Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4785/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xüsusi X4rşı əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Xüsusi X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmək pensiyasının xx.xx.2015-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbdən birdəfəlik ödənilməsi hissəsini çıxararaq, İddiaçı dövlət qulluğu vəzifələrində qulluq stajına görə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər dövlət qulluğunda çalışmış, mühüm əhəmiyyətli vəzifələr tutmuşdur. Belə ki, xx.xx.1976-xx.xx.1979-cu il tarixlərində Lenin adına İnstitutun (indiki Azərbaycan Respublikası Pedoqoji Universiteti) dil ədəbiyyat fakültəsində katibə-makinaçı vəzifəsində, xx.xx.1979-xx.xx.1980-ci il tarixlərində Lenin adına İnstitutun (indiki Azərbaycan Respublikası Pedoqoji Universiteti) dil ədəbiyyat fakültəsi üzrə katibə vəzifəsində, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərində Azərbaycan SSR-nin Dövlət Neft Məhsulları Komitəsinin neft məhsullarının ticarəti və daşınması üzrə Bakı şəhər bazasında mühasib vəzifəsində, xx.xx.1986-xx.xx.1987-ci il tarixlərində Bakı şəhər Telefon Şəbəkəsində mühasib vəzifəsində, xx.xx.1987-xx.xx.1988ci il tarixlərində Azərbaycan SSR Nazirlər Kabineti yanında Bitkilərin karantini üzrə Dövlət Müfəttişliyində böyük mühasib vəzifəsində, xx.xx.1988-xx.xx.1995-ci il tarixlərində Azərbaycan SSR Nazirlər Kabineti yanında Bitkilərin karantini üzrə Dövlət Müfəttişliyində bitkilərin dərmanlanması şöbəsi üzrə birinci dərəcəli mühasib vəzifəsində, xx.xx.1995xx.xx.2000-ci il tarixlərində Azərbaycan SSR Nazirlər Kabineti yanında Bitkilərin karantini üzrə Dövlət Müfəttişliyində aparıcı iqtisadçı vəzifəsində çalışmışdır. Göründüyü kimi, uzun illər dövlət qulluğunda mühüm əhəmiyyəti olan vəzifələrdə çalışmışdır. Lakin hal-hazıra qədər ona nə dövlət qulluğu stajına görə, nə də ümumi iş stajına görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək dövlət qulluğu üzrə əmək stajına əsasən ona əmək pensiyasının təyin edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir.Cavabdeh inzibati orqan müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda qadınlar üçün 61.5 yaş) çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Sığorta stajı 25 ildən az (17 il 10 ay 12 gün) olduğu və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir, lakin onun dövlət qulluğunda stajı 13 il 15 gün təşkil edir.Hesab edir ki, cavabdeh inzibati orqanın ona ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubu əsassızdır və qanunaziddir. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunda ilk öncə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsaslanır və qeyd edir ki, həmin qanunun tələblərinə əsasən onun yaşa görə pensiya hüququ yoxdur. Lakin həmin normanın tələbləri ona şamil edilə bilməz. Belə ki, onun əmək pensiya hüququ xx.xx.2015ci il tarixində yaranmışdır və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluğu stajına görə əmək pensiyası hüququ 2015-ci ildə artıq mövcud idi. Cavabdehin imtina məktubunda qeyd etdiyi maddi hüquq norması 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmişdir. Həmin maddi hüquq norması onun hüquqi vəziyyətini ağırlaşdırdığına görə qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması, bir növündən başqa növünəkeçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.Qanunvericiliyin tələblərindən də görünür ki, hazırkı mübahisəyə 2017-ci ilin 1 iyuluna qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir.2017-ci ilin 1 iyuluna qədər qüvvədə olmuş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;2017-ci ilin 1 iyuluna qədər qüvvədə olmuş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd olunan qanunvericiliyin normaları baxımından nəzərə alınsa, müəyyən olunur ki, xx.xx.2015-ci il tarixində onun 57 yaşı tamam olmuş və 5 il sığorta stajına malik olmuşdur. Bu halı təsdiq edən şəxsiyyət vəsiqəsi və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Ona görə də cavabdehin imtina məktubunun birinci hissəsinin əsassız olması qanunvericilik normaları və işin faktiki halları ilə öz təsdiqini tapır.Cavabdeh inzibati orqan imtina məktubunun ikinci hissəsində hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad edir və dövlət qulluğu stajı üzrə əmək pensiyası alması üçün minimum 15 il qulluq stajının olmadığını qeyd edir. Lakin həmin hissədə də cavabdeh inzibati orqan onun pensiya hüququnun yarandığı vaxtdan 2 il sonra qəbul edilən və qüvvəyə minən qanuna istinad etmişdir. Halbuki pensiya təyin edilməsi ilə bağlı müraciəti araşdırılarkən pensiya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericilik normaları, yəni xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq olunmalı idi.xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin tələblərinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-cimaddəsinin tələbinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-cimaddəsinin tələbinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.Göründüyü kimi, onun pensiya hüququ yarandığı vaxt, yəni xx.xx.2015-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluğunda xidmət illərinin minimum həddi 5 il olmuşdur ki, bu da ona pensiya təyin edilməsi üçün əsas idi. Cavabdeh inzibati orqan öz imtina məktubunda dövlət qulluğu üzrə stajının 13 il 15 gün olduğunu təsdiq edir, bu hal işin mübahisəsiz halıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qulluğuna dair inzibati və yardımçı vəzifələrin təsnifat toplusunun siyahısında dövlət qulluğunda çalışdığı vəzifələr konkret olaraq göstərilmişdir.Bundan əlavə ona pensiya təyin edilərkən xx xxxx 2017-ci ilə qədər qüvvədə olan qanunun tələbləri nəzərə alınmaqla təyin edilməlidir.xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələblərinə əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia ərizəsi ilə müraciət edərək dövlət qulluğu vəzifələrində qulluq stajına görə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən hesablanaraq verilməsini öhdəliyini cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə əsassız hesab edilir. Belə ki, iddiaçı eyni məzmunlu müraciətlə idarəyə müraciət etmişdir. Qeyd edilən müraciətlə əlaqədar idarədə araşdırma aparılmış və bu zaman müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğunda iş stajı 13 il 15 gün, ümumi iş stajı 17 il 10 ay 12 gündür.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-cı maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınln minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Həmin Qanunun 20.1.7-ci maddəsində göstərilmişdir əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11.1-ci maddəsində göstərilmişdir ki, dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsində göstərilmişdir ki, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının dövlət qulluğunda iş stajı qanunvericilikdə qeyd edilən iş stajından az olduğundan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979cu il tarixədək institutda katibə-makinaçı, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək katibə, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR X5 üzrə Dövlət Komitəsinin Bakı mal-nəqliyyat yükboşaltma neft bazasında mühasib, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı şəhər X2 mühasibatlığın uçotnəzarət qrupuna mühasib, xx.xx.1987-ci il tarixdən SSRİ Dövlət Aqrosənaye Komitəsinin Dövlət X3 dəstəsinin böyük mühasib, xx.xx.1988-ci il tarixədən birinci kateqoriyalı mühasib, xx.xx.1995-ci il tarixdən aparıcı iqtisadçı vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət X1 ləğv edilməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2015-ci il tarixdən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda qadınlar üçün 61,5 yaş) çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Sığorta stajı 25 ildən az (17 il 10 ay 12 gün) olduğu və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı imkan vermədiyi üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 20.1.7, 20.11.1 və 20.11.2ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Lakin onun dövlət qulluğundan iş stajı 13 il 15 gün təşkil edir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğundan iş stajının 13 il 15 gün təşkil etməsi işin mübahisə edilməyən halıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluğunda qulluq stajının nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İşin hallarından görünür ki, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edildiyi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı işə hüquq münasibətinin yarandığı, yəni iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri tətbiq edilməli və iddia təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxx 1958ci il təvəllüdlü olmaqla, 57 yaşı xx xxx 2015-ci il tarixdə, yəni xx.xx.2017-ci il tarixədək yaranmışdır. Həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Göründüyü kimi 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. İddiaçının dövlət qulluğundan qulluq stajının 13 il 15 gün təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ona əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017ci il tarixdə qüvvədə olmuş 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı dövlət qulluğu vəzifələrində qulluq stajına görə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməli və əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı dövlət qulluğu vəzifələrində qulluq stajına görə xx.xx.2015-ci il tarixindən əmək pensiyası təyin edilsin və əmək pensiyasının məbləği müəyyən edilərkən xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4785/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4785/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver