Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4782/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs X13 cəlb edilməklə) “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək Dövlət Miqrasiya Xidmətinin X5 vətəndaşı, 02 noyabr 2012-ci il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı qızı Bağırova Ceylaya “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə” qeydinin, 28 fevral 2019-cu il tarixində “vətəndaşlığın verilmiş olması barədə” qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, hüquqlarının müdafiəçisi Nümayəndə 2020-ci ilin mart ayında cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək azyaşlı qızı 02 noyabr 2012-ci il il tarixdə X5 Nyu-York şəhərində anadan olan, X5 vətəndaşına dair 13 dekabr 2012 il tarixdə verilən ********* №-li Pasportunun sahibi Ceylaya 28 fevral 2019-cu il tarixində hansı əsaslarla respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarı çıxarmış olduqları barədə məlumat almaq istədikdə ona cavab verməmişlər. İkinci dəfə 07 dekabr 2020-ci il tarixdə bir daha müraciət edib, azyaşlı Ceylaya Respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarının verilmiş olmasına səbəb olmuş sənədlərin təsdiq edilən surətlərini, həmçinin həmin əsassız qərarının ləğv edilməsi haqqında müraciətinə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi olmuş Talıbov Rzanın K/Ə-2452 №-li 18 dekabr 2020-ci il tarixində hazırlamış olduğu Respublikanın Vəkillər Kollegiyasının 11 saylı vəkil bürosunun müdiri olmuş X10 25 fevral 2019-cu il tarixində vermiş olduğu sorğusuna (17.08.2018-ci il tarixli 026973 №-li vəkil orderi) görə 02 noyabr 2012-ci il təvəlüdlü azyaşlı Bağırova Ceylanın Azərbaycan Respublikası vətəndaşlığın mənsubiyyəti araşdırılmışdı. Azərbaycan Respublikasının NazirlərKabinetinin 18.03.2015-ci il tarixində çıxmış 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin AR-in vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndinə görə Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdı. Cavabdeh təşkilatın - dövlət miqrasiya xidmətinin belə natamam, qeyri- obyektiv cavabı nə məni, nə də nümayəndəm Nümayəndə qane etmədiyindən, Nümayəndə 3-cü dəfə cavabdeh təşkilata müraciət edir ki, vətəndaşlığın verilmiş olmasına səbəb olmuş bütün sənədlərin təsdiq edilən surətləri və verilmiş 28 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. 13 fevral 2021- ci il tarixində cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi olmuş X17 Əfəndizadəyə ünvanlamış olduğu K7Ə-162 nömrəli 09 fevral 2021-ci il tarixində hazırlamış olduğu cavabında ““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci tarixində çıxmış qanuna görə Respublikanın vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs Azərbaycan Respublikası vətəndaşı sayılırdı, 02 noyabr 2012-ci il təvəllüdlü Ceylanın atası olmuş X7 Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdi” göstərmiş olmuşdu. Cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin azyaşlı Ceylaya 28 fevral 2019-cu il tarixində verilmiş respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarıyla bağlı toplanmış sənədlərin təsdiq edilən surətlərini təqdim etməkdən, vətəndaşlığı ləğv edilməsinə dair müraciətə dəqiq cavab verməkdən yayınması, iki dəfə vermiş olduğu cavablarında fərqli mövqeləri ortaya qoymuş olması çıxarılmış qərarın qanunsuzluğunu bir daha sübut edir. İddia ərizəsinin əvvəlində qeyd etdiyi və qoşmada təqdim ediləcək sənədlərdən məlum olacağı kimi azyaşlı qızı Ceyla X5 vətəndaşıdır. Azərbaycan Respublikasında isə ikili vətəndaşlıq qanunla təsbit edilmədiyindən azyaşlı qızı Ceylanın Azərbaycan Respublikası vətəndaşı kimi tanınması barədə cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin 28 fevral 2019-cu il tarixində vermiş olduğu qərarının əsası yoxdur. Məlum olduğu kimi ilkin olaraq şəxsin (o cümlədən azyaşlı uşağın) vətəndaşı olduğu xarici dövlətin vətəndaşlığına xitam verilməlidir. Lakin onun azyaşlı qızı Ceylanın X5 vətəndaşlığına xitam verilməmişdir, belə bir sənəd cavabdeh təşkilata - Dövlət Miqrasiya Xidmətinə təqdim edilməmişdir. Ən əsası da azyaşlı qızı Ceylanın valideyni - anası kimi onun bu proseslərdən xəbəri olmamışdır. O başqa məsələdir ki, üçüncü şəxs Bağırov Davud tərəfindən cavabdeh təşkilata - Dövlət Miqrasiya Xidmətinə saxta sənədləri təqdim etmiş olduğundan azyaşlı qızım Ceylaya Azərbaycan ərazisində vətəndaşlığın verilmiş olması baş tutmuşdu. Bəlkə bu səbəblərə görə cavabdeh təşkilat - Dövlət Miqrasiya Xidməti tərəfindən hüquqlarının müdafiəçisi Nümayəndə qəsdən tam, dolğun cavab, həmçinin, vətəndaşlığın verilmiş olmasının səbəbi kimi sənədlərin surətləri təqdim edilmirdi. Qoşmada təqdim ediləcək X5 Nyu-York şəhərinin X2 X1 Nyu-York şəhəri - Səhiyyə və Psixo-gigiyena İdarəsi tərəfindən qızı Bağırova Ceylaya 16 noyabr 2012-ci il tarixdə verilən Doğum haqqında Şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilən variantının notariat qaydasında təsdiq edilən surətinə, X5 vətəndaşına dair 13 dekabr 2012 il tarixdə verilən ********* №-li Pasportunun surətinə diqqəti yetirdikdə azyaşlı qızının ABŞ vətəndaşlığına mənsubluğuna şübhə qalmır. Həmçinin X5 Azərbaycan Respublikasındakı Səfirliyinin ona ünvanladığı 26 noyabr 2018ci il tarixli cavabından məlum olur ki, o azyaşlı qızı Ceyla ilə görüşməyi üçün dəfələrlə: 07 fevral 2017 –ci il, 07 mart, 12 mart, 14 mart, 20 iyun, 29 iyun, 05 iyul, 15 noyabr 2018-ci il tarixlərində onlara müraciətlər edib ki, azyaşlı qızı ilə görüşməyinə köməklik etsinlər. X18 və onun ailəsinin görüş imkanı vermədiklərindən onlar bunu həyata keçirə bilməmişdilər. Daha sonra X5 Azərbaycan Respublikasındakı səfirliyinin azyaşlı qızı Ceylaya dair 09 yanvar 2019-cu il tarixdə Bakı şəhərində hazırladığı X3 məlum olur ki, Bağırov Davud onlara (yəni ABŞ Səfirliyinə) icazə vermişdir ki, azyaşlı Ceyla ilə görüşsünlər. Bu bir daha azyaşlı qızı Ceylanın ABŞ vətəndaşlığına mənsubluğunu təsbit edir.
3. İddiaçı tərəfindən iddia tələbi Dövlət Miqrasiya Xidmətinin X5 vətəndaşı, 02 noyabr 2012 il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı qızı Bağırova Ceylaya “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə” ******* saylı 28 fevral 2019-cu il tarixində çıxarılmış qərarının ləğv edilməsi və etibarsız sayılmasına dair qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.
4. İddiaçı tərəfindən iddia tələbi Dövlət Miqrasiya Xidmətinin X5 vətəndaşı, 02 noyabr 2012 il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı qızı Bağırova Ceylaya “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə" 6872164-cü saylı 28 fevral 2019-cu il tarixində çıxarılmış qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.
5. Məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, İnzibati icraat haqqında qanunun 67.1-ci maddəsinə görə, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş Şəxsin Azərbaycan Respublikasına vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra - dövlət orqanları) sorğusu (bundan sonra - sorğu) əsasında başlanılır. Həmin Qaydaların 3.4.10-cu bəndinə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. İşin hallarından görünür ki, Ceyla 2012-ci ildə X6 doğulub və orada doğum haqqında şəhadətnamə verilib, daha sonra ona ABŞ-nın pasportu verilib. Beləliklə, Ceyla X5 vətəndaşıdır. Bu halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onun ABŞ-nın vətəndaşlığından çıxmasını təsdiq edən müvafiq sənəd olmalıdır. Belə sənədsə mövcud deyil. Ceyla indiyə qədər ABŞ-nın vətəndaşı olaraq qalır. Digər tərəfdən, onun atası, hazırki iş üzrə İİİ şəxs X20 Miqrasiya xidmətinə müraciət etməyib, onun əvəzinə onun Bakı şəhər Səbail rayon Məhkəməsində aparılan işlə bağlı hüquqlarını müdafiə edən Vəkil2 vəkil orderinin surəti əsasında, etibarnamə olmadan Ceylanın vətəndaşlığının mənsubiyyətinin müəyyən edilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət edib. Cavabdeh orqanın qərarından görünür ki. həmin qərar vəkilin müraciəti əsasında verilib. Bu isə yuxarıda göstərilən Qaydalara ziddir. Digər tərəfdən, iddiaçı inzibati aktın ləğv edilməsi üçün əvvəlcə Dövlət Miqrasiya Xidmətinə müraciət edib, daha sonra iddia ilə Bakı İnzibati Məhkəməyə müraciət edib. Odur ki, iddia mümkünlük şərtlərinə əməl olunmaqla verilib. Əlavə olaraq bildirir ki, azyaşlı Ceylaya vətəndaşlığın verilməsi qərarı barəsində İddiaçı Merim Beishekeyeva (Beyşekeyeva) nümayəndəsi Nümayəndə vasitəsi ilə 2020-ci ilin mart ayının sonlarında xəbər tutub. Nümayəndə də iddiaçının nümayəndəsi kimi, dərhal cavabdeh orqana- Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Cavabdeh qurum pandemiyanı, işçilərin əksəriyyətinin işə çıxmadığını bəhanə gətirərək onun ərizəsini icra etməyin mümkün olmadığını bildirmişlər. Nümayəndə 2020-ci ilin dekabr ayının əvvəlində cavabdeh orqana yenidən müraciət edib, hər gün onlara zəng vurub, tələb edib ki, bu dəfə pandemiyanı bəhanə gətirməsinlər. Bir müddət sonra dövlət qurumu ona cavab göndərib, lakin bu cavab iddiaçı və Nümayəndə qane etmədiyindən sonuncu 11 yanvar 2021-ci ildə yenidən həmin quruma müraciət edib. Həm cavabdeh təşkilatın qərarının ləğv edilməsini, həm də həmin qərarının və onunla əlaqədar toplanmış sənədlərin təsdiq edilən surətlərinin ona təqdim edilmələrini tələb etməsinə baxmayaraq onlar özlərinə sərf etmiş cavabı növbəti dəfə göndərmiş olduqlarından iddiaçı bu dəfə birbaşa Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. 3-cü şəxsin nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirib ki, guya hazırda Səbail rayon Məhkəməsində icraatında olan X9 Bağırova və digərlərinə qarşı “uşaqla ünsiyyət hüququn tanınmasına" dair iddiası üzrə iş materiallrında Ceylaya vətəndaşlığın verilmiş olması barədə sənədlər var. Bu həqiqəti əks etdirmir. Çünki iddiaçı Merim Beishekeyeva bu iddianı 15 yanvar 2021-ci ildə Səbail rayon Məhkəməsinə təqdim edib və 19 yanvar 2021-ci ildə iş məhkəmənin hakimi Şahin Abdullayevin icraatına iş №2(009)-589/2021 sayla verilib. Həmin məhkəmə prosesi indiyə qədər davam edir. İddiaçının nümayəndəsi isə cavabdeh orqana 2020-ci ilin mart ayında müraciət edib. Digər tərəfdən, Davud Bağırov tərəfindən həmin iddia ilə əlaqədar azyaşlı Ceylaya vətəndaşlığın verilmiş olması barədə qərarı iş materiallarında mövcud deyil və iddiaçıya təqdim edilməyib. Cavabdeh orqanın nümayəndəsi iddiaçı Merim Beishekeyevanın həm iddiası ilə, həm də məhkəmə tərəfindən verilən Sərəncamla əlaqədar etirazında iddiaçının nümayəndəsinin 2020-ci ilin mart ayının sonlarında cavabdeh orqana müraciətini cavablandırmadığını izah etməyib.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz edərək bildirdi ki, İddiaçı övladı X8 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və azyaşlı şəxsin Azərbaycan Respublikası vətəndaşı sayıldığı barədə 01.03.2016-cı il tarixli müvafiq arayış şəxsə göndərilmişdir. Lakin daha sonra cavabdehin nümayəndəsi qeyd edilən məsələni dəqiqləşdirərək həmin müraciətin İddiaçı tərəfindən deyil, uşağın atası Davud Bağırov tərəfindən edildiyini bildirmişdir. Bundan sonra vəkil sorğusu əsasında şəxsin yenidən vətəndaşlıq mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayıldığı barədə 28.02.2019-cu il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, azyaşlı şəxs X14 2012-ci ildə ABŞ-da anadan olarkən onun atası Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Bundan başqa, azyaşlı şəxsin valideynləri azyaşlı şəxs üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və həmçinin Azərbaycan Respublikasının pasportunun əldə edilməsi ilə bağlı DİN-nə müraciət etmişlər. Nəticədə azyaşlı şəxs qeyd olunan sənədlərlə təmin edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 4.1.5-ci bəndi) müddəalarına əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulduqda Azərbaycan Respublikasının vətəndaşı sayılır. İddia ərizəsində göstərilən digər tələbə ("Xüsusi qərardad” məsələsinə) gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. DMX qanunvericiliklə müəyyən edilmiş çərçivədə qeyd olunan şəxsə münasibətdə işin hallarını araşdırmış və müvafiq inzibati aktlar qəbul etmişdir. Odur ki, hesab edir ki, iddia həmin hissədə mümkün sayılmamalıdır.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbinə yazılı etiraz edərək bildirdi ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Buna qədər iddiaçı Merim Beishekeyeva cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi haqqında» iddia tələbi vermişdir. Həmin iş üzrə birinci instansiya məhkəməsi iddianın qismən qeyri-mümkün, qalan hissədə rədd edilməsi haqqında qərar qəbul etmiş, bundan sonra isə dəfələrlə apellyasiya və kassasiya instansiyalarında baxılmışdır. Kassasiya instansiyasının 13.12.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.06.2018-ci il tarixli qərarını ləğv edərkən kassasiya instansiyası hesab etmişdir ki, azyaşlı Ceyla Bağırovanın Azərbaycan Respublikasına mənsubiyyəti və təqdim edilən sənədlərin leqallaşdırılması araşdırılmalıdır. Həmin işə apellyasiya qaydasında baxılarkən iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin 02.05.2019-cu il tarixli qərardadı ilə qeyrimümkün hesab edilmişdir. Həmin məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin hazırkı 28.02.2019-cu il tarixli qərarı məhkəməyə və tərəfə onun tərəfindən təqdim edilmişdir. Bundan sonra həmin işə iki dəfə kassasiya instansiyasında və bir dəfə apellyasiya instansiyasında baxılmışdır. Tərəfin nümayəndəsi bütün şikayətlərində həmin qərara istinad etmiş və məlumatlı olmuşdur. Cavabdeh orqan isə məhkəmədə bildirdi ki, iddiaçı mübahisə etdiyi qərarı inzibati orqandan rəsmi almamış, qərarın ləğvi barədə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İPM-nin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17.09.2014-cü il tarixli Qərarına görə «yanlış iddia növlərinin münasibləri ilə əvəz edilməsi» müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur. Qeyd edirəm ki, hazırkı halda həll edilməli məsələ iddianın məhkəmədə baxılmasının mümkünlüyü məsələsidir. İPM-nin 38.1 maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının Dövlət Miqrasiya Xidmətinə ünvanladığı 12.01.2021-ci il tarixli ərizəsindən görünür ki, buna qədər eyni məzmunlu ərizə ilə 01.12.2020-ci İİ tarixdə də DMX-yə müraciət etmiş və cavab almışdır. 12.01.2021-ci il tarixli ərizənin 1-ci abzasında qeyd edir: «məlum olduğu kimi 01.12.2020-ci il tarixdə mənim tərəfimdən sizin adınıza sifarişlixəbərnaməli məktubla ərizə və ona qoşmadan sənədlər göndərilərək diqqətə çatdırmışam ki, 2020-ci ilin mart ayında bizə məlum olmuşdur ki, hüquqlarını müdafiə etdiyim Qırğızıstan Respublikasının vətəndaşı BƏƏ Dübay Əmirliyinin rezidenti M.Beishekeyevanın azyaşlı qızı ABŞ vətəndaşı Ceyla Bağırovaya rəhbərlik etmiş olduğunuz xidmət tərəfindən «Şəxsin AR vətəndaşlığına mənsubiyyətinin tanınması barədə» 28.02.2019-cu il tarixdə qərar çıxarmış olmuşdur.» Göründüyü kimi hazırda mübahisələndirilən Qərar iddiaçıya özünün etirafına görə hələ 2020-ci ildə əldə etmişdir. İş materiallarından isə görünür ki, hələ 2019-cu ilin mart ayından iddiaçının həmin qərardan məlumatı olmuşdur. Hesab edir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən iddiaçı iddia qaldırmaq hüququnu itirmişdir və buraxılmış prosessual müddətin bərpası barədə müraciət etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının iddia ərizəsinin baxılmasının qeyri-mümkün hesab edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş edir.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.
14. 488048595 nömrəli ABŞ vətəndaşının pasportundan görünür ki, 02.11.2012-ci il təvəllüdlü Baghirova Jeyla ABŞ vətəndaşıdır.
15. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 28 fevral 2019-cu il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil bürosunun 26 fevral 2019-cu il tarixli sorğusuna əsasən, 02 noyabr 2012-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, qərarın surətinin sorğu verən tərəfə təqdim edilməsi müəyyən olunmuşdur. Qərara əsasən, qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.
16. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 18.12.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri 11 saylı Vəkil bürosunun müdiri Vəkil2 22.05.2019-cu il tarixli sorğusu (17.08.2018-ci il tarixli 026973 nömrəli vəkil orderi) əsasında 02.11.2012-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti araşdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikaısnın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdiirlməsi Qaydası”nın 4.1.5ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.
17. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 09.02.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Araşdırma zamanı 02.11.2012-ci il təvəllüdlü X8 atası X7 Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir.
18. İddiaçı həmin qərarın ona təqdim edilmədiyini bildirir. Qeyd edilən qərarın iddiaçıya təqdim edilməsi müəyyən olunmur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. 02.11.2012-ci il təvəllüdlü X8 atası 21.01.1981-ci təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X13, anası 17.11.1987-ci il təvəllüdlü Qırğızıstan Respublikasının vətəndaşı Beishekeyeva Merimdir.
21. Nyu-York şəhəri X2 qeydiyyatı haqqında doğum haqqında 16.11.2012-ci il tarixli şəhadətnaməyə əsasən, Jeyla Baghirova (Bağırova Ceyla) 02.11.2012-ci il tarixdə ABŞın Nyu-York şəhərində doğulmuşdur və ona 13.12.2012-ci il tarixdə P USA ********* nömrəli ABŞ vətəndaşının pasportu verilmişdir.
22. X13 və Beishekeyeva Merim arasında ailə münasibətləri pozulmuş və tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri mövcud olmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarına əsasən (iş nömrə 2- 1(103)-1199/2020), iddia təmin edilmiş, 02.11.2012-ci il təvəllüdlü azyaşlı X8 adına Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2012-ci il tarixdə 1479-cu nömrəsi ilə aparılmış doğum haqqında akt qeydi ləğv olunmuş və bununla əlaqədar verilmiş AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən azyaşlı Ceyla Bağırovanın adına 12.12.2012-ci il tarixdə doğum haqqında akt qeydi aparılarkən sonuncuya artıq ABŞ-da doğum haqqında şəhadətnamə verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı Ceyla Bağırovanın adına doğum qeydi ABŞ-da aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Həmin qərar qanuni qüvvəyə minmiş və Səbail rayon qeydiyyat şöbəsi tərəfindən icra olunmuşdur.
24. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
25. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsfnin 3cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
26. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).
27. İddiaçının uşağı ABŞ-da doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir.
28. “Uşaq hüquqiarı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
29. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin birinci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, X22 Məhkəməsinin presedent hüququna əsasən, vətəndaşlıq məsələləri qeyri-mülki hüquq və vəzifələrə aid edildiyindən 6-cı maddənin təminatları hazırki mübahisədə keçərli deyil.
30. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
32. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
33. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin vətəndaşlığa (Azərbaycan Respublikasının) mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsi olsa da, yeganə məqsəd deyil. İddiaçının qızı ABŞ-ın ərazisində doğulmuş və ABŞ vətəndaşıdır. Lakin 02 noyabr 2012-ci il təvəllüdlü X14 ABŞ vətəndaşlığını könüllü deyil, doğum faktı ilə (“ius soli” (torpaq hüququ) əsasında) əldə etmiş və onun (“ius sanguinis” (qan hüququ) əsasında) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istisna edən hal mövcud deyildir.
34. İddia tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.4.10-cu bəndinə istinadına məhkəmə bildirir ki (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.
35. Odur ki, vətəndaşlıq mənsubiyyəti müəyyən edilən şəxs öz seçimi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdikdə həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədi təqdim etməlidir, yəni norma yetkinlik yaşına çatmış şəxsə öz mənsubiyyətini öz iradəsinə əsasən müəyyənləşdirilməsinə hüquq verir. Bu isə mahiyyət etibarilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin (digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi) icrasını təmin etməyə yönəlib.
36. İş üzrə verilmiş sorğu ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. 3.12. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. 3.13. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na 1 nömrəli əlavə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sorğu vərəqəsi”nin forması təsdiq edilmişdir.
37. Məhkəmə müəyyən edir ki, 11 saylı Vəkil bürosunun 26 fevral 2019-cu il tarixli sorğusu “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na 1 nömrəli əlavə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sorğu vərəqəsi”nə uyğun formada tərtib edilməsə də, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasından imtina edilməsi üçün əsas, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutların aşkar edilməməsidir. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış araşdırma zamanı isə müəyyən edilmişdir ki (inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir), 02 noyabr 2012-ci il təvəllüdlü X8 atası X13 Azərbaycan Respublikası vətəndaşıdır (doğulduğu vaxtdan hazırki vaxtadək). Odur ki, işin konkret halına görə ABŞ vətəndaşlığının könüllü qaydada əldə etməsi halı olmadığından (mənsubiyyəti sorğu edilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan), məhkəmə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutların aşkar edilmədiyi qənaətinə gəlmək üçün əsas müəyyən etmir.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Tələbin xüsusi qərardad çıxarılması hissəsini (dəqiqləşdirmədən əvvəl ilkin olaraq təqdim edilmiş) məhkəmə vəsatət xarakterli hesab edir. Əsas tələb təmin edilmədiyindən həmin hissədə vəsatət təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva