Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-48/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı X9 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxs X4, üçüncü şəxs X4 nümayəndəsi və vəkili və X2 vəkili Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, X9 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayonu İH başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li sərəncamının etibarsız edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, son olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayon İH-i başçısının 28 iyul 2020-ci il tarixli 3/10-625 №-li məktubunun qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqlədirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarı ilə, iddia təmin edilərək, Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 nömrəli məktubu qanunsuz hesab edilməklə ləğv edilmiş və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılması davam etdirilməsi qərara alınmışdır. X1, X8 və X10 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-9724/2022 saylı qərardadı ilə, X1, X8 və X5 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1506/2021 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X9, X8 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsini onunla X6 arasında Bakı şəhəri 51 saylı notariat ofisində 2018-ci il dekabrın 26-da bağlanmış və 4Ə-1302 №-li reyestrdə qeydə təsdiq olunmuş AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında almış, bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən adına 07 yanvar 2019-cu il tarixli A seriyalı 337936 №-li torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və adına həmin idarə tərəfindən 08 yanvar 2019-cu il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan adı çəkilən torpaq sahəsinə dair tərtib olunmuş 06 avqust 2018-ci il tarixli EL-280/2018 №-li memarlıqplanlaşdırma layihəsi əsasında mövcud tikilinin sökülməsi və yeni tikinti işlərinin aparılmasına dair Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən 29 noyabr 2019-cu il tarixli 3/10- F-23-151 №-li razılaşdırılmış məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra 10 iş günü ərzində İH-ə məlumat verilməsi tövsiyyə olunmuşdur. Bundan sonra tikintinin aparılması işlərinə başlamaq üçün əraziyə tikinti materialları gətirib işə başlamaq istəyərkən ona məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan 28 iyun 2020-ci il tarixli 3/10-625 №-li məktubla ilə tikinti işlərinin başlanmasına icazə verilməsi barədə 29 noyabr 2019-cu il tarixli 3/10-F-23-151 №-li sərəncamı ləğv etmişdir. Cavabdehin 2020-ci il avqustun 11-də müraciət edərək hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən 28 iyun 2020-ci il tarixli 3/10-625 №-li sərəncamın ləğv edilməsini xahiş etmiş, lakin sonuncu aparılacaq tikinti işlərinin guya hansısa problemlər yaradacağı səbəbi ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının kobud surətdə pozulması ilə nəticələndiyindən etibarsız hesab edilməlidir. Çünki, o, təsdiq olunmuş yeni layihəyə uyğun olaraq tikinti işlərinə başlamış, birinci mərtəbəni inşa etmiş, tikinti işlərinin aparılması üçün külli miqdarda xərc çəkmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti pisləşdiyi üçün məhkəmədə iştirak edə bilmədiyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9, onun nümayəndəsi və vəkili, üçüncü şəxs X2 vəkili Vəkil2 və üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia tələbi ilə iddiaçı onun hüquqlarını pozan inzibati orqanın müvafiq məktubunun ləğv edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş 3/10-625 saylı xx.xx.2020-ci il tarixli məktubu inzibati akt kimi qəbul edilməlidir. Belə ki, iddiaçı həmin məktuba əsasən hal-hazırda məlumatlandırma icraatı qaydasında tikintisinə başladığı fərdi yaşayış evinin tikintisini həyata keçirə bilmir. İnzibati İcraat Haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli Plenum Qərarına əsasən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Deməli, cavabdeh inzibati orqanın iddiaçıya təqdim etdiyi xx.xx.2020-ci il tarixli 3\10- 625 nömrəli məktub iddiaçı üçün müvafiq hüquqi nəticə yaratmışdır. Belə olan halda Məhkəmə sözügedən məktuba inzibati akt kimi yanaşır. Odur ki, iddia tələbi mübahisələndirmə haqqında iddiadır. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, № 3/10-F-23-151 saylı məktubunda qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, Seriya RX ******* nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanında mülkiyyətində olan torpaq sahəsində mövcud fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya № EL-280/2018, xx.xx.2018-ci il) baxıb onu razılaşdırıllar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində “məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Eyni zamanda Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra, bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verilməsi qeyd olunmuşdur; Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli № 3/10-625 məktubunda qeyd edilir ki, ünvan 3 ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş 3/10-F-23-151 saylı, xx.xx.2019-cu il tarixli layihə ləğv edilir; İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Cavabdeh başçısının müavini Vüqar Şıxməmmədovun 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı qərarı ilə ona Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, Badamdar şossesi, 261 ünvanda apardığı tikinti işlərinə dair Cavabdeh 29 noyabr 2019-cu il tarixli 3/10-F-23-151 saylı layihəsi ləğv edilmişdir. O, həmin ünvanda rəsmi razılığa əsasən tikinti işlərinə başlamış, xeyli iş görmüş, tikinti materialları işlətmiş və pul xərcləmiş. İndi qəbul edilən qərar onun hüquq və mənafelərinə ziddir, ona külli miqdarda ziyan vurulur. Odur ki, ərizəsini nəzərə alıb, 28 iyul 2020-ci il tarixli qərarı ləğv edib, təqdim etdiyi layihə əsasında tikinti işlərinin aparılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, № 10-f-18-151 saylı məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş memarlıqplanlaşdırma həllinin ləğvi barədə Cavabdehnə ünvanlanan F-18-151 saylı, xx.xx.2020-ci il tarixli müraciətə baxılmışdır. Mövcud tikilinin sökülərək yeni layihə əsasında aparılan tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilən memarlıq planlaşdırma həlli ləğv edilmişdir. Mövcud olan problemlər aradan qaldırıldıqdan sonra qaldırılan məsələyə yenidən baxıla bilər; RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, sahə 261 ünvanda yerləşən 0.0228 (hektar) torpaq sahəsi İddiaçı məxsusdur; xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanından yerləşən 0,12 torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 617,60 kv.m. sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqları əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; Bakı şəhəri Cavabdeh başçısının 1159 saylı, 17 aprel 1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün X7 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır; RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrndə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində və hal-hazırda neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyinin təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən məktubda nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən müvafiq xidmət haqqının ödənilməsindən imtina edilmiş, bu səbəbdən iş materialları ekspert tərəfindən icra edilmədən geri qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, müvafiq ərazidəneft quyusunun olub-olmamasının, istismarının dayandırılıb-dayandırılmamasının, əgər varsa həmin torpaq sahəsində tikintinin aparılmasına maneə təşkil edib-etməməsinin, hansı təhlükəsizlik tədbirləri görülməklə tikinti işlərinin aparılmasının mümkün olmasının, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsinin, torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyinin təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən məktubda nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən müvafiq xidmət haqqının ödənilməsindən imtina edilmiş, bu səbəbdən iş materialları ekspert tərəfindən icra edilmədən geri qaytarılmışdır. İPM-in: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsəsən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf ekspertiza üçün tələb olunan xərci ödəməkdən imtina etməklə ekspertizanın keçirilməsinə mane olduğundan, ekspertiza təyin edilən faktlar onun xeyrinə şərh edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı, X9 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı, X9 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh 28 iyul 2020-ci il tarixli 3/10-625 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov