Məhkəmə qərarları › İş №2-1(112)-4781/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4781/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4781/2020 14.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlu tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4, mənzil 80) cavabdeh – Bakı şəhəri Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının özünə məxsus mənzilə qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Xətai RPİ) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının özünə məxsus mənzilə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. Müvafiq sənədlərdə onun qeydiyyatda olduğu ünvan “Sadıqcan küçəsi, ev 4, mənzil 80” əvəzinə “Sadıqcan küçəsi, ev 4, mənzil 2” göstərilmişdir. Həmin küçədəki ev 4, mənzil 2 ünvanındakı daşınmaz əmlak isə, “qeyri-yaşayış sahəsi”dir. O, yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün hazırkı cavabdeh Bakı şəhəri Xətai RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina qanunsuz və əsassızdır. Mənzilə dair orderdə və müvafiq mənzil istismar sahəsinin verdiyi arayışda ona məxsus mənzilin nömrəsi “80” göstərilmişdir. Hətta onun oğlu Üzeyir Kərimov da “ev 4, mənzil 80” ünvanında qeydiyyatdadır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə, İPM-in 2.1, 34.1-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 13-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətlərinin qanunsuz sayılması və onun (iddiaçının) ünvan 1 ünvanından qeydiyyatdan çıxarılaraq həmin binanın 80 saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ıilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 03 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı Bakı şəhəri Xətai RPİ-yə qarşı iddia tələbinə dair müraciətinin Bakı şəhəri Xətai RPİ tərəfindən həlli mümkün olmamışdır. İddiaçının iddia tələbinə dair keçiriləcək məhkəmə iclasına Bakı şəhəri Xətai RPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunur. İş materiallarından görünür ki, iş üzrə İddiaçı 18 iyun 2020-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəmə araşdırılmasının iş üzrə təqdim olunmuş sənədlər əsasında yekunlaşdırılmasını xahiş etmişdir. Göründüyü kimi, iş üzrə tərəflər yazılı ərizələri ilə onların iştirakı olmadan işə baxılmasına razılığı ehtiva edən iradə nümayiş etdirmişlər. Belə olan halda məhkəmə hazırkı inzibati mübahisənin İPM-in 16.2-ci maddəsinin tələbləri tətbiq edilməklə şifahi məhkəmə baxışı keçirmədən həll olunmasını mümkün qiymətləndirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, “Bakıbaştikinti”nin Mənzil Kommunal İdarəsi tərəfindən 19 may 1994-cü il tarixdə Əbilov 830, 4 saylı evin (Yataqxana) 80 saylı mənzilinə dair İddiaçı adına 729 nömrəli order verilmişdir. Orderdə ailə tərkibi kimi İddiaçı və X1 göstərilmişdir. İş materiallarında olan Bakı ŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı MKTB 122 saylı MKİS-in 07 mart 2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin 80 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı ŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı MKTB 122 saylı MKİS-in 10 iyul 2020-ci il tarixli arayışında göstərilmişdir ki, Sadıqcan küçəsi, ev 4, mənzil 80 ünvanı əvvəllər Əbilov q-si, 830-cu keçid, ev 4, mənzil 80 olmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışa əsasən 17 mart 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 Bakı şəhəri, xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin 80 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin 80 saylı mənzilində yaşayan İddiaçı ünvanlanmış 1 aprel 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - 17 mart 2020-ci il tarixli müraciətə İdarənin Qeydiyyat məsələləri bölməsində baxıldı. Müraciətdə Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin 80 saylı mənzilinə qeydiyyata alınma məsələsinə köməklik göstərilməsi xahiş olunur. Müraciətə cavab olaraq bildirilir ki, o (ərizəçi İddiaçı), 21 fevral 2005-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmışdır və hazılrda da həmin ünvanda qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim edildiyi halda, göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı müvafiq order əsasında Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin (Yataqxana) 80 saylı mənzilində qanuni sahibidir. Onun yaşayış yeri üzrə qeydiyyatı həmin binanın 2 saylı mənzilinədir. Orderdə adı göstərilmiş X1 isə, binanın 80-ci mənzilində qeydiyyatdadır. İddiaçı onun qeydiyyatının səhv aparıldığını bildirərək, öz mənzilinə qeydiyyata alınması xahişi ilə cavabdeh Bakı şəhəri Xətai RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Həmin Qanunun 63.3-cü maddəsinə əsasən inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Həmin Qanunun 63.4-cü maddəssinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat alınmaq üçün şəxsin aşağıdakı sənədləri təqdim etməsi nəzərdə tutulur: - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda, şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə, şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin (Yataqxana) 80 saylı mənzilinə qeydiyyata alınması üçün əsas kimi, müvafiq order mövcuddur. Eyni zamanda, müvafiq ünvana qeydiyyata alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş hallar da ona münasibətdə mövcud deyil. Həmçinin nəzərə alınmalıdır ki, həmin orderdə adı göstərilmiş digər şəxs (Üzeyir Kərimov) sözügedən mənzildə qeydiyyatdadır və bu qeydiyyatı da hazırkı cavabdeh Bakı şəhəri Xətai RPİ aparmışdır. Odur ki, İddiaçı özünün qeydiyyat ünvanı ilə bağlı düzəliş edilməsi və ünvan 5vanından qeydiyyatdan çıxarılaraq həmin binanın 80 saylı mənzilinə qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətləri (imtinası) qanuni sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Xətai RPİ-nin hərəkətləri qanunsuz sayılmalı və İddiaçı ünvan 6 ünvanından qeydiyyatdan çıxarılaraq ünvan 7vanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RPİnin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh hərəkətləri qanunsuz sayılsın İddiaçı ünvan 6 ünvanından qeydiyyatdan çıxarılaraq Bakı şəhəri, ünvan 7vanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar