Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-479/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X9 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X13 X12 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnu əldə etdiyi gündən 3 il əvvəl ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı xx.xx.2013-cü ildən 52 yaşdan ona pensiya təyin edilməsi, müraciət edildiyi tarixdən geriyə 3 ilin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X13 X12 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxması ilə bağlı cavabdehə müraciət edərək qanunvericiliyə əsasən onun sığorta iş stajını və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışması ilə əlaqədər ona güzəştli olaraq əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X13 X15 İdarəsi xx xxxx 2019-cu il tarixli **********3 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, onun vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr siyahısında nəzərdə tutulmamışdır. O, xx.xx.1980-ci il tarixindən xx.xx.1991-ci il tarixədək, yəni 11 il 01 ay 06 gün olaraq Bakı X2 kommutator sexinin 3-cü dərəcəli telefonçusu vəzifəsində çalışmışdır. Bu faktı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin xx.xx.2019-cu il tarixli, MA-166 nömrəli arxiv arayışı təsdiq edir. Əlavə olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin MA-164 və MA-165 nömrəli arxiv arayışında onun 1981-ci ildən 1990-cı ilə qədər əmək haqqı göstərilmişdir. Bundan başqa onun ümumi olaraq sığorta stajının 20 ildən çox olması ИT- 0566729 nömrəli əmək kitabçası ilə təsdiq edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı qüvvəyə minənə qədər onun artıq 10 il xüsusi zərərli və ağır olan və 20 ildən çox ümumi sığorta stajı var idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı qüvvəyə minənə qədər “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qüvvədə idi. Həmin qərarın 2 nömrəli siyahısında göstərilən “XXİX Rabitə” bəndinin 23100000-19093 nömrəli koduna əsasən “şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu əldə edirlər. Onun əmək stajı, yaşı və zərərli işdə iş stajı əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminat haqqında” Qanun ilə təmzimlənir və həmin Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən “əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa” əmək peniyası təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Yuxarıda qeyd olunanlardan görünür ki, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X13 qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla əlaqədar məhkəmə təcrübəsinə müraciət edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin X6 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır.Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab olunabilər. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və X11 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Lakin göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə X4 şəhərində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş MA-166 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən Hüseynova (Abişeva) Esmira Məmmədovna xx.xx.1980-ci il tarixdən (xx.xx.1980-ci il tarixli, kş/85 “a” №li əmr) Bakı X2 kommutator sexinə 3-cü dərəcəli telefonçu vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1981-ci il tarixdən (xx.xx.1981-ci il tarixli, kş/40 №li əmr) xətt xidmətinə 3-cü dərəcəli telefonçu vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/86 №li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Arzu” tikiş sexində paltar dərzi ustası, xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X3 Kommutator sexində 2-ci və 3-cü dərəcəli telefonçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək “Rziobitprom” X8 xadimə vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək “Rəşad-92” kiçik müəssisəsində anbar müdiri vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X10 İdarəsində müxtəlif vəzifələrdə, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxxxxxxxxxxxxxxxx” MMC-də çayçı vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək “Caspian Wireline Services” LTD şirkətində xadimə vəzifəsində, xx.xx.2019-cu il tarixdən X10 İdarəsində texnik-operator vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********3 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdə onun xx.xx.1980-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Bakı Şəhərlərarası Telefon Stansiyasında əmək fəaliyyəti ilə məşğul olduğu telefonçu peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2013-cü il tarixdə tamam olduğundan, onun pensiya hüququ həmin tarixdən yarandığından, məhkəmə qeyd edir ki, hazırkı işə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin həmin Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajına malik olması mübahisələndirildiyindən, məhkəmə tərəfindən iddiaçının işlədiyi telefonçu vəzifəsinin güzəştli iş stajı verən vəzifəyə aid olub-olmaması araşdırılmış, bununla bağlı İddiaçı işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulub-tutulması barədə məlumatın verilməsi sorğu əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 1-2-17/85-20 saylı məktubda göstərilmişdir ki, Hüseynova (Abişeva) Esmira Məmmədovnanın Bakı X2 kommutator sexində çalışdığı telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısının (2 nömrəli əlavə) XXİX. Rabitə bölməsinin 23100000-19093 şifərsinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən vəzifələrə uyğundur. Göründüyü kimi iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrdə Bakı X2 Kommutator sexində işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XXİX. Rabitə bölməsinin 23100000-19093 bəndində şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları vəzifəsinə uyğundur. Həmin dövr üzrə güzəştli iş stajı 10 il 09 ay 06 gün təşkil edir. Həmçinin iş materialında olan iddiaçıya məxsus əmək kitabçası əsasında müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 il 03 ay 04 gün təşkil etmişdir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyiAzərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X13 X12 üzrə Mərkəzi Filialı həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-479/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-479/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver