Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4795/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdehin Başçısının xx.xx.2013-cü il tarixli 13 saylı Sərəncamına əsasən şəhid ailəsi kimi 5 nəfər ailə tərkibi ilə şəhid ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməsi vəzifəsini cavabdehə həvalə edilməsininə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X2 Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 13 saylı sərəncam ilə şəhid ailəsi kimi 5 nəfər ailə tərkibi olmaqla, (özü, 2qızı, 2nəvəsi) mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlik siyahısına daxil edilmişdir. Lakin anası şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsindən uzun müddət keçməsinə baxmıyaraq, onlar indiyə kimi mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməmişdir. Baxmıyaraq ki, iddiaçının anasının xeyli gec mənzil növbəsinə götürülmüş şəxslər mənzillə təmin edilmişdir. İddiaçının anası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Anası vəfat etməmişdən qabaq mənzillə təmin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etmisdir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ““N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 13 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinin adına keçirilməsinə dair sərəncam qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Etiraza əsasən, iş üzrə iddiaçının anası X1 RİH Başçısının xx.xx.2013-cü il tarixli 43 №-li sərəncamı ilə tərkibi 5 nəfər olmaqla (özü, 2 qızı və 2 nəvəsi) şəhid ailəsi qismində mənzil növbəsinə götürülmüşdür. Nərimanov RİH başçısının xx.xx.2014-cü il tarixli 476 №-li Sərəncamı ilə şəhid ailəsi X5 mənzil üçot işi bölünmüş, 2-ci qrup gözdən əlil qızı X9 1 nəfər ailə tərkibi ilə (özü) xx.xx.2013-cü il tarixindən, anası X10 4 nəfər ailə tərkibi ilə (özü, qızı və 2 nəvəsi) xx.xx.2013-cü il tarixindən mənzil növbəsinə hesab edilmişlər. X11 28 avqust 2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra qızı İddiaçı xx.xx.2023-cü il tarixli 5-14/1-A-151-068/2023 qeydiyyat nömrəli ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, mənzil növbəliyiniin adına keçirilməsini xahiş etmiş və Nərimanov RİH tərəfindən ona xx.xx.2023-cü il tarixli 5-14/1-a-151- 068/2023 nömrəli imtina məktubu verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-da qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanalrında yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhəri Cavabdeh başçısının 43 saylı 01 fevral 2013-ci il tarixli sərəncamına əsasən şəhid ailəsi vətəndaş X5 5 nəfər ailə tərkibi ilə (özü, 2 qızı, 2 nəvəsi) yaşayış yeri üzrə şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi qərara alınmışdır.
9. AZ-İİ№186979 nömrəli 17 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 31 avqust 2021-ci il tarixdə “Böyüklərin res. Poz.(distress) sindromu” səbəbi həyatını dəyişmişdir.
10. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 5-14/2-A-151-068/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, “şəhid ailəsi” statusu şəhid qardaşı X18 valideynlərinə (atası və anası) şamil olunduğundan X5 vəfatı ilə əlaqədar şəhid ailəsi kimi mənzil növbəsinə götürülmə barədə müraciətin təmin edilməsindən imtina olunur.
11. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Cavabdeh Başçısının Aparatının 27 fevral 2024-cü il tarixli 5-14/2-311/2024 nömrəli sorğuya cavab məktubuna iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materialları əlavə olunmuşdur. -X15 Bakı şəhəri Cavabdehin Başçısına müraciət edərək, onun mənzil növbəsini anasının adından ayırıb ayrıca sıra altında növbəyə götürlməsinə köməklik göstərilməsini xahiş etmişdir. -X19 Bakı şəhəri Cavabdehin Başçısına müraciət edərək, qızı X6 ayrıca sıra altında mənzil növbəliyinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 045567 nömrəli arayışdan görünür ki, X15 G.Qədirbəyova küçəsindəki 63A nömrəli evin, 9 mərəbəli evin 8 mərtəbəsində 76.18 kv.m sahəsi olan 5 otaqlı 101 nömrəli mənzilində yaşayır.Sahibi Nümayəndə Alı oğludur. X15 ailəsi 11 nəfərdən ibarətdir. Onlar: X15, X14(anası), İddiaçı( bacısı), Nümayəndə( qardaşı), X16(qardaşı yoldaşı), X20 (qardaşı qızı), X21( qardaşı qızı), X22 ( qardaşı oğlu), X3( bacısı qızı), X4 (bacısı qızı), X17. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 205825 nömrəli ÖM seriyalı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi 63A saylı evin 76.18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 101 saylı mənzil Nümayəndə Abış oğlunun adının mülkiyyətindədir -Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixli 476 nömrəli sərəncamına əsasən şəhid ailəsi vətəndaş X14 mənzil uçot işi bölünsün. 2-ci qrup gözdən əlil vətəndaş X15 1 nəfər ailə tərkibi ilə (özü) xx.xx.2013-cü il tarixdən və anası X11 4 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 nəvəsi) xx.xx.2013-cü il tarixdən mənzil növbəsində hesab edilmişlər.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir. 13 İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının X2 şəhid ailəsinin üzvü kimi Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli 43 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. X2 vəfat etdikdən sonra iddiaçı cavabdehə müraciət edərək mənzil növbəsinin onun adına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh 05 dekabr 2023-cü il tarixli 5-14/2—151-068/2023 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası “”Şəhid ailəsi” statusu şəhid qardaşı X18 valideynlərinə (atası və anası) şamil olunduğunda anasının vəfatı ilə əlaqədar, onun şəhid ailəsi kimi mənzil növbəsinə götürürlməsindən imtina edilmişdirdir.
18. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
19. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Şəhid və şəhid ailəsi anlayışı... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Həmin qanunun 4-cü maddəsinə əsasən şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları … 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri) 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir: ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 21.Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 22.“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram: -1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: -1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
23. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, iddiaçının mənzil növbəsinə götürülməsinin əsasında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli, 43 nömrəli sərəncamı dayanır. Başqa sözlə desək, yerli icra hakimiyyəti şəhid ailəsi kimi X8 mənzil növbəsinə götürərkən onun 5 nəfər ailə tərkibi (iddiaçı daxil olmaqla) olmasını nəzərə almışdır. İddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli, 43 nömrəli sərəncamı ilə digər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə şəhid ailəsi kimi götürüldüyündən və uzun illərdir ki, şəhid ailəsi kimi mənzillə təmin olunması ilə bağlı dövlətə etimad göstərdiyindən, onun şəhid ailəsi olmaması əsası ilə mənzilin verilməsindən imtina edilməsi bilavasitə cavabdeh inzibati orqanın hərəkətsizliyi ilə bağlı olmuşdur.
24. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”Qanunun 3cü maddəsinə dəyişiklik edilmiş, həmin dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş və həmin dəyişikliyə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
25. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericiliyin müddəalarında təsbit olunmuş norma odur ki, şəhid ailəsinin üzvü vəfat etdiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
26. Bu mövqeyidən irəli çıxaraq Məhkəmə hesab edir ki, iddiaçının da mənzil növbəsi saxlanılması və ““N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 13 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinin iddiaçının adına keçirilməsinə dair sərəncam qəbul edilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisndə olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ““N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 13 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair sərəncam qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva