Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4774/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N3 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti 35 saylı Şəhər Poliklinikasının xx.xx.N999-cu il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59- Dirsək və saidin travmaları => S52- Said sümüklərinin sınığı => S52.0= Dirsək sümyünün yuxar...., Diaqnozun mətni: Sağ said nahiyyəsinin odlu silah yaralanmasından sonra dirsək sümüyündə qəlpəli sınıq..” “Meyar: 2.2. İkinci dərəcəli əlillik => Digər: qəlpəli sınıq” səbəbi ilə xx.xx.N999-cu il tarixdə bir il müddətinə verilmişdir. İddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər Poliklinikasının xx.xx.2003-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi iə əlaqədar əlillik XN: XİX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S50-S59 – Dirsək və saidin travmaları => S52- Said sümüklərinin sınığı => S52.0 – Dirsək sümüyünün yuxar..., Diaqnozun mətni: Sağ said nahiyyəsinin odlu silah yaralanmasından sonra dirsək sümüyündə qəlpəli sınıq..” “Meyar: 2.3. üçüncü dərəcə əlillik => Digər: qəlpəli sınıq” səbəbi ilə xx.xx.2003-cü il tarixdə bir il müddətinə verilmişdir. İddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər poliklinikasının xx.xx.20N4-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 – Dirsək və saidin travmaları => S52- Said sümüklərinin sınığı=> S52.0 Dirsək sümüyünün yuxar..., Diaqnozun mətni: Sağ said nahiyyəsinin odlu silah yaralanmasından sonra dirsək sümüyündə çoxqəlpəli bitişmiş sınığı. Saidin funksiyasının pozulması “Meyar: 2.3. Üçüncü dərəcəli əlillik => Digər: qəlpəli sınıq” səbəb ilə xx.xx.20N4-cü il tarixdə bir il müddətinə verilmişdir. İddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər poliklinikasının xx.xx.20N5-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN” Xİİİ Sinif –Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 –Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları=> M99- Digər rubrikalarda təsnif olunmay...Diaqnozun mətni: Ətrafların deformasiyaları əl və ayaq barmaqlarının deformasiyaları. “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Ətrafların deformasiyaları əl və ayaq barmaqlarının deformasiyaları.” Səbəbi ilə xx.xx.20N5-ci il tarixdə bir il müddətinə verilmişdir. Elektron təyinat əsasında xx.xx.20N6-cı il tarixli “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici digər pozğunluqları=> M99- Digər rubrikalarda təsnif olunmay... Diaqnozun mətni: Ətrafların deformasiyaları əl və ayaq barmaqlarının deformasiyaları. “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Ətrafların deformasiyaları əl və ayaq barmaqlarının deformasiyaları.” Səbəbi ilə xx.xx.20N6-cı il tarixdə 5 il müddətinə verilmişdir. İddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər poliklinikasının xx.xx.202N-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: Xİİİ Sinif – Sümük -əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artopatiyalar => M20-M25-Oynaqların digər zədələnmələri => M2N –Ətrafların digər qazınılma deformasiyaları... Diaqnozun mətni: Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq. Saidin funksiyasının pozulması ilə.Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3nin bitişmiş sınığı, ağrılı çapıq, saidin funksiyasının pozulması ilə. Hipertoniya xəstəliyi İİ mərhələ Nevrasteniya Presbiopiya, os-billurun sklerozu, presbiopiya. “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış xəsarətlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş müavinətin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 04 nömrəli əmri ilə şəxsi heyət siyahısına daxil edilmişdir. Füzuli rayonu ərazisində erməni işğalçılara qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında xidmət keçərkən xx.xx.N994-cü il tarixdə yaralanmış və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Xəstəxanasında müalicədə olmuşdur. "Sağ saidin dəlib keçən güllə yarası, sağ dirsək sümüyü diafizinin çoxqəlpəli sınığı, mil sümüyünün zədələnməsi" diaqnozu qoyulmuşdur. Hərbi Hissə komandirinin 22 yanvar N994-cü il tarixli əmri ilə müalicə almaq üçün hospitala göndərilməklə 6-cı MAT-ın qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli qərarında "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" göstərilmişdir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin xx.xx.N995-ci il tarixli direktivinə əsasən şəxsi heyətin siyahısından 4 saylı Zona TSEK tərəfindən ona İİ qrup əlillik dərəcəsi verilmiş, əmək qabiliyyətsiz olmağı qeyd edilmişdir. Ona xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Lakin heç bir əsas olmadan xx.xx.202N-ci il tarixdə dayandırılmışdır. Əsas olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilir. Qeyd olunmalıdır ki, onun səhhətində heç bir yaxşılaşma halı, xəsarətin tam aradan qalxması halları baş verməmişdir. Ona İİ qrup əlillik dərəcəsi 2002-ci ildə verilmişdir və əlilliyin ləğv edilməsi üçün heç bir əsas yoxdur, göründüyü kimi xəsarət ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Əlillik dərəcəsinin bərpa edilməsi və təqaüdün verilməsi barədə cavabdehə tərəfə müraciət etmiş, əsassız olaraq imtina edilmişdir. Belə ki, onun əlillik müddətinin bitməsi və qoyulan diaqnozun əlillik əlaməti təyin edilməməsi barədə tibbi göstəriş olmadan formal olaraq təqaüd dayandırılmışdır, müayinə edilməmişdir. Onun xəsarət aldığı zaman mil sümüyü zədələnmişdir, ona qoyulmuş diaqnoz əlillik əlaməti təyin etməsinə baxmayaraq nəzərə alınmamışdır və nəticədə əsassız olaraq müavinət dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü qrup əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi iddiaçının inzibati orqana müraciəti, cavabdehin imtinasına uyğun olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 35 saylı Şəhər poliklinikasının xx.xx.202N-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik XN: Xİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artopatiyalar => M20- M25-Oynaqların digər zədələnmələri => M2N –Ətrafların digər qazınılma deformasiyaları... Diaqnozun mətni: Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq. Saidin funksiyasının pozulması ilə.Sağ saidin orta N/3-nin güllə yaralanması. Sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, saidin funksiyasının pozulması ilə. Hipertoniya xəstəliyi İİ mərhələ Nevrasteniya Presbiopiya, os-billurun sklerozu, presbiopiya. "Meyar: imtina edilir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı barəsində 03 sentyabr 202N-ci il tarixdə **********4 nömrəli protokola əsasən əyani müayinə olunmuş və diaqnoz əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.N və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: N.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). N.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə (2022-ci il iyulun N-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərarının N-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.N. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.N.N. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 8N-N00 faiz; 3.N.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 6N-80 faiz; 3.N.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 3N-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-N0, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-N0 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Cavabdeh iddiaçıya əlillik təyin etməsindən imtina edərkən onda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmişdir. Məhkəmə bu halı araşdırmaq üçün xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş N.08.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, sağ saidin orta N/3-nin güllə yaralanması, sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, sağ saidin orta N/3-nin güllə yaralanması, sağ dirsək sümüyünün orta N/3-nin bitişmiş sınığı, ağrılı çapıq, hipertoniya xəstəliyi İİ mərhələ, nevrasteniya, presbiopiya, os-billurun sklerozu, presbiopiya” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Lakin göndərişdə qeyd edilən ətrafların deformasiya və funksiyasının pozulması əyani müayinə zamanı öz təsdiqini tapmadı. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Qərardadda göstərilən digər suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın N-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.N-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi təqdim edilmiş rəydə göndərişdə qeyd edilən ətrafların deformasiya və funksiyasının pozulmasının əyani müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun N6.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Baxılan işdə cavabdehin öz diskression səlahiyyətlərini həyata keçirərkən qanunvericliyin tələblərinə zidd davrnaması müəyyən edilmir. Cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edərkən iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmiş, məhkəmə isə bu halı yoxlamaq üçün ekspertizanın keçirilməsini qərara almış və təqdim edilmiş ekspert rəyi ilə cavabdehin imtinasının əsaslılılığı öz təsdiqini tapmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.Nci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-4774/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4774/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver