Məhkəmə qərarları › İş №2-1(112)-4779/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4779/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4779/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçıya səyyar vergi yoxlamasına əsasən 2410035,96 manat vergi və digər sosial sığorta,1205458 manat maliyyə sanksiyasının hesablanmasının və tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçıya səyyar vergi yoxlamasına əsasən 2410035,96 manat vergi və digər sosial sığorta,1205458 manat maliyyə sanksiyasının hesablanmasının və tələb edilməsinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 27 dekabr 2019-cu il tarixli **********195422 saylı qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin təmir-tikinti sahəsinin auditi üzrə 1-ci şöbəsinin baş dövlət müfəttişi kiçik vergi xidməti müfəttişi X1 tərəfindən İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 28 dekabr 2019-cu il tarixdə başlanılmış və 02 fevral 2021-ci il tarixində başa çatdırılmışdır. Bu dövr ərzində yoxlama müxtəlif səbəblərdən müvəqqəti dayandırılmış, müddəti artıtılmışdır. 05 fevral 2021-ci il tarixli **********195516 saylı Səyyar vergi yoxlaması barədə akt xx.xx.2021-ci il tarixində müəssisəyə təqdim edilmişdir. Yoxlanılan dövrə İddiaçı MTK faktiki olaraq yaşayış və qeyri-yaşayış binaların tikintisi ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MTK-nın sədri N.B.Kərimov 16 may 2021-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********146227 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 mart 2021-ci il tarixli **********145599 saylı qərarını ləğv edib. Bununla əlaqədar olaraq, iddiaçı iddia ərizəsindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında **********146227 saylı 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********145599 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtina edilməsi barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 67, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçıya səyyar vergi yoxlamasına əsasən 2410035,96 manat vergi və digər sosial sığorta,1205458 manat maliyyə sanksiyasının hesablanmasının və tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbindən imtina edilməsi barədə ərizə təmin edilsin. İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçıya səyyar vergi yoxlamasına əsasən 2410035,96 manat vergi və digər sosial sığorta,1205458 manat maliyyə sanksiyasının hesablanmasının və tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar