Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-479/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi, daha spnra isə iddianən dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan deyil, 57 yaşdan təyib edilib yenidən hesablanması və əvvəlki illərin fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1947-ci il təvəllüdlü iddiaçı xx.xx.1966-ci ildən xx.xx.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin, 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən "Asfalt Betonçu, Yol Ustası və İş İcraçısı" vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1997-ci il tarixə kimi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını topladığı üçün «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən ona yaşa və staja görə əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13- cü maddəsinin «b» bəndinə əsasən 55 yaşından, yəni xx.xx.2002-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmalı və həmin tarixdən hal-hazıradək yaranmış fərq birdəfəyə ödənilməlidir. İddiaçının xx.xx.1966-ci ildən xx.xx.1997-ci ilədək 28 il 06 ay 06 gün ümumi əmək stajı var, həmin stajın 14 il 03 ay 20 gün zərərli işlərdə işləmişdir. Hətta, sonuncu iş yeri olan 835 saylı Yol Tikinti İdarəsində 12 il 01 ay 03 gün (xx.xx.1985xx.xx.1997) güzəştli iş stajı mövcuddur. Həmin iş yerindən alınmış "işçilərin ştat cədvəlindəki vəzifələrə təyin edilməsi haqda əmrləri və əmək haqqı cədvəlləri" işə əlavə edilir. Beləliklə, xx.xx.1984-ci ildən xx.xx.1985-ci ilə qədər SU-87 saylı Yol Tikinti İdarəsi "3cü dərəcəli Betonçu" - iş stajı 0 il 11 ay 24 gün (2290000a —11140), xx.xx.1985-ci ildən xx.xx.1987- ci ilə qədər 835 saylı Yol Tikinti İdasəsi "Yol Ustası" - iş stajı 2 il 2 ay 1 gün (2290000b — 23419), xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər 835 saylı Yol Tikinti İdasəsində iş stajı 09 il 11 ay 02 gün (2290000b —24441) olmaqla "İş İcraçısı" vəzifəsində işləmişdir. Yuxarıdakıları nəzərə alınaraq güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmiş, lakin ərizənin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.1947-ci il tarixdə doğulmuş, beləliklə də 57 yaşı xx.xx.2004cü il tarixdə tamam olmuşdur. İddiaçı məxsus 133308 nömrəli pensiya işindən göründüyü kimi iddiaçının müraciətinə əsasən ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən etibarən orta aylıq əməkhaqqı əsasında ümumi əsaslarla yasa görə əmək pensiyası təyin edilmişdir və hazırda pensiya məbləği 528,11 manat olmaqla ödənişi davam etdirilir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi is stajı 36 il 9 ay 26 gün (xx.xx.1966-xx.xx.1967-ci il, xx.xx.1967-xx.xx.1967-ci il, xx.xx.1968-xx.xx.1968- ci il, xx.xx.1968-xx.xx.1972-ci il, xx.xx.1972-xx.xx.1973-cü il (hərbi xidmət dövrü), xx.xx.1974xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cı il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı isə 17 il 1 av 11 gün (xx.xx.1985-xx.xx.2002-ci il tarixləri arasındakı dövr) təşkil edir. Mərkəzi Filiala sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müraciət edən iddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-206581/2023 nömrəli məktubla cavablandırılmış və iddiaçıya eyni məzmunda cavab məktubu təqdim edilmişdir. Həmçinin, həmin məktuba əsasən iddiaçı tərəfindən əməkhaqqı arayışı təqdim olunduqdan sonra əmək pensiyasının güzəştli şərtlərlə yaşa görə yenidən hesablanması məsələsinə baxıla biləcəyi bildirilmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarının 48-50-ci bəndlərində qeyd olunmuşdur ki, “iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. Yuxarıda da qeyd edildiyi kimi 2017-2022-ci illər aralığında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyasının hesablanaraq ödənilməsi həyata keçirilməlidir.” “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin məzmununa əsasən hətta İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilsə belə, iddia ərizəsində qeyd edildiyi kimi əvvəlki illər üzrə yaranmış fərqin bütövlükdə ödənilməsi mümkün deyil. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71 -ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. İddiaçıya xx.xx.2009-cu il tarixdə pensiya təyin edilərkən onun arzusuna əsasən əmək fəaliyyətinin ayrı-ayrı dövrləri nəzərə alınmışdır. Təcrübə onu deməyə əsas verir ki, əməkhaqqı əsasında pensiya təyin edilməsi üçün müraciət edən şəxslər adətən əməkhaqqının yüksək olduğu iş dövrlərinə dair arayış təqdim edirlər. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə əlaqədar olaraq pensiya təyinatının mümkünlüyü məsələsinə baxılması məqsədilə öz arzusuna əsasən 2002-2004-cü illər üzrə əməkhaqqı arayışı məhkəmə icraatının gedişində məhkəmə vasitəsilə cavabdehə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 02/k nömrəli həmin arayışda qeyd edilən məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024cü il tarixdə akt tərtib olunmuşdur. Yuxarıda göstərilən sənədlərə əsasən hazırda İddiaçı ödənilən 528,11 manat yaşa görə əmək pensiyasının məbləğinin ona 2002-2004-cü illərin əməkhaqqısı əsasında hesablanan 397,98 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından çox olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndələri iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2004-cü il tarixdən deyil, 55 yaşının tamam olduğu xx.xx.2002-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, 1997-2008-ci illərədə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi, qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmiş, iddia müddəti kimi 1 ay vaxt vermişdi. Məhkəmə hesab edir ki, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2002-ci il tarixdə əmək pensiyası təyin edilməmişsə, bu hal ona həmin vaxtdan məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsi 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənməyə başlamışdır. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Çünki artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). Bundan əlavə, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsə 2006-cı il yanvarın 1-dən tez əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Bundan əlavə, cavabdehin məhkəməyə təqdim etdiyi məlumatdan görünür ki, İddiaçı ödənilən 528,11 manat yaşa görə əmək pensiyasının məbləğinin ona 2002-2004cü illərin əməkhaqqısı əsasında hesablanan 397,98 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından çoxdur. Belə olan halda aydındır ki, hazırkı məzmunda iddia ərizəsi iddiaçının tələb üzrə çatmaq istədiyi nəticəyə, yənin onun hüquqi marğına da uyğun olmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova
Məhkəmə qərarları › İş №2-1(112)-479/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-479/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver