Məhkəmə qərarları › İş №2-1(112)-4783/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4783/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4783/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının Aktı”na uyğun olaraq mülkiyyət hüquqi üzrə qeydə alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun mülkiyyət hüququ üzrə qeydə alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış binasının “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda Qəbul Komissiyasının Aktı”na uyğun olaraq mülkiyyət hüquqi üzrə qeydə alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi icraata qəbul edilmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda həmin qeyri-yaşayış binası otel olaraq fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsinə dair çıxarış alınmamışdan əvvəl müvafiq icra hakimiyyəti orqanlarından tikilməsinə və layihələndirilməsinə icazələr alınmış və qeyri-yaşayış binası Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında və ünvan 2 ünvanında yerləşən otel binasının memarlıq-planlaşdırma həllində (Eskiz Layihəsində) binanın mərtəbəlilik sayı 4 mərtəbə qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən 3 mərtəbə tikilmiş və xx.xx.2010-cu il tarixində ümumi sahəsi 993.3kv/m, mərtəbəliliyi 3 olan qeyriyaşayış binasına və onun altında yerləşən 0.041 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə olunmuşdur. Daha sonra qeyri-yaşayış binası üzərində müvafiq dəyişikliklər aparılmış və layihədə olan 4-cü mərtəbə əlavə edilmişdir. Qeyri-yaşayış binasının layihəyə uyğun olaraq, 4 mərtəbə olmaqla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lazimi sənədlərin təqdim edilməməsi səbəbi ilə Daşınmaz əmlakın dövlət reystri haqqında qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhəri Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanında yerləşən fərdi ofis binasının binanın razılaşdırılmış eskiz layihəsinə əsasən təqdim olunmuş işçi layihəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03- 8/1577 nömrəli məktubu ilə razılaşdırılmışdır. 10 mart 2009-cu il tarixli Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında da obyektin mərtəbəlilik sayı 4 olaraq qeyd olunmuşdur. Göründüyü kimi hüquqmüəyyənedici sənədlərdə də qeyd olunmasına baxmayaraq işin halları natamam araşdırılmışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən qeyri-yaşayış binasının damüstü sahəsinin bağlandığı, dəmir rekonstruksiya ilə yan tərəflər açıq olmaqla aynabənd quraşdırıldığı və bir hissəsinin mərtəbə kimi istifadə olunduğu müəyyən edilmişdir. Odur ki, edilmiş dəyişikliklərlə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə sənədi təqdim edilməlidir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 993.3 kv.m, yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 410 kv.m-dır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında özünün və ya nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Faktiki hallar və sübutlar:

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 10633 nömrəli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanında 4 mərtəbəli ofis binasının işci layihəsində binanın davamlığına, o cümlədən seysmik normativ tələblərə uyğunluğu hissələrinin bu rəyin iradlarına uyğun ekspertiza müddətində təshih olunduğunu nəzərə alaraq, 5-ci bölmədəki tələblərin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə irad yoxdur. Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının 10 mart 2009-cu il tarixli aktında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya bitişik ərazidə MTK-nın sədri tərəfindən ofis binası inşa edilmiş, dörd mərtəbəli ofis binası layihə üzrə yanğına və gigiyena və epidemologiya normalara və qaydalara əməl edilmişdir, Obyekt istismara qəbul edilər bilər. Sözügedən aktda göstəricilər aşağıdakı kimi qeyd edilmişdir: Ümumi sahə - layihə üzrə 1027,67 kv.m, faktiki 1027,67 kv,m Ümumi torpaq sahəsi - layihə üzrə 513,36 kv.m, faktiki 513,36 kv.m Mərtəbələrin sayı – layihə üzrə 4, faktiki 4 Ümumi tikinti həcmi – o cümlədən yeraltı (zirzəmi)- layihə üzrə 3222,9 kub metr, 203,28 kub metr, faktiki - 3222,9 kub metr, 203,28 kub metr. ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına dövlət qeydiyyatına alınmış, ümumi sahəsi 993,3 kv.m, torpaq sahəsinin ölçüsü 0.041 ha göstərilmişdir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanında yerləşən "xxxx" MTK-ya bitişik ərazidə fərdi ofis binasının işçi layihəsi tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-24141/2023 **********41 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən qeyri-yaşayış binasının damüstü sahəsinin bağlandığı, dəmir rekonstruksiya ilə yan tərəflər açıq olmaqla aynabənd quraşdırıldığı və bir hissəsinin mərtəbə kimi istifadə olunduğu müəyyən edilmişdir. Odur ki, edilmiş dəyişikliklərlə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə sənədi təqdim edilməlidir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri- yaşayış binası ilkin olaraq "xxxx" MTK-nın adına dövlət qeydiyyatına alınmış, daha sonra alqı-satqı müqaviləsi əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

Məhkəmənin mövqeyi.

9. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin . 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. ünvan 4 ünvanında yerləşən qeyri yaşayış binası ilkin olaraq "xxxx" MTKnın adına dövlət qeydiyyatına alınmış, daha sonra alqı-satqı müqaviləsi əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İddaçı ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışda texniki göstəricilərin düzgün qeyd edilmədiyini bildirərək cavabdehə hazırki iddia tələbi ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən mübahisəli əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olmuş sənədlər sorğu edilmiş və cavabdeh tərəfindən həmin sözügedən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqmüəyyənedici sənəd üzrə (Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının 10 mart 2009-cu il tarixli aktı) ümumi sahə layihə üzrə 1027,67 kv.m, faktiki 1027,67 kv,m, ümumi torpaq sahəsi - layihə üzrə 513,36 kv.m, faktiki 513,36 kv.m göstərildiyi halda, hansı əsasla əmlakın ümumi sahəsi 993,3 kv.m, torpaq sahəsinin ölçüsü 0.041 ha kimi qeydiyyata alınması nə iddiaçının müraciəti əsasında ona təqdim edilmiş imtina məktubunda, nə də iddiaya dair təqdim edilmiş etirazda əsaslandırılmamışdır.

12. Odur ki, hazırda qanunvericilikdə göstərilən normalar əsasında iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının Dövlət reyestrindən çıxarışında dəyişiklik edilməsi hüququna malikdir.

13. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra edərək iddiaçının müraciətinə imtina etdiyi üçün qanunsuz hərəkətsizliyə yol vermiş, iddiaçı da pozulmuş hüquqlarının bərpası ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır.

14. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır və həmin mübahisənin məhkəmədənkənar həlli qaydası (cavabdeh öhdəliklərini icra etməkdən boyun qaçırdığı təqdirdə) mövcud deyildir, mübahisə yalnız məhkəmə müstəvisində həll oluna bildiyi üçün iddiaçı hüquqlarının qorunması üçün və cavabdehi öz öhdəliklərinin icra etməsinə məcburetmə və təsir göstərmə vasitəsi kimi məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır.

15. İnzibati orqan tərəfindən şəxsin müraciətindən imtinası hüquqi əsaslarına və müvafiq qanunvericiliyə uyğun olmalıdır. İddiaçının hazırkı tələbinin təmin edilməsi cavabdehin vəzifəsi olmasına baxmayaraq, həmin vəzifə yerinə yetirilməmiş və tərəfindən yerinə yetirilməyən vəzifə əsasında imtina edilməsi həmin imtinanın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməsi əsasını verir.

16. Buda iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki xidmət bölmələri (bundan sonra xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyri-yaşayış binasının “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı”na uyğun olaraq mülkiyyət hüquqi üzrə qeydə alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.

21. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26F ünvanında yerləşən qeyriyaşayış binasının “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”na uyğun olaraq mülkiyyət hüquqi üzrə qeydə alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar