşları tərəfindən izahatları alınmış: - xx.xx.1991-ci il təvəllüdlü X23 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bir gündür ki, İddiaçı tərəfindən ofsiant vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən aşbaz vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1989-cu il təvəllüdlü X15 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1995-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən xadimə vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən bir gündür işə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.2003-cü il təvəllüdlü X31 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən musiqiçi vəzifəsinə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. xx.xx.1987-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bu gündən İddiaçı tərəfindən işə qəbul olunuğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqavilənin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1992-ci il təvəllüdlü X8 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bir günlük işə dəvət olunduğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1995-ci il təvəllüdlü X13 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə kababçı köməkçisi vəzifəsinə qəbul olundğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1996-cı il təvəllüdlü X32 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında bu gündən qəbul olunduğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1959-cu il təvəllüdlü X51 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik (toy şənliyi olanda) müsiqiçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1961-ci il təvəllüdlü X9 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik qabyuyan vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 12 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1966-cı il təvəllüdlü X10 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında gündəlik kababçı köməkçisi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.2001-ci il təvəllüdlü X17 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1989-cu il təvəllüdlü X33 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xadimə vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.2002-ci il təvəllüdlü X44 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1991-ci il təvəllüdlü X27 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını,elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında iyul ayının 1-dən nəzarətçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1955-ci il təvəllüdlü X25 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında 5 (beş) ildir ki işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 250 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1969-cu il təvəllüdlü X34 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xadiməçi vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.2004-cü il təvəllüdlü X26 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığı, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini bildirmişdir. - xx.xx.1991-ci il təvəllüdlü X38 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdən fəhlə vəzifəsində işlədiyini, əmək müqaviləsinin və ya xidməti müqavilənin olmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, gündəlik əmək haqqının 20 manat təşkil etdiyini bildirmişdir. BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9613 №-li, xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yeerinə yetirilməsinə cəlb etdiyinə görə 60000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********99614 №-li Tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı 60000 manat vəsaitin xx.xx.2021-ci il tarixədək ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 31 mart 2022-ci il tarixli Q2200887 saylı qərarı ilə “Fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 18 avqust 2022-ci il tarixli qərarla: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 29 nəfər şəxsi müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilməsi; Fiziki şəxs İddiaçı oğuna məxsus şadıq evində X23, X6, X12, X7, X3, X31, X4, X8, X13, X32, X51, X9, X10, X17, X33, X44, X24, X2, X25, X34, X26, X35, X45, X18, X19, X14, X1, X36, X46, X20, X16 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilmədikdən yayındırılmış 1138,35 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesabatlarına alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin Bakı şəhəri LGBİ-yə tapşırılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********440000 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Baş İdarənin İstintaq və təhqiqat idarəsinin 2- ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Sərxan Cəfərov tərəfindən fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi - ünvan 3 ünvanda yerləşən “Dəniz” şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 (otuz) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə CM-nin 162-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır.Həmin cinayət işi üzrə 28 nəfər işçi şahid qismində istintaqa verdikləri ifadələrində qeyd edilən şadlıq sarayında xx.xx.2021-ci il tarixdə və həmin tarixdən əvvəl əmək müqaviləsi olmadan işlərə cəlb edildiklərini, onlara işə götürülən zaman işəgötürən tərəfindən heç bir mülki və ya əmək müqaviləsinin təklif edilmədiyini göstərmişlər. Digər iki nəfər işçi, yəni X36 və X31 hazırda müddətli həqiqi hərbi xidmətdə olduqları üçün onların dindirilmələri mümkün olmamışdır.
Məhkəmənin mövqeyi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 30 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçı müəssisədə müvafiq olaraq "ofisant”, “xadiməçi”, “musiqiçi”, “kababçı köməkçisi” “fəhlə” və s. vəzifələrində işlədiklərini göstərmişlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən göstərilən şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol vermişdir ki, bu da vergidən yayınma faktı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vergi orqanının hesablamalarının səhv olduğu sübuta yetirilməmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev