Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4784/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (Baki şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 8, ev 4 ünvanında qeydiyyatda olan), 3-cü şəxs X3 (Baki şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 8, ev 4 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X7, X6 cəlb olunmaqla) üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X4, X2 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 8 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X3, X7 və X6 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, üçüncü şəxslər X1, X4, X2 ona məxsus ünvan 1-dən qeydiyyatdan çıxarılmaları vəzifəsinin Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, Dalan 8 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı İsrəfıl qızına məxsusdur. Həmin mənzil Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş 154506 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, Dalan 8 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi 27 noyabr 1998-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər iddiaçının uzaq qohumlarımdır. Həmin mənzildən qeydiyyatdan çıxarmaq istədiyi şəxslər X3, X7, X5r. Həmin şəxslər ümumiyyətlə həmin mənzildə yaşamamışlar və formal olaraq qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır, bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə təşkil edir, kommunal xidmət haqları ödəməli olur. Bununla bağlı cavabdeh ilkin olaraq Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Yasamal rayon Polis İdarəsinin 25 oktyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs X3 iddianın təmin edilməsinə və onun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin və digər 3-cü şəxslərin nümayəndələri şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı, 154506 №li, 30238 qeydə alma nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 İddiaçınun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 091-55140M-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X1, X4, X2 Bakı şəhəri, ünvan 2ndən qeydiyyatdan çıxarılmalarnını inzibati orqanın səlahiyyətlərinə daxil olmadığı, müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1992-cı il təvəllüdlü X6 Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə ünvan 3 ünvanda yerləşən 4 saylı evin kimin mülkiyyətində olmasına dair məlumatın və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı, 154506 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 08 sentyabr 1998-ci il tarixli 060360 №li müqavilədən görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 4 №li evi X8 12.000.000 manat ödəməklə ondan satın almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, Dalan 8 ünvanda yerləşən 4 №li fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətlərindədir. İddiaçının dəlillərinə əsasən sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarını tələb etdiyi üçüncü şəxslər onun uzaq qohumlarıdırlar. Həmçinin 3-cü şəxs X3 məhkəmə iclasında verdiyi izahatında sözügedən mənildən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının dəlillərinə istinadən 3-cü şəxslər ona məxsus evdə formal olaraq pasport qeydiyyalındadır, lakin, faktiki olaraq heç vaxt yaşamamışdır. İddiaçı üçüncü şəxslər X3, X7 və X2 ona məxsus evdən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamamaları, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 23-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X3, X7. X6 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, Dalan 8 ünvanda yerləşən 4 №li fərdi yaşayış evində yaşamadıqları halda həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslər X3, X7 və X2 Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, Dalan 8 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evidən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər X3, X7 və X2 İddiaçı məxsus ünvan 1-dən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4784/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4784/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver