Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4779/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.N.4-cü maddəsin əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.N.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ucar RHK tərəfindən hərbi xidmətə çağırılmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli NNN nömrəli əmri ilə həmin hərbi hissəyə daxil edilmişdir. N-N994-cü illərdə həmin hərbi hissənin tərkibində vətənin müdafiəsi uğranda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlərdə olan zaman bir neçə yerindən güllə yarası-xəsarət almışdır. Yaralanma ilə əlaqədar uzun müddət müalicədə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cii il tarixli, 278 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 363 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla tərxis olunmuş və hərbi bileti də şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Bütün bunlar hərbi biletində Mərkəzi Arxivin arayışında, o cümlədən də, Mərkəzi Hərbi Poliklinikanın (229 saylı H/H) arayışlarında öz təsdiqini tapır. Döyüşlərdə iştirak etməsinə baxmayaraq tərxis olunduqdan sonra ona veteran adı, o cümlədən də, Qarabağ əlilliyi dərəcəsi verilməmişdir. O, ömrünü, gününü, canını və həyatını vətən, dövlət, millət yolunda, dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrana həsr etmiş bir insandır. Vətənin darda olduğu bir məqamda o və onun kimi Azərbaycan oğulları düşmənə qarşı çıxaraq ölkənin qeydinə, qayğısına qalmış, millətin tapdalanmaması üçün var gücləri ilə döyüşmüşlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də, müraciətinin heç bir faydası olmamışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.N994-cü il tarixli 358 nömrəli arayışına əsasən müalicədən sonra N nömrəli hərbi hissəyə qayıtmadığından, yəni hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Əsasnaməyə əsasən ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Hesab edir ki, cavabdeh orqan ərizəsini təmin etməməklə və bu şəkildə cavab verməklə onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. İndiki halda o, veteran vəsiqəsi əldə edə, qanunveriliklə müəyyən edilmiş sosial hüquq və güzəştlərdən istifadə edə bilmir. Müdafiə Nazirliyinin müvafiq komissiyası onun hərbi döyüşlərdə iştirakını və əmrlə tərxis olunmasını təsdiq edən sübutları yetərli saymır və müharibə veteranı adının verilməsi üçün əsasların yetərli olmadığını bildirir, qəbul edilmiş imtina qərarından məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Halbuki, o, həmin hərbi hissədə xidmətdə olmuş, döyüşmüş, xəstəliyi ilə əlaqədar olaraq tərxis olunmuşdur. Cavabdeh təşkilat heç bir əss olmadan onun hərbi hissəni özbaşına tərtk etdiyini iddia etsə də, bu halı təsdiq edə bilmir. Əgər o, hərbi hissəni özbaşına tərk etsəydi barəsində cinayət işi başlanmış olar və hərbi biletinə də, komissarlıq və ya hərbi hissə tərəfindən bu barədə qeyd yazılmış olardı, mərkəzi arxivin arayışında məlumat aşkar olunardı. Bununla bağlı, onunla çiyin-çiyinə döyüşən, həmin vaxt yanında olan bir çox şəxslər var ki, onların şahid qismində məhkəmə iclasında iştirakını təmin edə bilər. O, hərbi hissəni özbaşına tərk etməmiş, uzun müddət müalicə olunduğuna görə hərbi hissə komandiri tərəfindən əmrlə tərxis olunaraq evə buraxılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, N/H-2363 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.N994-cü il tarixli. 358 nömrəli arayışına əsasən müalicədən sonra N nömrəli hərbi hissəyə qayıtmadığından, yəni hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli, 9/2-N39 nömrəli arxiv arayışından görünür ki, Ucar RHK-dan çağırılmış, N972-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, NN2 №-li əmrilə (əsas: səh.-N53, sıra-40) hərbi hissəyə daxil edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 278 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 363 №-li əmrilə (əsas: §NN, səh.-33, sıra-N77) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi bileti X3 Məntəqəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 43N8 nömrəli, xx xxxxxx N993-cü il tarixli notarial qaydada tərcümə və təsdiq edilmiş arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri N972-ci il təvəllüdlü İddiaçı, xx xxxxxx N993-cü il tarixdə hərbi komissiyası tərəfindən şəhadətləndirilib. Diaqnoz (rus dilində) və xəstəliyin səbəb əlaqəsi haqqında komissiyanın qərarı (yaralanmalar, kontuziyalar, zədələr, şikəstlik): Sol budun kor odlu güllə yaralanması nəticəsində sol budun a/3 sağalmayan irinli yarası (5ₓ4). Xəsarət, Azərbaycan Respublikasının müdafiəsi zmaanı alınmışdır. 33 maddəsinin N qrafasına əsasən xəstəliklərin və fiziki çatışmamazlığın cədvəli. Xəstəliklə əlaqədar 45 (qırx beş) günlük məzuniyyətə ehtiyacı var. 3 noyabrdan xx xxxxxx N993-cü ilədək. Məzuniyyət bitəndən sonra MHP gəlmək lazımdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 47NN nömrəli, xx xxxxxx N993-cü il tarixli notarial qaydada tərcümə və təsdiq edilmiş arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri N972-ci il təvəllüdlü İddiaçı, hərbi komissiya tərəfindən xx xxxxxx N993-cü il tarixdə şəhadətləndirilmişdir. Diaqnoz (rus dilində) və xəstəliyin səbəb əlaqəsi haqqında komissiyanın qərarı (yaralanmalar, kontuziyalar, zədələr, şikəstlik): Sol budun kor odlu güllə yaralanması nəticəsində bərkimiş dəri çapığı. Güllələr çıxarılıb. Yara dermatiti. Xəsarət, bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı alıb. Xəstəlilə əlaqədar 30 (otuz) günlük məzuniyyətə ehtiyacı var. N7 dekabrdan xx xxxxxx N994-cü ilədək. Məzuniyyət bitəndən sonra MHP gəlmək lazımdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikanın 229 nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 358 nömrəli, xx xxxxxx N994-cü il tarixli notarial qaydada tərcümə və təsdiq edilmiş arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri N972-ci il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikası MN MHP hərbi komissiya tərəfindən təsdiq olunub xx xxxxxx N994-cü il. Diaqnoz (rus dilində) və xəstəliyin səbəb əlaqəsi haqqında komissiyanın qərarı (yaralanmalar, kontuziyalar, zədələr, şikəstlik): aşağı a/3 yumşaq toxumaların odlu güllə yaralanması yerinin dermatiti. Xəsarət, bəli, hərbi xidmətdən keçdiyi zamanı alıb. Hərbi xidmətə yararlıdır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçının hərbi biletində onun, xx.xx.N-ci il tarixdən hərbi xidmətə çağırılması, uzun müddət müalicə olduğuna görə Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 278 №-li əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 363 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə qeydlər vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/2-N0N43 nömrəli məktubdan görünür ki, Bakı şəhərindən gəlmiş, Ucar RHK-dan çağırılmış, N972-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, NNN nömrəli əmrilə ((əsas: səh N53, sıra 40) hərbi hissəyə qəbul edilmişdir. Uzun müddət müalicədə olduğu üçün sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 278 №-li əmrin əsasən N №-li hərbi hissə komantinin xx.xx.N994-cü il tarixli, 363 №-li əmrilə (əsas: § NN, səh 33, sıra N77) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti X3 məntəqəsinə göndərilmişdir. İşdə olan Ucar rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2020-ci il tarixli, N87-N5N89-N220 nömrəli məktubdan görünür ki, İddiaçı barəsində şöbədə cinayət işi və heç bir təqsirləndirici material qeydə alınmamışdır. Məhkəmə işdə olan sübutlara qiymət verərək cavabdehin imtinasını aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh öz imtinasında iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.N994-cü il tarixli, 358 nömrəli arayışına əsasən müalicədən sonra N nömrəli hərbi hissəyə qayıtmamasına, yəni hərbi hissəni özbaşına tərk etdiyinə istinad etsə də, iş materiallarında olan sənədlərlə (229 nömrəli Hərbi Hissə tərəfindən verilmiş arayışlar, hərbi bilet, arxiv arayışı və s.) sübuta yetirilir ki, iddiaçı həqiqətən uzun müddət müalicədə olmuş, o, uzun müddət müalicədə olduğundan, Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 278 №-li əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 363 №-li əmrilə (əsas: § NN, səh 33, sıra N77) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti X3 məntəqəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı fərarilik etməmiş, uzun müddətli müalicədə olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının fərarilik etməsi ilə bağlı gətirdiyi dəlillər əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun N-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin N-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətin, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluçu statusu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya suyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməlllərdə iştirakı tədqiq olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4779/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4779/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver